"Tender kralı" Ramazan Mirzəyev kimdir? -Dövlətin milyonları necə talanır?
İllərdir Bakıda demək olar bütün tenderlərin qalibi kimi məşhurlaşan iş adamı haqqında mediada tənqidi yazılar yazılır, fikirlər səslənir.

Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Bakı şəhər İcra hakimiyyətinin və nazirliklərin dəstəyi ilə iri layihələrə ayrılan vəsait məhz həmin iş adamına həvalə edilir. Görülən işlərlə bağlı dəqiq olan məlumat odur ki, dövlət büdcəsindən ayrılan milyonların böyük faizi mənimsənilir.

Bəs hamının tanıdığı dövlət büdcəsini saxta adlarla talayan bu milyonçu iş adamı kimdir?
Azərbaycanda tender sahəsi üzrə məşhurlaşan, bu sahədən illər ərzində milyonlar qazanan və bu sahənin ən əsas oyunçularından biri “tender kralı” kimi tanınan iş adamı Hacı Ramazan Mirzəyev hesab olunur. Ölkə mətbuatında Ramazan Mirzəyevin müxtəlif sahələrdə tenderləri udan onlarla, bəlkə də yüzlərlə şirkətinin adı açıqlanıb və bu şirkətlərin tenderləri udması bir qayda olaraq qanun pozuntusu ilə müşahidə olunub. Buna baxmayaraq Ramazan Mirzəyev hələ də ölkənin ən çox tender udan sahibkarı olmaqda davam edir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-03_1743189842_2.jpg
Bir qayda olaraq dövlət satınalmalarında iştirak edib. Qalib gələn MMC-ləri heç kimin tanımadığı adamların adına açır. Bəzən isə həmin adamlar özləri də bizneslə məşğul olduqlarını və bahalı tenderlərin qalibi olduqlarını bilmirlər. Bəzən isə Ramazan Mirzəyevə məxsus olan onlarla şirkət eyni ünvanda fəaliyyət göstərir.
Nə hikmətdirsə, illərdir dövlət qurumlarının keçirdiyi tenderlərin əksəriyyətinin qalibi məhz Ramazan Mirzəyevə bağlı şirkətlər olur. İl ərzində milyonlarla manat tenderlərin qalibi olan bu şirkətlər haqqında axtarış aparılan zaman da hansısa ciddi bir məlumata rast gəlmək mümkün deyil. Bu şirkətlərin nə rəsmi ünvanları, ofisləri, nə də sosial şəbəkələrdə hesabları var. On minlərlə manat dəyərində tenderlərin qalibi olan şirkətlərlə isə əlaqə saxlamaq mümkün deyil. Çünki heç yerdə bu şirkətlərin əlaqə məlumatıarı yoxdur.

İş adamı böyük tenderləri “VEST-LTD” QSC ilə “İnpeks.N.” MMC şirkətləri ilə udsa da, digər kiçik satınalmalarda isə, əsasən, 10 manatlıq MMC-lərini işə qoşur.
Ramazan Mirzəyevlə bağlı yayılan informasiyalardan biri də onun heç kəsin tanımadığı minlərlə 10 manatlıq şirkətlərə sahib olması ilə bağlıdır.
Ölkə mətbuatında yayılan məlumatlarda 2018-2024 cü illərdə Bakı Şəhər İcra Hakimiyyətininin və digər qurumların satınalmalarında qalib olan “Yukon-K”, “Astok-5”, “Foodr 21”, “Vinsfud”, “Vertus 2018”, “Local LLC”, “Green SS”, “Ardo-2017”, “Təchizat Servis-18”, “Hermes-R Group”, “Staples Holding”,”Aztex-NN Servis”, “Gibernes MM”, “Katlos 2020”, “Local LLC”, “Forvard-SS”, “Olimpic HH”, “Kross Good”, “Faraon 200”, “Rudel Marketing” MMC- şirkətlərinin Ramazan Mirzəyevə məxsus olduğu qeyd olunub.
Sual olunur – Ramazan Mirzəyevə niyə bu qədər şərait yaradılır və dövlət vəsaitlərini mənimsəyən bu şəxs barədə niyə tədbirlər görülmür? Cavab sadədir – Ramazan Mirzəyev yuxarılar tərəfindən himayə olunmaqla yanaşı ona tender qazandıran qurumlarla şərikli mənimsəmələrdə iştirak edir. Əks təqdirdə bu şəxsin qara gözü, qara qaşı digərlərindən fərqlənmir. Reallıq. Tv – araşdırmalarından məlum olur ki, Ramazan Mirzəyevə məxsus şirkətlər son 10 il ərzində milyardlarla vəsaiti tenderlərdə qazanıb. Bu vəsaitlərin çox hissəsi isə iş adamı tərəfindən mənimsənilib. Onu da qeyd edək ki, Ramazan Mirzəyev Neftçala, Masallı və digər rayonlarda böyük biznes şəbəkəsinə sahibdir.
Ramazan Mirzəyevin digər qanunsuz əməlləri ilə bağlı araşdırmalarımız davam edir.
Yuxarıda qeyd olunan iddialarla bağlı Ramazan Mirzəyevlə və ona bağlı olan şirkətlərlə əlaqə saxlamağa çalışsaq da heç bir əlaqə məlumatı tapa bilmədik. İddialarla bağlı Ramazan Mirzəyevin və ona bağlı olduğu iddia edilən şirkətlərin mövqeyini dərc etməyə hazırıq.(Reallıq. Tv)
 
 

Bölmənin digər xəbərləri

01 Aprel 2025 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...
01 Aprel 2025 Bakıda BAŞIPOZUQLUQ: Arxitektura Komitəsi İŞ BAŞINDADIR... - Məsuliyyət isə onlarlıq deyil...
01 Aprel 2025 Fərzəliyev bütün tenderləri Mehbalıyevin kürəkəninə verib
01 Aprel 2025 Aristokrat klinikada diplomuz "stomatoloq"(?)-Bu, yalnız bir fırıldaqçılıq deyil...
01 Aprel 2025 Milyonçu "Tender kralı" Hacı Ramazan Mirzəyevlə bağlı məlumat yayıldı
01 Aprel 2025 Qəzənfər Ağayev “ELNUR-2″ni niyə “əzizləyir”? - HƏQİQƏTƏN DƏ...
01 Aprel 2025 `Anadolu` restoranı ilə Nəsimi RİH-in işbirliyi - BU NƏDİ BELƏ?..
31 Mart 2025 Eldar Əzizovun qudası bizi blokadada saxlayır: Evimizə pəncərədən girib-çıxırıq — VİDEO/FOTOLAR
31 Mart 2025 Elşən Salahov Prezidentin SƏRƏNCAMINI NİYƏ İCRA ETMİR? - İLGİNC FAKT
31 Mart 2025  Binəqədidə başçının satmadığı YER QALMAYIB - NARAZILIQ VAR... FOTO
31 Mart 2025 Daha bir tikinti şirkəti sakinlər evdə olarkən mənzilləri sökür? (VİDEO)
31 Mart 2025 Sabirabad rayonunda direktor, Maarif müdiri və Regional Rəhbərinin birgə qanunsuzluğu!!!
31 Mart 2025 Masallı sakini Prezidentə müraciət etdi: "Oğlumun ölümündə olan günahkarlar cəzalandırılsın"
30 Mart 2025 ƏƏSMN üçün yardılmış “MAC CONSTRUCTİON”: Şirkət rəhbəri ilə Sahil Babayevi nə birləşdirir?
29 Mart 2025 Mehdiqulu müəllim 33 nömrəli məktəbin direktorudur ya fermanın?
29 Mart 2025 Yasamalda zibil qutularının yerində obyekt tikilir – İcra hakimiyyəti isə qanunsuz tikintini “görmür”
28 Mart 2025 Xətaidə bu başıpozuqluğa kimlər rəvac verir? - İcra Hakimiyyəti hara baxır? FOTO
28 Mart 2025 Deputat və oğlu NƏDƏ ittiham olunur
28 Mart 2025 "Melissa Grup" vandallıqda tək deyil - MTK rəhbərləri mafioza çevriliblər... video
28 Mart 2025 Badamdarda sürüşmə zonasında 40 illik şam ağacları məhv edildi — Yerində obyekt tikən kimdir?/FOTOLAR

Dünyapress TV

Xəbər lenti