Heydər Əliyev: xalqımızın xilaskarı...
XX əsr bəşəriyyətə çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və
qətiyyətli rəhbərlər, son dərəcə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu
gün biz fəxrlə deyə bilərik ki, belə xoşbəxt xalqlardan biri də Azərbaycan
xalqıdır. Xalqımızın dahi şəxsiyəti, bütün türk dünyasının fəxri Heydər
Əliyev məhz belə şəxsiyyətlər sırasında önəmli yer tutmuşdur.
Heydər Əliyev ötən əsrin görkəmli siyasi və dövlət xadimi kimi, bütün
dünyada yaxşı tanınmış və artıq öz sağlığında tarixə düşmüş nəhəng
şəxsiyyətdir. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu,
zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti minillik tariximizin ən nühüm,
şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin,
məsuliyyətli anlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqınıın
ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli
mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən
çəkinmədən mərdliklə verən xarqüladə şəxsiyyət olduğu aşkar görünür.
Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər
Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə
bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə
götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın
müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın
köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas
etmişdir.
Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin
ayrılmaz bir hissəsidir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi vardır. Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin
bəxş etdiyi misilsiz bir şəxsiyyətdir və hamı onun nə dərəcədə əlçatmaz
olduğunu çox gözəl bilirdi.
Heydər Əliyev 40 ili əhatə edən bir dövrdə Azərbaycan uğrunda öz
əməli fəaliyyəti ilə, özü də planlı və məqsədyönlü şəkildə mübarizə və
mücadilə aparırdı. Bu gün sərbəst yaşaya bildiyimiz məmləkətimizin –
müstəqil Azərbaycanın təməl daşı Heydər Əliyevin ideya müəllifliyi və
birbaşa başçılığı ilə qoyulmuşdur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam” kəlamı da dünyanın ən böyük azərbaycanlısı, ulu öndər
Heydər Əliyevə məxsusdur. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi
bütün dövrlərdə ürəyinin ən dərin qatlarına qədər milli lider olduğunu
nümayiş etdirmişdir. Xalqımızın tarix boyu qərarlaşmış, milli dəyərlərinin
bərpa edilməsi Azərbaycan dilinin inkişafı, milli mədəniyyətimizin, əxlaq
normalarımızın, dinimizin, mənəviyyatımızın yüksəldilməsi, gənclərin milli
ruhda tərbiyə edilməsi Heydər Əliyevin liderlik qayəsini müəyyən edən
cəhətlərdən idi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mük

Dünyapress TV

Xəbər lenti