"Ukraynanın Xerson vilayətində işğalçıların böyük qüvvəsi mühasirəyə alınıb".
Bu barədə Britaniyanın istefada olan hava vitse-marşalı Şon Bell" Sky News" telekanalında danışıb.
Bell deyib ki, ruslar mühasirədən çıxa bilməsə məhv olmaq riski var.
"Əgər həmin hərbi qüvvələr getsələr, bu, Rusiya üçün çox, çox böyük məğlubiyyət olacaq. Ukraynadakı rus qoşunun komandanı general Surovikinin Xersondakı ağır vəziyyət ilə bağlı bəyanatı əsgərlərdə ruh düşkünlüyü yaradıb. Onların bəziləri mülki geyimdə Xersondan qaçmağa çalışır..."
Vitse marşal onu da əlavə edib ki, ruslar üçün Xersondan qaçmaq da çətin olacaq.
"Dnepr çayı üzərindəki bütün körpülər dağıdılıb, ona görə də ponton körpülər üzərindən ağır texnikanın daşınması çox ləng və çətindir. Əgər Surovkin qoşunları Xersondan təcili geri çəkməsə, rus əsgərlərinin arasında çaxnaşma riski artacaq”, - ekspert əlavə edib.