Vətəndaş təcili tibbi yardım maşınının gecikməsinə "qurban" gedir -
Dövlət vətəndaşın həm sosial vəziyyətinin, həm də sağlamlığının qayğısını çəkməlidir. Vətəndaş inanmalıdır ki, bu ölkədə acından və səhhətinə biganəlikdən həyatını itirməyəcək. Amma Azərbaycanda bu istiqamətlərin heç biri haqda əminliklə danışmaq olmur. Sosial vəziyyət onsuz da aydındır. Əhalinin sağlamlığının qayğısına qalmaq da əhəmiyyətli məsələ hesab olunmur.
Bizimyol.info xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) etimadı doğrultmadı. Əlbəttə, problemlərin qısa zamanda həll olunacağı gözlənilmirdi. Amma bu sektorda ciddi dəyişikliklərə müəyyən ümid vardı. İndi TƏBİB-dən şikayətlərin sayı-hesabı yoxdur. Xüsusilə. təcili tibbi yardım məsələsi ciddi problemdir. İnsanlar saatlarla yardım gözləyir. Bu günlərdə sosial platformalarda yayılan bir videoda problem aşkar göstərilib. Vətəndaş yaxınına kömək üçün qaynar xəttə dəfələrlə zəng vursa da, yardıma gələn olmayıb. Bundan sonra həmin şəxs Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarından birinə üz tutub. Orada məlum olub ki, işçilər yerində deyil. Stansiyanın həyətində isə avtomobillər yan-yana düzülüb.

TƏBİB-in əsas arqumenti odur ki, müraciətlərin sayı həddindən artıq çoxdur. Daha doğrusu, müraciətlərin sayı təcili tibbi yardım üçün mövcud olan briqadaların sayına adekvat deyil. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyevanın sözlərinə görə, hazırda Bakıda təcili yardımda 139 briqada xətdə fəaliyyət göstərir.

“Bu, bir neçə il öncə ayrılan briqada sayıdır. Bakıda hazırda təxminən 2,5 milyon əhali rəsmi qeydiyyatdadır. Bir o qədər də qeyri-rəsmi qeydiyyatda yaşayan əhali var. Buna görə sayda uyğunsuzluq var”, - Nuridə Fərzəliyeva belə deyir.

İstənilən halda ağır situasiyalarda təcili tibbi yardım xidmətinin əməkdaşlarının özünü hadisə yerinə çatdıra bilməməsi yolverilməzdir. Bu yaxınlarda Abşeron rayonu, Mazasır qəsəbəsində eyvandan yıxılan uşağa nəinki vaxtında, ümumiyyətlə, kömək edilməmişdi. Dərhal təcili tibbi yardıma zəng olunsa da, uzun müddət ərzində gəlib çıxmamışdı. Bu üzdən ətrafdakıların köməyilə uşaq xəstəxanaya çatdırılmışdı.

Vətəndaş Dilarə Əsgərova da vaxtında tibbi yardım göstərilmədiyinə görə bacısını itirdiyini deyir: “Düz bir il əvvəl bacım 48 yaşında, heç bir xroniki xəstəliyi olmadan TƏBİB-in biabırçı təcili tibbi yardım xidmətinin qurbanı oldu. 75 faiz saturasiya ilə müvəqqəti, yəni xəstəxanalarda yer tapılana qədər “Medical Plaza”nın Babək filialına yerləşdirildi. Oksigen verildikdən sonra vəziyyəti yaxşılaşıb. Sonra Ağciyər Xəstəlikləri İnstitutunda yer ayrılıb deyərək təcili yardımla göndərilib adı çəkilən xəstəxanaya. Həmin xəstəxanaya çatanda orada deyiblər ki, bizə məlumat verilməyib, yerimiz yoxdur. Qardaşlarımla xəstəxana işçiləri arasında mübahisə düşüb. Nəticə olaraq, götürməyiblər xəstəni xəstəxanaya. Bacım elə təcili yardım maşınında, oğlunun gözü qarşısında “səni çox sevirəm” deyib canını tapşırıb”.

Dilarə Əsgərova İranda həbsdə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anasıdır.

Nə qədər belə ağrılı hadisələr eşidirik. Biz gözümüz yolda qalır. Özümüzə, hər hansı yaxınımıza təcili yardım göstəriləcəyini gözləyirik.

Belə görünür ki, TƏBİB üçün yardım təcili deyil. Əks halda, briqadaların sayının azlığıyla bağlı həyəcan təbili çalınar, dövlətdən bu istiqamətdə lazımi addımların atılması tələb olunar.
 
 
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti