Milli Elmlər akademiyasının Genetikanın əsasları institutunun Saray qəsəbəsindəki *seleksiya sahəsindən danışanda adamın ürəyi ağrıyır.Bəli, bura* əslində seleksiya sahəsi deməyin özü məncə günah sayılardı .Sarayı yaxşı tanıyanlar yəqin ki, yolun kənarındakı köhnə,solgun rəngli primitiv dəmir qapılı ərazidən söhbət getdiyini əsla anlamamış deyillər.Həmin ərazinin, yəni seleksiya sahəsinin 2003-cü ildə yaradılmış akademiyanın Genetikanın əsasları adlı institunun təcrübə sahəsi olduğu kimsəyə sirr deyil. Amma gəlin görək həmin əraziyə seleksiya sahəsi demək olarmı?Çox az hissəsindən istifadə olunan ərazinin böyük bir hissəsinin kol -kos basmış vəziyyətdə olması buradakı xoşagəlməz vəziyyətin ilk xəbərvericisidir.Seksiya sahəsi deyəndə adamın gözləri önündə qeyri -adiliyi ilə seçilən zövq oxşayan gözəl , əsrarəngiz bir bağ canlanır. Amma görünən “dağa “nə bələdçi?Bunu adı var, özü yox da adlandırmaq olar.Ötən illər ərzində buranın əslində kimlər üçünsə baş qarışdırıcı bir vasitə olduğunu kənardan sezməmək mümkün deyil. Buranın institut rəhbərliyinin gözündən -könlündən uzaq düşən baxımsız bir əraziyə çevrilməsi adamda təəccüb dogrurur .Gözdən pərdə asmaqdan ötrü adda -budda soya , müxtəlif agac , bitki, tərəvəz növləri, məsələn,yemiş,qarpız daha nə bilim nələrin bu məkanda sınaq əkinləri həyata vəsiqə qazanır.Qarpız dedim, yadıma bu il oradakı bir hektar ərazidə əkilmiş yemiş -qarpızın fəna aqibəti düşdü .80 ton qarpız-yemiş götürülməsi nəzərdə tutulan sahə çoxsaylı kimyəvi dərman və kübrələrin təsirindən necə deyərlər,aglar günə qaldı.”Eksperimentlər”yüzdən çox qarışımın təsirindən üç gün sonra məhsulun iç hissəsinun ağarması ilə yekunlaşır.Üz qarası olan ağarma,bax, buna deyərlər. Məhsulun zay olması, təcrübənin hədərə getməsi, xeyli vəsaitin boş yerə xərclənməsi heç kimsəni maraqlandırmadı rəhbərlikdə, sanki elə belə də olmalı imiş.Kimsədən məsuliyyət tələb olunmadı, cəzalandırılmadı da . Belə bədxərcliklər burada adət halını alıb axı. Bir yeni bugda sortu almaq üçün ömrunün 17 ilini həsr edib heç bir uğur qazana bilməyən professorumuz da olub,elə seleksiya sahlsində təcrübələr apara -apara dünyasını dəyişib. Əslində seleksiya sahəsində ən müxtəlif təcrübələr səbəbindən boş ver tapılmamalıdır . Təcrübə aparmaq üçün əlavə sahəyə ehtiyac olmalıdır. Bəli, institutun seleksiya işi üzrə Saray bölməsində reallıq bundan ibarətdir. İnstitutun başlıca fəaliyyət istiqamətlərindən biri mədəni bitkilərin , onların yabanı əcdadlarının nadir, qiyməti, itməkdə olan nəslinin inventarlaşdırması, bərpa edilib qorunub saxlanılmasından ibarətdir . Amma elmi məsələlər burada arxa plana keçib.Daha böyük mənfəət əldə etmək başlıca məqsədə çevrilib. Təsəvvür edin ki, seleksiya sahəsində akademiya işçiləri üçün seleksiya sahəsində”Alimlər şəhərciyi”yaşayış kompleksi tikmək ideyası digər məsələləri arxa plana keçirib. 2017-ci ildə Saray seleksiya sahəsində akademiyanın işçiləri üçün hündürmərtəbəli binaların tikilməsi,şəhərcik salınması üçün hərəkətə keçilib, artıq bir bina sakinlərini qəbul edib,”Alimlər şəhərciyi”nin ikinci binasının tikintisi davam etməkdədir. Əlbəttə, alimlərin sosial problemlərinin həll edilməsinə diqqət və qayğı göstərilməsi alqışa layiq hadisədir. Amma iş burasındadır ki, belə sosial layihələri boş, əkin üçün istifadıyə yararsız ərazilərdə tikmək daha münasibdir . Üstəlik tikiləcək yer kollektivlə razılaşdırılmalıdır.Eşitdiyimizə görə alimlərin əksəriyyəti kompleksin tikildiyi yerin şəhərdən uzaq olması səbəbindən orada mənzil almaq istəmir.Bəzilərinə də elə bu lazımdı olmaya? Axı aləmlərə mənzillər daha ucuz qiymətə satılır, kənar şəxslərin ödənişinin isə daha yüksək olacağı şəksizdir. Kompleksin tikintisi Saraydakı seleksiya sahəsini tamam yaddan çıxarıb. Deyilənə görə bu yaxınlarda başıbəlalı seleksiya sahəsinin Elm və Təhsil nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir… aktualxeber.az
Ağsu rayonunun Ərəbuşağı kənd sakini,sahibkar Mürsəlov Azər Xandadaş oğlu tərəfindən Qaynarxett.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sahibkar İsmayıllı rayon İcra Hakimiyyətinin başcısı Nahid Bağırovun qanunsuz əməllərindən bəhs edir. Şikayət məktubunu oldugu kimi dərc edirik:
"Cənab Prezident İlham Əliyev,I vitse Prezident Zat Aliləri Mehriban xanım Əliyeva, Baş Prokuror hörmətli Kamran Əliyev Sizlərə bir daha müraciət edərək bildirmək istəyirəm ki, mən Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlunun 8 aydır rəsmi şəkildə ünvanladığım müraciətlər heç biri mənim üzləşdiyim problemin həllinə kömək etmir. Mən bir daha Sizlərə rəsmi şəkildə müraciət edərək bildirmək istəyirəm ki, ata-babalarımın, sonradan mənim uzun illər yay otlaq sahəsi kimi istifadə etdiyim ərazi qanunsuz olaraq başqası tərəfindən zəbt olunub. Belə ki, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndələri xəstəxanada oldugumdan istifadə edərək mənə məxsus heyvanları düzgün saymayaraq axt tərtib ediblər. Bunu bildikdən sonra mən icra hakimiyyətinə müraciət etdim, komissiya gəldi və heyvanlarımın həqiqətən də 367 baş olduğunu təsdiq etdi. Mən İsmayılli Rayon İcra Hakimiyyətinə gedərək verilən rəsmi sənədi onlara təqdim etdim. İcra Başçısı Nahid Bağırov, müavinləri Mahmud müəllim və Eyyub müəllim mənə bildirdilər ki, bu məsələ mənim xeyrimə həll olunacaq, narahat olmayım. Üstündən bir qədər keçdikdən sonra bildim ki, həmin əraziyə iş adamı Ədalət Göyüşov da göz dikib, oranı icarəyə götürmək istəyir. Elə nə oldusa ondan sonra baş verdi. İş adamı olan Ədalət Göyüşov yüksək vəzifəli dostlarının təzyiqi nəticəsində İsmayıllı Rayon İcra Hakimiyyətinə təsir etdi.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahir Bağırov və oranın yüksək vəzifəli məmurları Ədalət Göyüşovdan cəkinərək həmin ərazini haqlı olduğum halda mənə verməkdən boyun qaçırdılar. Mənim xəstəxanada olduğum vaxt tərtib etdikləri saxta heyvan sayı olan sənədi əsas tutaraq bildirdilər ki, mənim heyvan sayım az olduğu üçün o ərazi mənə verilmir. Mən sonradan gəlib baxış keçirdiyim komissiyanın rəyini onlara təqdim etsəm də dedilər ki, bu keçərli deyil. Mənə heyvan sayımın az olduğunu deyib bəhanə gətirən İcra Hakimiyyəti 50 baş keçi, 60 baş qaramalın həmin ərazidə otarılmasına göz yumdu. Hərçənd ki müqavilədə o ərazidə iribuynuzlu heyvanların saxlanılmasına icazə verilmir. Ortada Ədalət Göyüşovun adın olması İsmayıllı Rayon İcra Hakimiyyətini qanunları pozmağa məcbur etdi. Onlar iş adamı Ədalət Göyüşovun "istəyini" dövlətimizin qanunlarından, Sizin sərəncam və çıxışlarınızdan üstün tutdular. Adi bir iş adamının dövlət qanunlarından, dövlət başçısının göstərişlərindən üstün olması heç də başadüşülən deyil. Bir müddət əvvəl həmin ərazidə olmuşam. Mən orada olan zaman İsmayıllı Rayon İcra Hakimiyyətinin Şahin adlı məmuru Ədalət Göyüşovun qardaşı, bir neçə polis və tanımadığım 3 nəfərlə gəlib mənə hədə-qorxu gələrək bildirblər ki, bu ərazini başcı Nahid Bağırov Ədalət Göyüşova söz verib. Bir dövlətin ərazisini, uzun illər icarə əsasında qanuni qaydada işlədən sahibkardan alaraq, şəxsi mülki kimi kiməsə söz verməyə Nahid Bağırova ixtiyarı kim verib, Cənab Prezident?! Şahin adlı İsmayıllı Rayon İcra Hakimiyyətinin rəsmisinin yanında gələn polislər mənə bildirdilər ki, bu əraziyə gələsən, bir daha bu ərazi barədə iddia etsən səni ya 8000 manat məbləğində cərimələyəcəyik, ya da sənə 4 il iş verəcəyik. Bundan başqa Ədalət Göyüşovun adamları mənə hər gün müxtəlif şəxslərdən xəbər göndərərək bu işdən əl çəkməsəm məni şərlədib tutduracaqlarını,ailəmə qarşı təzyiqlər edəcəklərini bildirirlər.
Bu problemimlə baglı Prezident Aparatında qəbulda da oldum. Məni Z.Nağdəliyevin qəbulunu yazsalar da orada mənim Ağaəli müəllimlə görüşməyimi lazım bildirdilər. Ağaəli müəllimə məsələ ilə bağlı məlumat verdim. O, mənə bildirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm, get, sənə kömək edəcəklər. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinin qəbulunda oldum. Orada Şahin müəllim məni müxtəlif bəhanələrlə aldadaraq vaxt qazanmağa çalışdı. Bir dəfə bildirdi ki, gəl sənə başqa yerdən yay otlaq sahəsi verək. Amma sən bizə arayış gətir ki, bu adamların heyvanları yoxdur. Gah mənə dedi ki,İcra Başçısı məzuniyyətdən gəlsin, sənə kömək ediləcək. Gah mənə yararsız bir neçə ərazi göstərdi. Onun etdiklərindən, danışıqlarından belə başa düşdüm ki, ona mənim haqlı şikayətimin təmin olunması yox, mənim başımı şirin vədlərlə aldadaraq vaxtı uzatmaq tapşırılıb. Mən qəbulda olan zaman Ağəli müəllim mənə bildirdi ki, sənin məsələn həll olunmasa bir daha əziyyət çəkib gəlmə bura. 11 11 telefon nömrəsinə zəng et, de səni mənlə birləşdirsinlər. Mən o dediyi kimi də etdim. Həmin nömrəyə zəng edərək Ağəli müəllimlə danışmaq istədiyimi bildirdim. Onlar mənə başqa bir nömrə verdilər. 20 manatlıq konturum getsə də, dəfələrlə yığmagıma baxmayaraq həmin nömrə ilə danışa bilmədim.
Hörmətli Cənab Prezident, Hörmətli Mehriban xanım Əliyeva, Hörmətli Kamran Əliyev. Mən dəfələrlə Sizlərə rəsmi məktub göndərsəm də mənə yalnız Baş Prokurorluqdan cavab gəlib. Cənab Prezident siz bir neçə çıxışınızda demisiniz ki, ola bilər ki, kimlərsə vətəndaşların mənə müraciətinin çatmasını istəmir. Sevimli xalqım siz gördünüz ki, məktublarınıza cavab gəlmir mənə media vasitəsiylə, sosial şəbəkələrdən mesajlar göndərin. Mən də düşündüm ki, Ədalət Göyüşov İsmayıllı Rayon İcra Hakimiyyətinə təzyiq edə bilirsə, orada ondan qorxub haqlı vətəndaşı incidən məmurlar varsa, Prezident Aparatında bəlkə də Ədalət Göyüşovdan qorxaraq məktublarımın Sizə çatmasını istəməyən kimlərsə var. Məhz buna görə mən media vasitəsiylə sizlərə müraciətlər etdim və davamlı olaraq da edəcəyəm. Mənim sizlərdən bir tək ricam var. Sizlərə ünvanladığım məktubları İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərməyin. Orada qanunlardan qorxan, vətəndaşın tərəfində duran heç bir məmur yoxdur. Başda Nahid Bağırov olmaqla bütün işciləri vəzifəyə sanki siz yox, Ədalət Göyüşov təyin edib. Bu adam ismayıllının hakimi-mütləqidir, o, nə deyirsə onu eşidirlər.
Cənab Prezident inandıgım göydə Allah, yerdə Sizsiniz. Ümüdüm yalnız Sizədir. Mən yalnız Sizlərə güvənir Sizlərdən kömək istəyirəm.
Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Ərdagı” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin 448 119,43 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur. "Ərdagı” MMC 2019-cu ilə qədər "Ərdagı” İstehsal Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat olmasa da, tender kralı kimi məşhurdur.
Şirkət bir neçə gün əvvəl Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qazax şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderinin qalibi olub.
Abadlıq işlərinin icrasına görə "Ərdagı” MMC-yə nə az, nə çox 994 994,79 AZN ayrılacaq.
Qazax Şəhər İcra Hakimiyyəti bir neçə ay əvvəl də Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Tenderin qalibi "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 524 990,86 AZN-dir.
Beləliklə, Qazax şəhərində yolların təmiri üçün yarım milyon azlıq edib və icra hakimiyyəti daha tender keçirib.
Qazaxdan gələn xəbərlərdə isə iddia edilir ki, təmirinə bu qədər maliyyə vəsaiti ayrılsa da, yollar bərbaddır. Bu ya ümumiyyətlə təmir işlərinin aparılmaması, ya da kosmetik təmirlə bağlıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.
Bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar yekunda isə sıra bankların fəaliyyətindən şikayətlər çoxalır.
"Azərbaycan Reallığı" xəbər verir ki, son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün səviyyələrdən ciddi şəkildə tənqid olunur.
Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil, xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir.
Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan əlavə, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur.
Götürək elə Rabitə Bankın Ağsu filialının yarıtmaz fəaliyyətini.
Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər.
İndi də sırf lombard donuna bürünüb, küllü qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir.
Buna misal olaraq öz gördüyümizi deyə bilərik ki, yerli bankların birinin hesabına Rabitə Banka gələn pul köçürmələrinə görə vətəndaş günlərlə süründürməçilik görməlidir.
Tutulan yüksək faizlər, xidmət haqqının bahalığı insanları Rabitə Banka qarşı narazılığına səbəb olur.
Hansı ki, xarici banklardan ölkəmizə gələn pul köçürmələrində bu qədər süründürməçilik və baha faizlər yoxdur.
Bildiyiniz kimi bu gün insanların çoxlu faizi kreditlər içində əziyyət çəkir. Məhz bu fürsətdən Rabitə Bank asanlıqla istifadə edir.
Yaşıl, bəzəkli qalstuklu mütəxəssislərin özlərindən razı davranışları bura gələn insanların həmin bankdan üz döndərməyinə səbəb olur.
600 manat pul köçürməsinə 10 manat xidmət haqqı lap biabırçı vəziyyət yaranır.
Belə çıxır ki, Rabitə Bankın insanların bu günki imkansızlığından xəbəri yoxdur.
Get kimə deyirsən de, nə istəyirsən et, biz beləyik!
Taleh Qaraşov. 5 rayon əhalisi arasında mehribançılıq yaradan, onlarda bir birinə qarşı mərhəmət hissi oyadan bu şəxs haqqında yerli mətbuatda saysız-hesabsız tənqidi materiallar və sərvət siyahıları yer alır.
Əvvəla başlayaq, ilk başda qeyd etdiyimiz "mehribançılıq və mərhəmət" söhbətindən.
İlk dəfə 1996-cı ildə doğulduğu Kürdəmir rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilən Taleh Qaraşov, rayon əhalisinə nə günlər, daha doğrusu illər yaşatdısa, 2002-ci ildə həmin postundan azad edilib, Cəlilabad rayonuna icra başçısı gedəndə, bütün Kürdəmir əhalisinin Cəlilabad əhalisinə canı yandı və 2006-cı ilə qədər onlara dua edib, səbr dilədilər.
Beləcə, 2006-cı ildən 2011-ci ilə qədər Cəlilabad Neftçalaya, 2011- ci ildən 2012-ci ilə qədər Neftçala Astaraya, 2012-ci ildən bu günə qədər isə onların hamısı Lənkəran əhalisinə dua edir, səbr diləyirlər.
Görünür, dualardan keçərli olanı yalnız arzulanan səbrdir ki, 10 ildən çoxdur Lənkəran əhalisi səbr edib susur.
Yox, əslində tam olaraq susmaq da demək olmaz. Çünki, müstəqil fəaliyyət göstərən saytlarda və sosial şəbəkələrdə Taleh Qaraşov haqqında kifayət qədər tənqidi yazılar və vətəndaş şikayətləri yer alır.
Təkcə, index.az saytında yer alan bu məlumatlara nəzər salmaq kifayətdir ki, Qaraşovun "yağ-bal içində" yaşadığını görmüş olaq.
Məlumatda bildirilir ki, Qaraşov istirahət üçün tez-tez xarici ölkələrə səyahət etməyi sevir. Hətta, 2018-ci ildə yayılan məlumatlarda onun 11 nəfərlik ailə üzvləri ilə, təyyarədə "biznesklass"la Praqa reysi ilə Çexiyaya getməsi, orada 21 günlük istirahət üçün yüz minlərlə dollar vəsait xərcləməsi yer alırdı.
