Ardını oxu...
Şairə Nazilə Səfərli və rəqqasə Fatimə Fətəliyeva arasındakı məhkəmə başa çatıb.

DİA.AZ bildirir ki, OLAY-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Nərimanov Rayon Məhkəməsində Mehriban Əfəndizadənin sədrliyi ilə keçirilən məhkəmədə iddiaçı Nazilə Cəfərovanın (Səfərli) ərizəsində bildirilib ki, o, səbəbsiz yerə Fatimə Fətəliyeva tərəfindən təhqir edilib.

Məhkəmə zamanı "şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qismən təmin olunub.

Məhkəmə tərəfindən 19 mart 2022-ci ildə rəqqasə Fatimə Fətəliyevanın TikTok hesabında Səfərliyə qarşı işlətdiyi sözlər şərəf və ləyaqəti alçaldan ifadələr kimi qəbul edilib.

Qətnamədə Fətəliyevanın elə eyni hesabdan işlətdiyi ifadələrə görə video şəklində təkzib verilməsi tələb olunub.

Qeyd edək ki, F.Fətəliyeva sosial şəbəkənin canlı yayımında bu ifadələri səsləndirmişdi:

"Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm.

Bundan əvvəl salonumdakı işçiləri pislədi ki, heç kim ora gəlməsin. Nazilə Səfərli, niyə dinc dayanmırsan, sənin adını çəkən var? Efirdə soruşurlar, deyirəm, Nazilənin ürəyində kin yoxdur, niyə barışmıram. Sən demə, Nazilənin ürəyində ilanlar var imiş.

Məni xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən yadına sal. Necə gəlməyin örtüldü?

Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm. Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax gör ərim deyə-deyə nə oyundan çıxırsan”.
 
Ardını oxu...
Müğənni Nadir Qafarzadə tənqidi status paylaşıb.
“Sherg.az” xəbər verir ki, Elgiz Əkbərin verilişində 64 yaşında hamilə olduğunu deyən Həqiqət adlı xanım Qafarzadəni qəzəbləndirib. O həmin qadının videosunu paylaşaraq kəskin şəkildə fikirlərini yazıb:

“Salam! Deyəsən çox qabağa getmisiniz, geridə qalmışam! Sahibsizlik! Cavanları heç qınamıram, qocalar daha çox ağını çıxarıblar! Allah, köməyimiz olma! Uşaqlarıma demişəm, qocalanda telefonumuz əlimdən alsınlar. Allah, ağlımı alınca, canımı al! Dedim ki, mən geridə qalmışam, siz çox öndəsiniz. 63 yaşında nə ana? Bu qadının tayları nəvə yox, nəticə oynadırlar. Bir az geriyə SSRİ vaxtına baxın görün, necə qadınlarımız var idi”.
Ardını oxu...
 

Türkiyənin yerli elektrik avtomobil markası Togg tərəfindən istehsal edilən ilk iki avtomobil prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana təhvil verilib.

Məşhur müğənni Sinan Akçıl Toggun gündəmdə olduğu müddətdə iki avtomobilini satdığını və növbə gözlədiyini açıqlayıb.

Yerli mətbuata açıqlama verən məşhur müğənni Sinan Akçıl ilk 20 min şanslı arasında ola bilməyəcəyini bildirib.Akçıl növbə gözlədiyini, əvvəllər konsertlərə getdiyi mikroavtobusu satıb yalnız Toggdan istifadə etmək istədiyini bildirib

"Çox istəyirəm, Togg. Müraciət etdik amma alınmadı, növbəti sıradayıq. Hər iki maşınımı satdım, ümid edirəm ki, tezliklə Togg alıb tək maşın sürəcəm. Yalnız bir mikroavtobusumuz var ki, konsertlərə gedirik. Togg gələndə o da gedəcək. 3 nəqliyyat vasitəsindən imtina etdim və yerli və milli Toggdan istifadə etməyə üstünlük verdim" -deyə Akçıl bildirib.

