"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl
"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl"Azəriqaz" adı dələduzluqda hallanan şəxsi rəis təyin etdi - ƏTRAFLl

Dövlət qurumlarının birində görünməmiş hadisə baş verib. Belə ki, "Azəriqaz" İB Ağsu RQİİ-ə rəis təyin edib. Bura qədər hər şey normaldır amma işin qəribə tərəfi isə həmin rəisin o vəzifəyə təyin edilməzdən öncə haqqında yazılan qanunsuz əməlləri barədə yazılardan sonra qurumda yoxlama aparılmasıdır. Həmin yoxlamalarla bir çox qanunsuz əməli təsdiqini tapdığı sübut olunsa da həmin vəzifəyə məhz sözügedən şəxs, Lənkəran RQİİ-də işləyən Namiq Məmmədov təyin edilib. Lənkəranda çalışdığı illər ərzində çox sayda qanun pozuntusu aşkarlandıqdan sonra onu tez-bazar Ağsu RQİİ-ə təyin edərək "aradan çıxardıblar".

N. Məmmədov haqqında mediada xoşagəlməz məlumatlar yayıldıqdan sonra quruma təcili yoxlama göndərildi və yazılan məlumatlar öz əksini tapdı. Bu dəfə isə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumata görə, "Azəriqaz"İB tərəfindən daxili əmr verilib, struktur islahatlarına az vaxt qaldığı üçün təyinatsız yeni sədr N.Məmmədov isə indidən rəhbər vəzifələrdə işləmək istəyənlərə 1000 manat "tas" qoyub, daha böyük vəzifələrin isə "tas"ı daha çoxdur.

Namiq Məmmədov hələ Lənkəran RQİİ-də işləyən vaxtlarda bir əli Ağsu RQİİ-də olub, ondan sonra gələn rəhbərlərin idarəetməsinə "Azəriqaz" İB də ağalarının vasitəsi ilə müdaxilə edib, onun "Ağsu RQİİ"-də rəis olduğu vaxtlarda qara kassaları bu RQİİ də vəzifə başındadır.

Az əvvəl mediada gedən silsilə yazılardan sonra Lənkəranda yoxlamalar aparıldığı haqqında məlumat vermişdik. Son yoxlamalar zamanı Lənkəran RQİİ də passiv qaz sayğaclarını digər şəxslərə maddi marağ qarşısında sataraq ciddi qanun pozuntusu etməsinə baxmayaraq əvvəllər cənab Məmmədovu Cahid Hüseynov, sonra isə Cahid Hüseynovun yerinə təyin olunan Nail Abdullayev qoruyur. Görünən odur ki, çox sayda qanun pozuntusu aşkar edilməsinə baxmayaraq Azər Məmmədov da hansısa formada daxildə öz müavininə qarşı çıxa bilmir, elə məhz bu səbəbdən Namiq Məmmədov hələ Lənkəranda olanda Ağsuda və Bakıda bir neçə şəxslərlə görüş keçirərək onları istədiyi yerlərə təyin etmək üçün maddi sövdələşmə aparırmış, özünün yaxın ətrafına da deyib ki, "təzə komanda şirinliksiz iş görmür, mən ora verdiyim pulu burdan çıxmalıyam, əliniz cibinizdə olsun." Redaksiyamıza gələn məlamata görə, artıq ciddi şəkildə qiymətləşmə gedir.

Bu işləri həyata keçirən Namiq Məmmədovun əsas köməkçisi isə Həbib Quliyevdir. Həbib Quliyevin rəis olmasında Namiq Məmmədovun xüsusi xidməti olub, Həbib Quliyev də hər yerdə özünü Mikayıl İsmayılov kadrı kimi tanıtsa da deyilənə görə, M İsmayılov artıq SOCAR-la bağlı heç bir işlərə müdaxilə etmir, uzun illər Həbib Quliyevin dəfələrlə qanunsuz əməlləri aşkar ediləndə öz yaxın qohumu Qismət Soltanov müdafiə edib, Qismət Soltanov keşmiş baş direktor Ruslan Əliyevlə yaxın dost münasibətləri var, Həbib Quliyevdən dəfələrlə aidiyyəti qurumlara şikayət olunsa da onun öz yaxın qohumu Qismət Soltanov və tanışı, Azəriqaz-da şöbə rəisi işləyən Şəhriyar Babayev onu dəfələrlə xilas edib. Görünür "Karbamid" zavodda Soltanovun işi çox az olduğundan "Azəriqaz"-a müdaxilə çox edir.

