Ardını oxu...
Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq.

Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir.

Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir.

Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.

Həmin müsahibəni təqdim edirik:

- Rəşad müəllim, Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuata son açıqlamasında deyib ki, Qarabağ münaqişəsi səbəbindən Ermənistanda normal dövlət qurulmayıb və ölkənin bütün resursları Qarabağdakı qondorma quruma yönəlib. Paşinyan, həmçinin eyham vurub ki, Rusiya Qarabağ problemini yaratmaqla Ermənistanı inkişafdan xeyli geri salıb.

- Ümumiyyətlə, Qarabağ münaqişəsi Ermənistana və onun xalqına nə dərəcədə ağır zərbə vurub, nə kimi fəlakətə düçar edib?

- Nikol Paşinyanın etirafları tamamilə anlaşılandır. Paşinyan otuz il ərzində Ermənistanda normal dövlət qurulmayıb deyəndə, o, Ermənistanın müstəqil ölkə olmadığını nəzərdə tutub. Həqiqətən, son otuz il ərzində Ermənistan faktiki olaraq regionda Rusiyanın marioneti kimi fəaliyyət göstərib. Ölkənin inkişafı üçün lazım olan siyasi, iqtisadi və hərbi imkanlar Qarabağdakı separatçı rejimin təbliğinə, maliyyələşməsinə və formalaşmasına sərf olunub. İkincisi isə, Ermənistan otuz il ərzində bütün regional layihələrdən təcrid olunub.

Regional layihələrdə iştirak edən Gürcüstanı Ermənistanla müqayisə etsək, görürək ki, hər hansı təbii ehtiyatlara malik olmayan Gürcüstan tranzit layihələrdə iştirak etməklə kifayət qədər iqtisadi sahədə uğurlar əldə edib. Həmin regional layihələrdən irəli gələn uğurlar Gürcüstanın inkişafına yol açıb.

Otuz il ərzində Ermənistanın regional layihələrdən kənar qalması ölkənin böyük iqtisadi itkilərlə üzləşməsinə və iqtisadi müstəqilliyinin itməsinə gətirib çıxarıb. Bilirik ki, Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır, hətta ölkənin nəqliyyat və enerji infrastrukturları Rusiyanın tabeliyinə verilib. Bu mənada Paşinyanın ifadələri tam olaraq həqiqəti əks etdirir. Məhz Qarabağ münaqişəsi səbəbindən Ermənistan inkişaf edə bilməyib. Paşinyanın bu etirafları ictimai rəyə hesablanıb. Yəni, Azərbaycanla sülh sazişinin imzalanmasından əvvəl Paşinyan erməni ictimaiyyətini sülhə və barışığa hazırlamağa çalışır.

- Erməni xalqı yoxsul, səfil və acınacaqlı vəziyyətə düşdüyünü bilə-bilə qonşuları – Azərbaycan və Türkiyəyə düşmənçilik etməkdən əl çəkmək istəmir. Onlar hesab edirlər ki, əgər sülh bərqərar olunarsa, münasibətlər normallaşarsa, Ermənistan məhv olacaq və onların ölkəsi türklərin əlinə keçəcək. Erməni xalqı bu fobiya ilə özlərini hara apardıqlarını başa düşmürlər. Sizcə, bu, nədən irəli gəlir?

- Erməni toplumunda azyaşlı uşaqlar ailə, bağça və məktəblərdə türkə qarşı nifrətlə böyüdülür. Onlar çox yaxşı bilirlər ki, qonşu ölkələrə kin, nifrət və ədavət bəsləməklə ölkələrini siyasi və iqtisadi cəhətdən inkişaf etməsinə əngəl yaradırlar.

Toplum xəstəliyi deyilən bir anlam var. Yəni, kütlə körpəlikdən və uşaqlıqdan nifrət hisləri ilə tərbiyə olunduğundan onların 5 və ya 10 il ərzində bundan xilas olması mümkün deyil. Yüz il ərzində erməni cəmiyyətində türklərə qarşı düşmənçilik siyasəti təbliğ olunur.

Bəli, Ermənistan ictimaiyyətində siyasətçilər, hətta adi adamlar arasında düşmənçiliyə qarşı çıxan insanlar olub. Lakin bu insanlar kütlə tərəfindən təhdid olunduğuna görə, ya bir müddət bu istiqamətdə fəaliyyətini dayandırıblar, ya da ölkəni tərk etməyə məcbur olublar. Bir cəmiyyətdə ki, normal və sağlam fikirlər təbliğ olunmur, o cəmiyyətin düzgün yola gəlməsi çox çətin olur. Bu, erməni xalqının, eləcə də dünya ermənilərinin bir bədbəxtliyidir.

Digər tərəfdən isə ermənilər daima ayrı-ayrı güc mərkəzlərinin təsiri altında olduqlarına görə, faktiki olaraq özlərinin konkret mövqeyinə və maraqlarına xidmət eləyən fəaliyyətləri olmayıb. Məsələn, son otuz il ərzində Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı danışıqları Ermənistanla deyil, məhz ATƏT-nin Minsk qrupunun həmsədr ölkələri – Rusiya, Fransa və ABŞ ilə aparıb.

Bu ölkələrin hər birinin öz maraqları vardı. Həmin ölkələr münaqişənin davam etməsində maraqlı idilər və bu məsələdə Ermənistandan siyasi alət kimi istifadə edirdilər.

- Rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarının davam etdiyi təqdirdə sülh sazişində ermənilərin Azərbaycana və 1988-ci ildən Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların Ermənistana qayıtması, habelə hər iki etnik xalqın yaşayacaqları ölkələrdə hüquqlarının təmin olunması ilə bağlı məsələlər əks oluna bilər?

- Əslində bu məsələdə bərabər imkanların yaradılması ilə bağlı problem yoxdur. Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, o, ölkəni tərk etmiş ermənilərin geri qayıtmasını və onların təhlükəsizliyini təmin etməyə hazırdır. Təbii ki, bu hüquq Azərbaycan əleyhinə fəaliyyət göstərmiş, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş və işğal dövründə ərazilərimizdə məskunlaşmış ermənilərə şamil olunmayacaq. Amma bu məsələ sülh sazişində hansı dərəcədə əks olunacaq bunu indidən demək çətindir.

Burada bir məsələni də qeyd edim. Ermənistanın dövlət rəsmiləri son açıqlamalarında deyirlər ki, Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə bərabər vaxtilə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdıb işləməsi mümkündür. Onların sözündən belə çıxır ki, azərbaycanlılar Ermənistana yaşamaq yox, işləmək adı ilə qayıda bilərlər.

Bu da təbii ki, tərəfizmidən qəbuledilməzdir. Rəsmi Bakı ilə İrəvan arasında imzalanacaq sülh müqaviləsində Qarabağ ermənilərinin Azərbaycana qayıtması ilə paralel Azərbaycanlı sakinlərin də Ermənistana qayıtmaq məsələsi də öz əksini tapmalıdır.

Amma Paşinyanın dünənki açıqlamasında belə bir fikir səsləndirib ki, sülh sazişinin mətninə Qarabağ ermənilərinin qayıtmaq hüquqları ilə bağlı məsələ daxil olunmayacaq. Bu o deməkdir ki, sülh sazişində bu məsələ ilə bağlı müddəa qeyd olunmayacaq. Çox böyük ehtimalla, sülh sazişinin mətnində qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası kimi məsələlərə əsas yer veriləcək.

- Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyası ilə Ermənistan Respublikasının Baş nazir Aparatı birgə bəyanat yaydılar. Bu bəyanatda qeyd olunan məsələlər, yəni qarşılıqlı razılaşmalar sülhə doğru aparan mühüm addımlar hesab olunur. Əgər Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasından vasitəçili və ya ikitərəflı qaydada danışıqların aparıldığı təqdirdə iki ölkə arasında sülh sazişinin imzalanması mümkün olacaq?

İki ölkə arasında sülh sazişinin imzalanması əslində mümkündür. Buna bu ilin sonunda və ya gəlin ilin əvvəlində şahidi ola bilərik. Hesab edirəm ki, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə qədər bu məsələ öz həllini tapacaq.

Çünki Ermənistan hakimiyyətinin özü bu məsələdə tələsir. Əlbəttə, bir müddət əvvəl müəyyən beynəlxalq güclər Ermənistana bu məsələdə tələskənliyə yol verməməyə vadar edirlər. Əsas məqsəd də maksimum şəkildə bu məsələdən istifadə edərək özlərinin regionda mövqeyini möhkəmləndirməyə çalışırdılar. Azərbaycanın dirənişi və geri addım atmaması nəticəsində müəyyən güc mərkəzləri öz planlarını dəyişdirməyə məcbur oldular və hər iki ölkə arasında sülh sazişinin imzalanmasını tezləşdirməklə Rusiyanın regionda təsir imkanlarını məhdudlardırmaq niyyəti güdürlər.

Sülh sazişinin imzalanmasına nail olduqdan sonra ABŞ və digər Qərb ölkələri Ermənistan-Türkiyə sərhədlərinin açılması və münasibətlərin normallaşması, o cümlədən Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təşkilatlar – Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından uzaqlaşıb Qərbə inteqrasiya olunması ilə bağlı məsələləri gündəmə gətirəcəklər. Bu baxımdan tezliklə rəsmi Bakı və İrəvanın sülh sazişinə imza atmasına şahidi olacağıq.

- Sülh sazişi çərçivə sazişi olacaq, yoxsa yekun müqavilə?

- Hesab edirəm ki, bu, yekun sülh müqaviləsi olacaq. Ona görə ki, ortada ciddi problem qalmayıb. Azərbaycanın sülh müqaviləsi ilə bağlı beş təklifi Ermənistan tərəfindən qəbul edilib, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyalar öz fəaliyyətini intensivləşdirib. Ən əsası da ölkəmizin Qarabağ üzərində yurisdiksiyası bərqərar olunub. Buna görə də sülh sazişinin yekun müqavilə olması ehtimalı kifayət qədər yüksəkdir.

Müəllif: Yunis Abdullayev
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda noyabrın sonlarında keçirilən SPECA sammiti çərçivəsində “Euronews” telekanalına müsahibə veriblər.

Video formatında müsahibə bu gün yayımlanıb.

“Euronews”un müxbiri Qalina Polonskaya Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıb, liderlərə regional iqtisadi strategiyalar və qonşularla münasibətlərlə bağlı suallar verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatındakı artımı aparılan islahatlar, yoxsulluğun azaldılması və xarici borcun səriştəli idarə olunması ilə əlaqələndirib.

Qazaxıstan lideri bildirib ki, ölkəsi beş faiz iqtisadi artıma nail olmağa çalışır. K.Tokayev diqqəti beynəlxalq əməkdaşlığa, investisiyalara və 2029-cu ilə qədər iqtisadi potensialı ikiqat artırmaq istəyinə yönəldib.
Müsahibədə enerji məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycan lideri Avropaya qaz ixracı, daha geniş desək, respublikanın qitənin enerji təhlükəsizliyinə verdiyi töhfələr və yaşıl enerji sektoruna sərmayələr barədə ətraflı danışıb. Qazaxıstan prezidenti həmçinin ölkənin enerji sektorunun əhəmiyyətini və potensialını qeyd edərək, onun 2060-cı ilə qədər tullantıları sıfıra endirməyi hədəflədiyini bildirib.

Prezident Tokayev Rusiyanın Qazaxıstanın strateji tərəfdaşı olduğunu xatırladıb və bu qonşuluğun regionda əhəmiyyətini dərk etdiyini bildirib. O əlavə edib ki, beynəlxalq arenada müəyyən təlatümlərə baxmayaraq, Qazaxıstan və Rusiya əməkdaşlığı davam etdirəcək.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Ermənistanla sülh sazişinin əsasını təşkil etməli olan beş əsas prinsipi qeyd edib. Bu prinsiplərə ərazi bütövlüyünün qarşılıqlı tanınması, həmçinin gücdən istifadə etməmək, bir-birinə qarşı ərazi iddialarının olmaması da daxildir.

Mənbə: euronews.com
 
Ardını oxu...
"Ermənistanda bloqçu Natali Aleksanyan kimi yeni reallıqları dərk edənlərin sayı, təəssüf ki, hələ çox deyil. Amma nəzərə alsaq ki, bu ölkədə Vətən müharibəsinədək belə insanların sayı yox səviyyəsində idi, o zaman indiki durumu az da olsa, qənaətbəxş hesab edə bilərik. Azərbaycan seqmentində olan jurnalistlərin, mütəxəssislərin, ekspertlərin, deputat və siyasi xadimlərin apardığı məqsədyönlü fəaliyyətlər Ermənistanda ictimai fikrin qismən də olsa, dəyişməsinə gətirib çıxarıb və son aylar ərzində biz əks tərəfdən daha çox Azərbaycanla birbaşa danışıqlar tərəfdarı olan ziyalılarına rast gəlirik".

Bu günlərdə erməni bloqçu Natali Aleksanyanla maraqlı debatı baş tutmuş hərbi ekspert Ədalət Verdiyev Moderator.az-a açıqlamasında belə deyib.

"Son illər ərzində Ermənistanın hərbi ekspertləri və ya politoloqlarıyla da əlaqə quraraq oxşar debatlara çıxmağa cəhd etməmisiniz ki?" sualını isə həmsöhbətimiz belə cavablandırıb:

"Mən dəfələrlə efirlərdə və müsahibələrimdə istənilən şəxslə, o cümlədən Ermənistandan olan siyasətçi və politoloqlarla, xüsusilə də hərbi ekspertlərlə müzakirələrə daim açıq olduğumu bəyan etmişəm. Ermənistan televiziyalarına, saytlarına da açıqlama və müsahibələr verməyə, debatlara çıxmağa da hazıram. Mən bundan heç bir zaman imtina etməmişəm. Hesab edirəm ki, baş verən hadisə və proseslərin gerçəkliyini Ermənistan ictimaiyyətinə çatdırmaq bizim vəzifələrimizdən biridir. Erməni ictimaiyyətindən də mənim statuslarıma rəy yazanlar var... Odur ki, müxtəlif formatlarda bu cür ictimai müzakirələrin təşkili bizim üçün bəlkə də prioritetlərdən biri olmalıdır..."
 
Ardını oxu...
2024-ci ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Dünən, 7 dekabrda Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Bu xəbər ölkə gündəmində, xüsusi ilə siyasi camedə canlanmaya, ciddi müzakirələrə səbəb oldu. Nəzərə alsaq ki, növbəti prezident seçkiləri 2025-ci ilin aprel ayında keçirilməli idi, ona görə də seçkinin vaxtının dəyişdirilməsi də bir çox sualları açıq saxladı, fikir ayrılıqları da yaratdı. Bəzi şəxslər hazırkı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyərkən, bəzi şəxslər isə ona seçkidə kim rəqib ola bilər deyə müzakirələrə başladı.

Bəs, Azərbaycanda növbədənkənar seçkiləri hansı amillər zəruri etdi? Bir ildə 3 seçki (Prezident və bələdiyyə-red.) keçirilməsi mümkündürmü?

Qaynarinfo bu və digər sualları hüquqşünas, sabiq partiya sədri və keçmiş deputat Qulamhüseyn Əlibəyli ilə müzakirə edib.

- Qulamhüseyn bəy, bir hüquqşünas, siyasətçi kimi necə düşünürsünüz, növbədənkənar seçki qərarı niyə verildi? Hüquqi baxımdan bu qərarı necə dəyərləndirsiniz?

- Bunu müxtəlif versiyalarla izah eləmək olar. Bu qərarın indi verilməsinin əsl səbəbini isə ən dəqiq dövlət başçısı özü bilir. Növbəti prezident seçkisi 2025-ci ilin aprel ayında, təxminən 1 il 4 ay sonra keçirilməli idi. Lakin Prezidentin Konstitusiya ilə hüququ, ixtiyarı var ki, bu tarixi dəyişsin. 2018-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdə belə bir imkan nəzərdə tutulub. Prezident bu hüququndan istifadə etdi. Hesab edirəm ki, siyasi situasiya nəzərə alınıb və bu qərar verilib. Yəni, qərar ciddi təhlildən sonra qəbul edilib, spontan deyil.

- Prezident siyasi situasiyanı nəzərə alıb dedikdə nəyi nəzərdə tutursunuz?

- 44 günlük savaş və ondan sonra cərəyan edən hadisələr göstərdi ki, Prezidentin reytinqi həddindən artıq yüksəkdir, Azərbaycanın bütün ərazisində suverenliyi bərpa olunub. Təbii ki, hər bir siyasətçi özünün reytinqinin ən yüksək olduğu dövrdə yenidən seçilmək, hakimiyyət səlahiyyətlərini yenidən almaq, xalqın etimadını yenidən qazanmaq istəyir. Bu baxımdan, hesab edirəm ki, növbədənkənar seçki qərarının başlıca səbəbi budur. Lakin müxtəlif fikirlər də irəli sürülür. Məsələn, Rusiyada və ABŞ-da növbəti il prezident seçkiləri keçirilir. Bu seçkiləri ona da bağlayanlar da oldu. Ola bilsin ki, bu amillər də nəzərə alınıb. Ümumiyyətlə, seçki keçirilən ölkələrdə situasiya dəyişəndə, Prezident xalqdan yeni etimad qazanmaq istəyir. Ona görə də hesab edirəm ki, növbədənkənar seçkilər Prezidentə münasibəti, etimadı məüyyənləşdirmək üçün ən mümkün, ən əlverişli üsullardan biri idi. Dövlət başçısı bunu düzgün dəyərləndirdi və düzgün addım atdı.

- Gələn il bələdiyyə seçkiləri də keçirilməlidir. Həmçinin parlament seçkilərinin keçirilməsi ilə bağlı da fikirlər səsləndirlir. Bir ildə 3 seçki mümkündürmü?

- Mümkündür. Sadəcə, qanun seçkilərin eyni gündə keçirilməsini qadağan edir. Parlament seçkiləri noyabr ayında, bələdiyyə seçkiləri isə dekabr ayında keçiriləcək. Konstitusiya imkan verir ki, hətta parlament seçkiləri də bir qədər əvvələ çəkilsin, növbədənkənar seçkilər keçirilsin. Amma hesab edirəm ki, növbədənkənar parlament seçkiləri keçirilməsinə ehtiyac yoxdur, bir ay fərqlə parlament və bələdiyyə seçkiləri keçirilə bilər.

- Növbədənkənar prezident seçkiləri ilk seçki olacaq ki, 30 ildən sonra bütün Azərbaycan ərazisində keçiriləcək. Seçkinin elan edilməsində bu amilin təsiri varmı?

- Bəli, hesab edirəm ki, bu amil də böyük rol oynadı. Ərazilərimizin xeyli hissəsi bizim yuridiksiyamızdan kənarda idi, indi isə yuridiksiyamıza daxil oldu. Hakimiyyətin suverenliyinin şamil olunduğu bütün ərazidə yeni seçkilərin keçirilməsi, xüsusi ilə dövlət başçısının seçilməsi əhəmiyyətli hadisə kimi tarixdə qalmalıdır. Biz bu il həmin ərazilərimizdə tam şəkildə suverenleyimizi bərpa etmişik, şübhəsiz ki, növbədənkənar seçkilərin keçirilməsində bu amilin rolu az deyil.

- İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşları seçkiyə cəlb ediləcəkmi? Bu proses necə aparılacaq?

- Həmin ərazilərdə seçki məntəqələri yaradılacaq. Bizim həmin ərazilərdə dövlət qurumlarımız, hərbi hissələrimiz, Daxili İşlər Nazirliyinin işçiləri, Fövqəladə Hallar Nazirliyinin və digər orqanların nümayəndələri yaşayır. Onlar üçün də seçki məntəqələri təşkil ediləcək. Amma həmin ərazilərdə yaşayan erməni əsilli şəxslər Azərbaycan vətəndaşıdırsa, vətəndaşlığımızı qəbul edirsə, onların da seçkilərdə iştirakı üçün şərait yaradılmalıdır və əminəm ki, yaradılacaq.

- Müharibədə qalib gələn İlham Əliyevə bu seçkidə hansısa güclü rəqiblər ola bilərmi?

- Siyasi cəhətdən aktiv olan namizədlər var, amma hesab edirəm ki, İlham Əliyev onu da hesablayıb ki, indi reytinqinin ən yüksək vaxtıdır. Yəqin ki, elə bu amil də seçkilərin vaxtından əvvəl keçirilməsinə səbəblərdən biridir. İlham Əliyev seçkilərdə xalqdan mandat almaq istəyir və bu baxımdan seçkidə kiminsə iştirak edəcəyi onun üçün təhlükə yaratmır. Azərbaycanın siyasi politrası göz qabağındadır, kimlər namizəd ola bilər, kimlər ola bilməz bəllidir. Ona görə də indi gözə görünməyən bəzi adamlar da namizədliyini irəli sürə bilər. Bu, heç nəyi dəyişməyəcək. Reallıq ondan ibarətdir ki, bu gün mümkün potensial rəqiblərin də şansını təhlil etsək, yenə də İlham Əliyevin qalib gəlmək şansı daha yüksəkdir.

- 1998-ci ildə müxalifətin bir hissəsi seçkiləri boykot etmişdi. Heydər Əliyev aparıcı liderlərə müraciət edib, onları seçkiyə dəvət etdi. Heydər Əliyev gücünə arxayın idi və istəyirdi ki, seçkidə güclü rəqibləri məğlub etsin. Bu dəfə də belə gedişat mümkündürmü?

- Seçki prosesində hansısa güclü namizəd marafona qatılacaq. Azərbaycan siyasətçiləri arasında prezident olmaq istəyən adamlar var. Onlar əgər meydana çıxasaqsa, deməli yarış getməlidir. Düşünürəm ki, əvvəlki seçkilərdə olan neqativ hallar bu seçkilərdə təkrar olmayacaq. İlham Əliyev siyasi karyerasının elə dönəmini yaşayır ki, onu seçkidə məğlub etmək imkansız görünür. Bunu bəzilərinin "daha güclü namizəd” kimi səciyyələndirdiyi siyasətçilər də dərk edir və odur ki, marafona qoşulmağa tərəddüd edirlər.

- Bəlkə bir qədər də konkret danışaq. Fikrinizcə, kimlər namizədliyini irəli sürəcək?

- İndidən bu suala cavab vermək mümkün deyil. Bir neçə gün gözləyək. Namizədliyini vermək istəyənlərin adları məlum olacaq. Hər halda alternativlər olacaq və sizin dediyiniz kimi real alternativlər siyasi iddia ilə çıxış edəcəklər.

- Seçkinin qış mövsümündə keçirilməsi təbliğata mane olacaqmı?

- Düşünmürəm. Keçən il parlament seçkiləri fevralda, qış ayında keçirildi. Həmin vaxt qış daha da sərt idi. Ümumiyyətlə seçkinin qışda keçirilməsi təbliğat-təşviqat kampaniyasına mane olmamlıdır. Çünki bu kampaniya açıq havada yox, daha çox qapalı yerlərdə keçirilir. Müəyyən görüş yerləri müəyyən edilir. Ona görə də havın soyuq olması, qar, yağış yağması seçki təbliğatını qurmağa mane olmur.

- Seçkidən sonra ölkədə daxili və xarici siyasətdə hansısa bir dəyişikliklər gözləyirsinizmi?

- Hesab edirəm ki, müəyyən dəyişiklik olacaq. Xarici siyasət xəttimizi hələki normal hesab edirəm. Orada da kəskin dönüş olacağını gözləmirəm. Daxili siyasətdə müəyyən dəyişiklik ola bilər. Keçən seçkidən sonra müəyyən addımlar atıldı, amma mənə elə gəlir ki, siyasi islahatlar tam şəkildə başa çatmayıb. Siyasi islahatları davam etdirmək, yeni siyasi konfriqurasiya formalaşdırmaq istiqamətində addımların atılacağını düşünürəm. Hesab edirəm ki, bu istiqamətdə dəyişiklik getməlidir. Qanunvericilik hakimiyyətinin möhkəmləndirilməsi, daha çox nəzarət səlahiyyətlərinin artırlması istiqamətində müəyyən dəyişiklik olmalıdır. Hesab edirəm ki, sadaladıqlarımın hamısı olmasa da, müəyyən hissəsi reallaşacaq.

- Belə fikirlər səslənir ki, prezident seçkilərə qədər nazir postunda olan bir çox şəxsləri, xüsusi ilə də sosial narazılığa səbəb olan nazirləri postlarından uzaqlaşdıracaq. Siz necə düşünürsünüz, prezident seçkiyə yeni komanda ilə gedə bilər, yoxsa bu prosesi seçkilərdən sonraya saxlayacaq?

- İndiki zamanda komandanı birdən-birə radikal şəkildə dəyişmək mümkün deyil. Yeni komanda üzvləri arasında öz işlərini bilən, bacaran xeyli adamlar var. Bəli, köhnədən qalma oliqarx xarakterli üzvlər də var. Onlar əsasən yerli icra hakimiyyətində daha çoxdurlar, mərkəzi icra hakimiyyətlərində isə azalıblar. Lakin hesab edirəm ki, dəyişikliklər seçkidən sonra olacaq. Çünki bütün sərt dəyişikliklər seçkidən sonra olmalıdır. Seçkiyə qədər komandanı qorumaq siyasi liderin maraqlarına cavab verən amildir.

Ardını oxu...
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyinin toplantılarını boykot edir. Rusiyanın baş verənlərə münasibəti isə kifayət qədər yumşaq və ümumidir. Sizcə, Kreml ermənilərə qarşı niyə bu qədər mülayimdir?

- Rusiya çalışır ki, bu məsələni növbəti dəfə Azərbaycanla Ermənistanı üz-üzə gətirməklə etsin. Amma bu, Azərbaycanın maraqlarına uyğun deyil. Biz kiməsə və ya nəyəsə görə buna getmirik, getməyəcəyik. Digər yandan, Ermənistan Rusiyanın zəifləməsindən yararlanmağa çalışır. Rusiya da anlayır ki, ikinci-üçüncü cəbhə açılsa, bu, ona ciddi problemlər yaradacaq. Buna görə də, Rusiya Ermənistana qarşı ikinci cəbhəni açmır. Üstəgəl, Rusiyada ermənilər bir çox vəzifələrdə yer alırlar.

Rusiyaya zaman lazımdır ki, prosesi axıradək aparsın və bundan sonra qərar versin. Həm də bir xristian həmrəyliyi var. Rusiya elə bilir ki, xristian həmrəyliyi ilə nəyəsə nail olacaq. Amma bir şey əldə edə bilmir. Rusiya öz zəifliyini boynuna almaq istəmir.

- Rus mənbələri tərfindən ortaya atılan bir iddiaya görə, erməni hərbçilər Fransada Rusiyaya qarşı müharibəyə hazırlaşdırılır. Nə qədər məntiqli iddiadır?

- Bu məntiq məsələsi deyil, FSB-nin hazırladığı layihənin bir hissəsidir. Adətən haradasa müharibəyə başlamaq üçün əvvəlcə bunun hüquqi bazası hazırlanır. Amma Ermənistanın hansı gücü var ki, Rusiyanın qabağında dura bilsin. Bütün Avropa və ABŞ Ukraynanın arxasında durub nəyə nail oldular ki, indi cılız bir Ermənistan Rusiyaya qarşı cəbhə açsın və onunla müharibəyə getsin. Bu o deməkdir ki, Rusiya hüquqi bazanı hazırlamaqla Gürcüstanda olduğu kimi, Ermənistana da qəfil hücum edəcək.

- Qərbdə yenə Azərbaycana qarşı geniş kampaniyaya start verilib. Media qurumları ilə yanaşı, bəzi qərbli siyasilər də Azərbaycana qarşı ağlasığmaz ittihamlar irəli sürürlər. Bu nə ilə bağlı ola bilər?

- Cənab prezident ADA Universitetində çox möhtəşəm çıxış etdi, bu məsələlərə də toxundu. Bu gün Avropa və ABŞ-ın Azərbaycana qarşı bu münasibətlərinin kökündə ölkəmizə olan bir tələb durur. Onlar istəyirlər ki, Azərbaycan Rusiyaya qarşı cəbhə açmalıdır, İranla münasibətlərini korlamalıdır, bütün bunların fonunda da Azərbaycan yem olmalıdır. Yəni “ikinci Ukrayna” hazırlamaq istəyirlər. Azərbaycan buna getmir, biz qonşu ölkələrlə münasibətlərimizi normal saxlayırıq, bu, təhlükəsizlik konsepsiyamızda da yer alır. Kimsə öz maraqları naminə bizi nələrəsə məcbur edə bilməz.

Azərbaycana qarşı bu kampaniyada başqa bir məqsəd də, ölkəmizdə hakimiyyət çevrilişi etməkdir. Həm Azərbaycan daxilində, həm də kənarda yaşayan müəyyən şəxslərdən bu məqsədlə istifadə etməyə çalışırlar. Əgər böyük Qarabağ zəfərindən sonra kimlərsə hakimiyyət eşqinə düşürlərsə, bunun adı “siyasi mübarizə” deyil, başqadır. Bu prosesin arxasında da ABŞ və Avropanın dərin qurumları dayanır. Borrel, AŞPA və digər qurumların eyni vaxtda hücuma keçmələri təsadüfi deyil.

Borrel – bu başdanxarab bilmir ki, Qarabağın dağlıq hissəsində ümumiyyətlə 150 min insan yaşamayıb. Bəs bu “150 min erməni” haradan çıxdı? Qarabağın dağlıq hissəsinin maksimum tutumu azərbaycanlılarla bir yerdə 120 min olub. 70 min erməni olub, 50 minə yaxın da azərbaycanlı. Ermənilər “107 min” deyir, Borrel də üstünə “43 min” qoyur.

Bütün istiqamətlərdə Azərbaycana və Prezident İlham Əliyevə qarşı cəbhə açılıb. Biz dövlətimizin yanında daha möhkəm durmalıyıq. Azərbaycandakı birliyi dağıtmaq istəyirlər. 44 günlük müharibədən sonra çox güclü birlik formalaşıb, bu birlik də dövlətin arxasındadır. Poza bilməyəcəklər, xalq hər şeyi görür.

Rusiyaya gücləri çatmır, bizi oda atmaq istəyirlər. İndi kimsə dava edirsə, biz niyə qurban olmalıyıq?! Problemlərini özləri həll etsinlər. Rusiya və ABŞ-da seçkilər keçiriləcək, Avropanın problemləri var, bunlarla məşğul olsunlar. İndi bütün bunlarda diqqəti yayındırmaq üçün Azərbaycanı önə çəkirlər. Bütün bu cəhdlər nəticə verməyəcək, bunu özləri də bilirlər.

- Avropa Birliyi Ermənistandakı missiyasını genişləndirməyə hazırlaşır. Bunun arxasında hansı məqsədlər yatır?

- Azərbaycan-Ermənistan sərhədində qarşıdurma yaratmağa çalışırlar. O gün bir əsgərləri öldü, ermənilər hay qaldırıblar ki, guya biz etmişik. Ermənistanda dövlət çevrilişi hazırlanır. Armen Qriqoryan ABŞ-a elə-belə getməyib. Paşinyanı hakimiyyətə gətirməklərinə peşmandırlar. Paşinyan peşəkar siyasətçi deyil. Çalışırlar ki, gələn il Ermənistanda erkən seçki keçirsinlər, hakimiyyətə Armen Qriqoryanı gətirsinlər. Fransa və Makron Ararat Mirzoyanı istəyir, ABŞ isə bunun əksinə gedərək, Qriqoryanı önə çəkir. “Daşnaksütyun”, erməni lobbisi və kilsəsi Qriqoryanın arxasındadır.

Qərb yenidən Cənubi Qafqazda sepaartizmi gücləndirməyə, Ermənistanla Azərbaycan arasında yeni qarşıdurma yaratmağa çalışır. Bu missiyanı da Avropa Birliyinə tapşırıblar.

Avropa Birliyi vaxtilə ABŞ tərəfindən SSRİ-yə qarşı yaratmışdı. İndi Avropa Birliyi Amerikaya problem yaradır. Buna görə də çalışırlar ki, eyni vaxtda həm Avropa Birliyini dağıtsınlar, həm də Rusiya və Çini çökdürsünlər. ABŞ başa düşmür ki, özü çökür. ABŞ-dan bir şey qalmayıb, əvvəlki gücü və hegemonluğu yoxdur. ABŞ-ın çöküşü başlayıb. Yaxın 5 ildə, bəlkə də daha tez ABŞ çökəcək. Bayden hakimiyyətdə qalsa, 5 il sonra ABŞ Rusiyanın gününə düşəcək.
 

