Ardını oxu...
Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənd bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahələri qanunsuz olaraq satılıb:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, keçmiş bələdiyyə sədri Əhmədova Pərvanə Yusif qızı Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov və başçının keçmiş müavini Əsgərxan Əsgərovla birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 10-15 hektara yaxın torpaq sahəsini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz olaraq satıblar.

Bu məsələ ilə bağlı kənd bələdiyyəsinin yeni sədri Ayaz Abdullayevə müraciət edib, bütün bildiklərimi danışdım. Ona bildirdim ki, ailə sahibiyəm, 2 oğlum, 1 qızım var və mənim də uşaqlarıma torpaq sahəsi verilməsini xahiş etdim.

Qanunsuz yollarla satılan torpaqlar geri qaytarılsa, həmin torpaqlar həqiqətən də ehtiyacı olan biz kəndlilərə paylanılardı. Əlimdən gəldikcə bildiklərimi bütün qurumların diqqətinə çatdıracağam”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Son vaxtlar Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) qarşı tənqidlərin çoxalması prezident seçkilərindən sonra qurumun rəhbəri Vüqar Qurbanovun istefaya göndəriləcəyi barədə ehtimallara səbəb olub. Pravda.az Aztimes.az-a istinadən xəbər verir ki, TƏBİB rəhbərliyinə iddialıların da bu arada faəllaşması, medianın gündəminə gəlməməyə çalışması bu ehtimalları bir qədər də gücləndirib. Bu sırada daha çox deputat Kəmaləddin Qafarov fəallıq göstərir.

İddia olunur ki, deputat TƏBİB rəhbərliyinə təyinat almaq üçün fəal iş aparmaqla yanaşı çox ehtiyatlı davranır, heç bir halda gündəmə gəlməməyə çalışır.

Kəmaləddin Qafarov tibb sektoruna yad adam deyil. O, deputat olmamışdan əvvəl Milli Onkologiya Mərkəzinin (MOM)direktor müavini vəzifəsində çalışıb.

Deputat eyni zamanda tibb təchizatı ilə məşğul olan “Azəri Med” şirkətinin sahibi kimi tanınır.

Bu şirkət adətən MOM-un iri məbləğli tenderlərinin qalibi seçilir.

Paytaxtda fəaliyyət göstərən ən böyük tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın fəaliyyəti vətəndaşlarda narazılıq yaradır.

Bu barədə Qlobal.az-a göndərilən məktubda deyilir.

“Bakının ən böyük xəstəxanalarından olan “Yeni Klinika”da müayinə olunmaq özəl xəstəxanalardan da baha başa gəlir. Bu xəstəxanada qəbula düşmək üçün gərək gecə saat 5-də durub gedəsən. Bu qış gecəsi soyuq havada bayırda növbə tutmalısan. Adamlar gecədən gəlib soyuq-şaxtalı havada öz aralarında növbə qururlar. Alaqaranlıqdan taksi tutub gedib bayırda növbə tutdum, amma həkim qəbuluna düşə bilmədim. Qış gecəsi bayırda növbəyə dayanan insanlara baxanda bilmirsən bura dövlət xəstəxanasıdır, yoxsa bazar. Saat 11 olan kimi xəstəxanaya qəbul dayandırılır. Qeydiyyat şöbəsinə şikayət edəndə isə deyirlər ki, tez gəlin, növbə tutun. Bu barədə Təbib-ə, icbari sığortaya şikayət etmişik, amma məhəl qoyan yoxdur”.

 

Vətəndaşların “Yeni Klinika”dan narazı olduqları məqamlardan biri də həkim çatışmamazlığıdır:

“”Yeni Klinika” böyüklüyündə bəlkə də Azərbaycanda xəstəxana yoxdu. Amma bu boyda xəstəxana bir dənə revmotoloqun ümidinə qalıb. O da qeydiyyat şöbəsinə tapşırıq verir ki, saat 10 tamamdan sonra mənə qəbul yazmayın”.

Qeyd edək ki, “Yeni klinika” tibb müəssisəsi 2020-ci ildən fəaliyyət göstərir.
Ardını oxu...
“Yeni klinika”-nın baş direktoru Barat Yusubovdur.

Məsələ ilə bağlı “Yeni Klinika”-dan mövqe öyrənə bilmədik.

Ardını oxu...
Sumqayıt şəhərinin 2-ci kvartal kimi tanınan ərazisində yaşayan bir qrup vətəndaş Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların öz vəsaitləri hesabına həyətlərində abadlıq işləri aparmaları həmin əraziyə aidiyyəti olan Mənzil İstismar İdarəsinin rəisi Şakir Eminovun xoşuna gəlməyib. Sakinlər bildirir ki, Şakir Eminov və onun Sevda adlı işçisi sakinlərdən bu işlərə son qoymağı tələb edib: “Əks təqdirdə bizi həbs etdirəcəkləri ilə hədələyirlər”.

Azinforum.az həmin həyətdən eksklüziv videoreportaj hazırlayıb. Həmin reportajı adları çəkilən şəxslərin də cavab haqqını tanımaq şərtilə təqdim edirik:

 

15 saylı Yasamal 1-ci seçki dairəsindən deputat seçilən Ülvi Quliyevin adı bu vaxta qədər bir çox qalmaqallarda hallanıb. Onunla bağlı media üzərindən apardığımız araşdırmalarda ölkədən qanunsuz kürü çıxartmaqdan tutmuş, biznes fəaliyyətinə, MTN-lə ilişkilərə qədər müxtəlif məlumatlara rast gəlindi. Ancaq indi cumhuriyyet.az olaraq təqdim edəcəyimiz iddia Ülvi Quliyevin nəinki deputat kimi karyerasına son qoya bilər, hətta onun azadlqda olmasını şübhə altına salar. Söhbət Deputat Ülvi Quliyevin dostu, Avropa mühacir müxalifətinin fəallarından biri olan Laçın Məmişovla əlaqələrindən gedir. Laçın Məmişov 2000-ci illərin əvvələrində Ülvi Quliyevin yaxın ərtafında yer alıb və onun bəzi biznes layihələrində də iştirak edib. Ülvi Quliyev 2005-ci ildə deputatlığa namizədliyini irəli sürərkən onun seçki qərargahının ən aktiv üzvlərindən biri, bəlkə də birincisi Laçın Məmişov olub. Daha sonra isə Laçın Məmişov bilinməyən səbəblər üzündən Azərbaycanı tərk edib və siyasi sığınacaq alaraq İsveçrənin Bern şəhərində məskunlaşıb. Hazırda o, Azərbaycan hakimiyyətinin Avropadkı ən radikal müxaliflərindən biri hesab olunur. Laçın Məmişov həm də digər mühacirlərdən fərqli olaraq Avropada komfort həyat sürür. Onun belə komfort həyatının, çəkdiyi filmlərinin maliyyə qaynağının Ülvi Quliyevə bağlı olduğu ehtimal edilir.
Eyni zamanda cumhuriyyet.az olaraq bildirək ki, iddialı məlumatlar arasında Ülvi Quliyevin gənc oğlu Orxan Quluzadənin Avropadakı həyatında da mühacir şəxsin ciddi dəstəyinin olduğu yer alır. Bildirək ki, Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi. Vətən müharibəsi başlayanda depuatın oğlu Orxan Londondakı isti, komfort ofisindən yazırdı: “Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik!” deyən oğlu artıq Şuşada idi. Onun şirkəti “Şuşa Otel və Konfrans Mərkəzi”nin daxili təmir və bəzək işlərini həyata keçirməyə başlamışdı. Bax, Londondan Şuşaya belə gəlirlər. Sanki Ülvi Quliyevin oğlu bu qala şəhərini düşmən işğalından azad edən fatehdir, indi belə müştəbehliklə gələrək təmir və bəzək işlərində şirkətini qabağa verir.
Bundan başqa, deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax mağazası da açıb. Mərkəz deputata məxsus “Diler İnşaat” QSC–nin satış mərkəzi kimi fəaliyyət göstərir. Deyilənə görə, Orxan Quluzadə biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa qalxmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, indi də dövlətin bahalı layihələrində iştirak etməkdədir, məmurlar arasında yaxşı müştəriləri var. Bu yaşda cavan oğlan Londondakı, Böyük Britaniya Krallığındakı dəyəri milyonlar olan 5 mülkü, milyonluq avtomobilləri, hansı pulla alıb, cənab Ülvi Quliyev? (Cumhuriyyet.net)
https://www.youtube.com/watch?v=7eIsqvJmEkY

 
Ardını oxu...
2004-cü ildən Azərbaycan Respublikasının ərazisində tikinti və memarlıq işləri ilə məşğul olan “ODEİON” şirkətinin sahibi, hansı ki, qardaş Türkiyə dövlətinin vətəndaşı olan Tolqa Atıcı Axmed oğlunun üzüzə qaldığı problemin varlığı, bəlkə də bu gün müəyyən çevrələrdə daha çox müzakirə olunan məsələlərdən biridir desək, heç də yanılmarıq.

Unutmaq olmaz ki, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini əsirgəməyən, bir sözlə bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikasının vətəndaşına qarşı olmazın fırıldaq əməllərin atılması nə hüquqa, nə də ki, mənəviyyata sığan məsələ deyil. Fakt odur ki, qeyd olunan məsələ olduqca həssas və diqqəti cəlbedən məsələlərdəndir. Buna görə də, qardaş ölkənin vətəndaşı olan Tolqa Atıcı, hələ də ölkəmizin dövlət qurumlarına olan inamını itirməyib. Bugünlərdə gundemxeber.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxs tərəfindən müraciət, eyni zamanda lazımi məlumatlar da daxil olub. Məsələn, “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı ünvanladığı müraciətində qeyd edir ki, “ODEİON” şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bu şirkət əsas etibarilə tikinti və memarlıq işləri ilə məşğul olur. Qeyd edim ki, rəhbərlik etdiyim bu şirkət ilə “AS İNŞAAT-N” şirkəti arasında 2005-ci ildən işbirliyi olub və 2010-cu ilə kimi biz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişik.
Ardını oxu...
Hətta, 2019-cü ilin iyul ayından 2023-cü ilin iyul ayına kimi də, bir sıra layihələrdə iştirak edib lazımi işlər görmüşük. Sifarişçilər tərəfindən görülən işlərə görə pullar tam ödənilsə də, Nişirəvan Cəlilov həmin pulları mənimsədi və “ODEİON” şirkətinə, eyni zamanda podratçı şirkətlərə olan borclarını ödəməkdən imtina etdi. Belə bir səbəbdəndir ki, aramızda borc məsələləri ilə bağlı bu gün də ciddi problemlər yaşanmaqdadır.
Ardını oxu...
Əvvəllər “ASOROUP” adı altında fəaliyyət göstərən bu şirkətə Nişirəvan Cəlilov rəhbərlik edib. 2019-cu ildən 2023-cü ilə kimi isə, bu şirkətin adı “AS İNŞAAT-N” şirkəti olub. 2023-cü ilin yayında Nişirəvan Cəlilov şirkətin direktoru vəzifəsindən uzaqlaşdı və onun daşıdığı vəzifəni əslən İran İslam Respublikasının (İİR) vətəndaşı olan Babək Nuşirəvani daşımağa başladı. Belə bir halın varlığı, yəni İİR-sı vətəndaşının şirkət rəhbərliyinə gətirilməsi, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, AS İNŞAAT-N” şirkətini İran vətəndaşı ilə hansı tellər bağlayır? Onu da bildirim ki, 17 may 2021-ci il tarixdə “ODEİON” şirkəti ilə “AS İNŞAAT-N” şirkəti arasında 01921 saylı müqavilə sənədi bağladıq və müqavilə sənədini qarşı tərəfdən Nişirəvan Cəlilov imzaladı. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim şirkət bir çox tikinti işlərini həyata keçirdi və bunun qarşılığında “AS İNŞAAT-N”-ın bizə, yəni “ODEİON” şirkətinə 171000 manat məbləğində borcu yarandı.
Ardını oxu...
Bundan əlavə, 29 noyabr 2021-ci il tarixdə “AS İNŞAAT-N” şirkəti ilə 03221 saylı növbəti müqavilə sənədi bağladıq. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim “ODEİON” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda elektrik işlərinin çəkilişini həyata keçirdi və görülən işlərin qarşılığında “AS İNŞAAT-N”-ın “ODEİON” şirkətinə 212447 manat məbləğində borcu əmələ gəldi. Qeyd edim ki, bütün bunlar elektron qaimələrlə vurulub və qarşı tərəf də qaimələri təsdiq edib. Buna baxmayaraq, “AS İNŞAAT-N”-ın rəhbərliyi bu gün də bizə olan borclarını ödəmir və belə bir səbəbdən də, podratçı şirkətlərlə aramızda olan münasibətlər pozulmağa başlayıb.
Ardını oxu...
Artıq podratçı şirkətlər rəhbərlik etdiyim “ODEİON” şirkəti ilə bağlı Kommersiya Məhkəməsinə müraciət ediblər. Ötən altı ay ərzində “AS İNŞAAT-N”-ın rəhbər şəxsləri keçirdikləri iclaslarda bizə və podratçı şirkətlərə olan borc məsələlərini müzakirə etsələr də, son anda onlar ödəməli olduqları borcu ödəməkdən imtina edirlər, hətta forma-2 də təsdiq etmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün “ODEİON” şirkəti ilə vergi orqanları arasında hədsiz narazılıqlar da əmələ gəlib. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, bu gün “AS İNŞAAT-N” şirkətində direktor vəzifəsini daşıyan Babək Nuşirəvani qeyd olunan borcu ödəməkdən imtina edir. Bu şəxs bəhanə olaraq onu qeyd edir ki, “Müqavilə sənədi şirkətin əvvəlki rəhbəri Nişirəvan Cəlilovla bağlanıb. Ona görə də 383447 manat borcu Nişirəvan Cəlilovdan almalısınız” deyib, bu yolla ortaya minbir bəhanələr gətirir.
Ardını oxu...
Amma, bu şəxs onu qeyd etmir ki, bunun nə fərqi var? Axı, rəhbərlik dəyişsə də, şirkət öz yerindərir və hal-hazırda da fəaliyyətini davam etdirir. Onu da qeyd edim ki, ana vətənim Türkiyə Cumuriyyətidir, amma Azərbaycan Respublikası da mənim üçün olduqca əzizdir, qardaş dövlətdir. Mən Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da bu ölkədə yaşamaq niyyətindəyəm”.
Ardını oxu...
P. S. Bütün bunları qeyd etməklə belə qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanı da öz doğma vətəni hesab edən “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı Axmed oğlunun üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməzdir. Çünki, Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə hər zaman ölkəmizin mövqeyini müdafiə edən, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə sığmır.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az
 
Ardını oxu...
Səlahiyyətinə aid olmayan işləri görən bələdiyyə sədri Malik Həsənov arxasında kim dayanıb?

Azərbaycanda aidiyyatı dövlət qurumlarının uzun illərdir qanunsuz qum-çınqıl çıxarılmasına qarşı mübarizə aparmalarına baxmayaraq, hələ də bu problem qalmaqada davam edir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda rayonun Göbəktala bələdiyyəsinin ərazisində yerləşən Şahverdili kəndində qanunsuz qum-çınqıl çıxarılması işi sürətlə davam etdirilir.

Məlumatda bildirilir ki, qanunsuz qum-çınqıl çıxarılmasına Göbəktala bələdiyyəsinin sədri Malik Əzimov rəhbərlik edir.

Qeyd edək ki, Şahverdilər kəndində Araz çayına yaxın ərazilərdə çoxlu sayda qum-çınqıl yataqları mövcuddur. Bələdiyyə sədri Malik Əzimov himayədarlarına arxalanaraq bu ərazilərdəki qum-çınqıl matreallarını kütləvi şəkildə satdırmaqla məşğuldur.

Məlumatda o da vurğulanır ki, ərazidə işləyən traktorlar qum-çınqıl matreallarını çıxartmaq üçün qırmızı kitaba düşən çoxsaylı yulğun ağaclarını məhv edirlər.

Maraqlıdır ki, ötən ilin fevral ayında Şahverdili kəndində əhali ilə səyyar görüş keçirən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev nədənsə ərazidə baş verən ekoloji talanı görməyib.

Mövzunu davam etdirəcəyik.
 
Ardını oxu...
"Deməli, tələbə dekabr ayında qızılcaya yoluxub deyə onu Sumqayıt Dövlət Universitetinə haqlı olaraq buraxmayıblar. Tələbə evə gəlib, poliklinikanı məlumatlandırıb, cüzi tibbi yardımla müalicə alıb. Virusdan qurtulandan sonra isə universitet bunu imtahana buraxmayıb ki, "qaib"in var..." Bunu öz etirazında tanınmış jurnalist Fazil Əhməd ifadə edib.
Narazı jurnalist daha sonra bildirib: "Tibbi arayışa gəldikdə isə, tələbəyə deyilib ki, ETN rəhbəri Emin Əmrullayevin təlimatında belə arayışlar "it yerinə qoyulmur". Hə, təptəzə rektor nazirin "kruqu"ndandı. Gəncdir... Yoxsa, dövlətin verdiyi arayışı necə adamın təpəsinə çırpa bilər ki?!
Nə isə.
Bu ölkədə hər yeni təyin olunan balaca məmur özünə yeni dünya yaradır.
Buradan nazir Emin bəyə və TƏBİB-in Doğum evlərinə direktor və ya baş həkim təyinatı üçün pullu adam axtaran rəhbərinə səslənirəm: bu,
hoqqaya nə deyirsiniz? Nolar ki, bir dəfə də kasıbın, yaxud qanunun yanında olanda?!
Balalarınızın başına bu oyunu açsalar, necə davranardınız?"

dia-az.info
 
Ardını oxu...
Deputat Ağalar Vəliyevə məxsus olan “Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.

Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.

Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

“Azərbaycan Reallığı”
 
Ardını oxu...
Xatılayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR Təhsil Nazirliyi müəllim uniformasına keçidlə bağlı təlimat vermiş, müəllimlərin ciddi etirazını görüb geri addım atmışdılar. Biz təbii ki, nazirliyin öz səhvindən geri çəkilməsini müsbət qarşılayır və bunu alqışlayırıq. Amma öz səhvindən geri çəkilərkən də gərək günahı başqasının boynuna atmayasan. Əks halda üzrün qəbahətindən böyük olar.

Təəssüf ki, Naxçıvan MR Təhsil Nazirliyinin bu səhvdən geri dönüşü də qaş düzəldərkən göz çıxarmağa bənzədi. Nazirlik məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada “xan” həzrətlərindən qalma uniformaya keçidlə bağlı heç bir təlimatlarının olmadığını, bunu media orqanlarının uydurduğunu və dezinformasiya kimi yayaraq müəllimlər arasında qəsdən ajiotaj yaratdıqlarını bildirdi. Dolayısıyla bizim bostanımıza da daş atdı. Bəs, əsl həqiqətdə belə bir göstəriş olmuşdumu?

Naxçıvan müəllimlərindən biri Ovqat.com-a ünvanladığı qısa məktubunda bu iddialara cavab verərək yazır:
Ardını oxu...
"Bizim məktəbin direktoru da səhər 5 dəqiqəliyində forma haqda verilmiş qərardan danışdı və biz formada işə gəldik. Bunu inkar etməkmi olar?".

“Canişin” rejiminin də “xan” rejiminin bir başqa tərzdə davamı olduğunu düşündüyümüzdən, təhslükəsizliyini nəzərə alıb adını açıqlamaq istəmədiyimiz bir başqa müəllim Naxçıvan Təhsil Nazirliyinin məktəbliləri pul qarşılığında sınaq imtahanlarına zorla cəlb etdiyindən şikayətlənir. Maraqlıdır ki, Nazirlikdə bu sahəyə baxan adam vaxtilə "Hədəf" kurslarının rəhbəri vəzifəsini icra edib. Məsələyə bu aspektdən yanaşanda nazirlyin məktəblərdə repetitorluğu qadağan etməsinin bir başqa səbəbi ortaya çıxır. Görünən budur; məktəblərdə repetitorluğa ona görə icazə verilmir ki, şagirdlər daha baha qiymətə müxtəlif hazırlıq kurslarına getsinlər.

Redaksiyamıza ünvanlanan şikayət məktubu
Ardını oxu...
"Naxçıvan MR Təhsil nazirliyinin orta məktəblərdə sınaq imtahanı monopoliyası

Bildiyiniz kimi, Naxçıvanda baş verən islahatlardan sonra Naxçıvan MR Təhsil Nazirliyində kadr dəyişiklikləri olub. Bunlardan ən əsası Elxan Nəcəfovdur. Təyinatından əvvəl Elxan Nəcəfov uzun müddət hədəf kurslarında fəaliyyət göstərmişdir. Bununla əlaqədar olaraq, ilk təyinatından sonra Hədəf Kurslarının sınaq imtahanlarını zorla direktorlara tapşıraraq 12 azn-dən sınağa cəlb etməsini tapşırmışdır. Bir çox valideynlərin narazılıqlarına baxmayaraq , yenidən sınaqlara uşaqları cəlb edilmişdir. Özəl kursların sınaq imtahanlarını dövlət məktəblərdə zorla təşkil etmək həqiqətən absurddur. Nazirlik olaraq monitoriq imtahanları təşkil olunmalıdır ki, bu onların bilavəsitə vəzifələridir. Hər özəl kurs sınağını öz kurs binasında keçirməli, hər bir könüllü şagird orada iştirak etməlidir. Bundan əlavə olaraq, Şərur rayon Fizika Riyaziyyat Təmayüllü liseyi , Güvən nəşriyyatın sınağını təşkil edərək, 18 azn dən uşaqları məcbur edib, pulu verməyən şagirdləri dərsdən qovaraq gedib pulu gətirməklərini tələb etmişlər. Sınağın adını isə, həm şagirdlərə həm də valideynlərə zəng edərək “məcburdur” deyərək uşaqları sınağa məcbur cəlb etmişlər. Bununla bağlı bir çox valideynlərin Nazirliyə şikayəti daxil olsa da, buna məhəl qoyulmamışdır. Bu məmurlar kütləvi pul qazanacaq deyə hansısa valdeyin boğazından kəsib bunların cibini doldurmamalıdır. Dövlətə , millətə xidmət etməkdənsə ancaq ciblərini düşünürlər. Belə əməllərin hamısı cənab Prezidentin apardığı siyasətə xələl gətiriləcək əməllərdir. Xahiş edirik bu məsələri ışıqlandlrın ki, belə acgöz məmurlara heç olmasa bir dərs olsun!"
ovqat.com
 

Dünyapress TV

Xəbər lenti