Redaksiyamıza daxil olan məlumata görə, Lənkəran və Ağsu RQİİ-dən iyul ayında Ağsu RQİİ-də başlayan struktur dəyişiklikləri üçün müəyyən vəsailər toplanıb. Məlumata görə, bir neçə rayon rəislərinin yerdəyişməsi və yeni yaranacaq şöbələrə şöbə rəislərinin təyin olunması üçün hansısa məbləğ qarşılığında razılaşma əldə olunduğu bildirilir. Maraqlıdır, Məmmədov rəhbərlikdəki adamların demək olar hamısını onu bura pul qazanmaq üçün göndəriblər? Həm də ən maraqlısı odur ki, N. Məmmədov ikibaşlı işləyir, "Azəriqaz" İB-dəki bütün məlumatları eks baş direktor Ruslan Əliyevə ötürür, həm də paralel olaraq Ruslan Əliyevi təbliğ edir.

Artıq Namiq Məmmədov öz kadrlarını yerləşdirməyə başladı, beləki Ağsu regional Təmir Tikinti sahə rəisi Elvin Əsgərovu müəyyən maddi maraq qarşısında hansısa rayona xidmət sahəsi rəisi təyin elətdirməyin "Azəriqaz"-dan razılığını alıb. "Azəriqaz"dan redaksiyamıza verilən məlumata görə Namiq Məmmədov artıq rəhbərliyin qara işlərini həyata keçirməyə başlayıb.
xebernur.com
TEREF olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 

Bölmənin digər xəbərləri

18 İyun 2025 Mahir Şirəliyevin qanunsuz əməllərinə kim göz yumur
18 İyun 2025  KOLLECDƏ QALMAQAL: Valideyn 'vermişəm', direktor 'almamışam' deyir - VİDEO
18 İyun 2025 Füzuli Təhsil Sektoru Məhkəməyə verilir?! - TƏFƏRRÜAT
18 İyun 2025 Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov 300 min manatlıq obyekt tikdirib? – Fotofakt
18 İyun 2025 Şəfa Xəlilova dolğu,inyeksiya, botox prosedurlarını necə icra edir? - Fotofaktlar
17 İyun 2025 Məktəb direktorunun oğlu sayt rəhbərinə hədə-qorxu gəlir - ŞOK MÜRACİƏT
17 İyun 2025 GDU-dan yenə narazılıq var - nazir işdən qovub, rektor nəzarətçi təyin edib?
17 İyun 2025 Rüşvət sisteminin himayədarları: Emin Əmrullayev və Eşqi Bağırov niyə susur?
17 İyun 2025 Dövlət poliklinikasında baş həkim özbaşınalığı: İşçilərə təzyiq, saxta aktlar - BU NƏDİ BELƏ?
17 İyun 2025 Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?
16 İyun 2025 Sumqayıtda “Son zəng” də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu- Video
16 İyun 2025 MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları- FOTOLAR
16 İyun 2025 Nəsimi rayonunda növbəti qanunsuz tikinti- Hansı məmurun icazəsi ilə bu işlər görülür? -Video
15 İyun 2025 Afaq Əliyeva bu dəfə də öz hökmranlığını göstərdi. 201 saylı məktəbdə biabrçılıqlar bitmir!!!
15 İyun 2025 Tovuz Dövlət Sosial İqtisadi Kolleçində nə baş verir? VİDEOİTTİHAM
15 İyun 2025  “National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
15 İyun 2025 Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!
14 İyun 2025 6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
13 İyun 2025 Mərkəzi Klinikada göndərişlə gələn II qrup əlildən ödəniş aldılar: Həkim‐kardioloq Firdovsi İbrahimov müayinədən imtina etdi?
13 İyun 2025 FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir

Dünyapress TV

Xəbər lenti