Ardını oxu...
Naxçıvandakı siyasi dəyişikliklərdən sonra bir çox sahələrdə qaydalar sərtləşdirilib, yeni qadağalar tətbiq olunmağa başlayıb. Məsələn, səhiyyə nazrliyinin yeni tapşırığına əsasən, tibb işçilərinə kamerası olan smartfonlarla işə gəlmək qadağan olunub. Bu qadağa hələlik Naxçıvan MR Xəstəxanasında, xüsusilə tibb bacılaraına və sanitar heyətə tətbiq olunur. TEREF.AZ yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a həmin xəstəxanada çalışan bir qrup tibb işçisi məlumat verib.
Onlar bildirir ki, bu qadağanı tətbiq etməkdə məqsəd xəstəxanada baş verən yaramazlıqların telefonla çəkilib, ictimailəşdirilməsinin qarşısını almaqdır.
Bundan əlavə, həmin xəstəxananın tibb bacıları həftədə 40 saat yerinə 60 saat işləməyə məcbur edildiklərini, tez-tez təhqir olunduqlarını bildirirlər. Onlar deyir ki, yeni sərt qaydalar və qadağalar Fehruz Zehirov xəstəxanaya yeni direktor təyin olunduqdan sonra tətbiq edilməyə başlayıb. F. Zehirovun Naxçıvan Səhiyyə Nzrliyinin yeni şefi Samiq Sadıxovun yaxın adamı olduğu bildirilir.
Tibb bacısı B.M. deyir ki, yeni qaydanı pozanlardan öncə izahat alınır, sonra isə onlar sərt cəzalandırılır:
„Xəstəxananın yeni rəhbərliyi işçiləri çox incidi. Kameralı mobil telefon işlətməyə icazə verilmir, ancaq köhnə telefon olmalıdır. Bu işə nəzarəti mühafizəçilərə tapşırıblar. Onlar istədikləri vaxt çantamıza girib, smartfon olub-olmadığını yoxlayırlar. Bu bizim təməl azadlıq və şəxsi toxunulmazlıq hüquqlumuzun pozulmasıdır. Telefonla tutulan işçilərdən öncə izahat alınır, sonra isə onlara töhmət verilir. Əgər təkrarlanarsa, işdən qovulurlar. Məcbur qalıb, əlavə xərcə düşərək 50 manat verib, köhnə, kamerasız telefonlar almışıq. Fehruz Zehirov gələndən xəstəxanada sanki bir “Gestapo” rejimi yaradıb, həyatımız zəhər olub. Artıq, dözə bilmirik“.
Digər tibb bacısı G.M. isə deyir ki, onları ayda 240 saat işləməyə məcbur edirlər:
“Fehruz Zehirov özü ilə kadrlar şöbəsinə Vüsalə adlı işçi də gətirib. Vüsalə xanım bizimlə qul kimi davranır, ikiqat işləməyə məcbur edir. Nə gecəmiz var, nə gündüzümüz. Həftədə 40 saat yerinə 60-70 saat işləməyə məcbur edir, üstümüzə bağırır, təhqir edir. Etiraz edəni isə, polislə, işdən çıxarmaqla hədələyir. Keçmiş baş həkim Zəburun dövründə də haqsızlıqlar var idi, ancaq bu dərəcədə yox. Bunlar onlardan da qəddardılar”.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan işçilərin iddialarına cavab vermək istəmədilər.
 
Ardını oxu...
Masallı rayonun Hacıtəpə və Həsənli kəndlərinin düz sərhəddində ta qədimdən su kanalı var. Mənbəyini dağlardan götürən Ağqobu çayından qidalanan kanalın suyu bu iki kəndin yaxınlığında yerləşən Çandıq su anbarına tökülür. Anbara yığılan su yay aylarında ətraf kəndlərin təsərrüfat işlərində, iribuynuzlu və xırdabaş mal-heyvanın suvarılmasında müstəsna əhəmiyyətə malikdir.

Kanalın Hacıtəpə kəndinə aid hissəsindən ta Hacıtəpə kəndinə qədər şose yolunun kənarı ilə kəndin Xeyriyyə Cəmiyyəti Xan Çinar ağacları əkmişlər. Lap başlanğıcda kəndin adını göstərən lövhə, ətrafında gül kolları və həmişəyaşıl küknar ağacları əkilmişdir. Bütün bu kol və ağaclar bu kanalın suyu ilə suvarılır.

Kanalın bu biri sahilində isə əsl dəhşət yaşadan acınacaqlı mənzərə adamda ikrah yaradır. İllərdir bu əraziyə tökülən zibillər ən azı yarım hektar sahəni üfunətli zibil girdabına çevirib.

