Stoltenberq: “Rusiyanın nüvə silahından istifadə hədəsi ciddidir”
Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib.

“Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır”, – Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək.

“Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”, – baş katib vurğulayıb.

Alyans rəsmisi söyləyib ki, NATO Rusiyanın hərəkətlərini diqqətlə izləməkdə davam edir:

“Biz hadisələrin istənilən mümkün inkişafına hazır olmalıyıq”.
 

Dünyapress TV

Xəbər lenti