Ardını oxu...
"Məni narahat edən ölkənin bu günkü vəziyyətində QHT sektorunun acınacaqlı vəziyyətdə olmasıdır"

Bu sözləri Kanal 13-ə müsahibəsi zamanı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli söyləyib.

"Biz düşmənlə döyüşürük, düşmənin qarşısında ideoloji müharibədə qalib gəlmək üçün QHT və media birləşib dirəniş göstərməlidir"-deyə, o əlavə edib.

 
 
 
Ardını oxu...
Hörmətli media və ictimaiyyət nümayəndələri,
QHT Agentliyinin 2023 il qrant müsabiqəsi ətrafında apardığım araşdırmaları davam etdirirəm.
Bugün təqdim etdiyim tək bir faktla , keçirilən müsabiqədə boşluqlar, uyğunsuz qərarlar göz önündədir .
"Qaçqın və Deportasiya olunmuşlara" dayaq ictimai birliyi.
Bu təşkilatın həyata keçirəcəyi lahiyənin adı Narkomaniya ilə mübarizə istiqamətində tədbirlərin təşkilidir. Ayrılan qrant vəsaiti isə 7000 manat.
Gəlin diqqət edək qrant ayrılmış təşkilatın adına və həyata keçirəcəyi lahiyəyə...
Göründüyü kimi ictimai birliyin adından da məlum oldugu qədər birliyin fəaliyyət istiqamətləri ilə təqdim etdiyi lahiyə arasinda böyük uyğunsuzluq mövcuddur. Təkcə bu fakt kifayət edirki, QHT agentliyinin lahiyələrin qiymətləndirilməsi istiqamətində hansı nöqsanlara yol verdiyinin şahidi olaq.
Ardını oxu...
Agentlik rəhbərliyi bildirir ki, xüsusi ekspertlər tərəfindən lahiyələr analiz olunaraq, şəffaf qiymətləndirmə həyata kecirilib.
İndi mənə agentlik rəhbərliyi izah etsin görək ki, yuxarida qeyd etdiyim təşkilata hansı meyarlar çərçivəsində qrant ayırıbdir .
QHT agentliyi konkret olaraq 2023 cü il qrant müsabiqəsi ilə bağlı (Heydər Əliyev, Qərbi Azərbaycan və kicik) lahiyələrin ekspertlər tərəfindən qiymətləndirilməsi , müşahidə şurasının üzvləri tərəfindən verilən balları şəffaf şəkildə butun ictimaiyyətə aciqlasinlar .
Müsabiqədə iştirak edən hər bir təşkilat lahiyələrinə verilən rəylər haqqında açıq şəkildə tanış olsunlar.
Vətəndaş cəmiyyətində hər bir fəaliyyət şəffaf və açıq olmalidir.
QHT agentliyi bu şəffaflığı təmin etməkdə bilavasitə borcludur.
Yuxarda adını qeyd etdiyim təskilati yaxından vəya uzaqdan tanımıram. Ola bilər ki, deportasiya və qaçqın məsələlərində bəlli bir təcrübəsi olsun.
Lakin agentlik tərəfindən dəstəklənən, ictimai birliyin fəaliyyət istiqamətlərilə uygunsuzluq təşkil edən lahiyənin ugurla həyata keçirilməsi sual altındadır. Bu məsələdə də yenə məsuliyyət ünvanı QHT Agentliyidir.
Bu günkü təqdim etdiyim araşdırmanın sonunda QHT Agentliyi müşahidə şurasının üzvlərinə müraciət edirəm.
Şuranın sədri Azay Quliyev və icraçı direktor Aygün Əliyeva dönə-dönə bəyan edirlər ki, müsabiqə ilə bagli qərarlar, istiqamətlər üzrə siz müşahidə şurasının üzvləri tərəfindən verilib. Bu məsələyə sizin münasibət bildirməməyiniz ictimaiyyətdə haqlı narahatçılıq yaratmaqdadır.
Samir Adıgözəlli,
İSBAM sədri
Teref.az

    
Ardını oxu...
Milli Elmlər akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Saray qəsəbəsindəki *seleksiya sahəsindən danışanda adamın ürəyi ağrıyır.Bəli, bura* əslində seleksiya sahəsi deməyin özü məncə günah sayılardı .Sarayı yaxşı tanıyanlar yəqin ki, yolun kənarındakı köhnə,solgun rəngli primitiv dəmir qapılı ərazidən söhbət getdiyini əsla anlamamış deyillər.Həmin ərazinin, yəni seleksiya sahəsinin 2003-cü ildə yaradılmış akademiyanın Genetikanın əsasları adlı institunun təcrübə sahəsi olduğu kimsəyə sirr deyil.
Amma gəlin görək həmin əraziyə seleksiya sahəsi demək olarmı?Çox az hissəsindən istifadə olunan ərazinin böyük bir hissəsinin kol -kos basmış vəziyyətdə olması buradakı xoşagəlməz vəziyyətin ilk xəbərvericisidir.Seksiya sahəsi deyəndə adamın gözləri önündə qeyri -adiliyi ilə seçilən zövq oxşayan gözəl , əsrarəngiz bir bağ canlanır.
Amma görünən “dağa “nə bələdçi?Bunu adı var, özü yox da adlandırmaq olar.Ötən illər ərzində buranın əslində kimlər üçünsə baş qarışdırıcı bir vasitə olduğunu kənardan sezməmək mümkün deyil. Buranın institut rəhbərliyinin gözündən -könlündən uzaq düşən baxımsız bir əraziyə çevrilməsi adamda təəccüb dogrurur .Gözdən pərdə asmaqdan ötrü adda -budda soya , müxtəlif agac , bitki, tərəvəz növləri, məsələn,yemiş,qarpız daha nə bilim nələrin bu məkanda sınaq əkinləri həyata vəsiqə qazanır.Qarpız dedim, yadıma bu il oradakı bir hektar ərazidə əkilmiş yemiş -qarpızın fəna aqibəti düşdü .80 ton qarpız-yemiş götürülməsi nəzərdə tutulan sahə çoxsaylı kimyəvi dərman və kübrələrin təsirindən necə deyərlər,aglar günə qaldı.”Eksperimentlər”yüzdən çox qarışımın təsirindən üç gün sonra məhsulun iç hissəsinun ağarması ilə yekunlaşır.Üz qarası olan ağarma,bax, buna deyərlər. Məhsulun zay olması, təcrübənin hədərə getməsi, xeyli vəsaitin boş yerə xərclənməsi heç kimsəni maraqlandırmadı rəhbərlikdə, sanki elə belə də olmalı imiş.Kimsədən məsuliyyət tələb olunmadı, cəzalandırılmadı da . Belə bədxərcliklər burada adət halını alıb axı.
Bir yeni bugda sortu almaq üçün ömrunün 17 ilini həsr edib heç bir uğur qazana bilməyən professorumuz da olub,elə seleksiya sahlsində təcrübələr apara -apara dünyasını dəyişib.
Əslində seleksiya sahəsində ən müxtəlif təcrübələr səbəbindən boş ver tapılmamalıdır . Təcrübə aparmaq üçün əlavə sahəyə ehtiyac olmalıdır.
Bəli, institutun seleksiya işi üzrə Saray bölməsində reallıq bundan ibarətdir.
İnstitutun başlıca fəaliyyət istiqamətlərindən biri mədəni bitkilərin , onların yabanı əcdadlarının nadir, qiyməti, itməkdə olan nəslinin inventarlaşdırması, bərpa edilib qorunub saxlanılmasından ibarətdir .
Amma elmi məsələlər burada arxa plana keçib.Daha böyük mənfəət əldə etmək başlıca məqsədə çevrilib.
Təsəvvür edin ki, seleksiya sahəsində akademiya işçiləri üçün seleksiya sahəsində”Alimlər şəhərciyi”yaşayış kompleksi tikmək ideyası digər məsələləri arxa plana keçirib.
2017-ci ildə Saray seleksiya sahəsində akademiyanın işçiləri üçün hündürmərtəbəli binaların tikilməsi,şəhərcik salınması üçün hərəkətə keçilib, artıq bir bina sakinlərini qəbul edib,”Alimlər şəhərciyi”nin ikinci binasının tikintisi davam etməkdədir.
Əlbəttə, alimlərin sosial problemlərinin həll edilməsinə diqqət və qayğı göstərilməsi alqışa layiq hadisədir.
Amma iş burasındadır ki, belə sosial layihələri boş, əkin üçün istifadıyə yararsız ərazilərdə tikmək daha münasibdir . Üstəlik tikiləcək yer kollektivlə razılaşdırılmalıdır.Eşitdiyimizə görə alimlərin əksəriyyəti kompleksin tikildiyi yerin şəhərdən uzaq olması səbəbindən orada mənzil almaq istəmir.Bəzilərinə də elə bu lazımdı olmaya?
Axı aləmlərə mənzillər daha ucuz qiymətə satılır, kənar şəxslərin ödənişinin isə daha yüksək olacağı şəksizdir.
Kompleksin tikintisi Saraydakı seleksiya sahəsini tamam yaddan çıxarıb.
Deyilənə görə bu yaxınlarda başıbəlalı seleksiya sahəsinin Elm və Təhsil nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir… //aktualxeber.az//
 
Ardını oxu...
"Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlov Suraxanı rayonunun Yeni Suraxanı ərazisində - “Araz” market yaxınlığında vətəndaşların xeyir-şər yeri üçün nəzərdə tutulan ərazini zəbt edib, burada qanunsuz tikinti işləri həyata keçirir. Sözügedən ərazidə özü üçün nəhəng ticarət mərkəzi inşa edən Bədəl Bədəlov nəinki vətəndaşların etirazına məhl qoymur, özünü külli-ixtiyar sahibi kimi aparır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

"Bədəl Bədəlov nümayişkəranə şəkildə bildirir ki, o, heç kimdən və heç nədən çəkinmir" deyə iddia olunan müraciətdə daha sonra qeyd olunur:

"Yeni Surxanı ərazisində xeyir-şər yeri ilə bağlı ciddi problem mövcuddur. Əhalinin sıx məskunlaşdığı rayonumuzda xeyir-şər yeri tapmaq sözün həqiqi mənasında müşkülə dönüb. Bu səbəbdən də rayon sakinləri hazırda Bədəl Bədəlovun böyük inşaat işi apardığı məkanda müvafiq dövlət qurumlarının dəstəyi ilə xeyir-şər yeri tikmək niyyətində idi. Vətəndaşlar bununla bağlı istək və tələblərini Suraxanı Rayon İcra Hakimiyyətinin də nəzərinə çatdırmışdı. Lakin bir neçə gün öncə məlum olub ki, Bədəl Bədəlov bu ərazini də zəbt edib və burada qeyri-yaşayış obyekti ucaldır. Görünür Bədəl Bədəlov hesab edir ki, gəliri bir qədər də artsın deyə, minlərlə vətəndaşı xeyir-şər yerisiz qoymaq olar.

Sizdən xahiş edirik ki, problemin işıqlandırılmasına, əlaqədar qurumalrın diqətinə çatdırılmasına köməklik göstərəsiniz. Tələbimiz tikintinin sökülməsi, həmin ərazidə xeyir-şər yerinin inşa edilməsidir. Əraziyə baxış keçirsəniz, Bədəl Bədəlovun “işğal faktı” ilə tanış ola bilərsiniz".
Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...




İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı. Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub.
Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib.
O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox?
Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir.
Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub.
Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar.
Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər.
Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb.
İbrahim Hümbətov
Ardını oxu...
Neftçala Suvarma Sistemləri İdarəsinin “Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsi işlərinin” satın alınması" ilə bağlı elan etdiyi tender başa çatıb.

TEREF.AZ-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi Neftçala Melioservis İdarəsi olub. Tərəflər arasında 98 min 998 manat 39 qəpik dəyərində müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, tenderin qalibi olan Neftçala Melioservis İdarəsinin dövlətə 57 min 554 manat 91 qəpik vergi borcu var.

Bildirək ki, nizamanamə kapitalı 209 manat 20 qqəpik olan Neftçala Melioservis İdarəsinin İdarənin rəisi Nəsirov Nizami Ağarəzi oğludur.

Xatırladaq ki, "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri isə Zaur Mikayılovdur. Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi isə Elçin Ataş oğlu Əsədovdur.
 
Ardını oxu...
“Dilənçi” ləqəbli Elgiz 200 minlik avtomobili necə aldı..? Doğrudan da, analoqu olmayan bir cəmiyyətdə yaşayırıq. Nə qədər yazmaq olar, demək olar ki, ölkədə təkcə radikal din altında deyil, digər istiqamətlərdə də çox təhlükəli qüvvələr var. Həqiqətən də, təhlükəli, az qala, Dövlətə meydan oxuyan qüvvələr yaranıb. Dövlətə meydan oxumağın buynuzu-zadı olmur ki...
Təsəvvür edə bilməzsiniz ki, “Həyat üçün Şans” Reabilitasiya Mərkəzində nələr baş verir... Fikir verdinizmi, ən humanist adı seçiblər özlərinə...guya, narkotik asılılığı olan insanlarımızı yenidən həyata, düzgün yola qaytaracaqlar, onları müalicə edəcəklər... Amma əslində, bu murdarxanada nələr baş verir...
Təsəvvür edirsiniz, kimlərinsə “zakazı” ilə hansısa imkanlı adamların nakoman yaxınlarını müalicə adı ilə maşına basıb Reabilitasiya Mərkəzinə gətirirlər. Təəccüblənməyin. Bəli, Reabilitasiya Mərkəzinin sahibi Elgiz Alxanovun (Şirinov) özünün “əməliyyat qrupu” var, “polis maşını” var, nə bilim, idmançı dəstəsi var... Axı Elgiz Alixanov (Şirinov) kimdir, nəçidir ki, dövlətin içində əməliyyat keçirir, kimisə həbs edir, kimisə ayaqlarından asır, kimisə suda boğur, kimisə karsa salır... Heç Afrikanın cəngəlliklərində belə qaydalar yoxdur...
Təsəvvür edirsinizmi, belələrinə bir az səlahiyyət verilsə, ölkədə nələr baş verər..? Heç Ali Məhkəmə sədrinin, Baş prokurorun bu qədər səlahiyyəti yoxdur... Bəs belə olan halda Elgiz Alxanovun (Şirinovun) arxasında kim(lər) dayanır, onu kimlər müdafiə edir..? Elgiz hər yerdə çox yüksək vəzifəli şəxslərin adını çəkir və deyir ki, Reabilitasiya Mərkəzinin sahibləri onlardır. Elgiz hətta sponsorlarının da adlarını çəkir, amma özü hər narkomanın valideynlərindən 1500 manat alır... Bu adam başına 2500 narkomanı toplayıb, özünü muzdlu dəstənin başçısı kimi aparır.
Təsəvvür edirsiniz, belə bir qüvvə sabah kimlərdənsə əmr-göstəriş alarsa, nələr baş verər..? Bəs bu ölkənin Hüquq-Mühafizə Orqanları hara baxır..? Bu boyda təhlükəni görmürlər...? Elgiz Alxanov ( Şirinov) ölkədə tanınan, nüfuzlu və imkanlı şəxslərin uşaqlarının siyahısını tutub, onları tora salmağın, mala otuzdurmağın, valideynlərindən külli miqdarda pul almağın planlarını cızıb və tapıb...
“Dilənçi” ləqəbi ilə tanınan, qonşularından, dost-tanışlarından narkoman olduğu dövrdə uşaqlarına 5 manat çörək pulu alan Elgiz indi narkotiklərin hesabına Yasamal rayonu, Nazim Hikmət küçəsindəki evini 100 min manata təmir etdirir, 200 min manata maşın alır və s.
Yuxarıda qeyd etdiyimiz kimi Elgiz Alxanovun həyat yoldaşı da Abşeronda Reabilitasiya Mərkəzi yaradıb və imkanlı, vəzifəli şəxslərin qız-gəlinlərini orada, guya, müalicə edir...
O da vaxtilə 5 manat çörək pulu üçün dilənirdi, amma indi böyük imkanlara sahibdir.. Yəni bu ər-arvadın yaratdığı böyük cinayətkar şəbəkədir... Bu adam özü üçün instaqram səhifəsi açıb, yəqin birazdan sayt-zad açacaq, media təsis edəcək, TV-zad və daha nələr... Ümumiyyətlə, maraqlıdır ki, müstəqil Reabilitasiya Mərkəzi açmaq üçün mütləq ölkənin Səhiyyə Nazirliyi icazə verməlidir. Bu adamın heç bir tibbi təhsili yoxdur, özü də narkomanın biri olub... Bütün bunlar azmış kimi Elgiz Alxanov (Şirinov) Azərbaycan Dövlətinə də şər-böhtan atır, hər yerdə deyir ki, polis rəislərinin aylığını verirəm...hətta tez-tez bəzilərinin adlarını da hallandırır...
Elgiz (Alxanov) Şirinovun bir qardaşı da Rusiyada yaşayır və o da orada, guya, Reabilitasiya Mərkəzi açaraq narkomanları müalicə edir... Amma əslində, Elgiz və onun dəstəsi narkotacirlərlə sıx əlaqədə işləyirlər, Elgiz, guya, aşağı doza narkotiklə xəstələri müalicə edir... Elgiz (Alxanov) Şirinov bir xəstənin, guya, müalicəsi üçün hər ay 1500 manat pul alaraq 6 ay müddətinə dozanı tədricən aşağı salmaqla müalicə metodu yaradıb...Yəni xəstələri özündən asılı vəziyyətə salır...Burada müalicə alan xəstələrin heç biri heç vaxt sağalmır.
Əslində, Elgiz (Alxanov) Şirinov ətrafına 2500-dən çox narkoman toplayaraq özü üçün bir “ordu” yaradıb, müxtəlif imkanlı şəxslərin evlərinə, mülklərinə basqın edərək qarət edirlər... Və onu da qeyd edək ki, Elgiz (Alxanov) Şirinovun Reabilitasiya Mərkəzləri Abşeronda, Novxanıda, Binəqədidə, Sumqayıtda özəl obyektlərdə, şəxsi evlərdə fəaliyyət göstərir. Hələ bu harasıdır..? Bəli, şəxsi evlərdə...həm də pəncərələr dəmir barmaqlıqlarla bağlanır, dəstəyi çıxarılır...sözün həqiqi mənasında ZİNDAN... Və içəridə qumarxana, meyxana və s. məclislər...təşkil edilir. Və onu da qeyd edək ki, Elgizin yanında, guya, müalicə olunan narkomanlar bayırdakı narkomanlara imkanlı adamların evlərinin, mülklərinin ünvanlarını ötürüb evləri qarət edirlər...
Elgizin ətrafında xeyli sayda imkanlı, vəzifəli şəxslərin övladları...zerkalni nömrəli bahalı avtomobillər...boyunlarda 1 kq qızıl zəncirlər... Elgiz hazırda özünə dəyəri 1 milyon olan bağ evi axtarır... Valideynlər isə ağızlarındakı protezi satıb Elgizə pul gətirirlər...
Elgiz o qədər həddini aşıb ki, dövlətin hesabına Reabilitasiya Mərkəzi açmaq istəyənləri şantaj edir, deyir ki, mənim icazəm olmadan onlar heç nə aça bilməzlər...onlar mütləq mənimlə razılaşmalıdırlar...
Bu günlərdə Elgiz (Alxanov) Şirinovun dəstəsi Qarabağ veteranı olan bir şəxsin evinə basqın edərək qarət ediblər. Bir sözlə, Elgizin cinayətkar şəbəkəsi əməllərini davam etdirir...
Bundan əlavə, onu da qeyd edək ki, Elgiz Alxanov (Şirinov) həyat yoldaşı ilə birləşərək başına cinayətkar dəstə toplayıb heç bir lisenziyası olmayan evlərdə gizlin fəaliyyət göstərirlər. 2500 adamdan hər ay 1500 manatdan pul alınırsa, görəsən, Elgiz Alxanov (Şirinov) hər ay nə qədər vergi ödəməlidir və nə qədər ödəyir? Atalar deyib ki, heç vaxt narkomanın andına, heç bir sözünə inanmayın... Elgiz Alxanov (Şirinov) hər addımbaşı deyir ki, mənim metodum mənə məxsusdur... heç kim bu işləri mənsiz apara bilməz... Amma Elgiz adlı "konçinni" narkoman başa düşmür ki, o, vətəndaşları aldadaraq əldə etdiyi külli miqdarda gəlirə görə Korrupsiya İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaq və bütün valideynlər övladları üçün verdikləri külli miqdarda pulları geri istəyəcəklər... Bundan əlavə, Elgiz Alxanola (Şirinov) bərabər onun həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb oluna bilər, onu da dəmir barmaqlıqlar arxasında cəza çəkmək gözləyə bilər... Bu işdə biz bir media olaraq Elgiz Alxanovun və həyat yoldaşının törətdikləri cinayətləri anbaan izləyərək ictimaiyyəti məlumatlandıracağıq...
P. S. Kimlərinsə bu işdə təzyiqlərinə rast gəlsək, Cənab Prezidentə açıq məktubla müraciət edəcəyik... Bizi izləyin.
gundelik baki.com

Son illər Lənkəran şəhərində səkilərin zəbt edilməsi halları adi bir hala çevrilib.

Şəhər sakinlərinin AzToday.az-a verdiyi məlumata görə, şəhərin mərkəzində səkidə iki mərtəbəli ev tikilib.

Daha doğrusu ev Qala xiyabanında tikilib. Yolun bir tərəfi tamamilə bağlanıb. Tikilən evin yerində əvvəl market olub, sonra üstündə ikinci mərtəbə tikilib və sol tərəf səki tamamilə tutulub, qarşı tərəf isə azı 3 metrə zəbt olunub. Obyektin qarşısında Həzi Aslanovun heykəli və parkı yerləşir.
Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Paylaşacağımız videoda gördüyünüz bu mənzərə Sumqayıt istiqamətindən paytaxta gələndə – “Ekologiya Postu” kimi tanınan DYP binasının düz yanındakı , yolun sağ tərəfində olan yaşıllıq massivindən çəkilib. Məlumdur ki, paytaxtın çox az ərazilərində belə yaşıllıq massivləri qalıb. Onların hamısı işbazlar tərəfindən məhv edilərək, yerində çoxmərtəbəli binalar və ya gəlir gətirən bahalı “obyektlər” tikilib. Görünür, hələ SSRİ vaxtından salınan və paytaxtın girişinə xüsusi bir gözəllik, təbiətimizə isə bənzərsiz fayda verən bu meşə massivinə də kiminsə gözü düşüb. Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, bu ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansındadır.

Onda isə sual olunur: hörmətli nazir Muxtar Babayev Bakının düz girişindəki bu yaşıllığın bilə-bilə məhv edilməsinə niyə göz yumur? Başa düşdük, o, Gədəbəyin Söyüdlü kəndində əcnəbilərin ekologiyamıza qarşı törətdiyi terroru görmürdü və buna görə də ölkə başçısının sərt danlağına tuş gəldi. Bu ərazi ki, düz onun qulağının dibindədir. Ortadakı acı mənzərə onu deməyə əsas verir ki, Muxtar Babayev Prezidentin tənqidlərindən lazımi nəticəni çıxarmayıb. Əks halda, biz bu acı mənzərənin şahidi olmazdıq. Bu ərazidəki təbiət terrorunun qarşısı alınmasa, tez bir zamanda biz burada yaşıllıq deyil, boz binalar görəcəyik. DİA.AZ Azinforum.az-a istinadla həmin acınacaqlı mənzərənin əks olunduğu videogörüntüləri təqdim edir:

 

Dünyapress TV

Xəbər lenti