Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən və qida-ərzaq istehsal edən şirkətlərin millətimizin gələcəyinə, sağlamlığına, genefonduna vurduğu zərbə o qədər dəhşətli oldu ki, cənab Prezident bu məqsədlə ayrıca bir dövlət qurumu yaratmalı oldu: Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA, sədri Qoşqar Təhməzli ). Amma neçə ildir fəaliyyət göstərməsinə baxmayaraq AQTA bu sahədə ciddi dönüş yarada bilmədi, əksinə özü rüşvət və korrupsiya məkanına çevrildi.
Millətimizin sağlamlığına zərbə vuran şirkətlərdən biri də “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Məlumat üçün bildirək ki, MMC 2005-ci ildə yaradılıb. Dövlətimizin sahibkarlara yaratdığı münbit şəraitdən istifadə edərək milyonlar qazanan bəzi şirkətlər insanlarımızın sağlamlığına çox ağır zərbələr vururlar. Belə ki, “Ayan” MMC ilk fəaliyyət dövründə ölkənin istehlak bazarına “Beloçka” tumları ilə girməyə başaldı. Və yaxşı da qazandı. Amma bu tumlar haradan gəlirdi, Krasnodarda yaşayan ermənilərlə iş birliyi və s. məsələlər şirkətin üzərinə qara kölgə salırdı. Bütün bunlar azmış kimi “Beloçka” tumlarında qorxulu bağırsaq çöplərinin olması, tumlardan müxtəlif zərərli əşyaların çıxması, kiflənmiş tumların müştəriləri zəhərləməsi və s. şirkətin nüfuzuna böyük zərbə vurdu.
Bəli, “Ayan” MMC istehsal etdiyi tumların vasitəsilə istehlakçıların hüquqlarını pozurdu. Və istər-istəməz şirkətin nüfuzu aşağı düşürdü. Belə olanda “Ayan” şirkətinin rəhbərliyi ölkə bazarına başqa bir məhsulla girmək qərarına gəldi. Və “Qızıl Quyu” limonadları istehsal etməyə başaldı. Əlbəttə istilərin bir neçə ay çəkdiyi ölkəmizdə insanların sərinləşdirici sulara olan tələbatı böyükdür. Amma... Əmması odur ki, bəzi işbazların sexləri keyfiyyətsiz su istehsal edərək vətəndaşları aldadır.
Təəssüf ki, tərkibində kimyəvi qatqılar olan bəzi sular və limonadlar insanların sağlamlığına ciddi ziyan vurur. Mediada yayılan xəbərlərdən bəlli olur ki, “Qızıl Quyu” limonadlarının tərkibi keyfiyyətli deyil. «Yeyinti məhsulları haqqında” Qanuna görə, məhsulun tam tərkibi onun üzərində göstərilməlidir. Suyun saxlanma müddəti, buraxılma tarixi etiketdə yazılmalıdır. «Qızıl Quyu» limonadlarının istehsalı zamanı isə qanunun tələblərinə əməl olunmur. Deyilənə görə, bu limonadların hazırlandığı sexlərdə anti-sanitariya şəraiti baş alıb gedir və standartlara riayət edilmir. Onu da bildirək ki, spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Qazlı içkilərin saxlanma müddəti 30 gündən 6 aya, diabetiklər üçün içkilər və süni mineral sular 15 günə, bütün növ düşes limonadları 20 günə, təbii mineral sular 4 aydan 1 ilə, meyvə-giləmeyvə şirələri 1 ilə, qazlı içki konsentratları 2 ilə, meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər saxlanıla bilər.
Məlumata görə isə, «Qızıl Quyu» limonadları nəzərdə tutulan vaxtdan daha çox saxlanılır və dükanlara paylanır. Həmçinin limonadların orqonoleptiki, fiziki-kimyəvi göstəriciləri normalara cavab vermir. Müvafiq qurumların nümayəndələri MMC-nin fəaliyyətini yoxlasa, neqativ halların olub-olmadığı üzə çıxar.
Fikir verdinizmi, ölkəmizdə istehsal edilən suların çoxu normalara cavab vermir. Amma “Qızıl Quyu”nun reklamında deyirlər ki, guya, içkiyə qatılan su Şahdağdan termostat çənlərlə zavoda gətirilir. İnanan daşa dönsün... Şirkətin saytında armud, gilənar, tərxun, qızılgül, zirinc, üzüm, feyxoa və s. məhsullardan sərinləşdirici içkilər hazırlanır. Adama deyərlər ki, bu qədər məhsul haradandır...? Hamısı meyvələrin tozudur, su qarışdırıb satırsınız....
Biz “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Halay oğlunun başqa əməlləri barədə yazmırıq. Hətta Elman Bayramovun Ramiz Mehdiyevin Krasnodardakı qohumları ilə əlaqələri və s. başqa bir yazının mövzusudur. Bizi izləyin.
Gündəlik Bakı
Ardını oxu...
Goranboy rayonu, Baxçakürd kənd sakini Əsgərov Əlişir Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qaraciyər sirrozu, Hepatit C xəstəsi olan bibisi Əsgərova Afət Sarı qızı həkim səhlənkarlığı nəticəsində əziyyət çəkir:

"Mən, Əsgərov Əlişir Yusif oğlu, yazaraq sizdən xahiş edirəm ki, bizim şikayətimizi ictimailəşdirin. Biz savadsız Rauf həkimin əlindən təngə gəlmişik. Goranboy Rayon Mərkəzi Xəstəxanasının həkimi Rauf bütün xəstələrlə kobud davranır. Bu həkim öz vəzifəsini layiqincə yerinə yetirmədiyindən, mən ondan şikayətçi olmuşam. Bu səbəbdən də, mənim xəstəmə zülm verərək, onu öldürməyə çalışır.

Xahiş edirəm, bu həkimin özbaşınalığına son qoyulsun. “Kasıbın pulu yoxdursa, ölməlidir”, - deyə bir qanun yoxdur. Amma Goranboyda tibb işçiləri arasında “həkimə verməyə pulun yoxdursa, ölməlisən” deyə bir “qanun” var".

Məsələ ilə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayaraq Rauf həkimlə danışmaq istədiyimizi bildirsək də, onun əlaqə nömrəsini bizə vermədilər.

Şikayətçinin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


 
Ardını oxu...
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.

Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Nəinki iş gedir, həm də tikinti sahibləri sözün həqiqi mənasında ərazidə özlərini dövlətdən və qanundan üstün aparırlar. Məsələn, bir neçə gün öncə binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.

Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir!
Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?

Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Taleh Qaraşov özünü bu işdən nə qədər uzaq tutmağa çalışsa da artıq xoruzun quyruğu görünməyə başlayıb. Belə ki, iki gün öncə ərazidə aparılmış qazıntı işləri zamanı küçə yolunun altı da qazılaraq yararsız hala salınıb. Dünən bura Lənkəran şəhər icra nümayəndəsi gəıib tikinti sahibləri ilə görüşür və anlaşmadan sonra nə qədər qəribə olsa da yo bir qədər də daralır. Belə bir durumda Taleh Qaraşovun hadisədən, daha doğrusu tam qanunsuzluqdan xəbərsiz olduğunu necə düşünmək olar. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…

P.S. Yazı saytımızda dərc olunduqdan sonra Lənkəran icra hakimiyyəti cumhuriyyet.az-a açıqlama göndərib. Qarşı tərəfin cavab haqqı olaraq açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: “Bildiririk ki, sözügedən ünvanda qazıntı işlərinin aparılması ilə bağlı informasiya Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olan kimi Memarlıq və tikinti şöbəsinin əməkdaşları hadisə yerinə getmiş, qazıntı işlərinin dayandırılması dərhal təmin edilmiş və məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılmışdır. Bununla yanaşı, sahibkarla müvafiq söhbətlər aparılmış, ona ərazinin əvvəlki vəziyyətinə qaytarılması bildirilmiş və məsələ nəzarətə götürülmüşdür.”

P.P.S. Ərazidəki durumla bağlı aldığımız son məlumata görə, qazıntı kanalizasiya xəttinin çəkilişinə görə dayandırılıb.

