Əldə olunan yüz milyonlarla gəliri bir tərəfə qoyaq... bəs bunun hesabatı hanı?
“Azərlotereya” ASC 2023-cü il üçün hesabatını açıqlamır. Şirkətin maliyyə gəlirləri ilbəil fantastik şəkildə artır. Bu, deyək ki, yaxşı haldır. Məsələn, 2022-ci ildə “Azərlotereya” ASC-nin ümumi gəlirləri 258 milyon 163 min manat olub. Həmin il üçün xalis gəlir 41 milyon manat hesablanır. 2021-ci il üçün ASC-nin ümumi gəlirləri 43 milyon 969 milyon manat olub. ASC-nin idarəetməsi Türkiyənin “Demirören Holdinq”in törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə veriləndən sonra təxminən 6 dəfə artım əldə olunub.
Xalqın talan edilməsi hesabına əldə olunan yüz milyonlarla gəliri bir tərəfə qoyaq, deyək ki, bu, qumar deyil, sadəcə mərc oyunudur və bütün bunlar yaxşı haldır, büdcəyə milyonlarla vergi ödənilir.
Amma “Azərlotereya” ASC ümumi gəlirlərini açıqlasa da, Azərbaycanda media orqanlarına ayırdığı pulların məbləğini açıqlamır. Maraqlıdır, nə üçün?
Düzdür, ASC-nin 2022-ci il hesabatında “reklam və marketinq xərcləri”nin 11 milyon 865 min manat olduğu qeyd olunub.
Bəs, Medianın İnkişafı Agentliyindən qeydiyyatdan keçən (eləcə də qeydiyyatda olmayan bəzi media orqanları ilə) əksər sayt və qəzetlərlə əməkdaşlıq müqaviləsi bağlayan “Azərlotereya” ASC həmin media orqanlarına ayda nə qədər pul köçürür? 11 milyon 865 min manat vəsaitin neçə faizi saytların və qəzetlərin payına düşür? “Azərlotereya” ASC-nin idarəetməsi Türkiyə şirkətlərinə həvalə olunsa da, nəticədə dövlət qurumudur.
Yaxşı olar ki, həmin media qurumlarının rəhbərləri “Azərlotereya” ASC-dən ayda nə qədər pul aldıqlarını bu postun altında qeyd etsinlər. Bu, şəffaflıq nümunəsi sayıla bilər. Gizli və qara iş görmürsünüsə, o zaman bunu açıqlamaqda da problem görmürəm.
Samir Feyruzov
TEREF: Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır!
 

Bölmənin digər xəbərləri

29 Aprel 2025 Saleh Məmmədov restorana sifarişlə yol çəkdərir?-Video
29 Aprel 2025 Nəsimi rayonunda binanın zirzəmisində kim qanunsuz obyekt tikir?-Video
29 Aprel 2025 Hacıqabul sakinlərinin ÇƏKİLMƏZ CƏFALARI - VİDEO
29 Aprel 2025 Abşeron RMX-nın direktoru bacısını baş həkim təyin edib? - BU NƏDİ BELƏ?
29 Aprel 2025 "Bu kollecin tələbələri bəlkə İqtisad Universitetinin, Ada və BDU-nun tələbələridir xəbərləri yoxdur?"
29 Aprel 2025 ″AQROTARIM″ MMC-nin qalib seçildiyi ŞÜBHƏLİ TENDERLƏR - əgər araşdırma aparılarsa...
28 Aprel 2025 Qənirə Ataş “VMR Estetik”lə bağlı şok faktlar açıqladı
28 Aprel 2025 Biləcəridə yaşıl ağaclar çıxarılıb, səkidə obyekt tikiləcək?-Videofakt
28 Aprel 2025 “Tamstore” qadın işçini döydülər
28 Aprel 2025 Gülsüm Əliyevaya Aquafiling təlimini Rəna Sultanova keçib! - FOTOFAKT
28 Aprel 2025 "Nur" çörək... Həm yanmış, həm də kifli çörəklər... - NARAZILIQ VAR...
28 Aprel 2025 HAZIR OLUN: Hər gün yeni bir hoqqabazlığa şahidlik edəcəyik... - İTTİHAM VAR...
28 Aprel 2025 Qanunsuz şirkətləri ilə ölkəni talayanlar... - Sahibkarlar nə təklif edir?
28 Aprel 2025 Nərimanov rayonunda “Ailə Park” MTK yaşıl ağacı belə məhv edir- Video
28 Aprel 2025 "Aristokrat" klinikasında işləyən "doktor" Şölə pasiyentləri necə aldadır-Fotofakt
28 Aprel 2025 Bu pasiyentlərin çılpaq görüntüləri yayılıdı-Fotolar
28 Aprel 2025 "Azərlotereya" ASC-nin rəsmisi Gənclər və İdman Nazirliyini belə ələ salıbmış - Fərid Qayıbovun bu qərarını ... / FOTO
27 Aprel 2025 Gülsüm Əliyevanın diplomu saxta çıxdı - Dicle Universiteti belə bir məzunlarının olmadığını AÇIQLADI
27 Aprel 2025 SƏDR DƏYİŞDİ, ANCAQ YEYİNTİ DAVAM EDİR - Rəsmi yoxlama nələri üzə çıxarıb?
27 Aprel 2025 Bu şirkətin özbaşınalığına "dur" deyən olacaqBakıda - “Vialon” yenə evləri dağıdır VİDEO

Dünyapress TV

Xəbər lenti