Bacısı oğlu Prezident aparatında işləyən polis p/l -ı ailəsinin evini 400 000-ə satıb və 200 000-də General qaynatasının tanışlarından alıb gözə görsənmir...
Teref.az-ın mötəbər mənbədən aldığı məlumata görə daha bir generalımız qalmaqalla üzləşib. Keçmiş Polis Akademiyasının rəisi general Ramiz Nağıyevin kürəkəni polis p/l Cavid Talıbov ailəsi ilə birgə yaşadıqqları evini 400 000 min manata, Toyota “Prado” avtomobilini isə 100 000 manata satıb. Bundan sonra qaynatasının adındanda, onun obyektinin müştərilərindən 200 000 manat alıb. Məlumata görə Cavid Talıbov yoldaşı ilə boşanmaq ərəfəsindədir. Mənbəmizin dediyinə görə , p/l Cavid Talıbovun arxasında Prezident Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi olan bacısı oğlu Murad Tağıyev durub.
Mənbənin dediyinə görə Murad Tağıyev Ramiz Mehdiyevin zamanında onun proteksiyası ilə Fuad Ələsgərovun şöbəsinə işə qəbul olunub və indiyə qədərdə məsləhətçi işləyir.
Verilən məlumatı yoxlamaq üçün istefada olan polis general- mayoru Ramiz Nağıyevlə əlaqə saxladıq. Ramiz müəllim əvvəl bizimlə danışmaq istəməsədə, məsələnin məğzini öyrəndikdən sonra suallarımıza cavab verməyə razı oldu.
Ramiz müəllim Cavid Talıbovun həqiqətəndə onun kürəkəni olduğunu və ailəsini atıb çıxıb getdiyini təsdiqlədi.
p/l Cavid TalıbovRamiz müəllimin söylədiklərindən.
“ Bəli kürəkənim qızımın başını aldadaraq vəzifəyə gedmək üçün pul lazım olduğundan evini satmalı olduğunu deyərək onların ailəvi yaşadıqları və ümumi əmlakları olan evi 400 000 satıb. O, Mingəçevir şəhərində şəhər polis idarəsində rəis müavini işləyirdi. Amma könlündə rəis olmaq havası oynadığından bir gün öz ərizəsi ilə vəzifəsindən çıxdı. Lakin mən dəfələrlə onu xəbərdar etdim ki, bu gün sən DİN-də pulla vəzifə ala bilməzsən. Cənab nazir Vilayət Eyvazov kadrlarının şəxsi və iş keyfiyyətlərinə görə vəzifəyə qoyur. Səndə çalış, yaxşı işlə ki irəli çəkiləsən. Axı bax 6-7 aydır sərəncamdasan, əgər yaxşı işçi olsa idin sənə çoxdan iş verərdilər. Vermirlər, ona görə ged nə iş versələr götür, işlə. Amma bu adam məndəndə xəbərsiz öz bildiyini edib. Qızımla müştərək olan yaşadıqları evlərini satıb, maşınını satıb ki, güya vəzifəyə gedəcək və bunun üçün ona pul lazımdır.
- Ramiz müəllim bizdə olan məlumata görə sizində 200 000 manatınızı götürb?
- Yox bir az səhv məlumatdır. 200 000 manat söhbəti var, amma mənim deyil. Bir yerim var idi, oranı bir qrup iş adamları alıb, orda ev tikmək istədilər. Oğlumu göndərdim getsin öyrənsin nə məsələdir? Oğlum gedəndə, kürəkənimdə onunla gedib və onlarla tanış olub, söhbətdən agah olub. Sonra mənim xəbərim olmadan, heç bir icazəsiz zadsız mənim adımdan gedib onlardan 200 000 beh alıb. Hətta qəbz belə verib. (Qəbzi bizə göstərdi) Rafail (ev tikmək üçün yeri almaq istəyən şəxs) mənə bunu deyəndə, mənim heç nədəın xəbərim olmadığını və heç kimdən 1 manatda almadığımı dedim. Nahaq pul verdiklərini və bunun sadəcə dəluduzluq olduğunu onların nəzərinə çatdırdım. Onlarda Cavidin PA-da işləyən bacsı oğlu Murad Tağıyev ilə dostdurlar və ona görə Cavidə inanıblar.
200 000 üçün verilmiş qəbz- Ramiz müəllim bəs indi nə etmək istəyirsiniz?
- Heç nə qızım artıq boşanmaya verib və aldadıb satdığı evdən ona və 2 uşağına catacaq hissəni tələb edir. Qaldı 200 000 manat məsələsi, o mənlik deyil, mən nə pul almışam nədə pul almaq üçün kiməsə vəkalət vermişəm. Qoy gedib özləri aydınlaşdırsınlar. Mənə əsas qızımın və nəvələrimin gələcək həyatlarıdır.
- Ramiz müəllim deyilənə görə axı gah deyir pulu sizə, gahda deyir ki, oğlunuza verib?
- Bu ağılın yiyəsi olduğu üçündə heç zaman vəzifəyə gedməyəcək. Mənə ya oğluma o niyə pul alıb gətirib verməlidir? Özüdə bir hissəsini? Özüm yada oğlum ala bilmir? Düzdür kimlərəsə belə sözlər deyib. Güya oğluma verdiyini deyəcək və 3 şahiddə gətirib üzünə qoyacaq.(gülür) Dünya bəyəm dərəbəylikdir, hüquq, qanunlar yoxdur?Dələduzluğunui ört basdıq etmək üçün belə sözləri deməyə nə var? 2 uşağını, həyat yoldaşını atıb gedən, həyat yoldaşını aldadıb evini satan adamdan özgə nə gözləmək olar? Ağılla, iş bacarığı ilə yox pulla vəzifəyə gedmək eşqində olan adamdan nə gözləmək olar?Yenə deyirəm, ona dəfələrlə dedim ki, mən bu ağsaqqal vaxtımda gedib kimdənsə səni vəzifəyə qoymağı xahiş edə bilmərəm. Özüdə güya cənab nazir sənin qabındakını bilmir? Qəşəng bilir və ona görədə sənə bu 6-7 ayda sərəncamda qaldığın müddətdə çağırıb bir vəzifə təklif etməyiblər. Ged ağıllı ol və nə iş versələr işlə və qabiliyyətini göstər.
-Ramiz müəllim müəllim axı deyirsiniz arxasında Prezident Aparatında işləyənbacısı oğlu Murad Tağıyev dayanıb. Bəlkə elə ona arxayındı ki, ona kömək edəcək?
- Etsində, mən bu ağsaqqal vaxtımda kiminsə qapısında oturub xahiş edən deyiləm.Özüdə bilə bilə ki, bu nə yuvanın quşudur. O sistemdə illərlə işləyib hörmət qazanmışam. Ağzlmdan 1 dıfıdı yalan söz çıxmayıb.Ona görədə hamı hörmətimi saxlayır. Belə adamlara görə özümü biabır edə bilməzdim və etmərəmdə.
- Ramiz müəllim ailənizdə baş verən bu hadisələrə təəsüflənirik və müsahibəyə görə təşəkkür edirik
Teref.az olaraq hadisələrin gedişi nəzarətimizdədir və araşdırmalarımızı davam etdirəcəyik!
Məqalədə qeyd olunan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az