Mövzunu diqqətdə saxlayacağıq.
 //cumhuriyyet.az//
Ardını oxu...
DİA.AZ: - Artıq iri iş adamlarının bəzzi vergi məmruları ilə əlbir olaraq dövlət büdcəsinə XƏYANƏT ETMƏLƏRİ ənənə halını alıb, desək, yanılmarıq. Hər halda həm hüquq mühafizə orqanlarının, həm də yerli KİV-in ifşa etdiyi faktların sayının artması belə deməyə əsas yaradır. Elə DİA.AZ olaraq bizlər də bu dəfə sözügedən qəbildən növbəti İFŞA FAKTINI təqdim edəcəyik.

Bəri başdan qeyd edək ki, əlimizdə olan faktlarda dövlət büdcəsindən külli miqdarda vəsaitin gizlədilməsinin sübutu var və bu səbəbdən daha geniş materialı diqqətinizə çatdıracağıq. Hələliksə, ilkin informasiyaları təqdim edirik.

Söhbət "Carçığlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi ciddi həcmli vəsaitlərdən gedir. Qeyd edək ki, bir ara "yuxarıda" ayrı-ayrı məmurların himayəsi altında görünürmüş kimi olan Elçin Carçıyevin adı eyni zamanda müxtəlif maliyyə qalmaqallarında da hallanır.

Biz isə onun büdcədən oğurladıqlarından yazacağıq. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, ilk əvvəl "İdxal" MMC adı altında spirtli içkilərin satışı ilə məşğul olan "Carçığlu Qrup" MMC-də aşkar şəkildə "ikili buxalteriya" hesabatı tutulur ki, bu da nəticədə dövlət büdcəsindən böyük həcmdə vəsaitin vergi şəklində yayındırılmasına gətirib çıxarır.

Bizim əlimizdə olan sənədlərdə söhbət 2-5 milyonluq büdcə oğurluğundan gedir. Amma daha böyük vəsaitin büdcədən gizlədilməsi faktı mövcuddur. Bununla bağlı araşdırmalarımız davam etdiyindən və eyni zamanda əlimizdəki faktları hüquqi baxımdan da araşdırmağa çalışdığımızdan daha geniş bilgiləri yaxın günlərdə - həm də konkret şikayətçi düşən "Carçığlu Qrup" MMC-nin sabiq əməkdaşlarından birinin dili ilə təqdim edəcəyik.

Bizi izləməkdə davam edin... İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq....
Ardını oxu...
"Məlum müzakirəyə dəvət olunanda mən ora Qurani-Kərim ilə getdim. Bunu ona görə açıqlayıram ki, həm Müşahidə Şurasının sədri Azay Quliyev, həm də Agentliyin icraçı direktoru Aygün Əliyeva bildirir ki, vicdanımıza and olsun, bu qanunsuzluqlarda, ədalətsizliklərdə bizim əlimiz yoxdur. Bunu həqiqətən də heç kəs boynuna almır. Qurani-Kərimi qarşılarına qoydum, dedim ki, müsəlman ölkəsiyik, sizin də etiqadınız İslamdır. Əgər vicdanınıza and içirsizsə, əlinizi qurana basıb and için ki, müsabiqənin keçirilməsində şəffaf, ədalətli olmuşuq".

Bu sözləri Sitat.info-ya açıqlamasında İSBAAM sədri Samir Adigözəlli deyib.
O bildirib ki, Azay Quliyev və Aygün Əliyeva Qurana əl basmadılar: "Hər halda ki, bu öz işləridir, özləri bilər. Bunu mən QHT rəhbərlərinin qarşısında etdim. Adminstrasiyanın nümayəndəsi orada idi. Çünki mən də, cəmiyyət də 100 faiz inanırıq ki, bu müsabiqədə yalan, şəffafsızlıq, oğurluq, korrupsiya var. Quranı qarşılarına qoyub, and işmələrini istədim. Ancaq əl basmadılar. Həmin təşkilatların da bir qisminin siyahısını orada təqdim etdim, amma ona da münasibət bildirə bilmədilər, dedilər araşdıracağıq. Bunlar ciddi faktlardır. Araşdırma ilə iş bitmir, konkret münasibətlər lazımdır. Əgər Azərbaycanın ictimai sektorunda bu qədər rüsvayçılıq hökm sürürsə və qarşısı alınmırsa bu Azərbaycan üçün xoş vəziyyət deyil".

Məsələ ilə bağlı deputat Azay Quliyevlə əlaqə saxlayıb, məsələyə münasibətini öyrənməyə çalışsaq da, mobil telefonuna zəng çatmadı.

Adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq.

 
Ardını oxu...
Su tələb edən Ağdam sakini Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həbs etdirilib.

TEREF.AZ bildirir ki, bu barədə Yenicag.az-a Ağdam rayon sakini Həsənov Nazim Çingiz oğlu məlumat verib.

Şikayətçinin sözlərinə görə, torpaq sahəsini suvarmaq üçün Ağcabədi Rayon İcra başçısına şikayət üçün gedib, ancaq onun özünü 5 sutkalıq həbslə cəzalandırıblar:

“Ağcabədi rayon Sarıcalı kəndində qardaşımın 5, mənim də 5 hektar bələdiyyə torpağımız var. Müqavilə ilə ildə min manat da vergi veririk. Qarabağ kanalı vasitəsi ilə torpağımızı suvarırdıq. Ağcabədi Rayon Su Kanal İdarəsinin nümayəndəsi Ağayev Ceyhun bizə su vermirdi. Dəfələrlə ona haqsızlıq etdiyini demişəm. Özlərinə məxsus olan torpaqları suvarırlar, ancaq bizə su vermirlər. Bir neçə dəfə də deyib ki, arxamda icra başçısı durur, sənə su verməyəcəm. Yeri gəlmişkən, Ceyhun Ağayev Sarıcalı kənd icra nümayəndəsi Ağayev Arifin əmisi oğludur”.

Nazim Həsənovun sözlərinə görə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qəbulda ona “rayonunuz işağldan azad olunub, rədd olub gedin öz rayonunuzu əkin” deyib:

“Su istəmək üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun qəbuluna getdim. Ona dedim ki, torpağım susuzluqdan yanır. Su istədim. Problemləri onun nəzəriə çatdırdım. İcra başçısı məni nəzərdə tutaraq göstəriş verdi ki, mənimlə kobud danışır, ona 5 sutka həbs verin. Dediyi kimi də oldu. Mənə 5 sutka həbs verdilər. Mənimlə prinsip aparırlar. İcra başçısı üzümə qarşı dedi ki, torpağınız işğaldan azad olunub, rədd olub gedin öz torpağınızı əkib-becərin, imkan verin kənd sakinləri o torpaqdan istifadə etsin”.

Nazim Həsənov ölkə rəhbərliyinə müracət edərək, haqsızlığın aradan qaldırılmasında yardım istəyib.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 

Yasamal RİH-nin başçısı ikibaşlı oyun oynayır

Ardını oxu...Ardını oxu...Ardını oxu...

   

Ardını oxu...

 

Ardını oxu...

 


  Məlumdur ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilir və həmin iclasda Prezident İlham Əliyev paytaxt Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edənlərə ciddi tapşırıqlarını verir. Ölkə rəhbəri tikinti işləri ilə bağlı Sərəncam imzaladığını bir daha iclas iştirakçılarının diqqətinə çatdırır və onu da vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”. Cənab Prezidentin tikinti işləri ilə bağlı imzaladığı Sərəncamdan, həmçinin  Nazirlər Kabinetində keçirilən iclasda verdiyi tapşırıqlardan sonra hər kəs düşünürdü ki, ölkəmizin tikinti sahəsində baş alıb gedən qanunsuzluqlara son qoyulacaq, eyni zamanda ictimai nəzarət daha da artırlacaq.

Bundan əlavə, 11 mart 2022-ci il tarixdə isə Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilir və  qanunsuz tikililərlə bağlı icra başçılarına ciddi xəbərdarlıqlar da olunur.  Yəni, Bakı şəhəri ərazisində qanunsuz tikintilərlə bağlı vəziyyət və bu kimi halların qarşısının alınması məsələləri icra hakimiyyəti başçılarının, müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə geniş müzakirə olunur. Müşavirədə BŞİH-nin başçısı Eldar Əzizov, Prezident İlham Əliyevin Bakı şəhərində qanunsuz tikintilərlə bağlı bildirdiyi iradlar, həmçinin digər neqativ halların qarşısının alınması yöndə verdiyi tapşırıqlar barədə müşavirə iştirakçılarını ətraflı məlumatlandırır. Müşavirədə Eldar Əzizov qeyd edir ki, “Son illər qanunsuz tikililərlə bağlı RİH-nin başçılarına mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə tapşırıqlar verilsə də, bəzi icra başçıları, onların aparatının məsul əməkdaşları bu məsələni diqqətdə saxlamayıblar və hətta onlar qanunsuz tikintilərin geniş vüsət almasına şərait də yaradırlar”. 


     Bütün bunlara baxmayaraq, bu gün də Bakı şəhəri, Yasamal rayonu ərzisində həyata keçirilən tikinti işləri ilə bağlı qol qoyulan qanunsuzluqların əhatə dairəsini müəyyən etmək olduqca müşkül məsələdir. Məsələn, adicə bir faktı qeyd edək ki, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi 6 e ilə Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində yerləşən obyektin sahibi Teymurov Fəxrəddin İbrahim oğlu Deryaz.az-ın əməkdaşına verdiyi açıqlamasında qeyd edir ki, “Obyektimizin zirzəmisində başqa bir obyekt fəaliyyət göstərir. Həmin obyektin sahibi xeyli vaxtdır ki, bizim obyektə məxsus giriş qapısının 2 metr hissəsini zəbt etmiş və orada özləri üçün əlavə sahə yaratmışlar. Bundan əlavə, obyektimizin giriş qapısını 3 metr hündürlüyündə dəmir konstruksiya ilə də bağlamışdır. Belə bir qanunsuzluq işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Prokurorluğuna,Yasamal Rayon Prokurorluğuna və aidiyyatı üzrə digər dövlət qurumlarına həm yazılı, həm də şifahi formada şikayətlərimizi çatdırsaq da, təəssüflər olsun ki, indiyə kimi bu yöndə lazımi tədbir görülməmişdir.
Qeyd edim ki, bizim obyektin zirzəmisindəki obyekt sahibinin atdığı addımların varlığı səbəbindən, obyektimizin giriş qapısı tamamilə bağlanmışdır, ümumi görüntü məhdudlaşdırılmışdır, binanın ön hissəsinin görüntüsü də bağlanmışdır. Bundan əlavə, həmin obyektin sahibi binanın çöl hissəsində, hansı ki, piyadaların gəlib-keçdikləri səkinin 2 metr hissəsini də zəbt etmişdir. Ümumiyyətlə, layihə planında zirzəmidəki obyektə dair giriş qapısı nəzərdə tutulmayıb. Faktdır ki, görülən işlərə dair heç bir rəsmi sənəd yoxdur və bunların hamısı qeyri-qanuni işlərdir. Bəli, ünvanladığımız şikayətimizlə bağlı əraziyə baş çəkən Yasamal RİH Aparatının Əhməd adlı əməkdaşı da, görülən işlərin qeyri-qanuni işlər olduğunu bildirdi. Hal-hazırda obyek sahibi qeyri-qanuni tikinti işlərini davam etdirməkdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əməkdaşı da görülən işlərin qeyri-qanuni olduğunu, bu haqda Yasamal RİH Aparatı tərəfindən lazımi tədbirlərin görəcəyini vurğulasa da, hələ də həmin obyektin sahibinə bir kimsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır”. Bu da bir çox şübhələrin baş qaldırmasına yollar açır.

Bütün bunlar onu söyləməyə əsas verir ki, cənab Elşad Həsənovun icra başçısı olduğu Yasamal rayonu ərazisində, ələlxüsus Zivər bəy Əhmədbəyov küçəsi ilə Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində qanunsuz tikinti işlərinin davam etdirilməsi, həmçinin bəzi vəzifə sahiblərinin şəxsi maraqların təmin olunması, bu gün də Yasamal RİH Aparatının əməkdaşları üçün daha əhəmiyyətli addım hesab olunur.
Yasamal rayon İcra Hakimiyyətinin açıqlamasında bildirmişdi ki, qonşu, şikayətçi ilə ya razılaşmalı, ya da quraşdırdığı dəmir konstruksiyanı sökməlidir. Əks təqdirdə tikinti dayandırılacaq. Təssüf ki, cənab başçının dediyi sözlərdən bir həftə keçməsinə baxmayaraq nə qonşu, şikayətçi ilə barışıb, nə də ki, dəmir konstruksiya sökülüb. Əksinə, təmir- tikinti işləri davam etdirilir. Belə yerdə deyirlər ki, torbada pişik var.
Əgər bu belə olmasaydı, o halda ölkə rəhbərinin Bakı şəhəri ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması ilə bağlı imzaladığı Sərəncamdan irəli gələn tələblərə lazımi səviyyədə əməl olunardı. Deməli, ….


Mövzuya qayıdacağıq.
Deryaz.az

Neftçala İcra başçısı Mirhəsən Seyidov Zaur Kərimovla İlkin Manafovla dostluq eləsə də, çomağı əlindən qoymamalıdır


Ardını oxu...Ardını oxu...

İndi az qala hər yerindən qalxan sürücüdür. Bəli, yüngül minik avtomobilini idarə etməyi çoxları bacarır. Sürməyi bacaranlar bəzən bu “adi” bacarıqlarından çörək qazanmaq üçün də istifadə edir, taksi kimi xidmət göstərirlər. İctimai nəqliyyatın zəif işlədiyi qarlı-şaxtalı günlərdə öz bahalı şəxsi minik avtomobili ilə küçədə çarəsiz qalan sərnişinləri baha qiymətə mənzil başına aparanları da görmüşük.
İri sərnişin tutumlu avtobusların, yüksək tonnajlı yük maşınlarının, ekskovator və qülləli kran kimi xüsusi texnikanın sürücüləri bir yana, amma bir “müdir şoferi” deyilən peşə də var ki, ona həmişə tələbat olub və olacaq. İnsafən, bu peşənin sahibinin işi təkcə avtomobili idarə edib müdiri iş yerinə aparıb-gətirməkdən ibarət deyil. Müdir şoferi möhkəm sirr saxlayan olmalıdır. Çünki müdir onunla təkcə işə deyil, başqa məxfi ünvanlara da gedə bilər. Müdir onu evinə bazarlıq etməyə də göndərə bilər, arvadını, uşağını da etibar edib, məktəbə-bağçaya yollaya bilər. Dolayısı ilə, tədricən şofer müdirin az qala ailə üzvünə, hətta bir az da artığına çevrilir. Daha etibarlı şoferlər hətta xidməti avtomobili müdir, yaxud müdirin ailə üzvü idarə edərkən, adam vurub öldürsələr belə, sinəsini qabağa verib məsuliyyət altına girməyi bacarmalıdır. Müdir on u türmədə də yaşadacaq. Azadlığa çıxandan sonra da işsiz qalmayacaq.
Nə isə, həqiqətən etibarlı, yaxud, etibarı hələlik ciddi sınağa çəkilməyincə etibarlı təsir bağışlayan müdir şoferlərinin qazancı təkcə aldıqları rəsmi və qeyri rəsmi maaşdan ibarət deyil. Xidməti maşını bəzən öz şəxsi məqsədləri üçün istifadə edə bilirlər – bu da xırda məsələdir. Əsas qazancları müdirin məsafə saxladığı, birbaşa təmasa girməkdən çəkindiyi başqa şəxslərin xahiş və bəxşişlərini müdirə çatdırmaq, “iş düzüb-qoşmaq” və bu xidmətlərinə görə aldıqları dəllal payı mükafatlardır. Cəmiyyətdə artıq çoxdan belə stereotip yaranıb ki, şoferin sözü müdirə keçərlidir, şofer iş aşırda bilər.
Özü də müdir var-müdir var da. Şəxsin vəzifəsi nə qədər yüksəkdirsə, mənsəbi ağır, pulu da çoxdursa, onun şoferinin də cəmiyyət içində sanbalı, çəkisi, ərköyünlüyü çox olur. Az yazılmayıb, az deyilməyib ki, tıxaclarda AA seriyalı avtomobillər bəzən yüksək sürətlə əks yola çıxırlar. Sürücüləri faraları yandırıb-söndürür, sanki müdüri atomu parçalamağa gedir.
Paytaxt Bakıda necə deyərlər, “it yiyəsini tanımasa da”, əyalətlərdə belə müdir şoferlərinin ərköyünlüyü aşkar müşahidə olunur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının şoferi İlkin Manafov da “bərk gedir”. Dəryaz qəzetinin redaksiysına verilən məlumata görə, İlkin Manafov rayonun “Mayak 1” deyilən ərazisində yerli icra nümayəndəsi Şəhriyar Ələkbərovla birgə 100 (bir yüz) hektar sahədə qanunsuz taxıl əkib. Bundan başqa, İlkinin “Sahil” yaşayış sahəsində böyük bir fermaya sahib olduğubildirilir. İlkin Manafovun şərikli taxıl sahəsinə malik olduğu ortaqlarından biri də əvvəllər torpaq komissiiyasının sədri, sonradan Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda 61 saylı Dairə seçki komissiyasının sədri işləmiş Zaur Kərimovdur. Söz gəzir ki, yol verdiyi nöqsanlara görə dövlət qulluğu vəzifəsindən azad olunan Zaur Kərimov DSK sədri kreslosunda “ağzı islanmadığından”, heç də dinc oturmaq istəmir. Torpaq maqnatı kimi tanınmağı, ayrı-ayrı kənd bələdiyyə sədrləri, pullu fermerlərlə torpaq maxinasiyaları etməyi də gözünü doyurmur, çünki kreslo “ayrı aləmdir”. İlkin Manafova da mesaj verib ki, onu mərkəzi xəstəxanaya təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə oturtmasalar, “açacaq sandığı, tökəcək pambığı”.
Yeri gəlmişkən xatıraldaq ki, İlkin Manafovun “gethagetdə” əli yoxdur, vaxtilə RİH başçısının birinci müavini işləmiş Vurğun Əkbərova sürücüklük edirdi. İndi Vurğun Əkbərov zindandadır. Söz çıxmışdı ki, Vurğunun “vurulduğu” işdə sürücüsünün verdiyi ifadələrin də az əhəmiyyəti olmayıb. Odur ki, Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov İkin Manafovla, elə Zaur Kərimovla da dostluq eləsə də, çomağı əlindən qoymamalıdır.
Mövzunu diqqətdə saxlayacağıq.

