"Sizin dronlar uçursa, demək, bizim dronlar da uçaraq Moskvayadək çatacaq..."
"Qərb Ukraynanı qorumaq isrəyirsə, təkcə müdafiə vasitələri deyil, hücum vasitələri də verməyə məcbur olacaq..."

"İsrail Ukraynaya "Dəmir kümbəz", zenit qurğuları verə bilər, bunlar ki, müdafiə vasitələridir..."

"İsrail həkimlərinin Putinin xərçəngdən müalicə etməsinin məsələyə dəxli yoxdur..."

"İran dronların əvəzinə Rusiyadan nəsə əldə edə bilər, söhbət iki izqoy ölkənin əməkdaşlığından gedir..."

Qərb Ukraynaya Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi İran dronlarından daha keyfiyyətli dronlar verməlidir.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı hüquqşünas Mark Feyqin bəyan edib.

"Çox vacibdir ki, Ukraynaya o dronlardan, amma daha keyfiyyətlisi verilsin. Çünki madam ki, sizin dronlar uçur, demək, bizim də min km uzağa, Moskvayadək uçan dronlarımız var". Bu, məntiqə uyğundur. Bunlar çəkindirici vasitədir. Ya siz, ya da biz", - o, deyib

"Yəni Rusiya o dronlardan istifadə etməzdən öncə min dəfə düşünəcək", - Feyqin qeyd edib.

O, hesab edir ki, Qərb "Ukraynanın ərazisini müdafiə etmək üçün təkcə müdafiə vasitələri deyil, həm də zərbələr üçün hücum vasitələri verməyə məcbur olacaq".

Daha sonra Feyqin deyib ki, İsrail Ukraynaya hava hücumundan müdafiə sistemləri verə bilər, çünki bunlar müdafiə vasitəsidir. Məsələn, "dəmir künbəz" vermək olar. Burada nə var ki, mən anlamıram. Bunlar müdafiə vasitələridir və rusiyalı əsgərləri öldürmək üçün deyil", - Feyqin deyib.

O, qeyd edib ki, İsrail siyasətçiləri Rusiyadan qorxur.

"Əlbəttə, qorxurlar...amma dünya 24 fevraldan sonra dəyişib. Prioritetlər dəyişir. Moskvanın da prioritetləri dəyişir. İsrail Qərbin müttəfiqidir, Moskva Qərblə münaqişədədir. Ona görə də xam xəyallara dalmaq olmaz".

"İsrail həkimlərinin Putini xərcəngdən müalicə etməsinin də məsələyə dəxli yoxdur. Dövlət miqyaslı vəzifələr hər hansı empatiyadan vacibdir", - o, vurğulayıb.

"İsrail künbəzləri və zenit qurğuları çox gözəldir, onları vermək lap yerinə düşər. Axı dronlar mülki əhalini, mülki infrastrukturu məhv edir. Onlar ukraynalıların qışda evlərində donmasını istəyir. Başa düşürsünüzmü?".

Sonda Feyqin diqqəti ona çəkib ki, İran dronlarının tədarükü müqabilində Rusiyadan nəsə ala bilər.

"İsrail də, ABŞ da nəzərə almalıdır ki, Tehran nəsə əvəzində ala bilər və ya artıq alıb. Məsələn, nüvə silahının istehsalı texnologiyası, hərbi texnologiyalar ala bilər".

O, güman edir ki, söhbət "iki izqoy ölkənin" əməkdaşlığından gedə bilər.

"İran artıq terrorçuluğa sponsorluq edən ölkədir. Rusiyanın da bu statusa layiq görülməsinə bir şey qalmayıb. Nədən bu sahədə əməkdaşlıq edilməsin? Vaxtilə Stalin Mao-Tszeduna nüvə bombası verməyibmi? Çinin nüvə silahı haradandır? Əlbəttə, Moskvadan", - Feyqin deyib.
 

Dünyapress TV

Xəbər lenti