 

XalqXeber.Az
Ardını oxu...
“Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki, sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik. Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb”.

Bunu Oxu.Az-a açıqlamasında Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib. Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:

“Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır. Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri toplamaq olub”.

E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də vurğulayıb.

Oxu.Az-ın əməkdaşı Röya Ayxanın konsert verəcəyi barədə afişa hazırlayıb anons edən restoran rəhbərliyindən də mövqe öyrənməyə çalışıb. Özünü restoranın əməkdaşı kimi qeyd edən şəxs artıq problemin həll olunduğunu deyib:

“Burada nə var ki? Röya xanımın adı afişada qeyd olunub, amma özü ölkədə olmadığı üçün səhnədə çıxış etməyəcək. Bu məsələ restorana deyil, təşkilatçılara aiddir”.

Qeyd olunub ki, artıq müğənninin mətbuat katibləri ilə də danışılıb və məsələ həll edilib.


12:01

Xalq artisti Röya Ayxanın paylaşımı izləyiciləri arasında marağa səbəb olub.

Oxu.Az xəbər verir ki, Xalq artisti Röya Ayxan “Instagram” sosial şəbəkəsində dələduzluq halı ilə rastlaşdığı barədə məlumat verib.

Sənətçi anonsu görəndə təəccübləndiyini qeyd edib:

“Bakıda olmadığım halda aprelin 4-ü restoranların birində səhnə alacağım barədə afişaya rast gəldim. Bu, nə məsələdir? Mən Bakıda deyiləm. Necə ola bilər ki, tədbirim olsun. Anonsu görəndə şok oldum. Kimin tədbiri varsa, uğurlar arzu edirəm. Lakin bizim yoxdur. Bu şəkildə afişanın paylaşılması da məsuliyyətdir. Çox inanıram ki, məsələ ilə məşğul olacaqlar”.

Müğənni sonda əlavə edib ki, dostları ilə birlikdə Azərbaycandan kənarda tətildədir.
 
Ardını oxu...
İngiltərə “TikTok” sosial media platformasını müxtəlif səbəblərə görə, o cümlədən uşaqların məlumatlarından sui-istifadəyə görə 12,7 milyon funt sterlinq (26 milyon 950 min manat) cərimələyib.

Bakupost.az xəbər verir ki, bu haqda İngiltərə İnformasiya Komissiyası Ofisi məlumat yayıb.
Məlumata görə, 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, TikTokdan istifadə edib.
Açıqlamada 13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının valideynlərin razılığı olmadan istifadə edildiyi bildirilib:
“TikTok, platformadan kimin istifadə etdiyinə dair adekvat nəzarət etməyib. 13 yaşından kiçik uşaqların çıxarılması üçün lazımi tədbir görülməyib".
Bununla da, TikTok-un İngiltərənin Ümumi Məlumatların Qorunması qaydasını pozduğu qənaətinə gəlinib. Səbəb olaraq məlumatların qanuni, ədalətli və şəffaf şəkildə işlənməməsi göstərilib.

Ardını oxu...
 
 

Müğənni Nəfəsin “7 Canlı” verilişində etdiyi son açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

İfaçı efirdə avtomobil idarə edərkən təhlükəsizlik kəmərindən az istifadə etməsindən və bu qayda pozuntusuna görə tez-tez cərimələndiyindən ağız dolusu danışıb.

Təbii ki, onun bu fikirləri birmənalı olaraq ictimai qınağa tuş gəlib.

Gundem.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında məsələyə münasibət bildirən Xalq artisti Əbdül Mahmudov bildirib ki, Nəfəsin belə danışmasının günahı birinci xalqda, ikincisi isə televiziyalardadır: “Adamlar balasının boğazından, gündəlik yemək-içməyindən kəsib illərlə pul yığıb toy edirlər. Toyda da yığılan pulun yarısını şadlıq evinə, yarısını da “manıs”lara verirlər. Hətta toydan borcla çıxanlar da olur. Amma belə “manıs”lara həvəslə pul xərcləyirlər. Xalqın min-bir zəhməti ilə qazandığı 5-10 mini bir günə qatlayıb cibinə qoyan “manıs” da elə bu cür danışacaq.

