Bakının Yasamal rayonunda yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilib.
Nümunə olaraq Yasamal rayonu Akim Abbasov küçəsi 2 saylı binanın arxa hissəsini göstərmək olar. Sakinlər deyir ki, ərazidə xeyli sayda ağac olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin video ötən ilin dekabrında çəkilib. Videodan da görünür ki, ərazidə xeyli sayda ağac var.
Sakinlər baş verənlərə görə Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçmiş direktoru Həsrət Əmrahovu ittiham edir. Onların iddiasına görə ağaclar Həsrət Əmrahovun xeyir-duası ilə kəsilib. “Əks təqdirdə baş verənlərə göz yummazdı”, - sakinlər bildirib.
Həmin vaxt Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayonu Yaşıllaşdırma sahəsinin rəisi Natiq Abbasov olub.
Natiq Abbasovla Azər adlı şəxslə birlikdə bu ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.
Onun həbsindən bir ay sonra isə Həsrət Əmrahov tutduğu vəzifədən azad edilib. Hazırda Həsrət Əmrahovu onun müavini olmuş 69 yaşlı Mirdamət Seyidov əvəzləyir. Direktor səlahiyyətlərinin icrası ona həvalə edilib.
Mirdamət Seyidov da Həsrət Əmrahovun ənənəsini davam etdirir. //32gun.az//
Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi, Xocavənd, Şuşa, Xocalı, Füzuli... Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonlarının hesabına qazanılan milyonlar... Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovin əməllərinə keçməzdən öncə bir mühüm məsələyə diqqəti cəlb etmək istəyirik. Bu barədə bir neçə dəfə yazmışıq. Son illər bütün nazirliklər, komitələr REGİONAL QURUMLAR yaradırlar. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hər rayonda şöbəsi, əməkdaşları, müdirləri var. Bundan əlavə, 4-5, bəzən 6-7 rayonun üzərində bir Regional İdarə də yaradırlar, onların da xeyli sayda əməkdaşları, rəisləri və daha nələr. Bir reallığı başa düşmək lazımdır ki, Azərbaycanın başı ilə ayağı arasındakı məsafə 3 saatlıqdır, yəni Azərbaycan bir quberniya boyda deyil. Əhalimiz isə (10 milyon) bir şəhərin əhalisi qədərdir... Başa düşdünüzmü, cənablar! Kimə lazımdır bu Regional İdarələr..? Bu bilirsinizmi, dövlətin büdcəsinə neçəyə başa gəlir..? Bu pulları müharibə veteranlarına, şəhid ailələrinə vermək, yaxud pensiyaları artırmaq olar. Ümumiyyətlə, bu israfçılıq kimə və nəyə lazımdır..? Təsəvvür edirsiniz, hər rayonda və şəhərdə təhsil şöbəsi var və üstəlik Regional Təhsil İdarələri də yaradılır. Nə isə, sözümüzün canı odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balaca Azərbaycanı 12 regiona bölüb və Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi yaradıblar. Məsələn, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi. Bura Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad rayonlarının Ekologiya şöbələri tabedir. Bizim hazırki yazının mövzusu isə konkret olaraq 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə bağlıdır. Qısa məlumat üçün qeyd edək ki, bura Şirvan, Neftçala, Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar rayonları, yəni 8 rayon daxildir. 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi isə Elnur Cəlilovdur 012)585-45-47(43). Məlumat üçün onu da qeyd edək ki, Elnur Cəlilov əvvəllər 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi olub, yəni Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Xankəndi şəhəri, Xocavənd, Şuşa, Xocalı, Füzuli rayonlarını sanki çapıb-talayıb. Bəli, bu adam Ağcabədidəki, Beyləqandakı, Bərdədəki meşələri sanki məhv edib, o ərazilərdəki qoruqları kimlərəsə satıb və milyonlara sahib olub. Və bu milyonların hesabına dəbdəbəli mülklərə, milyonluq villalara sahib olub. Onun Ağgöl Dövlət Təbiət Qoruğundan qazandıqları milyonları ciddi yoxlayan olsa, bütün cinayət əməlləri ortaya çıxar. Amma onun cinayət əməllərini yoxlamaq əvəzinə vəzifəsini və səlahiyyətini böyüdürlər. Bəli, sonradan cənab Ekologiya naziri Muxtar Babayevin xeyir-duası ilə Elnur Cəlilov 3 saylı Şirvan Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi təyin olunub. Və bu gün təkcə Kür çayında baş verən ekoloji fəlakətə görə, Şirvan Dövlət Qoruğunda baş verən cinayət əməllərinə görə, Elnur Cəlilov kimilər həbs olunmalıdır. Ümumiyyətlə, ümid edirik ki, yaxın zamanda ekologiya sistemində həbslər qaçılmaz olacaq. //gundelik-baku.com//
Masallı Rayon Mərkəzi Xəstəxansının direktoru Ilqar Ramizoğlu Masallı səhiyyəsin bərbad günə qoyub. Bir sözlə Xəstəxananın həkimlər Ilqar doktorun sadəlövhlüyündən istifadə edib öz istədiklərin edirlər. Sözügedən Xəstəxananın işbaz həkimləri "dərman" firmasının işçiləri ilə əlbir olub bahalı dərmanları xəstələrə yazıb, onların səhətin bir az da ağırlaşdırırlar. Bütün günü firma işçiləri Mərkəzin Xəstəxanasındadır, özü çiyinlərində çanta.
Masallıdan redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdə o da bildirilir ki, çox xəstələr qorxduğlarından Masallı Mərkəzi Xəstəxanasının həkimlərinə müraciət edə bilmirlər. Səbəb də onu göstərirlər ki, əksər həkimlərin tibbdən anlayışı çox zəifdir, və yaxud da firma dərmanların yazırlar. Odur ki, xəstələr gedib aptek işçilərinə özləri üçün dərman yazdırırlar.
Qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq. //azerinfo.info//
Binəqədi rayonu ərazisində - Binəqədi-Balaxanı yolunda qanunsuz tikinti işləri aparılır. Bu barədə Bakupost.az –a sakinlər məlumat veriblər. Şikayətçilər deyirlər ki, “neftin ərazisində”, neft buruğlarına keçid nişanı olan yerdə, böyük bir sahəni zəbt edərək inşaat işləri aparılır: “Neftin ərazisi olmasına baxmayaraq, tikinti aparılır. Bundan bir müddət əvvəl kasıb bir ailə var idi. Burada nəsə tikmək istəyirdilər. Amma icazə vermədilər. Dərhal tökülüşdülər buraya... Dedilər, neftin ərazisidir, olmaz. Amma indi vəzifəli şəxsdir deyə, tikintiyə göz yumurlar. Heç kim bir söz deyə bilmir. Neftin ərazisini zəbt edib, 10-15 sotu götürüb, "moyka" tikirlər. Əraziyə Binəqədi İcra Hakimiyyəti baxır. Kim nə istəyir edir, amma kasıblara imkan vermirlər”. Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətindən mövqe alma cəhdlərimiz baş tutmadı. Ərazidən görüntüləri təqdim edirik:
Bakının Yasamal rayonunda yaşıllıqlar məhv edilərək yerində müxtəlif təyinatlı obyektlər tikilib.
32gun.az xəbər verir ki, nümunə olaraq Yasamal rayonu Akim Abbasov küçəsi 2 saylı binanın arxa hissəsini göstərmək olar. Sakinlər deyir ki, ərazidə xeyli sayda ağac olub. Onlar bunu sübut edən videogörüntü də təqdim ediblər. Həmin video ötən ilin dekabrında çəkilib. Videodan da görünür ki, ərazidə xeyli sayda ağac var.
Sakinlər baş verənlərə görə Bakı Şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin keçmiş direktoru Həsrət Əmrahovu ittiham edir. Onların iddiasına görə ağaclar Həsrət Əmrahovun xeyir-duası ilə kəsilib. “Əks təqdirdə baş verənlərə göz yummazdı”, - sakinlər bildirib.
Həmin vaxt Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayonu Yaşıllaşdırma sahəsinin rəisi Natiq Abbasov olub.
Natiq Abbasovla Azər adlı şəxslə birlikdə bu ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Onun barəsində ev dustaqlığı həbs qətimkan tədbiri seçilib.
Onun həbsindən bir ay sonra isə Həsrət Əmrahov tutduğu vəzifədən azad edilib. Hazırda Həsrət Əmrahovu onun müavini olmuş 69 yaşlı Mirdamət Seyidov əvəzləyir. Direktor səlahiyyətlərinin icrası ona həvalə edilib.
Mirdamət Seyidov da Həsrət Əmrahovun ənənəsini davam etdirir. Redaksiyamıza Binəqədi rayonunda yaşıl soyqırımın baş verdiyi barədə məlumatlar gəlir. Araşdırma apardığımızdan hələlik bu barədə geniş yazmaq istəmirik. Növbəti yazımızda Binəqdədi rayonunda baş verənlər barədə ətraflı məlumat verəcəyik.
Binəqədi rayonu ərazisində - Binəqədi-Balaxanı yolunda qanunsuz tikinti işləri aparılır.
TEREF.AZ xəbər verir ki, bu barədə Bakipost.az-a sakinlər məlumat veriblər.
Şikayətçilər deyirlər ki, “neftin ərazisində”, neft buruğlarına keçi nişanı olan yerdə, büyük bir sahəni zəbt edərək inşaat işləri aparılır:
“Neftin ərazisi olmasına baxmayaraq, tikinti aparılır. Bundan bir müddət əvvəl kasıb bir ailə var idi. Burada nəsə tikmək istəyirdilər. Amma icazə vermədilər. Dərhal tökülüşdülər buraya. Dedilər, neftin ərazisidir, olmaz. Amma indi vəzifəli şəxsdir deyə, tikintiyə göz yumurlar. Heç kim bir söz deyə bilmir. Neftin ərazisini zəbt edib, 10-15 sotu götürüb, "moyka" tikirlər. Əraziyə Binəqədi İcra Hakimiyyəti baxır. Kim nə istəyir edir, amma kasıblara imkan vermirlər”.
Binəqədi İcra Hakimiyyəti mövzu ilə bağlı açıqlama verməyib.
2022-ci ilin son həftəsində ölkə ictimaiyyəti tibb sahəsində daha bir utancverici hadisə ilə qarşı qarşıya qaldı. Masallı Rayon xəstəxanası PHŞ-nin baş həkimi Eşqin Əliyev korrupsiya ittihamı ilə 26.12.2022 tarixində cinayət başında yaxalandı. Bu şəxs vəzifəyə TƏBİB-in icracı direktoru Vüqar Qurbanov tərəfindən 24.02.2022 tarixində təyin olunmuşdur. Bəs necə oldu ki, yeni struktura görə ancaq müalicə işinə nəzarət etməli olan, yaşı gənc olan 4000 AZN maaş alan humanist peşə sahibi olan bu həkim öz karyerasını qısa müddətdə məhv etdi? Vüqar Qurbanov bu şəxsi vəzifəyə təyin edərkən yeni dövrün tələblərini ona izah etməmişdirmi? Eşqin Əliyevin təqdimatını Vüqar Qurbanova kim etmişdi?
Bu suallara cavab axtararkən TƏBİB-də səhiyyəmiz ücün qorxunc nəticələrə cıxaracaq proseslərin getdiyinin şahidi oluruq.
TƏBİB-in icracı direktoruna iki müavin təyin olunmuşdur. Araz Nəsirov və Anar İsrafilov. Bu şəxslər arasında vəzifə bölgüsünə nəzər yetirərkən əsas maliyyə proseslərinə və resurslara nəzarətin Araz Nəsirovun əlində cəmləşdiyinin şahidi oluruq.
Bəs bu Araz Nəsirov kimdir? Araşdırmamız onu göstərir ki, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyində gedən prosesləri anlamaq üçün bu sualın cavabı bir çox məsələlərə aydınlıq gətirər.
Araz Nəsirov əslən Cənub zonasındandır(Masallı rayonu Moloton kəndi). Bu şəxsin çox çətin uşaqlıq və yeniyetməlik dövrü olmuşdur. Ailədəki problemlərə baxmayaraq dərslərini yaxşı oxumuş və…Bundan sonra Araz müəllimin həyatı dəyişməyə başlayır. FETÖ-yə məxsus Çağ öğrətim şirkətinin Bakı Özəl türk liseyinə daxil olur. Atası ilə olan problemləri (bunu özü həmişə qeyd edir) onu bu dinçi təşkilata sıx bağlayır (1994-1998). Beyni dini təbliğatın dumanı altında olan bu şəxs atasından qeyri-rəsmi olaraq imtina etmişdir.Sonrakı müddətdə Trakya Universiteti (1998-2003) Azərbaycandakı Universitetlərdə göz boyamaq ücün kurslar və 2021 ci ildə Dyuk(Duke) universitetində proyektlerin idarə olunması ixtisası üzrə təhsil almışdır. Maraqlıdır ki, hər iki universitet də cox geniş FETÖ baglantısına malikdir. Əslində sadə oxucu bu məlumatları oxuyarkən bu cür reaksiya verə bilər burada nə var ki? Amma tələsməyin…
Hörmətli Araz bəyin iş həyatına nəzər yetirək: 2004-2009-cu illərdə İstanbul Palmali şirkətlər qrupunda(Mübariz Mənsimov-diqqət edin FETÖ bağlantısı) fəaliyyət göstərərkən bu arada, o, 2008 ci il sentyabr-dekabr aylarında Xəzər-Lənkəran futbol klubunda vitse-prezident olur. Bu arada necə intriqalar cevirirsə, Xəzər-Lənkəran bir daha ayağa qalxmayacaq şəkildə çökür. 2010-2018 ci illərdə Abilərinin təlimatı ilə yavaş – yavaş Azərbaycan Respublikasının Dövlət təşkilatlarına çökərək Paşa Holdinqə yol tapır və orada Zaur Əliyevlə tanışlıq sayəsində İcbari Tibbi Sığorta agentliyində işə girir.
Hörmətli oxucumuz, burada bir qədər pauza edərək hörmətli Araz müəllimin müridi (İTS-də işə cəlb etdiyi) Rəşad Çobanova diqqət edək. Rəşad Çobanov -Dədə Qorquq özəl türk liseyini(Çağ öğretim şirkəti-FETÖ) bitirmişdir. 2010-2015-ci illərdə əvvəllər sanfak deyilən peşəkar həkimlik fəaliyyətinə aid olmayan ixtisasa yiyələnmiş və tibbdən uzaq olan adam kimi müxtəlif idman oyunlarında könüllü kimi müxtəlif fəaliyyətlərlə məşğul olmuşdur. 2017-2019 da UNEC də MBA proqramını bitirmiş. Hal-hazırda BDU-nun hüquq fakültəsində oxuyur. Bu adam əmək fəaliyyətinə FETÖ bağlantılı Memorial klinikdə xəstə daşınma xidmətlərində başlamışdır. Sonrakı müddətdə Avropa Oyunlarında (2015-1ay) İslam həmrəylik oyunlarında 2017-ci ildə antidopinq komitəsində fəaliyyət göstərmişdir.
Pozucu və intriqacı fəaliyyətinə görə o zamankı nazir rəhmətlik Azad Rəhimov tərəfindən işdən qovulmuşdur.
Beləliklə, keçmişi FETÖ ilə bağlantılı ABİ Araz Nəsirov və mürid Rəşad Çobanov İTSDA da yerləşərək fəaliyyətə başlayırlar. Öz kadrlarını yerləşdirdikdən sonra ilk qarmaqlarını Sumqayıt səhiyyəsinə atırlar. Bütün kadr məsələlərini və qeyri-qanuni maliyyə axınlarını Sumqayıt Tibb Mərkəzi PHŞ-nin direktoru Səkinə Sadıxovanı (o da özünə vergi verildiyini iddia edir və dindardır) müridlər siyahısına daxil edərək ələ keçirirlər. Sumqayıtda gedən bütün şikayətlərin qarşısı bu iki şəxs tərəfindən alınır və çatışmazlıqlar ört-basdır edilir.
Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ bu iki şəxs tərəfindən nəzarətə götürülür və Eşqin Əliyev baş həkim təyin edilir. Bu kadr Vüqar Qurbanova Araz Nəsirov tərəfindən təqdim edilmişdir. (Eşqin Əliyevdən külli miqdarda alınan vəsait hesabına 20000 AZN) bundan sonra işlənmiş sxem üzrə kadr məsələləri və qeyri-qanuni maliyyə axınları öz ciblərinə axır.
Hal-hazırda Azərbaycan Respublikası Prokurorluğunun korrupsiyaya qarşı mübarizə idarəsi Masallı mərkəzi rayon xəstəxanası PHŞ-də cinayət işi əsasında məhkəmə hökmləri çıxarılmışdır. Çox maraqlıdır ki Azərbaycan Respublikası Prokurorlugunun korrupsiyaya qarşı mübarizə idarəsi çirkli pulların yuyulması şübhəsi ilə Sumqayıt Tibb Mərkəzində də araşdırmalar aparmışdır. Sonrakı müddətdə Hesablama Palatasının aşkarladıgı dəhsətli qanun pozuntuları və mənimsəmələr aşkar edildiyindən Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmışdır.(Prokurorluğun 25.04.2023 tarixli acıqlaması)
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 2023-cü ilin birinci yarısında nəzarət tədbirləri aparılmış, nəzarət obyektləri barədə məlumatda Sumqayıt Tibb Mərkəzi" publik hüquqi şəxsinin Mərkəzi Avtopark bölməsində (01.01.2020-01.01.2023 tarixlərini əhatə edən dövrdə) külli miqdarda maliyyə pozuntuları və mənimsəmələr aşkar edildiyindən materiallar Respublika prokurorluğuna göndərilmişdir.
Bizdə olan qeyri-rəsmi məlumatlara əsasən aparılan araşdırma və cinayət işlərində dövlətə vurulan zərər milyonlarla manat dəyərində ölcülür.Lakin bir maraqlı fakt nəzər diqqətimizi cəlb etdi. Bu qədər biabırçılıqlara və dövlət əmlakını mütəşəkkil dəstə şəklində dağıdan Səkinə Sadıxova, Araz Nəsirov, Rəşad Cobanov triosu hələ də vəzifə başındadır. Haqqında cinayət işi başlanılmış və cinayəti sübuta yetirilmiş Səkinə Sadıxovanın işi məhkəməyə göndərilmir və Sumqayıtda qeyri-qanuni fəaliyyətini davam etdirərək, tibb işçilərinə zülm etməkdə davam edir….
Araz Nəsirov dinçi fəaliyyəti ilə yanaşı etnik milliyyətçiliyi gizli olaraq TƏBİB-də həyata keçirir. Son 6 ayda böyük klinikaların rəhbər vəzifələrinə ancaq müvafiq etniklər təyin edilir. Məsələn, Yeni Klinikada vəzifəyə təyin olunan Barat Yusubov… Təbib Mərkəzi aparatında bəzi xoşagəlməz kadrolaşma prosesi asta-asta həyata keçirilir. Bundan başqa Sumqayıt Tibb Mərkəzinin idarəetmə aparatına TƏBİB-də işləyən və Araz Nəsirov tərəfindən müvafiq fəaliyyətə cəlb edilmiş şəxslərin həyat yoldaşları işə alınır. Sumqayıtın zəhmətkeş gəncləri işə alınmır. (Məsələn, Mirzəbəyli Vəfa---Mirzəbəyli Teymurun(Təbib) həyat yoldaşı Cəmilzadə Nərgiz-Cəmilzadə Şamxalın (İcbari Tibbi Sığorta) həyat yoldaşı, Vəliyeva Xəyalə (Təbibin icracı direktorunun bağbanının qızı)
Doğrudanmı, İcbari Tibbi Sığorta Agentliyi və Təbib-də FETÖ bu qədər güclüdür? Buradan Azərbaycan Respublikası Prokurorluğuna və bütün Hüquq - Mühafizə Orqanlarına müraciət edərək bu iki şəxs barədə olan məslələrə diqqətlə yanaşmağı xahiş edirik. Biz hesab edirik ki, bu cür qaranlıq keçmişə malik olan şəxslərin bütün fəaliyyətləri və əlaqələri yoxlanılmalıdır. Bu işdə həm səhiyyəmiz, həm də Dövlətimiz xeyir görə bilər.
P. S. 1. Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib. Məlumata görə, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
2. “Sumqayıt Tibb Mərkəzi “ PHŞ-nin rəhbər şəxslərinin qanunsuz əməlləri barədə Baş Prokurorluq yanında Korrupsiya ilə mübarizə baş idarəsi tərəfindən cinayət işi açılmışdır. Hesablama Palatası tərəfindən yoxlamalar aparılıb külli miqdarda yeyinti faktları barədə cinayət işi açılmışdır..
3. Mətbuatda “Bakı Baş Səhiyyə İdarəsi Tibb Mərkəzi” PHŞ-nin rəhbərinin korrupsiya əməlləri barədə geniş materiallar paylaşılır..?
Araz Nəsirovlar və Çobanovlar isə öz fəaliyyətlərini davam etdirirlər. Amerika, Dubay səfərləri və Sumqayıt, Lənkəran, Masallı səhiyyələrində “islahatlar” davam edir...
4.Yevlax RMX-da vəzifəli şəxslərə qarşı 73.000 AZN vəsaitin mənimsənilməsi şübhəsi ilə cinayət işi açılmışdır. //gundelik-baku.com//
Lənkəran şəhəri Füzuli küçəsi 7 ünvanında (Lənkəran Nəqliyyat Müəsisəsi “MTS” ərazisi) tikilən 8 mərtəbəli yaşayış binası sözün həqiqi mənasında dövlətə və qanunlara meydan oxuyan qalaya çevrilib. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, Lənkəran Şəhər İcra Hakimiyyəıi başçısının aparatı adından Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Elgün Abdullayev isə bildirib ki, şəhərin Füzuli küçəsi 7 ünvanında Hadızadə Hünər Fəttah oğlunun mülkiyyətində olan 0.06751 ha torpaq sahəsində 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisindən ötrü tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi şəhər Icra hakimiyyəti ilə razılaşdırılmışdır: “Lakin H.Hadızadə tərəfindən mansardın yerinə əlavə mərtəbədə tikinti-quraşdırma işləri aparıldığından şəhər lcra hakimiyyətinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 20 avqust tarixində 0521 nömrəli Qərarla tikinti işləri dayandırılmışdır. Buna baxmayaraq tikinti işləri yenidən davam etdirildiyi aşkar olunmuş və Agentlik tərəfindan vətəndaşa 2021-ci ilin 23 sentyabr tarixində inzibati qaydada protokol tərtib edilmişdir”. Vəssalam. İcra Hakimiyyəti bununla işini bitmiş hesab edib. Fövqəladə Hallar NazirliyiDövlət Yanğın Nəzarəti Xidməti Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi bildirib ki, “”ərazidə heç bir tikinti quraşdırma işlərininin aparılmadığı aşkar olundu”. Yeri gəlmişkən, cumhuriyyet.az olaraq icra hakimiyyətinin cavabında tikintinin sahibi kimi adı çəkilən H.Hadızadə ilə bağlı da araşdırma apardıq.
Məlum oldu ki, tikinti prosesinə Hünər Hadıcadə və Hikmət Əsədov rəhbərlik edib. Amma Taleh Qaraşov kimi beş rayonda icra başçısı olmuş şəxsi, FHN kimi qazdan ayıq bir qurumu razı salmaq bu iki şəxsın işinə bənzəmir. İCRA HAKİMİYYƏTİ və FHN 2021 ci ilin sentyabr və oktyabr aylarında dəfələrlə bunlara tikintinin dayandırılması haqqında qərar verib, amma bunlar ötən 10 ay ərzində 8 mərtəbəli binanı tikiblər və bir gün olsun belə tikintini dayandirmayıblar və hal hazırda orda iş gedir! Nəinki iş gedir, həm də tikinti sahibləri sözün həqiqi mənasında ərazidə özlərini dövlətdən və qanundan üstün aparırlar. Məsələn, bir neçə gün öncə binanın arxasında, poçt şöbəsinin həyətində aparılan qazıntı işləri rabitə xətləri zədələndiyindən Lənkəran ərazi 2-sayli, 4202-nomreli poçtunun fəaliyyəti tamamilə iflic olub. Məsələ ilə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hadisəni hüquq mühafizə orqanları diqqətə alsa da hələ ki, cəzalanan olmayıb.
Bina tikintisində içməli su və yangın üçün su anbarları və nasos sistemi ayrica tikilməlidir, lakin bu arqumentlər nəzərə alınmamışdır. Ətraf qonşu tikililərdə, pozulmuşdur, çunki bina qanuna uygun tikilmədiyinən ara məsafələr nəzərə alınmayıbdır və hətta bəzi evlər binaya bitişikdir! Bu adamlar hansı statusa malikdirlər ki, Azərbaycan Respublikasının Ali Qanunlarını heçə sayırlar, dövlət qurumlarının qərarlarını görməzdən gəlib, istədikləri kimk tikinti aparırlar?! Tikilən binaya Ekspertiza rəyi Vacibdir. Cunki Eksprtiza rəyində binanın tikiıməyi və infrastrukturunun hansı formada olması üçün müdəalar vardir. Amma bu Bınaya eksprtiza rəyi verilməyib! Eksprtiza rəy vermədiyi binanın, Yerli İcra Orqanında çalışan arxitektur hansı səbəbə tikilməsinə göz yuması anlaşılan deyil. Bu insanlar Dövlətdən məgər üstündürlər?
Lənkəranda danışırlar ki, “balıq başdan iylənər”, baş memarı rəhbərlikdən icazəsiz bu işləri necə görə bilib? Ən azı istintaq bu suallara cavab tapmalıdır. Oxşar hadisə Abşeron İH-də də olmuşdu. Baş memarın həbsindən bir neçə ay sonra İradə Gülməmmədova başçı vəzifəsini itirdi. Belə iddialar səslənir ki, Lənkəranda da eyni qərar təkrarlana bilər. Taleh Qaraşov özünü bu işdən nə qədər uzaq tutmağa çalışsa da artıq xoruzun quyruğu görünməyə başlayıb. Belə ki, iki gün öncə ərazidə aparılmış qazıntı işləri zamanı küçə yolunun altı da qazılaraq yararsız hala salınıb. Dünən bura Lənkəran şəhər icra nümayəndəsi gəıib tikinti sahibləri ilə görüşür və anlaşmadan sonra nə qədər qəribə olsa da yo bir qədər də daralır. Belə bir durumda Taleh Qaraşovun hadisədən, daha doğrusu tam qanunsuzluqdan xəbərsiz olduğunu necə düşünmək olar. Bizə daxil olan məlumata görə işin arxasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçisi Cabbarov Fariz Musa oglu durur. Bununla bağlı isə növbəti yazımızda…
Sözün düzü, haqqında yazmaq istədiyimiz Qartal Tikinti Firması ilə bağlı mediada çox az, hətta cüzi informasiyaya rast gələ bildik. Məlumdur ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda yüzlərlə, bəlkə də minlərlə tikinti kooperativləri, firmaları açılıb, fəaliyyət göstərib. Bunlardan biri də “Arzu” adlı şirkət olub. Sonradan bu firma adını dəyişərək Qartal Tikinti Firmasına çevrilib. Firmanın adını niyə dəyişməsi başqa bir yazının mövzusudur. Və niyə məhz QARTAL..? Beləliklə Qartal Tikinti Firmasının fəaliyyəti ilə tanışlıq üçün firmanın https://qartal.az/ adlı saytına daxil oluruq. Və adi bir tikinti firmasının bu boyda sturuktura malik olması təəccübümüzə səbəb olur. Vallahi heç nazirliklərin, komitələrin bu boyda stukturu yoxdur. Firmanın saytında qeyd olunur: Qartal Tikinti Firması Azərbaycanda İnşaat Bazarında hündürlükdə işlər, telekomunnikasiya obyektlərinin tikintisi, xüsusi təyinatlı obyektlərin tikintisi, hərbi obyektlərin tikintisi, radar izləmə sistemlərinin tikintisi, radio-quraşdırma və digər tikinti – quraşdırma işləri ilə məşğul olur. Deməli, bu firma Azərbaycanda hündür qüllələr tikir, amma o qüllələrdən neçə nəfərin yıxılması və…bağlı mediada bircə xəbər də yoxdur. Bunlar hələ harasdır..? Qartal Tikinti Firmasının hətta Təlim-Tədris Mərkəzi də var və ona bu icazəni vaxtilə “Qosstandart” deyilən qurum verib. Deməli Qartal Firması müxtəlif şəxslərə inşaat işləri ilə bağlı sertifikat verə bilər. Görəsən adi bir firmaya bu boyda səlahiyyətləri nə üçün veriblər. Biz hələ hərbi obyektlərin tikintisindən, radar quraşdırılmasından-zaddan danışmırıq. Məlumat üçün qeyd edək ki, firmanın direktoru Şahin İdris oğlu Məmmədovdur. Firmanın saytından görünür ki, bu adamın xeyli sayda müavini, müşaviri-zadı var. Və ən əsası vəzifəli şəxslərin çoxu öz qonum-əqrəbasıdır. Şübhəniz varsa, buyurun firmanın saytına daxil olub baxın: Firma direktorunun birinci müavini Tural Məmmədovdur, Firma direktorunun digər müavini, BP layihəsi üzrə layihə meneceri Tərlan Məmmədovdur, Firmanın baş mühasibi Anjela Məmmədovadır, Baş mühasibin müavini Dünyaxanım Məmmədovadır. Bir sözlə, Məmmədovların ailə firması. Bəli, cənab Şahin Məmmədov firmada baş verən bütün maxinasiyaları, tikinti zamanı baş verən qəzaları, xəsarət alanları, hətta ölüm hallarını, vergidən yayınmaları, “obnaliçka”nı, çirkli pulların yuyulmasını və s gizlətmək üçün ətrafına ancaq öz qohumlarını yığıb. Çox maraqlıdır bu boyda firmaya rəhbərlik edən şəxs öz tərcümeyi-halında özü barəsində çox mətləblərə toxunsa da, 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru olmasından bəhs etsə də….keçmiş şəriklərindən , onlara necə atmasından, onların haqqını necə yeməsindən qəti söz açmır. Və demir ki, keçmiş şəriki Oqtay Mustafayev onun üzünə nə deyib, daha dəqiq desək, onun üzünə nə …edib….? Bu adam hətta siyasətə də baş vurur, deyir ki, istədiyim adamı icra başçısı, deputat qoya bilərəm. Amma hökumətin fəaliyyətini bəyənmir. Görəsən bu adam kimə bu qədər güvənir..? Biz əbəs yerə yazmadıq ki, Şahin Məmmədov firmasının adını niyə dəyişib QARTAL qoydu..? Biz əbəs yerə yazmadıq ki, bu adam hərdən siyasətə də başını soxur. Qardaş Türkiyədə keçirilən sonuncu prezident seçkilərində Ərdoğana deyil, Kılıcdaroğluna dəstək verib…. Bizə elə gəlir ki, hələlik bu qədər yazmağımız Hüquq Mühafizə Orqanlarının, onun barəsində istintaq işinin başlanmasına bəs edər….