Deryaz.az


Ardını oxu...
DİA.AZ: - Ucar rayonu Ramal kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildirmək istəyirik ki, Ucar rayonu Ramal kənd Bələdiyyəsinin sədri Xeyrəddin Məmmədov özbaşınalıqlar edir. O, kəndin ümumi istifadəsində olan örüş sahələrini imkanlı şəxslərə satır. Biz isə mal-qaranı otarmağa yer tapmırıq. Dəfələrlə X. Məmmədov barəsində şikayətlər etmişik. Hətta Ucar Rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədov kənd sakinləri ilə keçirdiyi səyyar görüş zamanı ona da bələdiyyə sədrinin kənddə at oynatdığını, örüş torpaqlarını qanunsuz olaraq satdığını bildirmişdik. Mənsur Məmmədov da öz növbəsində bələdiyyə sədrinə örüş sahələrimizə toxunmaması üçün tapşırıq vermişdi. Buna baxmayaraq, Xeyrəddin Məmmədov davranışı ilə "Burda mənəm, Bağdadda kor xəlifə" - demək istəyir. Kənd sakinlər içərisində Vətən müharibəsi iştirakçıları da var. Həmin müharibə veteranları istifadə üçün ondan torpaq sahəsi istədikdə, rüşvət tələb edir. Bir sözlə, biz qətiyyətlə onun bələdiyyə sədri olmasına narazıyıq. O, özü hektarlarla torpaqları zəbt eləyərək əkib-becərir. Kasıb kəndlilərin əksəriyyəti isə dolana bilmədiyi üçün kəndi tərk edərək respublikamızın başqa bölgələrində məskunlaşırlar.
Biz mətbuat vasitəsilə yazılı və videomüraciətlə ölkə başçısı cənab İlham Əliyevdən və birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirik. Çox xahiş edirik, Bələdiyyə sədri Xeyrəddin Məmmədovun qanunsuz əməllərinə son qoyulsun və o, layiq olduğu şəkildə cəzalandırılsın".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ƏLAQƏDAR VİDEO:



QEYD: videomaterial da şikayətçilər tərəfindən göndərilib...

Dünyapress TV

Xəbər lenti