Ardını oxu...
Məşhur aktyor Eser Yenenlerlə evli olan model Berfu Yenenlər canlı efirdə göz yaşlarına hakim ola bilməyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, modellə aktyor Fatih Altayın "Fatih Altay ile Bire-Bir" verilişinə qonaq olub və Kahramanmaraşda baş verən zəlzələ barədə danışıblar. Türkiyə Təhsil Könüllüləri Dərnəyinin üzvi olan Berfu Yenenlər bildirib ki, baş verənləri öz gözləri ilə görmək üçün həmin əraziyə gedib.

"400 nəfərlik çadır şəhərciyində hər çadırda orta hesabla 15 nəfər qalırdı, altı tualet və iki hamam var idi. Dağılmayan binalarda yaşayan insanlar getdilər, amma kasıblar çadır şəhərciyində qaldı. Van Bələdiyyəsi də çox kömək etdi. Maşında yatdıq. Əsas məsələ əslində indi başlayır. Bu proses çox uzundur. Daim gedəcəyik. İnsanlara o qədər yaxşı təsir etdik ki, udulmayacağımız hissini gördük. Bu işi belə qoymayacağıq. O insanlar təhlükəsiz yerdə yaşamayana qədər ölkə olaraq bu prosesdən əl çəkməməliyik. Oradakı uşaqlarla da ayrıca işləyirik.

Suriyadan çox uşaq var. Türk və suriyalı uşaqlar qardaş kimidirlər. Çox çətin vəziyyətə baxmayaraq, ən xoşbəxt və pozitiv uşaqlar idi. Bu, daha acınacaqlıdır. Hətta keks veriləndə belə soruşurlar ki, sən də istəyirsən, bacı?", - Berfu bildirib.

Onun bu sözləri verilişdə hər kəsi duyğulandırıb.

 
Ardını oxu...
“Mediadan, mətbuatdan uzaq düşməyimə səbəb bəzi jurnalistlərdir. Təbii ki, bu sözüm hər kəsə aid deyil. Sənətinə, qələminə hörmət etdiklərim də var. Bu gün zəmanə də, jurnalistlər də dəyişib. Zahiri görkəm daxili, pul, var-dövlət savadı üstələyib. Jurnalistlər sensasiya axtarışındadırlar. Görünür ki, zəmanənin tələbi budur. Amma mən bütün bunlardan uzağam, heç kimlə qalmaqalım, intriqam olmadığı üçün məndə heç nə tapa bilmirlər. Soruşanda da deyirlər ki, bundan reytinq gəlir, pul gəlir. Olmaz ki, reytinq gözəl, savadlı şeylərdən gəlsin?! Mütləq şəkildə gərək səs-küy, vur-çatlasın olmalıdır? Mən bütün bunlardan çox uzaqdayam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Təranə Vəlizadə deyib.

“Həyat yoldaşım Eyvaz Həsənov kollecin muğam fakültəsinin axşam şöbəsində oxuyurdu. Biz gənclər isə gündüz şöbəsində təhsil alırdıq. Amma sənət dərsləri bir yerdə keçirildiyi üçün hamı bir-birini dinləyirdi və müəllim səhvlərimizi düzəldirdi. Xanəndə Nəriman Əliyev bizə dərs deyirdi. Eyvaz İncəsənət Universitetində də təhsil alırdı. Onunla 1972-ci ilin noyabrın 2-də ailə qurmuşuq. “Lalə” qızlar ansamblının müşayiəti ilə qız toyumuz oldu. Eyvaz Həsənov yer adamı yox, göy adamı idi. Tamamilə başqa biri idi. Həm realist idi, həm də böyük duyğu ilə yaşayan biri idi. Gözəl şeirlər də yazırdı. Mən onun şeirlərini oxuyandan sonra öz cızma-qaralarımı itirdim, cırıb atdım. Əgər o mənim sənətimdə olmasaydı bəlkə də ona bu qədər bağlı olmazdım. Çünki məni onun cismani sevgisi yox, sənətimə, mahnılarıma olan sevgisi də maraqlandırırdı, yaşadırdı. Səhnədə də bir idik, evdə də. Xoşbəxt anlar, dəqiqələr olur” deyə sənətkar bildirib.

Sevilən müğənni bildirib ki, Eyvaz Həsənovla ilk ailə duetini yaradıb.

““Qal sənə qurban” mahnısını çox sevirəm. Kimsə oxuyanda mənə təsir edir ki, ilk ifaçının, Eyvazın adını çəkmirlər. Heç olmasa bir rəhmət oxusunlar. Ondan sonra bu mahnını oxumağa dilim gəlməyib. Yalnız qulaq asıram. Ümumiyyətlə, digər mahnılarını da oxumamışam. Bizim duetlərimiz çox məşhur idi. Sevgi içində üzürdük. Bu cür sevgi hər müğənniyə qismət olmur. Nə qədər sevilmək olardı. Konsertlərimiz o qədər çox olurdu ki, çox vaxt toya getməyə heç vaxtımız olmurdu. Hansı toya gedirdimsə əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun. Oxuduğumuz toyda hamı əlini saxlayıb, bizi dinləyirdi. Biz ilk ailə duetini yaratmışdıq” deyə sənətkar bildirib.
Ardını oxu...
 
 

 
Bir müddət əvvəl Türkiyədə yayımlanan "Yalı çapkını" serialı ilə bağlı fikirlərinə görə tənqid olunan müğənni Nura Suri iradlara cavab verib.

 

Bu barədə ifaçı sosial media hesabında paylaşım edib. O, ünvanına səsləndirilən fikirlərə belə münasibət bildirib:

"Feysbuk ən sevdiyim şəbəkədir. Həm dostluğumdakı insanlar intellektual və yaradıcıdır, həm də feysbukun mənə qazandırdığı dostlarım var. Bu sosial şəbəkədə fikirlərimizi bölüşürük. Məni izləyənlərə statuslarım, paylaşdığım filmlər və sair yaxşı məlumdur. 2 gündür bir serial haqqında fikrimi yazmışam, bəziləri düşüblər əl-ayağa ki, özün 8 dəfə ərdə olmusan. Niyə serial haqqında belə yazmısan?

Birincisi, sizin kimi düşüncəsiz və dərrakəsiz insanların fikri mənə maraqlı olsaydı, hər mövzuda statuslar yazmazdım. İkincisi, mənim yazdıqlarım mənasız olsaydı, saytlar paylaşmazdı və siz özünüzü şərhlərdə həlak etməzdiniz. Yəqin bir ailənin içində gəlinin qayınata və qayınla, evdə işləyən qulluqçunun oğlu yaşında ev yiyəsinin nəvəsi ilə, atanın öz qız övladlarını pul qarşılığı satması və sair sizin üçün normaldır. Mən türk millətini belə tanımamışam. Rejissorun belə bir mövzuda serial çəkməsini, öz millətini belə təbliğ etməsini başa düşmürəm, düşmək istəmirəm".

Qeyd edək ki, Nura daha əvvəl paylaşdığı yazıda "Yalı çapkını" serialını o qədər təriflədilər ki, dedim mən də baxım, bəlkə dedikləri kimidir. Heç bir xarici filmdə, serialda belə tərbiyyəsizlik, mənəviyyatsızlıq, qeyrətsizlik görməmişəm indiyə kimi. Bu serialı bu qədər bəyənməklərini də anlamadım. Niyə belə bir serialın çəkildiyini də. Danışılası deyil, nəinki baxılası" deyə, bildirmişdi.axsam.az

 

XalqXeber.Az
Ardını oxu...
Müğənni Nigar Camal paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi qısa geyimdə şəklini yayımlayıb.

Nigar fotoya “Həyat bizə xoşbəxt olma şansı vermədi…” qısa şərhini yazıb.
Ardını oxu...
 
Ardını oxu...
Yarım əsr öncə moda dəfiləsi zamanı çəkilmiş görüntülər marağa səbəb olub.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, həmin görüntülər 1956-cı ildə Londonda lentə alınıb.

Sosial şəbəkələrdə də müzakirələrə səbəb olan görüntülərdə diqqət çəkın məqam geyimlərin qəribəliyidir.

 
 
 

Ardını oxu...

Füzuli rayon sakini Fuad Məmmədov rayon icra başçısı Alı Alıyevin tapşırığı ilə qanunsuz olaraq işdən azad olunduğunu iddia edir.
 F. Məmmədov deyir ki, o 2021-ci ilin əvvəlinə kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olub. Həmin vaxt İcra Hakimiyyətindən ona daha yaxşı iş – rayon İH-nin Horadiz şəhəri üzrə icra nümayəndəsinin sürücüsü vəzifəsi təklif olunub. F. Məmmədov bildirir ki, bu təklifi müsbət qiymətləndirib və ASC-dəki işindən çıxaraq icra nümayəndəsinin sürücüsü kimi çalışıb.
Lakin üstündən cəmi 7 ay keçəndən sonra – 2021-ci ilin sonunda ona işdən çıxmaqla bağlı ərizə yazmaq tapşırılıb: “Mən icra nümayəndəsi Əli Abdullayevin sürücüsü idim. Əli müəllimdən işdən çıxarılmağımın səbəbini soruşanda dedi ki, bu icra başçısının göstərişidir.
Mən icra başçısı Alı Alıyevin qəbuluna getdim və ondan da səbəbini soruşdum. O ümumiyyətlə, bu işi boynundan atdı və dedi ki, mənim səni işdən çıxarmaq səlahiyyətim yoxdur. Heç olmasa, əvvəlki işimə bərpa olunmağımı xahiş etdim. Amma bunu da etmədi. İndi düz bir ildir ki, mən işsizəm. Ailə, uşaqlarımı dolandırmaq üçün mənə heç bir iş təklif olunmur”.
F. Məmmədov deyir ki, məsələnin mahiyyəti ona sonradan bəlli olub. Belə ki, onun yerinə Füzuli rayon Polis İdarəsinin Zamiq adlı keçmiş əməkdaşı sürücü təyin olunub. Həmin polis əməkdaşı isə Manaf Ağayevin işğaldan azad olunan ərazilərə qanunsuz getməsinə şərait yaratdığı üçün hüquq-mühafizə orqanlarından xaric edilib:
“Məndə olan məlumata görə Manaf Ağayev onun üzündən öz işini itirən Zamiqin yeni işlə təmin olunması üçün Alı Alıyevdən xahiş edib. Alı müəllim də məni işdən çıxararaq Manaf Ağayevin dostunu işlə təmin etdi”.
F. Məmmədov deyir ki, o sadəcə işlə təmin olunmasını istəyir və İH ilə qarşıdurmada maraqlı deyil. Rayon sakini məsələ ilə bağlı ölkə rəhbərliyinə də müraciət edib.
 
 

Ardını oxu...
“1-ci sinifdən musiqi ilə məşğulam. Özüm üçün kiçik bir dünya yaratmışdım. Ailəmdən icazə vermişdilər ki, nağara musiqi alətinə gedim. Amma atam, əmilərim müğənni olmağımı istəmirdilər. O qədər musiqiyə bağlı olmalısan ki, gəlib yüksək səviyyəyə çata biləsən. Evdə piano olmayıb, qonşuya, qohumların evinə getmişəm. Musiqi mənim üçün hər şeydir”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Aygün Bəylər deyib. Müğənni müğənnilikdən əvvəl nağara musiqi alətinə getdiyini bildirib.

“Nağara aləti ilə tanışlığım məni toylara aparıb çıxardı. Qız toylarına gedirdim. Özünüz də bilirsiniz də qız toyları necə keçir? Əllərim qabar, suluq baqlayırdı. Evə çörək aparırdım. Ona görə də o ağrıları özümə yaraşdırırdım. Nağara çalan insanların əlləri qabar olur. Bu xanımlar üçün ikiqat əziyyət idi” deyə müğənni bildirib.

Aygün Bəylər bildirib ki, geyimlərinə çox pul xərcləmir.

“Geyimlərə çox pul xərcləmirəm. Qarderobumda hündürdaban ayaqqabılar demək olar ki, yoxdur. Bir-iki dəfə çəkilişlərdə lazım olub, geyinmişəm. O cür özümü çox narahat hiss edirəm. Ürək istəmirsə, geyinməyəcəm. İnsanlar məni belə seviblər. Hətta ailəm də, yaxınlarım da deyir ki, sənə bu geyimlər, papaq yaraşır. İllər keçdi, imicim də, musiqim də, sənətim də bir-biri ilə vəhdət tapdı, dostlaşdı. Həmişə arzulamışam ki, fərqlənim, seçilim” deyə sənətkar bildirib.

Aygün Bəylər musiqi ilə ciddi məşğul olmayanlardan da danışıb.

“Sənəti sevmək lazımdır. Bu gün əlbəttə ki, bayağı ifalar var. Gözümü açandan böyük sənətkarların yanında olmuşam. Onlar həmişə deyirdilər ki, qızım, pisi görməsələr, yaxşının qiyməti bilinməz. Həqiqətən də elədir. Bu gün bayağı mahnını da, musiqini də elə gözəl təqdim etmək olar ki, o bayağılıqdan çıxa bilər. Hər şey müğənninin, musiqiçinin öz əlindədir” deyə sənətkar bildirib.
 
 
Ardını oxu...Kamal Yaşar AzTV-dən uzaqlaşdırıldı
Tanınmış rejissor, dublyaj aktyoru Kamal Yaşarın Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.

DİA.AZ Kult.az-a istinadla xəbər verir ki, bu barədə Kamal Yaşar Feysbuk hesabında məlumat yayıb.

“Televiziyada müəllifi və aparıcısı olduğum veriliş dayandırıldı! Bu, məhz bu gündə, milli televiziyanın yarandığı tarixdə (14 fevral) baş verdi. Təşəkkür edirəm”, - aktyor qeyd edib.

Qeyd edək ki, K.Yaşar iki gün öncə Prezident İlham Əliyevə videomüraciət ünvanlamış, dublyaj sahəsində vahid mərkəzləşmənin olmadığı, bu sahədə fəaliyyət göstərənlərin ciddi maddi sıxıntılar yaşadığını bildirmişdi. Onun verilişlərinin bu müraciətdən sonra dayandırıldığı bildirilir.

 
 

Ardını oxu...
Şair Nazilə Səfərli nənə olub.

DİA.AZ axşam.az-a istinadla xəbər verir ki, bu haqda o, özü məlumat yayıb. Nazilə bildirib ki, oğlu Nurlanın övladı dünyaya gəlib:

"Sevgi bar verməkdir… Oğlumun oğlu oldu. Xoş gəldin, Ayaz. Şükr, kəllə qəndi açmaq qismətimiz oldu. Evləriniz körpəsiz olmasın. Gözaydınlığı verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Nurlan ötən il Nuranə adlı xanımla ailə qurub.
Ardını oxu...
Türkiyədə prokurorluq məşhur sosial media fenomeni Oğuzhan Uğur haqqında araşdırma başladıb. SİA xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Bildirilir ki, o, zəlzələ bölgəsində yerləşən su bəndinin divarının çatladığı barədə məlumat yayıb.

Prokurorluq “BaBala TV” internet kanalının sahibi Oğuzhan Uğur haqqında “ictimaiyyəti çaşdıran məlumat yayma” maddəsi ilə istintaq başladıb.

Dünyapress TV

Xəbər lenti