“Rusiya qoşunları dünyada ilk dəfə olaraq atom elektrik stansiyasından (AES) terror üçün istifadə etdilər”.
“Report”un “RBC-Ukraina”ya istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında deyib.
Prezident Zaporojye Atom Elektrik Stansiyasının ətrafında ciddi gərginliyin olduğunu qeyd edib.
"Rusiya terrorçuları Avropada ən böyük atom elektrik stansiyasından dünyada ilk dəfə terror üçün istifadə ediblər. Biz dünyanın diqqətini buna cəlb edəcəyik və belə bir qlobal təhlükə yaratdığına görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqində israr edəcəyik", - dövlət başçısı deyib.
Xatırladaq ki, avqustun 5-də Rusiya hərbçiləri Zaporojye Atom Elektrik Stansiyasını iki dəfə atəşə tutublar. Nəticədə radioaktiv maddələrin yayılması təhlükəsi ortaya çıxıb.
Zelenski Rusiyanın bu cür hərəkətlərini terror adlandırıb və dünya ölkələrini, beynəlxalq təşkilatları “Rosatom”a qarşı sanksiyalara çağırıb.
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər.
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb.
Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək.
Avqustun 05-i Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.
AFN.az-a Baş Prokurorluqdan verilən məlumata görə, Hərbi prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilin, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub.
Bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Türkiyənin yeni nəsil qanadlı raketi "Çakır" bu ilin sonunda buraxılacaq.
"Anadolu" agentliyi xəbər verir ki, bunu "ROKETSAN"ın baş direktoru Murat İkinci deyib.
O, bildirib ki, ROKETSAN-ın şüarı dənizin dibindən kosmosun dərinliklərinə qədər müdafiə üçün lazım olan bütün texnologiyaları inkişaf etdirə biləcək infrastruktur yaratmaqdır.
Murat İkinci Türkiyənin kosmosa müstəqil çıxışını təmin etdiyini vurğulayıb:
"Bunun üçün çox ciddi infrastruktur yaradılıb. Biz 2020-ci ildə Kosmik Sistemlər və Qabaqcıl Texnologiyalar Mərkəzini açdıq. Buradakı məhsullarla ölkə kosmos yarışında ön plana çıxır".
Baş direktor əlavə edib ki, növbəti hədəf kosmosa peyk daşıyacaq platformaları həyata keçirməkdir.
Ötən gün axşam saatlarında Qarabağda separatçıların hərbi hissələrində həyəcan təbili çalıb.
Teleqraf.com "Yerevan Today"a istinadən xəbər verir ki, əsgərlər vaxtından əvvəl evə buraxılıblar .
Əsgərlərin Ermənistana ən qısa zamanda və gizlin daşınması üçün gecə saatlarında avtobuslar sürətlə yola düşüb.
"Qoşunlar gecə İrəvana gətirildi, onları “Fəhlə heykəlinin” yanında düşürdülər. Əsgərlərin çoxu səkilərdə gecələdilər. Onların valideynləri hər şeydən xəbərsiz idilər. Əsgərlərin vaxtından əvvəl təxris olunması hər kəsi şoka saldı", deyə məlumatda qeyd olunur.
O deyib ki, vəziyyəti ağır olan 4 yaralıdan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu saatlarda tamamlanıb.
Digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralıların İrəvana gətirilməsinə ehtiyac olub-olmadığını soruşduqda o, deyib ki, buna ehtiyac var: “Yaralıların bir hissəsi artıq çatdırılıb, qalanları yoldadır”.
***
Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.
Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.
Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Ukrayna “Dronların ordusu” layihəsi çərçivəsində dron-kəşfiyyatçılar üçün təqribən 20 milyon dollar toplayıb. Avqustun 3-də bu multikopterlərin ilk partiyası cəbhəyə yola salınıb.
Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov məlumat verib.
“Bu PUA-lar bu gün cəbhə xəttinə gedəcək. Onların arasında ən yaxşı dronlardan biri də “FlyEye”dir ki, sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək. “Dronlar ordusu” üçün artıq 751 milyon qrivna (20 milyon dollar) yığılıb. Avqustun sonunadək 200 kəşfiyyat dronunun alınması planlaşdırılır. Bununla bağlı Ukraynanın PUA istehsalçıları ilə danışıqlar aparılır”, - deyə Fedorov bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri DJI Matrice 300 dronları ilə gücləndiriləcək. Bu dronlar güclü kameralara və termal sistemlərə malikdir. (Mənbə: Gazeta.ru)