Keçmişi çox qaranlıq olan Ədalət Muradov KİMDİR..?
Ulu Öndər Heydər Əliyev həmişə deyirdi: “Təhsil Millətin gələcəyidir”.
Bəli, milləti məhv etmək üçün onun təhsilini məhv etmək bəs edər. Çox təəssüf ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (Ədalət Muradovun təbirincə UNEC) rektoru Ədalət Muradov təhsili inkişaf etdirmək əvəzinə onun başına yekə bir daş saldı.
Bu adamın UNEC-də etdiyi əməllər azmış kimi, indi də təhsil naziri olmaq istəyir. Çox maraqlıdır ki, bu yaşlı nəslin nümayəndəsi olan Ədalət Muradov həyatı boyu ancaq karyera və pul dalınca qaçıb. Ümumiyyətlə, ciddi araşdıran olsa, bu adamın həyat yolu, keçmişi çox qaranlıqdır. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirmiş, 1980–1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçmişdir. Niyə əsgəri xidmət? Sonra 1982-85-ci illərdə harada olub..? 1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub... və 1999-cu ildə Azərbaycanda peyda olub. Nə məqsədlə gəlib..? Onu kimlər bura göndərib..? Və gələn kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışıb... Bakıya düşən kimi... Və 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. İndi isə adı FETÖ-çu kimi hallanır... Bəli, Ramiz Mehdiyev, Rəbiyyət Aslanova və Elnur Aslanlı üçlüyünün ərsəyə gətirdiyi rektor Ədalət Muradov... Ədalət Muradov həmişə deyib ki, Ramiz Mehdiyev mənim qibləmdir. Nə üçün bu fikri ifadə edir axı Ədalət Muradov özünün dediyinə görə, qatı dindar deyil... Bu qiblə söhbətini haradan kəşf edib..? Ramiz Mehdiyev hara, Ədalət Muradovun qibləsi hara... Ramiz Mehdiyevin qibləsi olsa-olsa, kafandan bir az o tərəfə olar... O da bilirsiniz də... Bu mövzunun yüklülüyünü nəzərə alaraq başqa bir yazıda bəhs edəcəyik.
Bizə elə gəlir ki, bu adamı Sibir Hərbi Dairəsində korlayıblar, sonradan Fətullah Gülənin heyranlarından olub. Sözün qısası, zəlzələdən, ya vəlvələdən Ədalət Muradov UNEC-in rektoru olur. Və həmin gündə qocaman təhsil ocağının qara günləri başlayır. Özünü, guya, islahatçı, reformator kimi aparmaq istəyən bu adamın əsl sifəti qısa vaxtda hamıya bəlli olur. Belə ki, Ədalət Muradovun özünə müşavir təyin etdiyi Elşən Bağırzadənin hansı məshəbə qulluq etdiyi də müzakirə mövzusu olacaq. Ədalət Muradov Elşən Bağırzadənin elmi rəhbəri olub. Elşən Bağırzadənin elmi mövzusu isə Azərbaycanda kölgə iqtisadiyyatı ilə bağlıdır. Fikir verdinizmi..?
Biz kölgə iqtisadiyyatını inkar etmirik, amma Elşən Bağırzadənin Ədalət Muradovun atalıq qayğısı nəticəsində ölkəmizdəki kölgə iqtisadiyyatının 50-60 faiz olmasını sübut etməsi xarici qüvvələr üçün əla yemdir.
Biz təsadüfən yazmırıq ki, Ədalət Muradov kimilərin həqiqi sifəti hələ cəmiyyətə bəlli deyil. Rektor Ədalət Muradov UNEC-in qocaman, təcrübəli kollektivini saymır, bütün qərarları Elşən Bağırzadə ilə birgə verir. Rektor Ədalət Muradov “Azərsu”dan özünə baş mühasib gətirib. Məgər bu boyda təhsil ocağında mühasib tapılmırdı..? Axı Ədalət Muradovun rəhbərlik etdiyi ali təhsil ocağı ən çox mühasiblər yetişdirir... Necə ola bilər ki, orada Ədalət Muradova yarayan bir mühasib tapılmır..? Bu da başqa bir yazının mövzusudur...
Təsəvvür edirsiniz, rektor satınalmaları, tenderləri öz ağlı ilə həyata keçirir, heç kimlə məsləhətləşmir. Və tenderlərin çoxunu öz yaxınlarına verib, “otkat”ını alır. Biz hələ rektorun cari təmir adı altında dövlətin yüz minlərlə vəsaitini mənimsəməsini demirik.
Rektorun yerlibazlığı kollektivi tam bezdirib. Təsəvvür edirsiniz, 7 prorektordan 4-ü onun yerliləridir. Dekanların bir çoxu onun qohumları, kəndçiləridir. Onu da qeyd edək ki, UNEC-in nəzdində SABAH qrupları var və burada yüzlərlə tələbə təhsil alır. Təsəvvür edirsiniz, ali məktəbin daxilində, az qala, başqa bir ali məktəb var – SABAH MƏRKƏZİ... Bəli, biz hesab edirik ki, SABAH MƏRKƏZİ də məhz nurçuların, yəni FETÖ-nün sifarişi ilə açılıb.
Ümid edirik ki, yaxın zamanda Ədalət Muradov və onun şəbəkəsi FETÖ dalğasında bataraq qərq olacaqlar. FETÖ dalğası bu ölkədə hələ çoxlarını qərq edəcəkdir.
P. S. Növbəti yazımızda İqtisadiyyat Universitetinin ikinci ali təhsillə bağlı əməliyyatlarını dərc edəcəyik.
Azərbaycanın absurdlar ölkəsi olduğunu bilməyən yoxdur. Ölkədə nazirliklərdəki məmur tayfasından tutmuş səhiyyə, təhsil sektorundakı rəhbərlərə qədər hər kəsin ağzından bir “avaz” gəldiyini də çox yaxşı bilirik. Əlbəttə, bu “avaz”dan pul iyi gəlir və respublikada rüşvət artıq üfunət qoxuyur. Lakin hər şeyin də bir həddi, əndazəsi var. Elə qayda və qanunlar var ki, burada artıq normanı keçmək olmaz. Di gəl ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi və onun tabeliyindəki yerli təhsil şöbələri üçün sərhədlər deyilən anlayış yoxdur. Sanki “Nuh” deyir, “peyğəmbər” demirlər. Söhbət 1-ci sinifə qədəm qoyacaq Babaxanov Əlixan Babaxan oğlunun ağılasığmaz şəkildə təhsildən məhrum edilməsindən gedir. Anaxeber.info-ya müraciət edən ailənin sözlərinə görə, övladları Əlixan bu il sentyabrın 15-dən həmyaşıdları olan hamı kimi məktəbə getməlidir. Onlar Sumqayıtın 1-ci mikrorayon, Sülh küçəsi 3 ünvanındakı 4-cü komissiyadan narazıdırlar. Babaxanovlar ailəsi Xırdalanın Mehdi Hüseynzadə küçəsi, məhəllə 31, ev 59, mənzil 94 ünvanında yaşayır. Valideynləri Əlixanın rusdilli olduğunu, Azərbaycan dilində demək olar ki, bilmədiyini söyləyirlər. Tragikomediya isə ondan ibarətdir ki, rus dilində necə deyərlər “çırtlayan” Əlixanı Abşeron rayonunda rus bölməsinə qəbul etmirlər. Buna gülünc səbəb kimi onun qabiliyyət imtahanından keçməməsi göstərilib. Görün nə dərəcədə biabırçı vəziyyətdir ki, Abşeron Təhsil İdarəsi Azərbaycan dilində başa düşməyən və yalnız rusca danışan Əlixanı qabiliyyət imtahanından “keçmədiyi” üçün rus sektoru olan məktəbə qəbul etmir. Bunun nə dərəcə özbaşına, qanunsuz hərəkət olduğunu sübut etməyə ehtiyac yoxdur. Çünki bir cümlə ilə ifadə etmək olar – Azərbaycanda orta təhsil icbaridir. Yəni hər bir 6 yaşına çatmış uşaq məktəbə getməli və təhsil almalıdır. Hətta qabiliyyət imtahanında uğurlu olmayan uşaq da şagird adını qazanmağı haqq edir, bu ixtiyarı onun əlindən heç kəs ala bilməz. Ölkə qanunvericiliyi, “Təhsil haqqında” qanun var və Abşeron ŞTİ rəhbərliyi həmin qanunların üzünü açıb oxusa, başa düşər ki, Əlixanı məktəbdən məhrum etmək cinayətdir. Bu təhsil idarəsinə İlhamə Abdullayeva rəhbərlik edir. O, ötən ilin aprelində vəzifəyə təyin olunub. Lakin bir il kifayət edib ki, onun təhsil sisteminin, idarəetmə “fəlsəfəsi”nin nədən ibarət olduğunu anlayasan. İlhamə xanım Abdullayeva Abşeron rayon məktəblərində elə bir gestapo rejimi yaradıb ki, ancaq “fitri-istedadı” olanlar şagird adını qazana bilərlər. Əlixanın ailəsi isə deyir ki, onlar Elm və Təhsil Nazirliyindən, Prezident İlham Əliyevdən, I Vitse-Prezident Mehriban Əliyevadan üzləşdikləri problemin həllinə dair diqqət gözləyirlər. “Bizim uşağımız rus dilində əla bilir. Əlixan rus sektorunda oxumayacaq, bəs kim oxuyacaq? Hazır kadrdır, ona rus dilini sıfırdan öyrətməyə ehtiyac yoxdur. Amma uşağı məktəbə qoya bilmirik. Artıq dərslərin başlanmasına iki həftə qalıb və bizə heç bir köməklik göstərilmir. Uşağın qabiliyyət imtahanından hətta keçməməsi də onu təhsil almaq hüququndan məhrum edə bilməz. Bu uşaq Azərbaycan dilində bilmir, bəs Azərbaycan sektorunda necə oxusun?” - deyə şikayətçi valideynlər qeyd edirlər. Onlar Abşeron təhsil idarəsi rəhbərliyindən bu məsələyə reaksiya verilməsini xahiş edirlər. Anaxeber.info
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbədən sonra işğaldan zad olunan torpaqlarımızda tikinti işləri vüsət almaqdadır.
Düşmən tapdağından azad edilən ərazilərimizdə hazırda genişmiqyaslı infrastruktur işləri aparılır.
TEREF.AZ Qlobal.az-a istinadla xəbər verir ki, işğaldan azad edilən torpaqlarımızda aparılan tikinti işlərinin bir hissəsini Körpü Bina Tikinti şirkəti aparır.
Lakin Azərbaycanda uzun illərdir tikinti sahəsində fəaliyyət göstərən Körpü Bina Tikinti şirkəti nədənsə Qarabağda inşa etdiyi bəzi obyektləri müasir standartlardan kənar aparır.
Belə ki, sözügedən şirkət konkret olaraq Bərdə-Ağdam magistralı üzrədində inşa edilən yerüstü piyada keçidlərinin inşası zamanı bir çox qüsurlara yol verib.
Məsələn, “Dördyol-1” qəsəbəsində inşa eidlən yerüstü piyada keçidində əlil arabaları üçün hərəkət zolağının düzgün aparılmadığı bildirilir.
Həmçinin bu keçiddə lift də yoxdur.
Beklə olan təqdirdə Qarabağ müharibəsi veteranlarının daha çox yaşadığı qəsəbədə əlillərin bu keçiddən hansı formada istifadə edəcəyi ciddi suallar yaradır.
Digər bir məqam isə inşa edilən yerüstü piyada keçidində havalandırma sisteminin və nəfəsliklərin olmamasıdır.
Yüksək tempraturlu günlərdə uzunluğu 50 metrlik havalanması olmayan piyada keçidində insanların necə hərəkət etmələri də sual yaradan amillərdəndir.
Daha vacib məqam isə bu keçidin tikintisində istifadə olunan əsas materialın – alkopan üzlüklərinin keyfiyyəti ilə bağlıdır. Yanğına davamsızlığına və güclü radioasiya şüalanması yaratdığına görə bir çox inkişaf etmiş ölkələrdə qadağan edilən alkopan materialının bu keçidlərdə istifadə edilməsi görülən digər yaxşı işlərə kölgə salır.
Əldə etdiyimiz məlumatda isə bu örtüklərin Çində istehsal olunduğu, ancaq “türk malı” adı altında keçidlərdə istifadə edildiyi vurğulanır.
Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib.
Üç yüz min manat nizamnamə kapitalı olan “Körpü-Bina-Tikinti” MMC-nin qanuni təmsilçisi Göyüşov Xaliq Avdıl oğludur.
“Körpü-Bina-Tikinti” MMC-nin tikinti maqnatı Xəlil Göyüşova aid olduğu bildirilir.
Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-dən mövqe öyrənə bilmədik.
Qadınlar həkimin onları dəhşətli görkəmə saldığını deyirlər. “Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir” Son zamanlar kosmetoloqlara müraciət edənlərin və bu cür xidmət təklif edənlərin sayı çoxalıb.
Dodaqları böyütmək, burnu kiçiltmək, qaşları qaldırmaq, qalınlaşdırmaq, üzdəki səpkiləri aradan qaldırmaq, ət xallarının götürülməsi, hətta əyri ayaqların düzəldilməsi belə mümkündür. Ancaq heç də hər kəs bu prosedurlardan razı qalmır. Çünki sadəcə, 2-3 aylıq kurs keçməklə kosmetoloq kimi çalışanlar var, üstəlik, məhəlləarası kiçik gözəllik salonlarında belə epilyasiya aparatını idarə edə bilənlər özlərini kosmetoloq adlandırır. 3-5 aya kosmetoloq olmaq şansı...
Hər addımbaşı bir gözəllik salonu ilə qarşılaşırıq. Əslində bu heç də pis deyil, üz-gözünə, saçlarına düzən vermək istəyən xanımlar bunun üçün uzaq məsafə qət etməli olmurlar. Pis olan odur ki, 3-5 ay ya hardasa kosmetoloq kursunu bitirən, hansısa kosmetoloqun yanında bu sənətin sirlərini öyrənən, ya da bu sahə ilə heç bir əlaqəsi olmayanlar salonlarda müxtəlif prosedurlar həyata keçirirlər.
Məsələn, plazma liftinq, lazer epilyasiya, ləkələrin ağardılması, botoks, dodaqların təbii və süni gel ilə korreksiyası və s. Bu prosedurları düzgün həyata keçirmək üçün tibbi biliyin olması, bundan əlavə gigiyenik qaydalara əməl edilməsi vacibdir. Ancaq etiraf edək ki, bu gün salonların əksəriyyətində bu şərait və tibbi personal yoxdur. "Azərbaycan Reallığı" xəbər verir ki, son günlər isə kosmetoloqlardan biri Lamiyə Mustafayevanın adı uğursuz prosedurda hallanır.
Səslənən ittihamlara görə, heç bir kosmetoloq təhsili və təcrübəsi olmayan Lamiyə Mustafayeva yüzlərlə pasiyenti dəhşətli görkəmə salır, 500-1000 manata iynə vurmaqla onların dodaqlarını və digər bədən nahiyələrini pis günə salır. Məlumata görə, Lamiyə Mustafayevanın müxtəlif sertifikatları olsa da, o, başqa sahə üzrə təhsil alıb.
Kosmetoloqlar nazirlikdən sertifikat almalıdır Mütəxəssislər bildirir ki, gözəllik salonlarında virus infeksiyalarının, xüsusilə hepatitlərin yayılması sirr deyil: "Təəssüflər olsun ki, bunu sübuta yetirmək çətindir. Nəzərə almalıyıq ki, 3 aylıq kurs qurtaran "kosmetoloq”un qanla işlədikdə, yanında hepatit əleyhinə məhlulların olması ilə bağlı anlayışı yoxdur. İnanmıram ki, hansısa gözəllik salonunda hepatit əleyhinə məhlul olsun.
Buna görə də hesab edirəm ki, istənilən ambulator qaydada prosedur aparılan yerlərdə ilk növbədə müasir sterilizasiya qaydalarına əməl edilməlidir. Çünki adi qaynama vasitələri ilə virus infeksiyalarını məhv etmək mümkün deyil, amma salonlarda bu, nəzərə alınmır”. İlk növbədə qanla bağlı prosedurlarda infeksiyaların məhv edilməsi, ikinci növbədə isə peşəkarlıq məsələsinə diqqət etmək lazımdır:
"Bu işlə məşğul olan mütəxəssislər peşəkar olmalıdırlar, Səhiyyə Nazirliyindən müvafiq sertifikat almalıdırlar. Çünki istənilən halda tibbi prosedur həyata keçirilir. Səhiyyə Nazirliyi sertifikat verərkən yoxlamalıdır ki, həmin adamın tibbdən baza təhsili var, ya yox. Bundan başqa, həmin sahə üzrə müvafiq kurs keçməsi ilə bağlı da sənədi yoxlanılmalıdır. Bunların əsasında da həmin şəxsə kosmetoloq kimi işləməsi, prosedurları gerçəkləşdirməsi üçün lisenziya verməlidir”.
Təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdır Orqanizmə müxtəlif yad maddələrin yeridilməsi zamanı bu, anaflaktik şok verə bilər: "Ümumiyyətlə, ambulator prosedur həyata keçirilərkən həmin yerdə anaflaktik şok əleyhinə xüsusi şkaf olmalıdır. Çünki ambulator prosedurlar zamanı şoka düşən adamı şokdan çıxarmaq mümkün olmayanda, ölüm halı baş verir.
Estetik əməliyyatların beynəlxalq standartları var. Hazırda dünyada qəbul edilmiş standartlarla aparılan əməliyyatlar sınaqlardan keçib və qəbul olunub. Amma biopolimerin toxuma daxilinə vurulması beynəlxalq standartlarda qəbul edilməyib. Ona görə də ayrı-ayrı adamlar kosmetoloq adı altında bunları edirlər, sonra isə problemlər yaşanır”.
Sözügedən məsələlərə Səhiyyə Nazirliyi nəzarət funksiyasını həyata keçirməlidir: "Səhiyyə Nazirliyi məsləhətverici orqan olmalı, dövlət proqramının həyata keçirilməsinə nəzarət etməlidir. Nazirliyin müvafiq qurumları istər diaqnostik vasitələr, istərsə də Azərbaycan ərazisində istifadə olunan müalicə vasitələrinin düzgün tətbiqinə nəzarət etməlidir.
Yəni bu, administrativ nəzarət olmamalı, ölkənin milli təhlükəsizlik baxımından nəzarət sistemi olmalıdir. Sözügedən nəzarət sistemi kosmetoloqlarla yanaşı, digər tibbi personala da aid olmalıdır. Kosmetoloji prosedurlarla bağlı neqativ halların aradan qaldırılması üçün bütün proseslər qanunauyğun şəkildə yerinə yetirilməlidir. Uğursuz nəticənin əldə olunması pasiyentlərin həm sağlamlığına, həm də psixoloji durumlarına mənfi təsir göstərir”.
Sabirabad rayonunda şəhid, qazi və əsgər ailələri rayonda yaradılın sünü manelərlə bağlı kütləvi olaraq etiraz aksiyası keçirmək və Dövlət Başçısına müraciət edərək Sirqaəddin Cabbarovun istefasını tələbi ilə çıxış ediblər.
Onların narazı olmasına səbəbi icra hakimiyyətinin onların problemlərini dinləməməsi, rayonun vətən savaşı dönəmində və sonrakı illərdə şəhid ailəsinə, qazilərə verilməli olan maddi yardımların mənimsənildiyi, hələ də sosial problemlərinin həll edilməməsidir. İcra hakimiyyətinə şikayətə gedən şəhid, qazi,əsgər ailələrini heç kim qəbul etmir, başçı müxtəlif bəhanələrlə onlarla görüşməkdən imtina edir.
Qalaqayın kənd sakinləri deyib ki, yerli məmurlar tərəfindən insanlarımıza olan nifrət müqayisə edilməzdir. Kənd sakini dediyinə görə” sonuncu dəfə icra hakimiyyətinə getdik, başçının müavini H.Həsənov mənə nalayiq sözlər deyərək bas bayıra söylədi, bu özbaşınalığa dözməliyik bizlər…”
HÜQUQ mühafizə orqanları insanların taleyi ilə oynayan bu şəxs haqqında hüquqi qiymət versinlər.
Hörmətli “Hedeftv.info” saytının oxucuları 30 avqust 2023-cü il tarixində bizim ünvanımıza Bakı şəhər sakini Mirmahmud Kazımov küçəsi 31, mənzil 28-də yaşayan Emin Paşayev adlı şəxsdən şikayət məktubu daxil olmuşdur. Bizim əməkdaşlar həmin şəxslə telefon əlaqəsi saxladılar. Emin bəy çox böyük bir təlaşla bizi sözügedən ünvana dəvət edərək çəkiliş etmək üçün xahiş etdi. Bizim çəkiliş qrupumuz şikayət ərizəsini əlimizdə əsas tutaraq bir neçə media nümayəndəsi ilə birlikdə həmin ünvana getdik. Ərizədə yazılanlar öz haqlı yerini tapdı. Çəkiliş qrupu bütün gedişatı çəkdi və şikayətçinin video müsahibəsi götürüldü. Ölkə Prezidenti öz çıxışında və xalqa müraciətində bütün media işçilərinə təkidlə müraciət edərək xalqı incidənlərə, eləcə də bütün vəzifəsindən sui-istifadə edən vəzifə rəhbərlərinin özbaşınalığını qərəzsiz şəkildə çatdırılmasını tələb etmişdir. Biz də media olaraq vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməyi həmişə hazırıq. Şikayətçi Emin Paşayev ərizəsində qeyd edirki, biz ailəlikcə məzuniyyətdə idik. Sözügedən binanın 1-ci mərtəbəsində yaşayırıq. Evə daxil olarkən evimizin vəziyyəti bizi şoka saldı. Evin divarlarında çatlar əmələ gəlmişdir. Sonra gələn səslərdən bildik ki, binanın zirsəmisindən həmin səslər gəlir. Gördüyümüz mənzərə qarşısında bütün bina sakinləri heyrətə gəldi. Zirzəmi dağıdılmış söküntü işləri aparılmışdır. Bina az qala havadan asılı və orada yaşayan sakinlərin həyatı təhlükə gözlənilir. Bunu edən cinayətkar kimdir soruşduqda özünü Bəhmən Tağıyev kimi təqdim edən bir nəfər yaxınlaşaraq mən bu binada kirayənişin yaşayıram və bu zirzəmini səlahiyyətli orqanlardan razılaşdırılmış şəkildə satın aldığını və özü üçün obyekt tikdirdiyini söylədi. Qalan hadisələri şikayətçidən eşidək: Videonu sizlərə təqdim edirik. Biz də media olaraq araşdırmanın nəticəsini rəsmi olaraq həm saytımız, həm də məktub şəklində ölkə Prezidentinə, Birinci Vitse-Prezidentə, eyni zamanda bütün hüquq mühafizə orqanlarına çatdırmağı özümüzə borc bilirik. Çünki bu binada yaşayan insanların taleyi ilə oynamaq olmaz. Tezliklə bu barbarlığın qarşısı alınmalıdır. Yəqinki, hüquq-mühafizə orqanları Bəhmən bəyin özbaşına məsuliyyətsiz hərəkətlərinə qarşı öz hüquqi qiymətlərini verəcəklər. Ərizəni və video müsahibəni sizlərə təqdim edirik.
“Qayalı”da erməni dilində markalanmış məhsullar satılır… Sözün düzü, biz azad ticarətin, ticarət obyektlərinin, o cümlədən marketlər şəbəkəsinin fəaliyyətinin nəinki əleyhinə deyilik, əksinə təqdir edirik. Amma... Ölkədə cənab Prezidentin dediyi kimi istehsal sektoru inkişaf etməli, yeni zavodlar, fabriklər açılmalı, insanlar işlə təmin edilməlidir. Ancaq və ancaq supermarketlər açmaqla biz heç nəyə nail ola bilmərik. Obrazlı desək, ölkədə nə qədər SATAN olar, bəs İSTEHSALÇI..? Gedib hansısa ölkədən hazır məhsul gətirib baha qiymətə vətəndaşlara satmaqla məsələ həll olunmur. Nə isə, sözün qısası, ölkəmizdə, o cümlədən Sumqayıt şəhərində marketlərin sayı durmadan artır. Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, 2 il öncə, yəni 2021-ci ilin avqust ayında Sumqayıt şəhərində yeni bir marketin, daha doğrusu, Sumqayıt Bulvarında “Qayalı” Ticarət Mərkəzinin açılış mərasimi keçirilib. Hətta videolara baxanda adam məəttəl qalır, qırmızı lent kəsilir, şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri tədbirdə çıxış edib gözəl sözlər deyirlər, yüzlərlə yeni iş yerlərinin açılması barədə danışırlar və s. və i. Yeri gəlmişkən, bu ticarət mərkəzinin adı göründüyü kimi, “GOLD QAYALI”dır, yəni QIZIL QAYALI... İndi gəlin görək, 2 il öncə təmtəraqla, bəh-bəhlə əhaliyə təqdim olunan “Qayalı” Ticarət Mərkəzində vəziyyət necədir..? Sumqayıt sakinləri yazır ki, “Qayalı” Ticarət Mərkəzi məhsullarında ENDİRİM etdiklərini aləmə car çəkirlər. Müştərilər də buna aldanaraq saxta endirimli dükanlara üz tuturlar. Və “Qayalı”da alış-veriş edən Sumqayıt sakinləri deyir ki, piştaxtaya əvvəlki qiymət və endirimli qiymətin olduğunu özündə əks etdirən lövhələr qoyulub. Sən demə, həmin məhsullar əvvəllər də elə əhaliyə "endirim" adı ilə sırıdıqları qiymətə satılırmış. Yəni müştəriləri endirim adı altında cəlb edirlər. Başqa bir alıcı mediaya şikayətində qeyd edir ki, “Gold Qayalı” marketi müştəri hüquqlarını pozur. Belə ki, alıcı üzərinə diqqət etmədən iki adda: “Zefir Sloyka” və “Elekber Paxlava” çəki ilə satılan şirniyyat məmulatı əldə edib. Müştəri məhsulları istifadə edəndə spesifik köhnə tam hiss edib. Alıcı ərzaqların üzərində məhsul haqqında məlumat axtardıqda isə nə istehsal, nə bitmə tarixi, nə də ki istehsalçı haqqında məlumat aşkar edə bilib. Həmçinin mağazanın təqdim etdiyi satış çekinin üzərində QR-kod və fiskal ID də əks olunmayıb. Fikir verdinizmi,QAYALI sakinlərə üzərində istehsal və bitmə tarixi olmayan kiflənmiş, iy verən ərzaq və qida məhsulları satır. Bəs görəsən, o boyda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi ( AQTA ), qurumun sədri cənab Qoşqar Təhməzli hara baxır..? Bu hələ harasıdır..? Sən demə, “Qayalı” Ticarət Mərkəzində erməni dilində markalanmış məhsul satışa çıxarılıb. Ancaq bununla bağlı xəbər yayılan kimi həmin məhsulu satışdan yığışdırıblar. Əslində, Azərbaycana gətirilən bütün məhsullar dövlət dilimizdə, yəni Azərbaycan dilində markalanmalıdır. Biz hələ “Qayalı” Ticarət Mərkəzinin vergidən yayınmasından danışmırıq. Görəsən, Vergilər Departamenti nə üçün bu məsələyə göz yumur..? Biz “Qayalı” Ticarət Mərkəzində işə düzələn vətəndaşların qanuni əmək müqaviləsi olmadan gündə 10 saat çalışmasından danışmırıq.. Sadəcə, bilmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi niyə bircə dəfə yolunu “Qayalı”dan salmır… Axı, dəqiq bilirik ki, “Qayalı” Ticarət Mərkəzində alıcılara bonus və ƏDV-lər verilmir. Və ƏDV-ləri almaq istəyən müştərilərlə elə bir növbə yardılır ki, sakinlər bezib ƏDV almasınlar. Bunu da Vergi Xidməti görmür..? Bütün bu suallara növbəti yazılarda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin. P. S. "Gold Qayalı"nın heç bir təhsili olmayan keçmiş "lafqa" sürücüsü İdrisin kimliyi haqqında növbəti sayımızda... //gundelik-baku.com//
İki həftə əvvəl internet informasiya məkanında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu təhsil sektorunun müdiri Əlmirzə Məmmədovun məktəbli geyimini biznesə çevirməsinə dəlalət edən səs yazısı yayıldı. Həmkarlarının “votsapp” qrupuna səsli mesaj atan Əlmirzə Məmmədov məktəb direktorlarına müraciət edərək onları valideynləri “yalnız İqbal müəllimə məxsus “Ağsu-Mall” paltar mağasına” yönləndirməyi tapşırıb. Sözlərindən məlum olur ki, məktəbli formaları ilə bağlı sifarişləri qəbul etməyə və yerinə yetirməyə iddialı başqa mağazalar da var, amma hansısa maraqlara uyğun olaraq, valideynlər məhz onun göstərdiyi mağazaya istiqamətləndirilir. Geyim monopoliyasına belə ad qoyurlar ki, guya həmin dükanda olan məktəbli geyimlərində hər məktəbin özünün nömrəsi olacaq. Halbuki, Dağlıq Şirvan Regional Təhsil İdarəsi özünün “feyzbuk” səhifəsində avqustun 17-də etdiyi paylaşımda valideynlərə vahid məktəbli formasını özünün istədiyi satış məntəqəsindən almağa və ya tikdirməyə ixtiyar verildiyi qeyd olunub. Əlbəttə ki, bu, Ağsu rayon təhsilində sadalana biləsi çoxsaylı qanunsuzluqlıardan yalnız biridir. Rayonda təkcə məktəbli formalarının satışı deyil, elə məktəblərin özü də monopoliya altına alınıb, sülalələrin, ailələrin inhisarına verilib. Necə ki, Nüydü kənd orta məktəbi Əzizovların ixtiyarına təslim edilib. Məktəbi 2012-ci ilədək Nüydü kınd bələdiyyəsinin hazırki sədri Əzizov Zabit Əziz oğlu idarə edib, həmin ildən isə direktor vəzifəsini arvadı Əzizova Qənirə Rasim qızına ötürüb. Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Füzuli müəllim Əzizovlarla birləşərək dövlət büdcəsinə qənim çıxıblar, güdaza gedən isə təhsil, onun keyfiyyəti olub. Məktəbdə uşaq olmadığı halda başqa uşaq adları yazıblar. Bundan əlavə, məktəbdə müəllim və texniki işçilərin biri Əzizovun gəlini olmaqla digər qohumları işləyib. O da bildirilir ki, hətta bundan əvvəlki bələdiyyə sədri Fəxrəddin Osmanov Zabit Əzizov ilə yeznə-qayındılar. 10 il əvvəl Fəxrəddin Osmanov bələdiyyə ərazisində olan ağacların kəsilib-satılmasına rəvac verdiyinə görə hüquqi şəxs qismində 40 min manat cərimələnmişdi. Sanki Nüydü kəndini Füzuli Kərimlinin vasitəsilə bunlar özəlləşdiriblər. Sual olunur ki, bələdiyyə sədri Füzuli müəllimin əıli olmasa, öz yerinə qaynını təyin edə bilər, ya yox? Xeyli müddətdir Muğanlı İsmayıllı yolunun tikintisi həyata keçirilir. Əvvəllər bu yolda tez-tez sürüşmə prosesləri nəticəsində yol bəzən aylarla bağlı qalırdı. Mütəxəssislərin fikrinə görə yeni yolun tikintisi zamanı quraşdırılan keçid və körpülər sürüşmə zonalrından yan keçməklə problemi həll edəcək. Yol tikintisini Evrascon (“Azərkörpü” ASC), və “Körpü Bina Tikinti” MMC şirkətləri həyata keçirir. Ağsu Rayonu Qırlar və Quzey kənd sakinləri adından KİV-ə ünvanlanan müraciətdə xoş niyyətlə görülən işin içində də yeyinti və əhalinin təhlükəyə sürüklənməsi ilə bağlı həyacan notları qeyd olunub. Kənd sakinlərinin bildirdiyinə görə Nüydü bələdiyyəsinin sədri Zabit Əzizov və Ağsu rayon icra hakimiyyətinin başçısının birinci müavini Füzuli Kərimli yol tikintisini həyata keçirən şirkətlərlə əlaqəyə girərək uzaq məsafəyə daşınmalı olan torpağı Qırlar, Sanqalan və Quzey kəndləri ərazinə böşaldılr. Buradan Tikinti şirkətləri iş həcminin çox göstərilməsi, realda isə daha az iş görməklə qazanır. Kənd sakinlərinin bildirməsinə görə bu haqq hesabdan Bələdiyyə sədri və İcra hakimiyyəti başçısının müavini də öz paylarını alırlar. Bəs kənd sakinlərini narahat edən nədir? Torpaq tökülən ərazilər adı çəkilən kəndlərin heyvanlarının otlaq sahələridir. Yeni torpaq üzərində isə ot bitməsi illər sonra əmələ gələ bilər. Eləcə də, tökülən torpaq ərazinin florasını məhv etməklə yanaşı təhlükə mənbəyi kimi dəyərləndirilir. Uzunmüddətli yağışlardan sonra həmin tökülən torpaqlar sürüşə bilər, bu isə Ağsu çayının qarşısını kəsməklə real təhlükəyə çevrilər. Nüydü Bələdiyyəsinin sədri Zabit Əzizov mediaya bildirib ki, məsələ guya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları ilə razılaşdırılıb. Tökülən torpaq kütlələri qarşısında bərkitmə işləri görüləcək, onun çaya axmasının qarşısı alınacaq. Tikinti şirkətindən hansısa maddi məbləğin alınmasını birmənalı rədd edən bələdiyyə sədri qeyd edib ki, yol tikintisini həyata keçirən şirkət adı çəkilən kəndlərin yollarını yüksək səviyyədə təmir edəcəklərini öhdəsinə götürüb. İbrahim Hümbətov //azerinfo.info//
"Araz Supermarket -in müştərilərlə növbəti zarafatı: “Endirmirəm, əl çəkin”" Teref.az yazır ki, bunu sosial şəbəkədə sosial şəbəkə fəali Nermine Veliyeva yazır. Daha sonra Nərmin xanım yazır: "Hələ 1.99 qoyduqları Tablerone-nu kassada 4.49-a vurdular, onu heç bəyənmədim, elə gözəl izahat verdilər ki, işçi gəlməyib ki, qiyməti düzəltsin, anektod kimi marketə..." Nərmin xanımın statusuna daha bir sosial şəbəkə fəlı Aynur Baxşəliyeva əsavə edir: Aynur Baxşalıyeva Nermine Veliyeva guya endirimlə 3.19-a olan qabyuyanı kassada 4.89-a vurdular