Günahın hamısı xalqdadır. Xalq pulunu kimə və nəyə görə verdiyini bilmirsə, Nəfəsdə nə günah var?! Nəfəs hələ az eləyir, belə məsuliyyətsiz danışır. Gərək bundan artığını deyə bu xalqa. Bu işdə televiziyaların da günahı az deyil. Efirdə sənətdən, sözdən yox, hansısa “manıs”ın avtomobil sürməsini, nə geydiyini, harda yatdığını müzakirə edirlərsə, bunda Nəfəsin nə günahı var?! Günah həmin televiziyaların rəhbərlərindədir”.

Bəs, Nəfəsin bu etirafları hansı hüquqi və mənəvi məsuliyyət yaradır?

Bu suala isə hüquqşünas Əsabəli Mustafayev aydınlıq gətirdi:

“Bu çıxış yalnız mənəvi məsuliyyət yaradır. Yəni, açıqlama hadisədən bir müddət sonra verilib. Bizim həm İnzibati Xətalar, həm də Cinayət Məcəllələrində şəxsin hansısa etirafı sübut sayılmır. Bunun üçün digər sübutlar tələb olunur. Yalnız bundan sonra etirafçı məsuliyyətə cəlb edilə bilər.

Belə vəziyyətdə bu cür fikirlər səsləndirən şəxs ancaq ictimai qınaqla üzləşir. İctimaiyyət qarşısına çıxan adam özünə və sözünə hörmət etməli, fikir verməlidir.
Əksinə tanınmış simalar efirdən nümunəvi hərəkətlərindən danışmalı və tamaşaçıları da qanuna hörmət etməyə çağırmalıdırlar. Mənim şəxsi qənaətim budur ki, bu cür danışıq sahiblərini televiziyaya buraxmaq olmaz. İctimaiyyət qarşısına qanuna hörmət edən insanlar çıxarılmalıdır”.

Gundem.az

 

XalqXeber.Az
Ardını oxu...
“Bu aralar bir az müalicə qəbul etdim. Müalicə aldığıma görə bir az da çəkim artdı. İllərlə istirahətsiz çalışmışam, işləmişəm. Əsəblə, streslə bağlı kiçik problemlərim var idi. Bilirsiniz ki, bizim işimiz stresli işdir. 3 aylıq müalicəmdə bir az kilo da aldım. Mənim üçün əsas canımın sağlamlığıdır. Kilolarımı atandan sonra efirlərə çıxacam. Həm də yeni mahnılarım var, onları da studiyada oxuyub, tamaşaçılara təqdim edəcəyəm. Eyni mahnılarla tamaşaçıları yormaq istəmirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Sevda Sanaliyeva deyib.

“Tamaşaçılar hər şeyin ən yaxşısını, düzgününü bilirlər. Yeni çıxan müğənnilərə nəsə demək, onlardan danışmaq mənə qalmayıb. Mən yalnız öz adımdan danışa bilərəm ki, efirə çıxmazdan öncə hər şeyə önəm verirəm. Qanı qara halda efirlərə çıxıb, insanları qəmləndirə bilmərəm. Çünki biz müğənnilər onları əyləndirmək üçün efirə çıxırıq. Mənim haqqım yoxdur ki, insanların kefini korlayım. Kefim pis olsa da, xəstə olsam da çalışıram ki, insanların üzünü güldürməyi bacarım. Çünki onların sevgisi bizim üçün hər şeydir. Çəki almışamsa istəmərəm ki, efirə çıxıb insanların göz və baxış zövqünü korlayım” deyə müğənni bildirib.

Sevda Sanaliyeva dostluqdan da danışıb.

“Dostluq anlayışı mənim üçün müqəddəs bir şeydir. Ona görə də mən asanlıqla deyə bilmirəm ki, filankəs mənim dostumdur. Təmənnasız dostluq etmək çox böyük məsuliyyətdir. Kin güdmədən, “o qazandı, mən niyə qazana bilmirəm” demədən. Dost qazanmaq 1-2 ilin işi deyil də. Sənət adamlarından hamı ilə əlaqəm yaxşıdır. Amma sərhəd yaxşı şeydir. Onda hamı hörmətli olur. Sərhəd təkcə doğmalarınla olmur. Mənim dostum Allahım və balalarımdır. Çox çətin zamanda yaşayırıq. İnsanların həyata baxışı da dəyişib. Bu dəqiqə tanınmaq üçün müğənni, aktrisa, model, aparıcı olmağa ehtiyac yoxdur. İki kəlmə tərbiyəsiz sözlər deyib, tanına bilirlər” deyə müğənni bildirib.

Müğənni sosial şəbəkələrlə bağlı narahatlığını da dilə gətirib.

“Sosial şəbəkələrdə çox açıq-saçıq, pis danışıqlar, söyüşlər, insanların bir-birini təhqir edib, bir-birini alçaltmağı məni narahat edir. Nə qədər uşaqlarımızdan telefonları, sosial şəbəkələri uzaq etsək də xeyri yoxdur. Telefonu alırıq, televizorda da yutub var. Məni narahat edən budur. Çünki pis təbliğatdır. Yeniyetmələr, keçid dövründə olan uşaqlar özlərinə nümunə kimi kimisə seçirlər. Uşaqlarım oturub verilişlərə, çizgi filmlərə baxırlar. Bütün günümü balalarımla keçirirəm, işdən-işə yanlarından uzaqlaşıram. Onların necə böyüdüklərini, uğur qazandıqlarını görmək istəyirəm. Hətta onların büdrəməklərini də görmək istəyirəm ki, görüm necə ayağa qalxırlar?!” deyə sənətçi bildirib.

“Övladlarınızın bu sənətdə olmağını istərdiniz?” sualına isə müğənni belə cavab verib.

“Xeyr, nə oğlumun, nə də ki, qızımın bu sənətdə olmağını istəmirəm. Əlimdən gələni edəcəyəm ki, onlar bu sənətdə olmasınlar. Ona görə yox ki, bu sənət pisdir. Bu sənətdən evimə halal çörək gətirirəm. Amma bu sənətin çox çətinlikləri var. Çox yüksəklərə qalxmaq üçün, zirvədə olmaq üçün məqsədli olmalısan. Bu da insana çox ziyan verə bilər, insan çox şey itirə bilər. Nələrdənsə keçməyə məcbur qala bilərsən. Həm ailə, həm də sənətlə məşğul ola bilirəm. Çox gözəl və incə sənətdir, amma istəmərəm” deyə müğənni bildirib.
Ardını oxu...
NATO öz əməkdaşlarına Çin sosial şəbəkə tətbiqi “TikTok”u xidməti cihazlara yükləməyi qadağan edib.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.

Televiziyanın məlumatına görə, NATO rəhbərliyi öz əməkdaşlarına bildiriş göndərib.

Bununla da qadağa rəsmiləşib. Əslində daxili texniki məhdudiyyətlər səbəbindən əvvəllər də “TikTok” tətbiqi alyansın cihazlarında istifadə oluna bilməyib.
 
Ardını oxu...
Bu gün Xəzər Televiziyasında yayımlanan "Xəzər Axşamı" proqramının canlı efirində studiyaya ağ pələng gətirilib.

Teref.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, pələngin studiyaya çıxarılması aparıcılara və qonaqlara efirdə həyəcanlı anlar yaşadıb.

Həmin videogörüntünü təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti