Ardını oxu...
Əməkdar artist bəstəkar-müğənni Elza Seyidcahan qalmaqallı açıqlaması ilə diqqət çəkib.

"Təsir dairəsi" verilişində qonaq olan olan sənətçinin yazdığı şerlər təndiq edilib.

Proqramda ekspert qismində yer alan tanınmış jurnalist Bahadır Seyidov onun əsərlərini söz yığını adlandırıb.

Bundan hiddətlənən Seyidcahanı qarşı tərəfin onun şerinə nəzirə yazması daha da əsəbiləşdirib.

Həmin gərgin anları təqdim edirik:

Redaktor.az
 
         
Ardını oxu...
Dünyaca məşhur yutuber Marusya Outdoorsun kanalı xakerlər tərəfindən oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə rusiyalı yutuber İnstagramda paylaşım edib.

Qeyd edək ki, məşhur rusiyalı yutuberin 10.6 milyon abunəçisi var.

Tribunainfo.az xəbər verir ki, eyni hadisə Azərbaycanda da təkrar olunub. Belə ki, indiyə qədər TV Müsavat-ın, SƏS TV-nin və LAF TV-nin hesabları analoji qaydada xakerlər tərəfindən ələ keçirilib. Güman olunur ki, bunlar eyni kibercinayətkar qrupdur.
Ardını oxu...
 
Ardını oxu...
Məşhur müğənni Əbdül Xalidə bahalı avtomobil hədiyyə olunub.

Manset.az xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "Gül kimi şou" proqramına qonaq olarkən bildirib.

Əbdül Xalid bir müddət əvvəl aığı avtoqəza keçirdiyini qeyd edib. Bu səbəbdən xanım fanatlarından biri ona “Porsche” markalı bahalı və lüks maşın bağışlayıb.

Ətraflı videoda:

https://baku.tv/embed/138181
Ardını oxu...
Müğənni Anar Ağayevin avqust ayında Soçidə keçiriləcək “Yeni dalğa 2024” müsabiqəsinin finalında qələbə qazanacağına inanırıq.

Oxu.Az xəbər verir ki, bunu “Bakı Payızı” müsabiqəsinin baş təşkilatçısı prodüser Səbinə Həsənova deyib.

“Anar vokal janrında bizim qalibimiz oldu. Bu gün bizi yenidən sevindirdi. Soçi şəhərində keçiriləcək finala vəsiqə qazandı. Min nəfərdən seçilmiş 13 şəxsdən biri oldu. İnanırıq ki, avqust ayında Azərbaycan adına böyük qələbə qazanaraq bizi sevindirəcək”, - deyə o vurğulayıb.
Xatırladaq ki, Moskvada keçirilən gənc populyar musiqi ifaçılarının Beynəlxalq “Yeni dalğa 2024” müsabiqəsinin yarımfinalında uğurla çıxış edən azərbaycanlı müğənni Anar Ağayev Vətənə qayıdıb.

Qeyd edək ki, Anar Ağayev “Bakı Payızı 2023” milli musiqi müsabiqəsinin qalibidir.
 

Ardını oxu...
İnfluenserlər Elmira Namazova və Aysel Şükür arasındakı qalmaqal yenidən alovlanıb.
 
Buna səbəb Ayselin Elmiranın atasının kolbasa sexi ilə bağlı çıxan xəbəri paylaşması olub.
 
Bundan sonra Elmira ard-arda videolar paylaşaraq bu sözləri deyib:
 
"İndiyə qədər susmağımın səbəbi ailəmə, özümə, izləyicilərimə olan hörmətdən və deyilənlərin həqiqətə uyğun olmadığından irəli gəlir. Lakin insanların çörəyi ilə oynamaq, yalan məlumat paylaşmaq , həqiqəti bilə-bilə əksini iddia etmək olmaz. 4 il əvvəl təkzib olunan xəbəri paylaşırlar. Bu işlə məşğul olan hər kəs bilir ki, kolbasa sexlərində iki cür istehsal olur. Biri halal - tərkibində donuz piyi olmayan, digərində isə donuz piyi olan qeyri-halal. Onun da üzərində qətiyyən halal sertifikatı olmur. Mən uşağıma əmin olmadığım şeyi yedizdirmərəm.
 
