İran Silahlı Qüvvələrinin Quru Qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə hərbi təlimlərə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub.
Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır.
Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib.
Təlimə regional Aşura qərargahı komandanlıq edib. Təlimlər hərbi manevr döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilib.