Zelenski "çirkli bomba" haqqında: “Hamı hər şeyi başa düşür”
Ukrayna prezidenti Vladimir Zelenskinin fikrincə, Avropanın bu hissəsində yalnız bir subyekt nüvə silahından istifadə edə bilər, o da Ruisyadan başqası deyil.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Rusiya müdafiə naziri Sergey Şoyqunun bəyanatını şərh edərkən söyləyib.

“Bu gün Rusiyanın müdafiə naziri telefon karuseli təşkil edəndə və xarici işlər nazirlərinə qondarma çirkli nüvə bombası haqqında hekayələr danışanda da hamı hər şeyi çox gözəl başa düşür”, - deyə o, videomüraciətində bildirib.

"Rusiya hara ölüm və deqradasiya gətirdisə, biz normal həyatı bərpa edirik. Söhbət ukraynalılardan gedir. Ukraynanın olduğu yerdə həyat heç vaxt məhv edilmir. Amma Rusiya gələn yerdə özündən sonra kütləvi məzarlar, xaraba qalmış şəhərlər, minalanmış torpaqlar, dağılmış infrastruktur və təbii fəlakətlər buraxır",-deyə Zelenski qeyd edib.

"Əgər kimsə Avropanın bizim olan hissədə nüvə silahından istifadə edə bilərsə, bu, bir nəfərdən başqası deyil. O da yoldaş Şoyquya harasa zəng etməyi əmr edəndir",-deyə Ukrayna prezidenti söyləyib.

Xatırladaq ki, Rusiya mediası Ukraynanın guya “çirkli bomba”dan istifadə edərək təxribat hazırladığına dair iddialar yaymağa başlayıb. Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyə, Fransa, Böyük Britaniya və ABŞ-dan olan həmkarları ilə söhbətində də bildirib.

Dünyapress TV

Xəbər lenti