Ermənistan hakimiyyəti bəyənmədiyi Kremlə yalvarır ki, “yolun açılmasını təmin edin”. Ermənistan parlamentinin spikeri Alen Simonyan yalvarmaqla yanaşı Moskvanı təhdid də edir. Simonyan deyib ki, ABŞ Dövlət Departamenti və Fransa XİN Azərbaycandan yolun açmasını istəyiblər, növbə Rusiyanındır: “Ümid edirəm ki, müttəfiqimiz bu dəfə bizi məyus etməz”. Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.Politoloq fikirləriniu şərh edərək daha sonra yazır: Yəni demək istəyib ki, Kreml son illər Ermənistanı və erməniləri çox məyus edib, heç olmazsa bu dəfə fərqli hərəkət etsin. Alen Simonyan daha sonra absurd və xəstə xəyallarını səsləndirməyə başlayıb: “Rusiyanın sülh missiyasına alternativ təhlükəsizlik variantları barədə düşünməliyik. ATƏT-in Minsk Qrupunun 12 ölkəsinin missiyasını Dağlıq Qarabağa göndərmək lazımdır”. Bu Alen Simonyanın və digər erməni rəsmilərin cəmiyyətlərini sakitləşdirmək məqsədilə səsləndirdikləri açıqlamalardır. Özləri də anlayır ki, Azərbaycan heç zaman “alternativ missiya”, “yeni təhlükəsizlik tədbirləri” və “ATƏT-in missiyası” kimi təklifləri qəbul etməyəcək. Teref.az