Mikayıl Cabbarov yenə açıqlama verib ki, kiçik-orta biznes vergilərdən azad ediləcək – xub, əla, çox yaxşı, amma ilk olaraq kiçik-orta biznesin əsas dərdlərindən biri ƏDV ilə bağlı məsələdir. Hələ devalvasiyadan əvvəl dövriyyə məhdudiyyəti olan illik 200 min manat norması mütləq dəyişdirilməlidir! İldə dövriyyəsi 200 min manatı keçən kimi ƏDV-ni yükləyirlər sahibkarın belinə, ona gərə də, ilk addım kimi dövriyyə məhdudiyyəti illik 200 mindən 1 mln. manata qaldırılmalıdır. Bir də ki, hökumət kiçik-orta sahibkara kömək etmək istəyirsə, sadəcə mane olmasın yetər... Natiq Cəfərli Teref.az