Rusiyanın Mərkəzi Asiyada mövqeyi keçən il o qədər güclü idi ki, hətta Çinin artan iştirakı ilə belə onu təhdid etmirdi. Amma Rusiyanın Ukraynaya təcavüzünün başlaması ilə hər şey dəyişdi, Ukrayna şəhərləri ilə yanaşı, Kreml Rusiyanın bütün dünyada, xüsusən də postsovet məkanında təsirini məhv edir. İndi Moskvanın xəttindən kənara çıxan istənilən bəyanat və ya jest Mərkəzi Asiya ölkələrinin Rusiya ilə əlaqələri kəsmək cəhdi kimi görünür və onun regionda təsirinin tezliklə sona çatması ilə bağlı müzakirələrə səbəb olur…
Həmçinin Mərkəzi Asiya Rusiyanın “düşmən” hesab etdiyi ölkələrlə əlaqələri fəal şəkildə gücləndirir. Mərkəzi Asiya liderləri bir-bir Qərbə səfər edir, sanksiyalara əməl olunması ilə bağlı ABŞ-la məsləhətləşir, Rusiyadan yan keçən logistik marşrutlar hazırlayır. Bununla yanaşı, region Rusiyanın inteqrasiya layihələrindən uzaqlaşır: oktyabrda Qırğızıstan öz ərazisində KTMT hərbi təlimlərini ləğv edib, dekabrda isə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Aİİ sammitində Putinlə görüşməmək üçün Bişkek səfərini təxirə salıb…
KTMT-nin reputasiyası daha çox zədələndi. Ukrayna cəbhəsindəki uğursuzluqlar qüdrətli Rusiya ordusu haqqında mifi darmadağın etdi və Rusiya təhlükəsizlik çətirindən asılı olan ölkələri ciddi şəkildə əsəbiləşdirdi. Bu, KTMT-nin tezliklə dağılacağı anlamına gəlmir, lakin onun genişlənmə potensialı sıfıra bərabərdir. Moskva isə Mərkəzi Asiya ölkələrinin subyektivliyini tanımaq və öz cəlbediciliyi ilə məşğul olmaq əvəzinə, keçmiş sovet respublikalarından Kremldən miras qalmış tarixi hökmranlığı məhv etməməyi tələb edir…