Bu qədər vəsait xərcləyən bu nadir "karlı turistlərin" xərclədiyi vəsait getdiyi ölkənin də gündəminə bomba kimi düşüb. Belə ki, sözügedən ölkənin mətbuatı bu barədə məlumatlar çatdırıblar.
Çexiya yaranış tarixində bəlkə də ilk dəfə belə turist qarşılayıb.
Deyilənə görə "Hacı" ləqəbli oğlu Seymur Qaraşov da rayon ərazisindəki bütün tikinti biznesini idarə edir.
Yerli sakinlərin mətbuata bildirdiyinə görə o günün birinci yarısı "Lexus", günün ikinci yarısında isə eyni dövlət nömrə nişanı ilə "Porsche" markalı avtomobil idarə edir...
Binəva Lənkəran camaatına da Qaraşovlar ailəsinin yediyinə baxıb, "udqunmaq" qalır.
Lənkəranda, nəinki sıravi sakinlər, şəhid ailələri, qazilər belə Qaraşov biganəliyindən zara gəliblər.
Yerli mətbuatda da deyildiyi kimi, sərvətləri, əmlakları bəzi İstirahət rayonlarından əlavə, Bakının Ağ şəhərinə qədəri əhatə edən Taleh Qaraşov 3 ildir ki, Lənkəran rayonunun Alazəpin kəndinin yollarına əl gəzdirmir.
Alazəpin kəndindən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva "DogruXeber.az" redaksiyasına müraciətində bildirir ki, "Taleh Qaraşov oğlum şəhid olandan sonra ümumiyyətlə bizim kəndə gəlməmişdi. Mən dəfələrlə cənab prezidentə məktub yazıb, narazılıq bildirdikdən sonra, nəhayət məcburiyyət qarşısında qalıb, yolunu burdan saldı. Gəlişində də sakinlər qarşısında söz verdi ki, "gələn il (yəni 2021-ci ildə) mən sizin kəndin yollarını düzəltdirəcəm".
Ananın sözlərinə görə, verdiyi sözdən bəri Qaraşov nə yolu çəkdirib, nə də ikinci dəfə Alazəpin kəndinə ayaq basıb.
Halbuki, İkinci vətən müharibəsi şəhidi Raqim Hadıyev həmin kəndin qonşuluğundakı kənd qəbiristanlığında uyuyur. Onun məzarını ziyarət etmək üçün isə ana hər dəfə kolun-kosun içi ilə kilometrlərlə yolu piyada yerimək məcburiyyətində qalır. Ziyarətinə getmək istəyənlər də, yolsuzluq səbəbilə heçolmasa ara-sıra gedib şəhidi ziyarət edə bilmirlər.
Nəzakət ana deyir ki, "mənim ziyarətinə, məclisinə getdiyim şəhidlərin ailələri də bura gəlmək istəyir, yol yoxdur deyə gələ bilmirlər".
Çarəsiz ana, başçıdan yolun çəkilməsinə dair söz aldığı sevinci ilə bir il, bir ildən sonra, "bəlkə" deyə daha bir il, ardından isə ümidini ondan tamamilə üzüb, daha bir il - ümumilikdə 3 il gözləyib.
Sonunda səbri tükənən ana, çarəni mətbuatda və ölkə başçısına müraciət etməkdə görüb.
Odur ki, mobil telefonun kamerası vasitəsilə sözügedən yolları lentə alıb, dərdini də həmin videoya danışıb və votsap vasitəsilə yayımlanması üçün "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün qaynar xətt nömrəsinə göndərib.
Onu da qeyd edək ki, Nəzakət ananın daha bir problemi də ev problemidir.
O, şəhid ailələrinə təqdim edilən mənzildən yararlansa da razı qalmadığını deyir.
Bildirir ki, "cəmi bir otaqlı mənzil verilib. Orada həyat yoldaşımla yaşasaq da şəhidimin əşyalarını yerləşdirməm mümkün deyil. Mən heçolmasa iki otaq istəyirəm ki, birində övladımın əşyalarını yerləşdirim, digərində yaşayım.
Balamın məzarını yolsuz qəbristanlıqda, əşyalarını da baxımsız kənddə qoyub getmək mənə əzab verir.
Heçolmasa əşyaları ilə təskinlik tapıram. Ona verilən mənzilin bir otağında onun muzeyini yaratmaq istəyirəm."
Çarəsiz ananın istəyini anlamaq o qədər də çətin deyil. O qədər torpaqlarımızı geri almaq üçün ölümü gözə alan igidi yetişdirən ata-anaya bir otaq artıq verilsə kim nə itirəcək ki?!
Təbii ki, bu məsələni aidiyyatı qurumlar qarşısında qaldıracaq olan şəxslər Lənkəran rayonunun millət vəkili və icra hakimiyyətidir. Lakin, özü yol üçün söz verib, 3 ildir sözünü tutmayan icra başçısı Taleh Qaraşov kimdən nəyi tələb etsin ki?...
Mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda İcra Hakimiyyətinin də mövqeyini dərc edəcəyik. Təbii ki, bu həftədən fərqli olaraq, dəstəyi qaldırsalar.
Abşeron rayon Masazır qəsəbəsində qeyri-qanunu olaraq torpaq satışı davam edir. Quru əraziləri satıb qutardılar, indi isə harada göl gördülər oranı qurudub satmağa başlayırlar, hələ ustəlik alıcıyada yaşayış üçün fərdi şekildə ev tikməyə rüşvət qarşlıqında icazə verirlər.
"Azərbayca Reallığı"na danışan və sözügedən ərazidə yaşayan adının açıqlamasın istəməyən mənbə bildirir ki, Masazırda yerləşən "Şok Martın" yaxınlığı Masazır qəbirsanlığının bir neçə metrliyində yaşayış üçün yararsız olan ərazidə gölü ərazidə faliyyət göstərən maklerlərin vasitəçiliyi ilə qurudub torpağın sotunu 7000-8000 min manata satırlar.
Alıcı yaşayış üçün ev tikmək istəyəndə isə bir mərtəbəli 100 kvadrat metrlik tikinti üçün 3000-4000 min manat 2 mərtəbəli 200-250 kvadrat metrlik tikinti üçün 9000-10000 min manat rüşvət ödəməlisən ki, məmurlar gözlərin yumub özlərini görməməzliyə vursunlar.
Ərazi yaşayış üçün olduqca təhlükəlidir. Mənbə bildirir ki, yer çökəklikdə olduğu üçün normal bir yağış yağarsa tikilməkdə olan evlər demək olar bir neçə metrliyində suyun altında qalma təhlükəsi ilə üz-üzə qalacaq aidiyyatı qurumlara dəfələrlə şikayət olunsa da, baxan yoxdur əksinə iş bazlar iş fəaliyyətini günü-gündən dahada genişləndirir deyə mənbə məsələnin ictimailəşdirildikdən sonra bəlkə bu işbazların qanunsuz əməllərin dur deyən tapılacaq deyə bildirir.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli QHT sektorundakı neqativlərin – əslində isə, hər biri bir cinayət əməli əhəmiyyətində olan faktların ifşasını davam etdirir. Azinforum.az QHT sədrinin açıqlamasını təqdim edir: “Yəqin ki, aidiyyatı qurumlar mənim araşdırmalarımı bir daha təhlil edəcək. QHT Agentliyinin korrupsiya yuvasına çevrilməsinin bariz nümunəsi burada alınan və milyonlarla qiyməti olan mülklərdir. İntriqa, riyakarlıq və torba tikməklə varlanmağın sonu heç vaxt xoş sonluqla bitmir. Onlara işıq tutanların da cəmiyyətdə bəlli adı olur. Həqiqətən ürəyim ağrıyır, bu qədər jurnalist, QHT sədri illərdi kirayələrdə, gecəqondu evlərdə qalır. Bunlar isə milyonluq mülklərə, stadionlu villalara kefləri istəyəndə baş çəkirlər. Bir deyil, iki deyil, saysız mülklərdən biri barədə bu gün danışacagam. Etika xatirinə çox dərinliklərə getmirəm…”
Gəlin etiraf edək ki, bu günləri Azərbaycan səhiyyə sistemi həftəbecərə çevirilib. Belə ki, Azərbaycan səhiyyəsinin başının ağalarının sayı artıb. Bir tərəfdən TƏBİB, bir tərəfdən səhiyyə nazirliyi özu, bir tərəfdən İcbari Tibb sığorta bizim bu ölkə səhiyyəmizin, necə deyərlər, “başında tırp əkiblər”.
Adı çəkilən qurumlar Əli insanovdan, Oqtay Şirəliyevdən bizə “miras” qalan səhiyyəmizin başına hər ölçûdə, biçidə corab hörməklə məşğuldurlar.
Əslində TƏBİB-in, İcbari Tibb Sığorta agentliyinin yaranmasında məqsəd əvvəldən də naxoş olan səhiyyəmizi müalicə edib xəstə yatağından qaldırmaq idisə, biz bugünləri bunun tam əksini görürîk. Hətta daha da betərini!
Əvvəllər nə qədər olmasa da, tibb müəssisələrimiz xəstə halı ilə qapısından içəri girən vətəndaşlarla qayğılanır, onları müalicə və müayinə edə bilrdi. Bu gûnlərinisə qosqoca səhiyyəmizin özü icbari tibb sığorta hesabına TƏBİB-in ümüdünə qalıb. Bir sözlə, TƏBİB və İcbari Tibb Sığorta səhiyyəmizin dərdinə bir dərman olmadı ki, olmadı.Tam əksinə səhiyyə sistemində ağaların sayı çoxaldıqca, insanların da problemləri artdı, çoxaldı.
Bu günləri Azərbaycan səhiyyəsini nəyləsə müqayisə etsək, onu yalnız mamaçası çox olan hamilə qadına bənzətmək olar. Necə ki, mamaça çox olanda uşaq yan gəliş edirsə, hazırda bizim ölkə səhiyyəsinin də vəziyyəti elə, yan gəlişdir. Yəni kəllə – mayallaqdır.Gəlin götürək elə Beyləqan xəstəxanasının son bir neçə aydakı vəziyyətini.
Bildirilir ki, son bir neçə ayda TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs də vəziyyət ruscadır. Əvvəlki illərlə müqayisədə xəstəxana və bəzi isçilər özünü tamamilə “buraxıb”. Ələlxüsus da xəstəxananın qeydiyyat bölməsində mövcud vəziyyət ürəkbulandırıcıdır. Burda vətəndaşlar süründürməçiliyə salınır, onlara münasibətdə insanı davranışlar nümayiş edilmir. Ən dəhşətlisi odur ki, köçkün rayon sakinlərinə, (hansı ki, onlar 30 ildir ki, Beyləqan rayon ərazisində müvəqqəti qeydiyyata olmaqla məskunlaşıb yasayırlar) Beyləqan xəstəxanasında ögey münasibətlər sərgilənir, tibb müayinəyə buraxılmır və əsasıda onlara sağlamlıq haqqında arayış verilmir. Belə ki, köçkün sakinlər sağlamlıq haqqında arayış əldə etmək üçün pasport qeydiyyatı üzrə rayon xəstəxanalarına və poliklinikalara göndərilir. Və yaxud onlardan həqiqətən Beyləqan rayon ərazisində yaşadıqlarını təsdiq edəncək yasayış yeri haqqında arayış, “Qaçqınkom”dan arayış və məcburi köçkün vəsiqəsi tələb olunur. Bu sənədlər olduğu halda onlara sağlamlıq haqqında arayış verilə bilər. Köçkün statuslu sakinlərə qarşı belə bir haqsızlığı, qanunsuz tələbləri həyata keçirən isə xəstəxananın qeydiyyat üzrə starşısı Elnura və qeydiyyaçı işləyən Sevda adlı şəxslərdir. Adıçəkilən bu şəxslərin köckün sakinlərə qarşı süründürməçilik metodu illərlə rayonun inzibati ərazisində müvəqqəti qeydiyyatda olmaqla məskunlaşmış koçkünlər arasında narazılıq yaradıb.
P.s. Qeyd edim ki işğaldan azad olmuş rayonlara koçürülmə prosesi yeni başlayıb. Yalnız bu tələb köçürülən köçkûnlərə şamil edilə bilər, müvəqqəti yasayış yerini tərk etməyən köckün ailələrinə şamil edilə bilməz.
Məsələyə daha geniş və ətraflı şəkildə qayıdacağıq.
İSBAM sədri Samir Adgözəlli QHT sektorundakı qanun pozuntuları barədə yeni ifşaesiciu faktlarla çıxış edib. Qeyd edək ki, bu barədə İSBAM sədri anons etmişdi. İSBAM sədri Samir Adgözəlli QHT sektorundakı qanun pozuntuları barədə bunları deyib: "Yəqin ki, aidiyyatı qurumlar mənim araşdırmalarımı bir daha təhlil edəcək. QHT Agentliyinin korrupsiya yuvasına çevrilməsinin bariz nümunəsi burada alınan və milyonlarla qiyməti olan mülklərdir. İntriqa, riyakarlıq və torba tikməklə varlanmağın sonu heç vaxt xoş sonluqla bitmir. Onlara işıq tutanların da cəmiyyətdə bəlli adı olur)) Həqiqətən ürəyim ağrıyır, bu qədər jurnalist, QHT sədri illərdi kirayələrdə, gecəqondu evlərdə qalır. Bunlar isə milyonluq mülklərə, stadionlu villalara kefləri istəyəndə baş çəkirlər. Bir deyil, iki deyil, saysız mülklərdən biri barədə bu gün danışacagam. Etika xatirinə çox dərinliklərə getmirəm."
Ucar rayon sakini Abdullayev Vasif Əkbər oğlu DİA.AZ vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, şöbə müdiri Zeynal Nağdəliyevə AÇIQ MƏKTUB ünvanlayıb.
DİA.AZ olaraq vətəndaş müraciətini olduğu kimi təqdim edirik: "Hörmətli Zeynal müəllim! vətəndaş qəbulunuza son verin. Vallahi və billahi bu qəbullardan heç kəsə fayda filan yoxdur. Tam əksinə, əsəb gərginliyi və zərəri çoxdur. Belə ki, Ucar rayon İcra Hakimiyyəti başçısı Mənsur Məmmədovun kənd inzibati ərazi nümayəndəsi olan Vüqar Zeynalovdan və Ucar rayon Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Cəbrayıl Tağıyevin fəaliyyəti ilə bağlı 31 avqust 2023 cü il tarixdə günün birinci yarısı Ucar rayon İcra Hakimiyyəti binasında internet üzrindən onlayn qəbul zamanı PA əməkdaşı tərəfindən şikayət və təkliflərim dinlənildikdən sonra məni qəbula yazdığını və 12 sentyabr 2023- cü il tarixdə səhər saat 9 :00 dan Zeynal Nağdəliyevin qəbulunun başlayacağını, Bakı şəhərində qəbulda iştirak edə biləcəyimi bildirdi . Hə, bax işdə bundan sonra başlandı... Elə həmin günün ikinci yarısında Cəbrayıl Tağıyev “məndən niyə şikayət etmisən adminstarsiyaya?” deyərək iradlar bildirməyə başladı. Bundan sonra kənd inzibati nümayəndəsi Vüqar Zeynalov kənddə atamın yaşadığı evə gedərək “oğlun niyə şikayətə gedir? Getməsin.” Deyib həyətdən çıxmayıb yaşlı qocanı o qədər əsəb edib ki, axır bezib “yaxşı ay bala çıx get vallah deyərəm qəbula gedib eləməz” deyib. 01 sentyabr 2023 cü tarixdə Ucar rayon İcra Hakimiyyətinə gedərək Cəbrayıl Tağıyevlə görüşüb bu qapıdöymə, qoca narahatetmə kampaniyasına son qoyulmasını xahiş etmək üçün yaxınlaşdım. İcra Hakimiyyətinin həyətində bir saata yaxın gün altında saxladıldıqdan sonra həyətə gəldi və bildirdi ki, “rayon başçısı günorta həyətə düşəcək şikayətini ona deyərsən sağol”! Bax indi sizə deyirəm ay Zeynal Nağdəliyev əvvəla onlayn qəbul otağından Ucar İcra Hakimiyyəti əməkdaşlarının heç biri olmadığı halda oradakı şikayət mövzusundan xəbər tutmaları üçün məhz sizin əməkdaşların lazımsız xəbərvermə qabilliyyətinin nəticəsidir. Mən dərdimi sizə deyəcəkdim. Sizin əməkdaşlar məndən əvvəl rayona deyirlər əks halda buradakılər bu cür özlərinə əl qatmazdılar. İkincisi Ucar rayon İcra Hakimiyyəti heç kəsin atasının mülki deyil ki, vətəndaşı bir saat gün altında saxladıb sonra günorta hansısa ağaclıqda kolluqda qəbul etsin... Normal fəaliyyət üçün saray boyda binada yekəqarın məmurlara yer olduğu halda vətəndaşa, kəndliyə yer olmur ki, kolluqda, darvaza ağzında, ağac dibində danış görüm nə deyirsən deyib başdan edələr ? Bax indi sizin keçirdiyiniz qəbulun kəramətindəndir ki, onlayn qəbullarınız başlayan gündən bu cür qeyri-adi əndirəbadi vətəndaş ələsalmaları rəsmi qəbul ərkanına çevrilib. Yenə də çox sağolun ki, qəbul qrafikinizi ödənişli əsaslarla etməmisiniz ... İşi o, yerə çatdırmısız ki, döyülmədiyimiz üçün Allaha şükür etməli oluruq ki, qapıdan qovulduq, darvazamız döyüldü, amma özümüz döyülmədik... İndi ay Zeynal Nağdəliyev Sizin müqəddəs huzurunuza gedib çıxana qədər neçə dəfə təhqir ediləcəyimizin qeyd dəftərin tutmuşuq, görək dərdimizə dərman olacaq PA qəbul qrafiki iki gündə ardıcıl aşağılamalara səbəb olduğu halda ardı neçə gün çəkəcək? Allaha sizə də kömək olsun, bizə də... əgər məsləhət bilirsə, Ucar rayon İcra Hakimiyyətinədə ..."
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...