“Zibilim var xanə-xanə...”

Həsənli camaatının dediyinə görə, illər öncə bu ərazidən qonşu kəndlər torpaq aparırmışlar. Elə bu qazıntılar zamanı yaranan çalalar buraya zibilin tökülməsinə rəvac vermişdir. Ətraf kəndlərin camaatı əllərinə keçən atılmalı nə varsa, gətirib buradakı çalalara töküblər. Beləliklə, ərazi zibilxana kimi fəaliyyətə başlayıb. Hər çala dolduqca yenisinə tökərək bu ərazini böyük bir zibil meydanına çeviriblər!

“Qoxusu nə yamandır...”

Bu çalalarda nə yoxdur? Nə desən, var! Yeyilmiş ərzaq tullantılarından tutmuş uşaq bezlərinə qədər, butulkalar və digər su qabları, kəsilmiş heyvanların başları, qarın və bağırsaqları, ölmüş qoyun-quzu, toyuq-cücə, mal cəsədləri!!! Daha nələr, nələr...

Bu ərazidən keçərkən bir neçə dəqiqə adama saat kimi gəlir – iydən nəfəs çəkmək olmur! Maraqlıdır, rayonun və ərazuinin rəhbərləri dəfələrlə bu yoldan keçirlər, nə əcəb heç bir münasibət göstərməyiblər?!!

Ərazinin iyrənc hala düşməsi, başçatladan qoxu sancması bir yana, ən qorxulusu onun antisanitariya mühiti yaratmasıdır. Belə ki, ora atılmış müxtəlif heyvan cəsədləri və qalıqları qalıb iylənir, çürümüş cəsəd qalıqlarından yaranan milçəklər müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir. Zibilxanada “yaşayan” itlər, mış-siçovullar, çaqqalllar və digər “sakinlər” qoxumuş və iylənmiş “qidaları” ətrafa səpələyir, hətta yaxındakı kanala tökərək suyu da çirkləndirirlər ki, bu su da yaxındakı su anbarına töküldüyündən o sudan istifadə edən mal-heyvanların ağır xəstəliklərə tutulmasına səbəb olur. O sudan istifadə edən yaxın kəndlərin əhalisinin də zərər görməsi heç də çətin deyil. Hələ bura atılan zibillərin yandırılmasından yaranan tüstünün başçatladan iyindən cana gələn Hacıtəpə kənd camaatının çəkdiyi əzabları da əlavə eləsək, bu zibilxananın üzdəniraq “fəaliyyətinin” nə qədər böyük olduğunu təsəvvür eləmək çətin olmaz!

Yerli təşkilatların müraciəti Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin əraziyə diqqətinə səbəb oldu. Amma necə? Əvvəlcə gəlib ərazidə bir neçə əlavə çalalar da qazdılar. Bu da heç bir əhəmiyyət kəsb eləmədi, həmin iy-qoxu, həmin iyrənc səhnə! Çünki əslində ərazidən daşınmalı olan zibilllər yerindəcə qaldığından daha da çoxaldı, zibil tayalarına çevrilirdi. Bunu “görən” İdarə yeni bir “layihə” işləyib hazırladı və burada zibilin yığılması üçün 2X2 metr ölçüdə ağ daşdan bir zibil “anbarı” tikdi. Lakin heç bir gün keçmədi ki, bu “nəhəng anbar” da doldu və daşınmadığı üçün camaat zibili yenə də çalalara atmalı oldular. Yeni zibil tayaları yaranmağa başladı.

Bu əcayib vəziyyətin – iy-qoxunun, anti-sanitar vəziyyətin yaxındakı kəndlərə olan təsiri kənd camaatını hövsələdən çıxardığına görə Masallı Rayon Kommunal Təsərrüfat İdarəsindən tədbir görməsini tələb edirlər. Buna Masallı Rayon Epidomoloji Stansiyası da münasibət bildirməlidir. Əks təqdirdə kənd camaatı daha yuxarı instansiyalara müraciət edəcək.

Camaatın tələbi isə bu ərazidə yerləşən zibilxananın ləğv edilməsidir. Zibilxanalar hər kəndin özündə təşkil olunsa və xüsusi zibildaşıyan maşınlarla mütəmadi daşınsa, belə yarıtmaz nəticələr də olmaz.

Redaksiyadan: Yaranmış problemə aydınlıq gətirmək üçün Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin Məhərrəm müəllimlə əlaqə saxladıq. Məhərrəm müəllim etiraf etdi ki, həmin ərazidə vəziyyət doğrudan da acınacaqlıdır. Lakin həmin işləri sahmana salmaq bizim təşkilatın yox, birbaşa həmin kəndlərin ərazi dairələrinin və bələdiyyələrinin səlahiyyətlərinə daxildir. Kənd sakinləri isə dözülməz şəraitə görə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinə kütləvi şikayət etmək niyyətindədir. //CENUB.AZ//
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Cəlilabadda vətəndaşlar özünəməşğulluq proqramı çərçivəsində onlara verilən mal-qaranın tələf olmasına görə Dövlət Məşğulluq Agentliyindən narazılıq ediblər.
Cəlilabad rayon sakini Sadıqov Namiq isə Məşğul Agentliyindən şikayət etdiyi üçün problem yaşayıb.
Ətraflı süjetdə:

 
Ardını oxu...
"Bir neçə gündən sonra Rəşad Tağlyevin Şəmkirin icra başçısı təyin olunmağının 2 ili tamam olacaq. Qalmaqallı Alimpaşa Məmmədovun həbsindən sonra gənc oğlanın bu vəzifəyə təyin olunması ölkə gündəminin ən maraqlı hadisələrindən biri idi. Rəşad Tağıyev bu təyinata qədər həm özəl sektorda hüquqşünas kimi işləmişdi, sonradan hamilərinin dəstəyi ilə dövlət qulluğuna keçərək Bakı şəhər Təhsil İdarəsində qısa müddətdə sıravi işçidən müdir vəzifəsinə qədər yüksəlmişdi. Emin Əmrullayevin Təhsil naziri təyinatından sonra Rəşad Tağıyev bu nazirlikdə persona non-qratde elan edilərək, zaman-zaman özünün Təhsil Nazirliyindən uzaqlaşması üçün zəmin yaradılmışdı. Bu dəfə də Rəşad Tağıyevin harayına yüksək vəzifələrdə kadr işləri ilə məşğul olan tələbə yoldaşı çatmışdır (bu barədə növbəti yazılarımızda ciddi faktlar ortaya qoyacağıq)". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məaqlədə daha sonra bildirilir: "Rəşad Tağıyevin Şəmkirə icra başçısı təyin olunması onun üçün sonuncu şans idi. Yuxarıda qeyd etdiyimiz kimi 2021 ci ilin aprel ayının 26 da Alimpaşa Məmmədovun xidməti otağında həbs olunması xəbəri ölkə gündəminə bomba kimi düşmüşdü.

Rəşad Tağıyev 2 il ərzində nə ilə yadda qaldı ?!
İcra başçısının adı ötən 2 il ərzində dövrü mətbuatda yalnız səriştəsiz idarəetməsi, tədbirlərdə rabitəsiz cümlələrlə çıxışı, etdiyi yalnış kadr təyinatları, Alimpaşa Məmmədovdan qalma, adları bu gün də məhkəmə istintaqında keçən, hər ay 2 3 dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində Alimpaşa Məmmədovun üzünə durmaqla keçən kadrları başına toplamaqla yadda qaldı.
İlk olaraq Bakıdan yüksək məvacibli işdə işləyən, öz hamisinin yaxın qohumu Alışan Yusibovu Şəmkir Kommunal Müəssisələr Kombinatına rəis təyin etdi. İcra hakimiyyətinin tabeliyində qalmış yeganə struktur, el arasında zibillik idarəsi deyilən KMK icra başçılarının yeganə “dolanma yeri” olması artıq heç kəsə sirr deyil.
2022 ci ilin aprelin 1 də Rəşad Tağıyev icra başçısının 1 ci müavini vəzifəsinə Süleyman Gəray oğlu Zeynallı adlı şəxsi təyin etdi. Kimdir Süleyman Zeynallı ?! Sizə təqdim etdiyimiz bütün xəbərlər internet resurslarından əldə etdiyimiz faktlara əsaslanır. Rəsmi məlumatda qeyd olunur ki, Süleyman Zeynallı Şəmkirin Seyfəli kəndində anadan olub. Son iş yeri Qala Sığorta Şirkətində Hüquq departamentinin rəhbəri vəzifəsi olub. Göründüyü kimi, bu şəxs Şəmkirdə sadəcə anadan olub və ya doğum yeri elə göstərilib. Uzun illər Şəmkirlə heç bir əlaqəsi olmadığı halda birdən birə Şəmkir sevgisinin arxasında dayanan faktları getdikcə açığa çıxaracağıq !
Bunun ardınca Şəmkir icra hakimiyyətində digər müavin yeri vakansiyası yarandı. Başçının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev təqaüd yaşı ilə əlaqədar dövlət qulluğundan çıxaraq, YAP Şəmkir təşkilatına sədr getdi. İşin maraqlı tərəfi bundan sonra başladı.....
Ardını oxu...
Ardını oxu...

İcra hakimiyyəti strukturundan azacıq məlumatı olan hər kəsə məlumdur ki, hazırda icra hakimiyyətlərinin büdcələri artıq çox ciddi nəzarətdədir. Dövlət satınalmaları, tender, kotirovka məsələləri ciddiləşdikcə, icra başçılarının və büdcə vəsaitində gözü olanların işi ağırlaşır. Bu işləri görmək sözün əsl mənasında peşakarlıq tələb edir. Və uzun uzadı məsləhətmələşmələrdən sonra, Süleyman Zeynallı öz yaxın dostunu, keçmişdə Qala Sığortada birlikdə çalışdığı, 2019 2021 ci illərdə Qala Sığortanın baş mühasibi işləmiş Rüfət Sahib oğlu Sahibsoyu icra başçısının müavini təyin etmək üçün Rəşad Tağıyevi razı sala bilir !

Bəs Rüfət Sahib oğlu Sahibsoy kimdir ?!
İcra hakimiyyətinin rəsmi dövlət səhifəsində haqqında heç bir məlumat yoxdur. Lakin internet resurslarında barəsində çox ciddi məlumatlar əldə edə bildik. Bir daha qeyd edirik ki, təqdim etdiyimiz bütün məlumatlar açıq resurslarda olan faktlardır.
İlk olaraq Rüfət Sahibsoy haqqında məlumat icra başçısının müavini təyin olunması xəbəri ilə başlayır. Qeyd olunur ki, “03 iyul 2023 cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub. Bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.O, bu gün kollektivə təqdim olunub.Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.” Maraqlıdır Bakı şəhərində, yüksək vəzifədə, yüksək əməkhaqqı ilə çalışan birisi birdən birə niyə həm vəzifəcə, həm statusca, həm əməhaqqıca aşağı işə niyə getsin ki ?!
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Rüfət Sahibsoy haqqında araşdırma apardıqca daha ciddi faktlara rast gəlməyə başlayırıq. Təbii ki, bu məlumatlar yayılandan sonra Rüfət müəllim çalışacaq bunları internet resurslarından sildirsin, lakin biz redaksiya olaraq bütün faktları artıq yükləmişik. Klassik Xalq Cəbhəsi partiyasının rəsmi səhifəsində,16 may 2012 ci il və 08 sentyabr 2013 cü il xəbərlərində görünür ki, Rüfət Sahib oğlu Sahibsoy Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür !
Dünya siyasətini araşdırarkən, məlum olur ki, bütün hakimiyyətlər əksər hallarda içəridən edilən xəyanətlər nəticəsində süquta uğrayır. Rüfət Sahibsoyun birdən birə iqtidar tərəfə keçməsi, dövlət qulluğunda mühum vəzifəyə gəlib çıxması bunun məntiqi nəticəsi ola bilərmi ?! Hər halda bu suala az da olsa cavab tapmışıq. Rüfət Sahibsoy işə başladığı ilk gündən Rəşad Tağıyevin çox yaxınında dayanmağa çalışır, bütün tədbirdə, görüşlərdə işin içərisinə girməyə çalışır. Büdcə ilə bağlı artıq bütün rəqəmlər onun nəzarətindədir. Hər halda özünə müavin təyin edən Rəşad Tağıyev ola bilməzdi ki, Rüfət Sahibsoy haqqında kiçik bir araşdırma aparmasın. İstənilən halda, gənc hüquqşünas başçı bilir ki, hərəkət və hərəkətsizlikdən yaranan nəticə eyni məsuliyyəti daşıyır.
Təbii ki, Rüfət Sahibsoyun qaranlıq keçmişi, müxalifət düşərgəsinin fəal üzvü olması, 2013 cü il prezident seçkiləri ərəfəsi meydanlarda açıq mitinqlərdə iştirak edərək, hakimiyyəti tənqid etməsini Süleyman Zeynallı bilməmiş olmazdı. Əlbəttə Süleyman müəllimin bu faktları ört-basdır etməsinin arxasında yuxarıda qeyd etdiyimiz kimi, Rüfət Sahibsoyun tender, kotirovka mütəxəssisi olması dayanmaya bilməz !
Rüfət Sahibsoy haqqında əldə etdiyimiz məlumatlarda təsdiq olunur ki, harda işləməsindən asılı olmayaraq, bu şəxs dövlət büdcəsi ilə istədiyi kimi rəftar etmişdir. Bu barədə faktları təqdim edirik !

Növbəti yazılarımızda zülmətə qərq olmuş, natəmizlik, antisanitariya, sosial probləri girdabında boğulan Şəmkir haqqında apardığımız araşdırmalarımızı, əldə etdiyimiz konkret faktları hissə hissə təqdim edəcəyik!"

Məsələ ilə bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...
Təsəvvür edirsiniz, bir müddət əvvəl Qarabağ qazisi polkovnik Şahmurad Məmmədov kredit borcuna görə stress keçirdi və ürəyi partlayaraq dünyasını dəyişdi. Döyüşlərdə ölməyən qazinin ürəyi Əhməd Vəliyevin oğlanlarının və özünün bankının qarşısında partladı.
Belə ki, Şahmurad Məmmədovun Əhməd Vəliyevin ailəsinə məxsus "Muğanbank”a 11 min manat kredit borcu olub. Məhkəmə və bank kredit borcunu Qarabağ qazisinin pensiya kartına yönəldib. Və Şahmurad Məmmədovun kartı bloklanıb. Ailəsinin adicə çörək tələbatını ödəməkdə çətinlik çəkən, pensiya ala bilməyən Qarabağ qazisi bu boyda ədalətsizliyə dayana bilməyərək dünyasını dəyişib.
İndi gəlin görək, “Muğanbank” kimindir..? Hamıya bəlli olduğu kimi “Muğanbank” Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevə məxsusdur. Ortaya sual çıxır ki, rektor kimdir ki, 137,5 milyon manata bank təsis edir..? Bəli, bütün bu pulların hamısı saxta yolla universitetə qəbul olunan tələbələrin valideynlərindən rüşvət kimi alınıb.
Onu da qeyd edək ki, rektor Əhməd Vəliyev həmişə PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin sağ əli, “kassiri” hesab olunub. Az-çox bank sistemindən başı çıxanlar “Muğanbank”ın səhmdarlar siyahısına baxsa, bankın Əhməd Vəliyevlərin ailə bankı olduğunu görə bilərlər.
İndi gəlin, bir ay öncə mətbuatda yayılan ən son məlumata nəzər salaq: "Əhməd Vəliyev “Muğan Bank”ı övladlarına verdi. "Muğanbank" ASC-yə 2 yeni səhmdar gəldi.. Bunlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları - Samir və Munir Vəliyevdir. Onların hər biri Bankda 40% pay əldə etdi, yəni bankın 80 faizi Əhməd Vəliyevin oğlanlarına verildi".
Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır.
Redaksiyamıza daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların "Muğan Bank" vasitəsilə necə Azərbaycan - Avropa - Azərbaycan dövriyyəsini edir... Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin.
 //gundelik-baku.com//
Ardını oxu...
Necə olur ki, Beyləqan rayon mərkəzi xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində (ASM) xadiməçi tibb bacısı, 3-6 aylı kurs oxuyanlar isə baş tibb bacısı işləyə bilirlər?
RealMedia.az xəbər verir ki, hazırda Beyləqan rayon xəstəxanasında insanların taleyi təhlükə altındadır. İnsanların sağlamlığı heç bir tibb təhsili olmayan, yalnız 2-3 aylıq kurs keçən, savadsız “tibb bacıları”na həvalə edilib.
Bildirilir ki, hazırda xəstəxananın ştat cədvəlində adı kiçik tibb bacısı (xadimə) gedən işçilər daxili əmrlə şöbələrdə baş tibb bacısı, qeydiyyatçı və sair işlərə təyin ediliblər. Məsələn, buna adlarını qeyd etdiyimiz şəxsləri misal olaraq göstərmək olar: Arzu Həsənzadə, Aytəkin Allahverdiyeva, Aynur Əlizadə (məlumata görə 17 yaşından tibb bacısı işləyir) Şəlalə, Firəngiz Zahidqızı, Gülnar.
Bildirilir ki, bu adları çəkilən şəxslər 3-6 aylıq kurs bitirməklə xəstəxanada tibb bacısı və ya baş tibb bacısı kimi çalışırlar.
Bildirilir ki, illərlə kənd xəstəxanasında xadimə işləyən şəxslər, sonradan “Beyləqan rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsdə tibb bacısı kimi işə qəbul olunurlar. Bir sözlə, Beyləqan xəstəxanasında tragikomik bir vəziyyət yaranıb.
Məsələylə bağlı TƏBİB-nin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Qeyd edək ki, mövzuya daha ətraflı şəkildə qayıdacağıq.
RealMedia.az

Ardını oxu...
DİA.AZ: - "Ucar rayon Alpı kənd sakini Ələkbərova Şahnaz Abbas qızının yaşadığı ev zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb, lakin Ucar rayon İcra hakimiyyəti şəhid anasının bu cür qəzalı evdə ölüm təhlükəsi qarşısında qalmasını vecinə almır". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Müraciətdə həmçinin bildirilir ki, hazırda həmin evdə yaşamaq təhlükəli olmasına baxmayaraq rayon icra hakimiyyəti tərəfindən həmin qəzalı halda olan tikiliyə baxış keçirilməkdən imtina edirlər şəhid anasın ölüm təhlükəsi ilə üz üzə qoyurlar".

Yaşlı qadın əlacsız qalıb dia.az-dan məsələni ictimailəşdirmələrini xahiş edir. Hər halda görünəni odur ki, Ucar rayon icra hakimiyyətinin kəndlərdəki inzibati nümayəndəlikləri yerli özünü idrəetmə oqranları ilə koordinasiya yoxdur, bu cür hallardan isə sadə insanlar əziyyət çəkir.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dia.az olaraq dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Qəbələ rayonu Böyük Pirəli kənd sakini şəhid anası Eyyubova Mələk İsgəndər qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

Ardını oxu...

"Qəbələ rayon İcra Hakimiyyəti başçısı Səbuhi Abdullayev bizi aldadaraq süründürməçliyə məruz qoyub.
Mənim oğlum Eyyubov Sərvan Yusif oğlu vətən müharibəsində şəhid olub.Onun və kəndimizin digər 4 şəhidinin adına bulaq inşa etdirmək üçün yer ayrılmaısna görə icra başçısına müraciət etdim.Əraziyə baxdı və razılıq verdi.
Bundan sonra bulaq tikintsi üçün bütün materialları alıb gətiridik.Tikintiyə başlamaq isttədikdə Səbuhi Abdullayev birinci müavinini göndərib tikintini dayandırmağı əmr etdi.

Ardını oxu...
Ardını oxu...

Bu açıq-aşkar şəhidlərin ruhuna hörmətsizlikdir ki, icra başçıs Səbuhi Abdullayev edir.Şəhidlər üçün tikiləcək bulağın ərazisi heç 50 kvadrat yer etmir.
Bizim oğullarımız Azərbaycan Respublikasının tarixi torpaqlarını işğaldan azad edib şəhid olublar.İndi onların adına bulaq tikintisi üçün 50 kv-m torpaq sahəsinin ayrılması niyə mümkün olmasın ?



Bu suala Səbuhi Abdullayev cavab verə bilməz çünki onun başı dövlət işlərinə yox öz şəxsi işlərinə qarışıb o torpaq vətən məhəbbəti nə olduğunu anlamır.
Oğlum Sərvan şəhid olandan sonra oğlu dünyaya gəldi adını isə ölümündən əvvəl özü dediyi kimi Tuncay qoyduq.
Mən mətbuat vasitəsi ilə cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm Qəbələ rayonu Böyük Pirəli kəndinin 5 şəhidinin adına kiçik bir bulaq tikmək üçün 50 kv-m yer ayrılmasına köməklik göstərəsiniz".

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Ardını oxu...
Yasamal rayonunda - 20 Yanvar metrosundan bir qədər yuxarıda, "2-ci Alatava" deyilən yerdə yerləşən bu tikilinin qarşısından keçəndə, nədənsə özümü məşhur Əfqanıstan əsilli yazıçı Xalid Hüseyninin "Çərpələng uçuran" adlı romanında hiss edirəm. Düşünürəm ki, illər sonra ölkəmə qayıtmışam və indi müharibənin gətirdiyi fəlakətlərin tablosu ilə üz-üzəyəm. Bu binanın yerləşdiyi yer isə əvvəlcə "Şurəvi"lərin, daha sonra isə Talibanın bombaladığı yaşayış binalarından biridir. Daha sonra bu düşüncədən ayrılıram və anlayıram ki, bəli, biz də əfqan xalqı kimi müharibə aparmış, çoxlu itkilər vermiş bir ölkəyik. Ancaq əfqanlardan fərqli olaraq, biz bu müharibədən qalib çıxmışıq axı. Yaxşı, elə isə bu bina nədir belə? Nəyə görə qalib bir xalqın, müzəffər bir ölkənin sakinləri hələ də üzərində "döyüş izləri" daşıyan bu binada yaşayırlar? Onlar kiminlə, hansı ordu ilə döyüşüb, belə "ayaqüstə" qala biliblər?
Binanı müşahidə edərkən, Əfqanıstandan Azərbaycana qayıtdım. İki ölkə arasında dağlar qədər fərq olsa da, bənzərlikləri də yox deyildi. Məsələn, Əfqanıstanı xaricdən gələn işğalçılar o kökə salmışdılar, daxildə etnik və dini parçalanma yaradıb, vətəndaş müharibəsi çıxarmışdılar. Daha sonra da "yeyin, bir-birinizi" deyib, çıxıb getmişdilər. Azərbaycanda isə bunu adətən yerli icra hakimiyyətləri edir. Yasamal İcra Hakimiyyəti salınan hər qapının, tikilən hər obyektin qoxusunu az qala, elə Əfqanıstandan alsın. Ancaq bu binadan "xəbərləri yoxdur". Məsələn, bu binanın fotoda da göründüyü kimi aşağı mərtəbəsində yeni tikilmiş aptek, onun yanında da bir təndirxana və paltar mağazası fəaliyyət göstərir. Bu sıra aşağıdan sola doğru getdikcə uzanır və sıra ilə açılan obyektlər elə sıra ilə də kasıblaşır. Altında yeni tikilmiş və ya təmir olunub istifadəyə verilmiş obyektlər varkən, yuxarıda içindəki insanlarla birgə çürüməyə tərk edilmiş beşmərtəbəli yaşayış binası görürük. Fonda isə hündürmərtəbəli, yeni tikilən, inşaat halında olan göydələnlər görünür.

...Əvvəl düşündüm ki, görəsən, bu qədər yeni tikilinin arasında belə bir çirkin görüntünün yaranmasına necə icazə verilib? Necə olur ki, əlil birinin öz evinə qapı qoymasına qətiyyətlə dirənib, buna imkan verməmək üçün hər yola, hər varianta əl atan icra hakimiyyəti bu boyda binanın hər gün dağılıb getməsinə, içindəki sakinləri ilə birgə çürüməsinə göz yumur?
Ardını oxu...
Daha sonra öz sualıma elə özüm də bir cavab tapdım. Deməli, "göz yummaq" adlı bir "uzaqgörən" strategiya var. Məsələn, yaşadığın bina eynilə bu şəkildədir və dağılıb gedir. Onu heç kim görməyəcək. Ta ki, sən o binada yerləşən evində balkonu təmir edənə, yaxud o binanın birinci mərtəbəsində özünə obyekt açana qədər. Bu vaxt görəcəksən ki, qarnı özünü qabaqlayan bir icra nümayəndəsi təşvişlə maşından aşağı düşür və qaçaraq yanına gəlib, səndən icazə kağızının olub-olmadığını soruşur. Sən də deyirsən ki, yoxdur. Bu, sadəcə fraqmentdir. Film elə bundan sonra başlayır. "Mumiya" filmindəki çürümüş bədheybəti xatırladan o boyda bina qalır bir kənarda, bütün qayda-qanun sənin təmir etmək istədiyin yoxa çıxmış balkonunda, yaxud kiçik ticarət obyektinin başında cəmləşir. Heç kim o binanın altındakı obyektlərin hansı qanuni əsaslarla tikilməsini, fəaliyyətini sorğulamayacaq, hətta onları görməyəcək də. Ta ki sən bu adamları "görənə" kimi...

Ötən günün axşam saatlarında bəzi rayonlarda beş bal gücündə zəlzələ baş verdi. Xoşbəxtlikdən dağıntı və tələfat olmadı. Bəlkə də bu zəlzələ Bakının "Taliban"ına - Yasamal İcra Hakimiyyətinə bir siqnal idi. Maraqlıdır, o zəlzələdən biri də Bakıda olsa, bu və bunun kimi binaların aqibəti necə olacaq?

Ev adı altında tikilib satılan hündürmərtəbəli və ya darvazalı "məzarlıq"da sağ qalsaq, nəticəni görəcəyik...
Bizimyol.info
Ardını oxu...
Ötün gün Beyləqan rayon Fəxrəddin Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının əri Rüfət Ələkbərlinin uzun müddət axtarışda olmasından sonra həbs edilməsi barədə məlumat vermişdik.
Qeyd etmişdik ki, hələ bir müddət əvvəl Rüfət Ələkbərliyə qarşı Qarabağ qazisinə 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə barəsində cinayət işi açılaraq, həbsli axtarış verilmişdir. RealMedia.az olaraq xatırladaq ki, Rüfət Ələkbərlinin barəsində açılmış cinayət işi ilə bağlı əvvəlki illərdə ictimaiyyətə məlumat vermişik.
Əgər xatırlayırsınızsa, bir neçə ay əvvəl məktəb direktoru Günel Cavadlının özünün qanunsuz əməlləri barədə redaksiyamıza verilən məlumatlar əsasında “Əri dələduzluqla həbs edilən məktəb direktoru şəhidlərin fotolarını alver predmetinə çevirib” başlıqlı yazı da dərc etmişdik. Həmin vaxt redaksiyamıza daxil olan məlumatlarda Beyləqan rayon F.Quliyev adına Eyvazallar kənd tam orta məktəbin drektoru Günel Cavadlının məktəbdə şagirdlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin fotolarını satdığı vurğulanırdı.
İddialara görə, Günel Cavadlı Beyləqan şəhidlərinin fotolarını xüsusi çərçivəyə saldırmaqla, bayraqla birlikdə 20 (iyirmi), bayrağsız isə 19 (on doqquz) manata şagirdlərə satırmış. Bu iyrənc alverin təşəbbüskarı və “ideya müəllifi” xanım direktorun özünün olduğu da bildirilirdi.
Yəqin ki, xanım direktor bu yolla pul yığaraq ərini dəmir barmqalıqlar arxasından qorumağa, həbsxanaya düşməkdən xilas etməyə çalışırmış. Hər halda da Günel xanım ərinin 28.000 min manat dələduzluq əməlindən xəbərsiz olmayıb. Yəqin etmək olar ki, onlar həmin pulu bir yerdə “səmərəli yerə” xərcləyiblər də.
Bu dəfə də RealMedia.az-a olduğca maraqlı və ilginc məlumatlar daxil olub. Nədir o maraqlı və ilginc olan məlumatlar?…
Bildirilir ki, Günel Cavadlı direktor təyin edilərkən Elm və Təhsil nazirliyini və Mil-Muğan Regional Təhsil İdarəsini də “məharətlə” aldadıb.
Sən demə, Günel Cavadlı əri Rüfət Ələkbərli barəsində 28.000(iyirmi səkkiz min) manatlıq dələduzluq etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 342-ci (hərbi hissəni özbaşına tərk etmə)maddələri ilə açılmış cinayət işini gizlədib. O bu barədə aidiyyəti qurumlara (Elm və təhsil nazirlyinə, Mil-Muğan Regional Təhisl idarəsinə) doğru, dürüst məlumat verməyib.
Məlumdur ki, əvvəllər-sovet dövründə də elə indinin özündə də hansısa bir şəxs (və ya şəxslər) rəhbər vəzifəyə təyin olunmazdan əvvəl işə götürən qurum və nazirlik həmin şəxsin özünün, eləcə də ailə üzvlərinin barəsində məhkumluğun olub olmamasını, barələrində cinayət işi üzrə istintaq hərəkətlərinin gedib getmədiyini araşdırdıqdan sonra həmin şəxsi vəzifəyə təyin edir. Ola bilsin ki, bu barədə vəzifəyə gedən şəxsin özü “şəxsi delo”suna ləkə düşməsin deyə, özü və ailə üzvlərinin məhkumluğunu və barəsindəki mövcud cinayət işini gizlətsin. Bəs yaxşı, işə götürən qurumun özü niyə aidiyyəti qurumlara soğru verib zəruri sənədləri ədə etmir? Ən azından Elm və Təhsil nazirliyi işə qəbul edib (müsabiqə yolu ilə və yaxud müsabiqədən kənar müqavilə əsasında) götürdüyü şəxsin ailə üzvlərinin məhkumluğunu və ya onların üzərində cinayət işinin olub olmadığını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verməklə öyrənə bilər. Ən azından Elm və Təhsil nazirliyi işə qəbul etdiyi (direktor) şəxsin özünün barəsində təqdim etdiyi siyahıya DİN arayışını, yəni özünün və ailə üzvlərinin məhkumluğunun olub olmamasını təsdiq edən araşıyı da əlavə etsə yaxşı olar. Artıq bundan keçib.
Bəs yaxşı, bundan sonra Elm və Təhsil Naziri Emin Əmrullayev hansı addımı atacaq? Əri həbs olunan, özü isə məktəbdə şəhidlərimizin şəkillərini alver peridmentinə çevirən məktəb direktorunu işdə çıxaracaq, yoxsa daha yüksək vəzifəyə təyin edəcək? Əldə etdiyimiz məlumata görə, Günel xanım Mil-Muğan Regional Təhsil İdarəsinə yüksək vəzifəyə getmək ərəfəsindədir.
RealMedia.az-a verilən məlumatlara görə, 28.000 min manat dələduzluq faktına görə həbs olunan Rüfət Ələkbərli həmin pulu məhz həyat yoldaşının dirketor olması üçün ortalıqda xərcləyib.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //RealMedia.az//

Dünyapress TV

Xəbər lenti