“Toylarda əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun”
“Mediadan, mətbuatdan uzaq düşməyimə səbəb bəzi jurnalistlərdir. Təbii ki, bu sözüm hər kəsə aid deyil. Sənətinə, qələminə hörmət etdiklərim də var. Bu gün zəmanə də, jurnalistlər də dəyişib. Zahiri görkəm daxili, pul, var-dövlət savadı üstələyib. Jurnalistlər sensasiya axtarışındadırlar. Görünür ki, zəmanənin tələbi budur. Amma mən bütün bunlardan uzağam, heç kimlə qalmaqalım, intriqam olmadığı üçün məndə heç nə tapa bilmirlər. Soruşanda da deyirlər ki, bundan reytinq gəlir, pul gəlir. Olmaz ki, reytinq gözəl, savadlı şeylərdən gəlsin?! Mütləq şəkildə gərək səs-küy, vur-çatlasın olmalıdır? Mən bütün bunlardan çox uzaqdayam”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni, əməkdar artist Təranə Vəlizadə deyib.

“Həyat yoldaşım Eyvaz Həsənov kollecin muğam fakültəsinin axşam şöbəsində oxuyurdu. Biz gənclər isə gündüz şöbəsində təhsil alırdıq. Amma sənət dərsləri bir yerdə keçirildiyi üçün hamı bir-birini dinləyirdi və müəllim səhvlərimizi düzəldirdi. Xanəndə Nəriman Əliyev bizə dərs deyirdi. Eyvaz İncəsənət Universitetində də təhsil alırdı. Onunla 1972-ci ilin noyabrın 2-də ailə qurmuşuq. “Lalə” qızlar ansamblının müşayiəti ilə qız toyumuz oldu. Eyvaz Həsənov yer adamı yox, göy adamı idi. Tamamilə başqa biri idi. Həm realist idi, həm də böyük duyğu ilə yaşayan biri idi. Gözəl şeirlər də yazırdı. Mən onun şeirlərini oxuyandan sonra öz cızma-qaralarımı itirdim, cırıb atdım. Əgər o mənim sənətimdə olmasaydı bəlkə də ona bu qədər bağlı olmazdım. Çünki məni onun cismani sevgisi yox, sənətimə, mahnılarıma olan sevgisi də maraqlandırırdı, yaşadırdı. Səhnədə də bir idik, evdə də. Xoşbəxt anlar, dəqiqələr olur” deyə sənətkar bildirib.

Sevilən müğənni bildirib ki, Eyvaz Həsənovla ilk ailə duetini yaradıb.

““Qal sənə qurban” mahnısını çox sevirəm. Kimsə oxuyanda mənə təsir edir ki, ilk ifaçının, Eyvazın adını çəkmirlər. Heç olmasa bir rəhmət oxusunlar. Ondan sonra bu mahnını oxumağa dilim gəlməyib. Yalnız qulaq asıram. Ümumiyyətlə, digər mahnılarını da oxumamışam. Bizim duetlərimiz çox məşhur idi. Sevgi içində üzürdük. Bu cür sevgi hər müğənniyə qismət olmur. Nə qədər sevilmək olardı. Konsertlərimiz o qədər çox olurdu ki, çox vaxt toya getməyə heç vaxtımız olmurdu. Hansı toya gedirdimsə əlimi gəlinin başına qoyurdular ki, mənim kimi xoşbəxt olsun. Oxuduğumuz toyda hamı əlini saxlayıb, bizi dinləyirdi. Biz ilk ailə duetini yaratmışdıq” deyə sənətkar bildirib.

Bölmənin digər xəbərləri

18 May 2024 "Sənin tikilmiş ağzın bağlansın" - Elza Seyidcahan eifrdə jurnalistlə dalaşdı - VİDEO
18 May 2024 Məşhur yutuberin 10 milyonluq kanalı OĞURLANDI-VİDEO
17 May 2024 Xanım fanatı azərbaycanlı müğənniyə “Porsche” bağışladı
17 May 2024 “Bakı Payızı”nın prodüseri: “Anar Ağayevin qələbə qazanacağına inanırıq”
16 May 2024 Bir-birilərini məhkəməylə hədələdilər - Ağır ittihamlar
16 May 2024 "TikTok"da "fal bazarı": Polis necə izləyir?
14 May 2024 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi
14 May 2024 “TikTok uşaqlarımızın tərbiyəsini pozur...” - bir daha çıxış yolu haqda
13 May 2024 Belə uşaq rəqsi olar?!! - Sərxoşlar kimi əyilir, əzilib-büzülür... - Sevinc Telmanqızı ÜSYAN ETDİ - VİDEO
13 May 2024 2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
13 May 2024 Norveçin “Eurovision 2023” təmsilçisi finalda ölkəsinin səslərini təqdim etməkdən imtina edib
13 May 2024 İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşıb
12 May 2024 "Mağazada olan qidaları yemirəm"
12 May 2024 Reper Nəvai axtarışa verildi
12 May 2024 İsveçrə “Avroviziya-2024”ün qalibi olub - YENİLƏNİB + VİDEO
11 May 2024 Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi - FOTO
10 May 2024 “Eurovision”da çıxış edən israilli iştirakçı belə fitə basıldı
09 May 2024 “Sənin mənim əxlaqıma şübhən var, pozğun? “ - Zarinadan SƏRT AÇIQLAMA - VİDEO
08 May 2024 “Ləmanın üzr videosunu mənə göndərdilər” – Aygün Bəylərin bacısından tiktokerə SƏRT CAVAB

Dünyapress TV

Xəbər lenti