BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə bağlı keçirilən müzakirələrin aksiyaya təsir edəcəyi ehtimalı azdır. Birincisi, Azərbaycana “Laçın yolunun açılması” çağırışı edilib: bu qətnamə yox, çağırışdır və praktiki addım nəzərdə tutulmur; İkincisi, Ermənistanın BMT-nin “Qarabağa faktaraşdırıcı missiya” göndərməsi ilə bağlı istəyi nəticəsiz qaldı: baş katibin köməkçisi Miroslav Yença Bakının “mədənlərin qeyri-qanuni istismarının araşdırılması” istəyinə cavabında bildirib ki, “BMT Laçın yolu və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında hansısa addım ata bilməyəcək”, o, tərəfləri 10 noyabr razılaşmasına əməl etməyə dəvət edib; bu, İrəvanın istədiyi “missiyanın” da olmayacağı deməkdir; Ermənistan Azərbaycana qarşı praktiki addımın atılmasına nail ola bilməsə də, Fransanın dəstəyi ilə beynəlxalq ictimai rəyi Xankəndi yolundakı aksiya haqqında yanlış formalaşdırmaqda nəticə əldə etdi. Və bu işdə çox da çətinlik çəkmədi. Hərçənd, Azərbaycan belə münasibətlə üzləşməyə artıq öyrəşib, bu baxımdan, o qədər də təəccüblü deyil, indi əsas olan aksiyanın davamlılığıdır. Asif Nərimanlı Teref.az