Ardını oxu...
Azərbaycanla Ermənistan arasında hazırda sərhəd və digər məsələlər ətrafında danışıqlar gedir. Erməni tərəfi bəzi iddialar səsləndirir. 31 kənd və s. kimi absurd məsələlərdən danışırlar. Amma bunlar real gücə arxalanan söhbətlər deyil. Kimsə öz mövqeyini deyə bilər. Əgər onun arxasında real güc yoxdursa, bu heç nəyi dəyişmir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Azərbaycan rəsmiləri erməni tərəfi ilə danışıqlarda real gücə əsaslanır: "Onların arxasında Azərbaycan Ordusu, müttəfiqləri, Türkiyə, Pakistan, İsrail dayanır. Ermənistanın arxasında Emannuel Makron, Hindistan dayanır. Onlar isə heç kimdir və haradan-hara iddia etdiklərini dərk etmirlər. Yəni, bu gün real mənzərə əslində hər şeyi deyir”.

Politoloq hesab edir ki, indi Azərbaycana qarşı yanaşmalar dəyişir:

“Sülh məsələsində Azərbaycan və erməni xalqından başqa heç kəs maraqlı deyil. Çünki döyüşən, qurban verən bizik. Bundan kənarda olanlar isə prosesdən nəsə qazanmaq istəyir. Ona görə də, kənar faktorlara bu prosesdə yer almağa imkan vermək olmaz”.

Zərdüşt Əlizadə indiki halda Ermənistanın kommunikasiyalarla bağlı məsələni gündəmə gətirməsinin fərqli arqumentlərə bağlı olduğunu söyləyib:

“Zəngəzur dəhlizi hələ işlək deyil, yaxın bir ilə və il yarıma işləməsi də mümkün deyil. Çünki bu yola bir rels qoyulmayıb, mıx vurulmayıb. Odur ki, bu uzaq gələcəyin işidir. Bu yol açılmadıqca Azərbaycan Ermənistana digər yollardan istifadəyə imkan verməyəcək”.
 
Ardını oxu...
Ukrayna Hərbi-Hüquqi Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert Oleksandr Musienko UNIAN-a müsahibəsində Rusiya Federasiyası tərəfindən rekord hərbi büdcənin qəbul edilməsinin nəyi göstərdiyini, Ukraynanın buna cavab olaraq nə etməli olduğunu və Rusiya Federasiyasında səfərbərliyə etirazların mümkün olub-olmadığı barəədə danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Oleksandr, Rusiya SSRİ-nin dağılmasından sonra rekord məbləğdə hərbi büdcə qəbul edib. Sizcə, bu, Rusiya Federasiyasının “qalib son”u hədəfləndiyini göstərir? Söhbət son vaxtlar Qərb mətbuatında çoxlu məlumatların yer aldığı hər hansı dondurmadan yox, əksinə, “hər şey cəbhə üçün, hər şey qələbə üçün”dən gedir...

- Düşünürəm ki, Rusiya yıxılma müharibəsinə hazırlaşır və bu kampaniyanın əlaməti həm maliyyə xərclərinin artması, həm də müxtəlif təbliğat işləridir. Yəni indi elə bir dövrdür ki, Rusiyadan müxtəlif informasiya siqnalları və təbliğat nağılları gəlir ki, onlar daha güclüdürlər və biz bu köhnəlmə müharibəsi kampaniyasına girsək, Rusiyanın qalib gəlmək üçün daha çox imkanları var. Öz ağıllarınca deyirlər ki, daha çox insan resursları var, müdafiəyə daha çox pul ayırdılar və s.

- Bu, Rusiyanın “qalib son”a çatmaq istədiyini göstərirmi?

- Zənn etmirəm. Əslində ideal olaraq, hazırda Rusiya üçün ideal qələbə cəbhə xəttini olduğu yerdə saxlamaq, sabitləşdirməkdir. Məsələn, Avdievkanın və ya başqa ərazilərin ələ keçirilməsi və bu müharibənin daha çox mövqeli mərhələyə, yəni yıxılma müharibəsi mərhələsinə keçirilməsini düşünürlər.

Ruslar bu arxa dəstəyi təkmilləşdirməyə hazırlaşdıqlarını nümayiş etdirmək istəyirlər, lakin unutmamalıyıq ki, maliyyələşməni artırmaq hərbi gücü artırmaq demək deyil. Söhbət itirilmiş gücü kompensasiya etməkdən gedir ki, Qərb tərəfdaşları müharibənin uzanacağını görsünlər və Ukraynaya dəstək paketlərini azaltsınlar. Yəni söhbət daha çox Rusiya Federasiyasının gözləmə strategiyasından gedir. Rusiya bu cür hərəkətləri ilə sadəcə olaraq Qərbdə özünə sərfəli siyasi dəyişiklikləri gözləməkdədir. Sonra da Moskva üçün sərfəli şərtlərlə Kiyevlə danışıqlar aparmaq niyyətindədir.

Rusiya müharibəsiz yaşaya bilməyən dövlətdir. Ruslar üçün güclərini nümayiş etdirmək və uzun müddət döyüşməyə hazır olacaqlarına inam nümayiş etdirmək üçün vəsaitləri silah istehsalına və onların təmirinə yönəltmək çox vacibdir.

- Ukrayna Rusiyanın hərbi xərclərinin rekord dərəcədə artmasına cavab olaraq nə etməlidir?

- Burada üç nöqtə var. Birincisi, açıq-aydın, silah istehsalına xərclərimizi artırmaq lazımdır, hansı ki, bu, malik olduğumuz imkanlar çərçivəsində edilir. Və mümkün qədər istehsal edə biləcəyimiz silah istehsalına başlamaq vacibdir.

İkincisi, tərəfdaşlarımızı inandırmaq, Qərbin müdafiə korporasiyaları və sənayeləri ilə əməkdaşlığı artırmaqdan çəkinməmək, təcrübə, imkanlar, texnologiyalar mübadiləsi aparmaq lazımdır. Ona görə ki, Ukraynada silah istehsal etmək mümkün olmadıqda, onlar şərti olaraq bizim üçün silah istehsal edə bilsinlər.

Üçüncüsü, silahdan istifadə təcrübəsinin qiymətləndirilməsi ilə döyüş meydanında mövcud tendensiyaları başa düşmək üçün qısamüddətli əməliyyat dövrü, orta və uzunmüddətli planları ehtiva edən yüksək keyfiyyətli müdafiə planlaması lazımdır. Yəni silahlanmada perspektivli qabaqcıl həllər, mühüm rol oynaya biləcək strategiyalar baxımından planlaşdırma üzərində iş getməlidir.

Dronlara gəlincə, mövcud çətinliklərə baxmayaraq, biz yavaş-yavaş irəliləyirik, lakin hələ dronlar istehsalı üzərində işləməliyik.

- Yıxılma müharibəsi təkcə maliyyə səfərbərliyini deyil, həm də işçi qüvvəsinin səfərbərliyini tələb edir. Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bəyan edib ki, Rusiya Federasiyasında prezident seçkilərindən sonra total səfərbərlik mümkündür və bu potensial imkan Rusiya Federasiyasının rekord hərbi büdcəsi ilə təsdiqlənir. Sizcə, rusların gizli səfərbərlikdən imtina edib rəsmi səfərbərliyə yenidən başlaması ehtimalı nə dərəcədədir?

- Belə bir ssenarini istisna etmək olmaz. Bununla belə, mən deməzdim ki, bu, ən real variantdır. Axı ilk növbədə, Rusiya Federasiyası gizli səfərbərliyi dayandırmadı. Bundan əlavə, əgər Putinin 21 sentyabr 2022-ci il tarixli səfərbərlik haqqında fərmanı hələ də qüvvədədirsə, onu yenidən elan edib bu mövzunu gündəmə gətirmək nəyə lazımdır?

İkincisi, ruslar bunu ictimailəşdirmirlər, çünki bu, kifayət qədər populyar olmayan mövzudur. Bu, müharibənin uzandığını söyləməyə imkan verir. Demək Kremldə hər şey o qədər də rəvan deyil. Bunun əvəzinə səfərbərliyi sanki ordu sıralarına könüllülər qoşulurmuş kimi təqdim etməyə üstünlük verirlər. Burada bir məqam daha var - “Vətən uğrunda müqəddəs müharibə” anlayışı onların işinə yaramadı. Çünki Rusiyada hərbi komissarlıqlar qarşısında könüllülərin növbəsi yoxdur.

Əgər Rusiya lazımi silahlarla, artilleriya örtüyü və tanklarla təmin etmədən, sadəcə olaraq, insan resurslarının sayını artırmaq istəyirsə təbii ki, bunu edə bilərlər. İndi də bunu edirlər: hücum qrupları Avdievka yaxınlığında və Kupyansk istiqamətində gəlir, texnikadan istifadə etmədən hücuma keçir, yalnız əllərində olan silahlara - qumbaraatanlara, atıcı silahlara və maksimum minaatanlara malik olurlar. Onlara ancaq aviasiya kömək edir. Ancaq mənə şübhəli görünür ki, Rusiya total səfərbərliyə qərar verərsə, yaya qədər tam briqada səviyyəli hərbi birləşmələr yaratmağa və silahlandırmağa hazır olacaq.

Gələcəkdə hansısa perspektivdə vəziyyət onlar üçün əlverişli olsaydı, bu, mümkündür. Amma yaxın gələcək üçün bunu düşünmürəm.

Nəzərə almaq lazımdır ki, Rusiyada səfərbərliyə qarşı gizli etiraz var ki, bu da hərdən özünü göstərir. Məsələn, hərbi komissarlıqların binaları yandırılır.

Diqqət edin, 2022-ci ilin sentyabrından sonra onlarda səfərbərliyin davam etdiyi və hamının bundan danışdığı bir vaxtda Putin (deyəsən ŞƏT sammitində) jurnalistlərin səfərbər olunanların sayı ilə bağlı sualına üzr istəyirmiş kimi demişdi: “Biz bitiririk, daha çox səfərbərliyə ehtiyacımız yoxdur”. Bundan sonra yalnız könüllülər haqqında eşitmək mümkün idi, onlar sanki daim döyüşə atılmaq istəyirlər. Xüsusən də Rusiya Federasiyasının müdafiə naziri Serhiy Şoyqu hərbi kollegiyada könüllülərin onlar üçün kifayət etdiyini açıqlayıb. Ancaq praktikada bu necə baş verir? Hərbi Komissarlıqdan çağırış vərəqəsi göndərilir, adam gedir. Sonra ona altı aylıq müqavilə verirlər və deyirlər: “İmzala”. İmzalayır və artıq “könüllüdür”. Səfərbəri könüllü kimi təqdim edirlər. Yəni formal olaraq, səfərbərlik yoxdur, amma “könüllü” adı ilə müharibəyə aparılanlar əslində səfərbər olunmuşlardır. Bu da o deməkdir ki, Rusiyada səfərbərlik davam edir.

- Rusiya Federasiyasındakı səfərbərliklə razılaşmayanların hansısa etirazlarına arxalanmamalıyıq?

- Rusiya Federasiyasında klassik mənada səfərbərliyə qarşı etirazlar olmayacaq. Bunlar ancaq cəbhədə hansısa şəraitin yaratdığı, cəbhədən yaranan iğtişaşlar ola bilər. İçəridən bunun qlobal bir şeyə çevrilməsini təsəvvür edə bilmirəm, amma cəbhədən narazı olanlarla bağlı vəziyyət fərqlidir.
 
Ardını oxu...
“Məmurun hikkəsi ilə Tağıyevin heykəlini kürsüdən düşürdülər”
Lent.az-ın müsahibi sənətşünaslıq üzrə fəlsəfə doktoru, araşdırmaçı, Azərbaycan Rəssamlar İttifaqının "Tənqid və sənətşünaslıq" bölməsinin sədri, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevdir.
- Ziyadxan müəllim, sənətşünaslıq belə demək doğrudursa bir qədər aradan çıxmaqdadır. Qədir qiymətiniz bilindi, yoxsa bu sənətlə məşğulluğu itən zaman hesab edirsiniz?
- Yayda 75 yaşım tamam olub, mənim üçün nə elədilər? Heç nə. Yada salmadılar. 50 ilə yaxındı bu sahədəyəm. Boşa getmiş zaman hesab etmirəm. Çünki məmurlar üçün işləməmişəm, xalq üçün işləmişəm. Amma məmurun da vəzifəsi xalq üçün işləyən insanı qiymətləndirməkdir. Fəxri adı, Prezident təqaüdünü vermirlərsə heç kimə verməsinlər, yox əgər verilirsə, mən buna layiq olanlardan birincisiyəm. Vətəndaş kimi haqqım olanı istəyirəm. Sənətşünas deyəndə hamı Ziyadxanı axtarır. Bu günə qədər 50-yə yaxın kitabım çıxıb. Cüzi miqdarda qonorar almışam. Nazirliyin sifarişi ilə çap etdirdiyim kitablardan 5-10 dənə veriblər ki, satarsan pulunu götürərsən. Mən kitab satanam?
- Hansısa əsəri satın alarkən, ekspert kimi rəyinizi alanlar olub?
- Hansısa əsərin orijinal olub olmadığını anlamaq üçün məni axtarırlar. Xüsusən Səttar Bəhlulzadənin əsərlərinin. Bir dəfə bir xanım məni evlərinə çağırdı. Səttar Bəhlulzadənin bir əsərini atası çox baha qiymətə almışdı. Baxan kimi dedim ki, bu Səttarın əsəri deyil. O vaxt əsəri qaytarıb, cibimə də 150 manat qoymuşdular. Bir həftə sonra Qız Qalasının qabağında qarşımı bir nəfər kəsdi. Dedi siz niyə bizim bazarımıza girirsiniz? Satdığım əsəri sizə görə geri qaytarıblar. Dedim bu bazar deyil, cinayətdir. Səhəri gün saxta rəy verdiyimi desələr, gərək papağımı götürüb, bu aləmdən gedəm.
- Bildiyimə görə, Səttar Bəhlulzadənin əsərlərinə böyük tələbat olub. Amma həmişə kasıb və dalğın görünüşü ilə seçilirdi...
- Bu onun imici idi. Əslində heç də kasıb rəssam deyildi. 34 il ərzində sərgilərə çıxarılmış heç bir əsəri geriyə, emalatxanaya qayıtmırdı. O əsərlərinin çoxunu bağışlamışdı. Kefinə düşəndə ən sadə adama əsərini bağışlayar, qarşısındakını bəyənməzsə, ən yüksək vəzifəli şəxsə belə əl işini satmazdı. Dünyada onun qədər səxavətli rəssam ola bilməz. Bir dəfə 1966-cı ildə Praqada sərgisi keçirilmişdi. Sərgidən sonra Praqa Dövlət Muzeyi onun 5 əsərini almışdı. Yeri gəlmişkən, Avropada fərdi sərgisi açılmış ilk azərbaycanlı o idi. Nə qədər elədilər qonorar götürmədi. Hədiyyə verdi. Qəribəlikləri olan adam idi.
- Bəhlul Səttarzadənin əsərləri indi neçəyə satıla bilər?
- Yarım milyona satılsa yeri var.
- İndiki dövrdə bizim rəssamlarımız dolana bilirlər?
- Çox çətindir. İndiki gənclər tələbat və pula görə ya dizayn ya modelyerliyi seçirlər. Bir zamanlar “Tarqovı”da rəssamlarımız əsərlərini küçədə satırdılar. Alınırdı. Ora Azərbaycan rəssamlığının təbliğində mühüm rol oynayırdı. Heyf ki, ləğv olundu, yerini dəyişdilər.
- Azərbaycanda ən bahalı rəsm əsərləri kimindir? Ən bahalı rəssam kimdir?
- Bazarda ən baha gedən işlər Səttarındı, Tahir Salahovundu. İndi Sakit Məmmədovun əl işləri də baha satılır. Bir qrup rəssam var ki, dolana bilir. Peşənə yaxşı sahibləndinsə, pul qazanacaqsan.
- Ziyadxan müəllim, özünüz də rəsm əsərləri çəkirsiniz?
- Mən Əzim Əzimzadə adına rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirmişdim. 1974-cü ildə tək fərqlənən tələbə mən oldum. O vaxt Səttar diplom müdafiəmə gəlmişdi. 5 aldım çıxdım, qucaqladı məni. Dedi, sən yaxşı rəssam olacaqsan. Dedim mən rəssam yox, sənətşünas olacam. Nə? Bunu eşidəndə əsəbiləşdi, ölüm-dirim qalmadı, hamısını söydü. Nə qədər dava elədi, fikrimdən daşınmadım. İndi deyirəm mən necə ona yox deyə bildim. 2009-cu ildə onun haqqında “Sənətin məcnunu” kitabını yazarkən onun gündəliklərini oxudum. Sənətşünaslardan gördüyü haqsızlıqlardan, onların necə yaltaq, ikiüzlü olmalarından yazmışdı. Mənim də onların tayı olmağımı istəmirdi. Qorumaq istəyirmiş.
- 1993-cü ildə İncəsənət Muzeyində bir cinayətin üstünün açılmasında da rolunuz olub. O əhvalat barədə bir qədər geniş danışmağınızı istərdim.
- 1993-cü ildə İncəsənət Muzeyində bir qrup muzey işçiləri ilə kənardan bir sıra məmurlar oğurluq təşkil etmişdilər. Sənət əsərlərinin alveri ilə məşğul olan mafiya ilə əlaqə qurmuşdular. 2 sənətşünasdan rəy almışdılar ki, bu əsərlər muzey əhəmiyyəti daşımır. Muzey əhəmiyyəti daşımırsa, nə gəzirlər muzeydə?
- Kim idi o sənətşünaslar?
- Mürsəl Nəcəfov və Rasim Əfəndiyev. İndi ölüblər. Pis adamdısa, mən ölünün də dalınca danışıram, dirinin də. Təkcə ailənin namusu olmur, peşənin də namusu olur. Bu iki sənətşünas peşə namussuzluğu etdilər, mən dayandım mafiyanın qabağında. 275 antik əsəri muzeydən çıxarıb xaricə aparmışdılar. Minimum 150 milyon dollar qiyməti var idi. Onlardan təkcə birinə Nyu-Yorkda ekspertlər 6 milyon dollar qiymət vermişdilər. Hələ hərracda təsəvvür edin qiyməti hara qalxacaqdı. O zaman mənə zənglər gəldi, hədələdilər, dedim öldü var, döndü yoxdur. Qanımın arasına Heydər Əliyevin hakimiyyətə gəlməsi girdi. Yoxsa yəqin aradan götürəcəkdilər. Muzeydə şöbə müdiri idim, işdən çıxartdılar, mənə görə neçə elmi şöbəni ləğv etdilər, kimlər ki, ixtisas sahibi idilər, onları atdılar bayıra, ixtisası olmayanları mütəxəssis kimi saxladılar.
- Bəs o əsərlərin taleyi necə oldu?
- Bizimkilər heç axtarışa da verməmişdilər. Nyu-Yorkda FTB muzey əşyalarının qeyri-qanuni alqı-satqısı üzrə işi araşdırıb açmışdı, məhkəməyə ekspert kimi məni də çağırmışdılar. 190 işi qaytardılar, 69-u satılmışdı, almaq mümkün olmadı. 12 əsər Almaniyadan gətirilmiş qənimət əsəri idi, məhkəmənin qərarı ilə Almaniyaya qaytarıldı. Bizimkilər heç dalına da düşməmişdilər o işin.
- Yeni nəsil rəssamlarımız arasından əsərləri dünyaya çıxarılası istedadlar var?
- Cavan rəssamlarımız var, Cəlal Ağayev, Pərnisə Əsgərova, Faiq Əkbərov. Biz uzun müddətdir əsl sənət nümunəsi ilə ikinci dərəcəli əsərlərin yerini bilərəkdən səhv salmışıq. Kimin 5 manat pulu var, sərgi açır, pulla satın aldığı 5-10 nəfər də onun əsərlərini tərifləyir, bəh-bəh edir, ortada da sənət yox, xaricə çıxarsan, o əsərlərin heç zibil qədər qiyməti yoxdur.
- Tez-tez hansısa anlaşılmaz bir əsərin yüz milyonlarla dollar qiymətə satılması barədə xəbərlər eşidirik. Məsələn, Kazimir Maleviçin milyonlarla qiymət biçilmiş “Qara kvadrat” əsəri.
- “Qara kvadrat”ı çəkənin başına daş düşsün. Bu hamısı hərrac oyunlarıdır. O əsərin yaranma tarixi barədə müəllif özü yazıb ki, başqa bir əsər çəkib, bəyənməyib, kətanı qaralayıb. Dostu saqqızını oğurlayıb, deyib çıxaraq sərgiyə. Hərraclarda milyonlarla qiymətə satılan bir çox anlaşılmaz cızmaqaralar da elə hərracların öz layihəsidir. Hərracda meydanı qızışdıran xüsusi adamlar olur. Hansısa boş bir əsər uğrunda yarışır, qiyməti qaldırır, bir fərsiz müştəri çıxan kimi dərhal geri çəkilirlər. Van Qoq yetimin əsərləri sağlığında milyona satılsaydı dəli olub öz qulağını kəsməzdi.
- Şəhərimizi bəzəyən heykəllərə bağlı fikrinizi bilmək istərdim. Son zamanlar heykəlləri kürsü üzərində yox, yerdən qoyurlar.
- Müslim Maqomayevin heykəli üz qarasıdır. Tağıyevin heykəli yaxşı heykəldir, amma kürsüdə olmalı idi. Hansısa məmurun hikkəsi ilə Tağıyevi kürsüdən düşürdülər. Koroğluya niyə heykəl qoymalıdırlar, dövrünün reketi olub də. Ondansa Polad Həşimova, Mübariz İbrahimova heykəl qoyulsun. Koroğlunun atı balaca, quyruğu paçasının arasında. At və it qorxanda quyruğunu qısır. Bunu heykəltaraş bilməli idi. İşi bacarana verməlirdilər. Tokay Məmmədov, sən yaxşı dəzgah heykəltəraşısan, monumentalçı deyilsən! 5 manatdan ötrü 50 illik hörmətini bada verdi. Müslim Maqomayevin heykəli də Ömər Eldarovun ən pis əl işidir. Heykəllərin taleyi məmur kabinetlərində həll olunmamalıdır. Bunu xalq üçün qoymursunuz? Qoyun xalq müzakirə eləsin. O vaxt Əzizbəyovun heykəlinin yaxşı ki,sökdülər. Səhər-səhər çıxırsan küçəyə, istəyirsən qarşına bir əməlisaleh adam çıxsın. Əzizbəyov kimi bir əclaf niyə çıxmalıdır məni qarşıma? 25 komissar əclaf idisə, o da əclaf olub.
Qoyulan heykəllərin yanında heykəltəraşın adı da yazılmalıdır. Buna fikir verən yoxdur.
 
Ardını oxu...
Məlum olduğu kimi Milli Məclis hərbçilərin 20 il xidmətdən sonra dövlət tərəfindən mənzillə təmin olunmasına dair hüquqlarını ləğv edən həmin müddətin 25 ilə qədər uzadılması barədə qanunvericiliyə dəyişiklik nəzərdə tutur.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında qanunvericilikdə nəzərdə tutulan dəyişikliyi şərh edib.

“Mənim buna münasibətim çox pisdir. Bir tərəfdən deyirik ki, hərbçilərimiz qürur mənbəyimizdir, başımızı uca etdilər, onların əmək haqları artırılmalıdır, digər tərəfdən onların sosial hüquqlarını məhdudlaşdırırıq. Hərbçilər mənzil almaq hüquqları saxlanılmaqla 20 il xidmətdən sonra pensiyaya çıxa bilməlidirlər. Çünki onların həyatı çox ağırdır. Həm də insan yaşlaşdıqca onun reaksiyası zəifləyir və fiziki imkanları tükənir. Peşəkar idmanda 35 yaşdan yuxarı az sayda idmançı görmək olar. Bizimki bir kürd məsəlinə oxşadı: “Canavarla birlikdə parçalayırıq, çobanla birlikdə yeyirik, sahibi ilə birlikdə ağlayırıq”. Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik. – Bu dəyişiklik hansı ehtiyacdan qaynaqlanır? – Bu, layihəni müdafiə edənlərin dediyi kimi hərbçiləri çox istəməkdən, onların təcrübəsindən daha çox istifadə etmək ehtiyacından qaynaqlanmır. Hərbçi yaşlaşdıqca onun döyüş meydanında çevikliyi azalır. Mən səmimi olaraq bu dəyişiklikləri dəstəkləyən bir hərbçi belə görmədim”.

Qüdrət Həsənquliyev deyir ki, əsas səbəb kimi Qarabağın bərpası üçün dövlətin artan xərcləri, həmçinin neft satışından gələn pulların azalması göstərilir: ” Çıxış yolları tapmaq üçün başqa yollar axtarılmalıdır. Prezident daha çox xarici siyasətə, təhlükəsizlik məsələlərinə, energetika sahəsinə, ölkəni nəqliyyat qovşağına çevirəcək iri layihələrin gerçəkləşməsinə diqqət yetirir. Bunu təqdir etsək də Prezidentin kiçik və orta sahibkarlarla görüşünə, onların problemlərini, biznes mühitinin yaxşılaşdırılması üçün onların təkliflərini şəxsən dinləməsinə çox böyük ehtiyac var. Bununla yanaşı iqtisadi və məhkəmə islahatları genişləndirilməlidir, inflyasiya 5%-in altında olacaqsa, o zaman 2000 manatdan çox maaş alan şəxslərin maaşlarının artırılmasına 3 illik morotorium qoyula, özəl sektorun inkişafı qarşılığında büdcədən maaş alanların sayının 30-35% azaldılmasına nail olmaq olar. Bununla yanaşı, nə qədər qeyri-populyar olsa da, 3000 manatdan yüksək maaş alan şəxslərə “Qarabağın bərpası” üçün yeni vergi tətbiq oluna bilər. Sahibkarlardan Qarabağın bərpası üçün pul toplanması vergi tətbiqi yolu ilə, qanunçuluğa cidid əməl etməklə, xeyriyyəçiliyi təbliğ etməklə həyata keçirilməlidir. Amma hərbçilərin sosial hüquqları məhdudlaşdırılmamalı, xidmət müddəti uzadılmamalıdır”.

Büdcə vəsaitlərinə qənaətə gəlincə, Həsənquliyev deyir ki, əvvəla hökumətin sosial siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində ağır həyatın, aztəminatlı olmanın nə olduğunu bilən adamlar daha çox iştirak etməli, onların dairəsi millətimizə acıya bilən şəxslərlə, milli kadrlarla genişləndirilməlidir: “Büdcə vəsaitlərinə qənaət şəffaflığı təmin etməklə, insanlarımız üçün faydalı olan, nəticəyə hesablanmış layihələri maliyyələşdirməklə təmin edilməlidir. Bütün dinlərə görə “Allahın bəyəndiyi işlər insanlar üçün vacib olanıdır. “Hökumət, hazırda valyuta ehtiyatlarını artırmaq haqqında yox,ondan daha səmərəli istifadə barədə düşünməli, Qarabağın bərpasına Neft Fondundan vəsait ayırmalıdır. İndi, Qarabağın bərpası ilə hökumət məşğul olur. Bu işə qaçqın və məcburi köçkünləri, geniş xalq kütləsini cəlb etmək lazımdır. Təəssüf ki, hökumət bunu necə etməyin yolunu bilmir”.
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ağ Ev təzyiqlərlə Bakının mövqeyinə hər hansı təsir göstərə bilmədiyi üçün ritorikanı dəyişdi. Amma bundan sonra da yeni “mexanizmlərin” dövriyyəyə buraxılmasından bəhs edilir...

- ABŞ-ın bu ritorikasının məqsədi Azərbaycanın mövqeyini dəyişmək yox, erməni ictimaiyyətinin könlünü almaq üçün idi. Artıq erməni ictimai rəyində qarşıdurma mövcuddur. Ruspərəstlərlə, qərbpərəstlər arasında gərginlik var. Bu baxımdan ABŞ-ın son davranışlarındakı əsas hədəf heç də Azərbaycanla bağlı deyildi. Sadəcə olaraq format etibarı ilə bizə nəsə iradlar tutulur. Amma əslində bu belə deyil.

- Nikol Paşinyan sərhəd komissiyasının görüşündən sonra Azərbaycanın sülhdə nə qədər maraqlı olacağı iddiasını səsləndirib. Bu, hansı məntiqlə izah oluna bilər?

- Sülhün istənilib-istənilməməsi siyasi ritorika ilə bağlıdır. Ermənistan məhz bu ritorikadan istifadə edir. İrəvanın istəyi odur ki, onun təklif etdiyi ərazilərlə bağlı dəstək alsın. Bu baxımdan Paşinyan elə görüntü yaratmaq istəyir ki, guya o, sülhpərvərdir. Amma təbii ki, bu belə deyil. Bu ritorika hər kəsə bəllidir. Burada təzə bir şey yoxdur.

- Ermənistanın indiki halda kommunikasiyalar üzərində daha çox vurğu ilə dayanması nə ilə bağlıdır?

- Zəngəzur dəhlizi ilə bağlı yanaşmalar fərqlidir. Dəhliz məsələsində Azərbaycanın mövqeyi aydındır. Eyni zamanda burada Ermənistanın öhdəliyi var. Azərbaycan tələb edir ki, Ermənistan bu öhdəliyi icra etsin. Ermənistan isə bundan açıq şəkildə imtina edir.

- İrəvan bunau nə ilə əsaslandırır?

- Erməni tərəfi dəhlizin ancaq öz nəzarəti altında açılmasına maraqlı olduğunu bəyan edir. Belə olan halda isə Azərbaycan İran ərazisindən keçən dəhlizi seçib. Burada Ermənistanın Azərbaycana irad tutması yersizdir. İrəvan Bakıya yolları açmaqla bağlı müraciət etsə, Azərbaycan ondan öhdəliklərin icrasını tələb edəcək. Bu, açıq mövqedir.

- Sərhədlərlə bağlı Almatı bəyanatı gündəmə gətirilir. Erməni tərəfinin israrla buna istinad etməsində məqsədi nədir?

- Ermənistan indi iddia edir ki, o vaxt Azərbaycan ərazisini Almatı bəyannaməsinə uyğun olaraq tanıyıb. Amma burada qaranlıq qalan məsələ həmin vaxtdan sonra baş verənlərlə bağlıdır. Bu suallar açıq qalır. Çünki həmin tarixdən sonra Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Eyni zamanda həmin razılaşmada Ermənistanın etmiş olduğu düzəliş var.

- Həmin düzəlişdə hansı məsələlər əks olunub?

- Burada qeyd edilib ki, Ermənistanın ərazi bütövlüyü Qarabağla birlikdə götürülür. Bunu rəsmi şəkildə bəyan ediblər. Belə olan halda Almatı sənədini Ermənistanın özü ləğv edib. Özləri bu razılaşmanı ləğv edib, yenidən onu gündəmə gətirməklə tamam başqa məqsədlər güdürlər.

- Azərbaycanın arqumenti nəyə hesablanıb?

- Bakı danışıqlara hazır olduğunu bəyan edir. Amma İrəvan müzakirələrin onun təklifi əsasında getməsini istəyir.

- Sizcə danışıqlar necə aparılmalıdır?

- Müzakirələr şərtlərlə başlamamalıdır. Faktiki olaraq indiki halda Ermənistan Azərbaycana qarşı şərt qoyur. Bu da Almatı razılaşmasının tanınması ilə bağlıdır. Ona görə də, məsələnin bu cür qoyuluşu məntiqdən uzaqdır.

- Burada kənar amillərin təsirini necə dəyərləndirmək olar?

- Təəssüf ki, bu reallıq var. Regiondan kənarda olan oyunçular da bu mövzunu dəstəkləyir. Amma Azərbaycan öz mövqeyində qalır. Bu da haqlı mövqedir.

- Kəndlərin təhvil verilməsi ətrafında hazırda erməni tərəfi manipuliyasiya edir. Bu məsələ necə həll olunacaq?

- Burada güc tətbiqi amili istisna edilmir. Çünki Azərbaycanın məqsədi ərazi bütövlüyünü bərpa etməkdir. Bakı bu siyasətdən dönən deyil Ermənistanın da imkanı varki hazırkı mərhələdə bu mövzular ətrafında danışıqlara getsin. Azərbaycanın sülh danışıqları üçün Tiflis və yaxud sərhəddə ikitərəfli qaydada bu məsələlərin müzakirəsini təklif etməsi daha optimal seçimdir. Əgər Ermənistan bunu istəmirsə deməli o danışıqlardan imtina edir. Belə olan halda Azərbaycan bu məsələlərə aid ölçü götürəcək.

Dünyapress TV

Xəbər lenti