Analığıma söz deyəcək ən son insan belə deyilsiniz. İndi deyir ki, üstümdən prim qazanır. Həyatımda danışdığı yalanlara ən çox inanan ikinci insan belə görməmişəm. Kimin kimin üzərindən prim qazandığı ortadadır. Mən ailəmə, özmüə olan hörmətdən susuram. Yoxsa söyüş söymək həyatdakı ən rahat şeydir. Düşmüsən camaatın canına. Ətrafındakı insanlar səni sevdikləri üçün yox, "mənə heç nə etməsin" fikri ilə yanındadırlar. Hamı pisdir, instaqramdakı bütün blogerlər pisdir, yalançıdır, bir sən yaxşısan. Kinolarda pis obrazlar öləndə hamı gözəl yaşayır. Dörd-beş aydır yox idin, hamı sakit, işində-gücündə idi. Heç kim bir-birinə qarışmırdı. Sonra birdən çıxıb, hamıya qarabasan kimi çökür, eyni elə oldu. Dərdin nədir? Nə istəyirsən məndən? De, verim. Həyatında nələrsə yolunda getmirsə, yarış keçirə bilmirsənsə, günahkarı mən deyiləm. O qədər içimə atdım ki, dedim, fikir verməyim, o səninlə bir deyil. Mən susduqca sən özünü haqlı saydın. İndi bir neçə fakt paylaşacam. Mən özümə feykdən yazmıram. Ya da ətrafımdakılara zəng edib demirəm ki, bunu yaz paylaşım. Hamı sənin haqqında bilirsən nələr yazır? Uşaqlarına görə dilim gəlmir. Yarış keçirmək istəyirdin. Onu da edə bilmədin. Mənim yarışımda elə bir problem olsaydı, evimi satıb camaatın pulunu verərdim. Sənin ev yarışında təşkilatçı Fidan idi. Onu səninlə biz tanış etmişdik. Halbuki o sənin təşkilatçın olmaq istəmirdi ki, sponsorlar istəmir, söyüş söyür, sənin kimi artım verə bilmir. Dedik, narahat olma, paylaşıb dəstək olacağıq, atası əməliyyat olunmalıdır, pula ehtiyacı var, filan yarışı keçirək. Elə bil ki, bizə sponsor yığırsan. Yarışın başladı, gördün ki, bizim maşın yarışı kimi artım getmir. Səni depressiyaya saldı, yuxu tutdu, yatdın. Tural da zəng edirdi ki, paylaşım et. Ailə üzvümüz kimi can yandırdıq. Tural yazı hazırlayıb Oqtaya atıb ki, sən paylaş. Hansı insan özü yarış keçirə-keçirə dostunu bu qədər təriflədər. Açıq-aşkar atamın zavodunun adını çəkir. Sonra da deyir yarası olan "qocunar". Axı sən ad çəkirsən. Burada mənə cavab haqqı yaranır. Aylardır içimə atmışam. Bu səhhətimdə problem yaratdı. Saçım tökülüb.
 
Deyirdi ki, saxta ailə cütlük, bütün gün dalaşırlar. Əsəbiləşmirdim. Olmayan şeyə görə niyə əsəbiləşim? Öz yaşadıqlarını mən yaşamışam kimi bildirir. Yeni yalan uydura da bilmir. İstifadə etdiyi şeylərə görə başı getmiş ola bilər.
 
4 il əvvəl 2020-nin avqust-sentyabr aylarında həmin şəxsi anası evindən götürüb narkoloji dispanserə aparmışdı. Yalandan qanını yuduzdurmaqla, sistemlər qoşdurmaqla deyil. O dönəm yanında olan bir mən idim. Sən paylaşım edirmişsən kimi paylaşımlar edirdim, yarışı davam etdirirdim, öz səhifəmdə reklam edirdim. Sənin atdığın şərləri, feyk səhifə açıb insanlar haqqında yalan məlumatlar yayıb, evində oynamaqlarını hamı bilir. Heç kim sənin üçün bunu etməzdi. Göz yaşı axıdırdım, evimdə atam-anam belə bilmirdi. Bəlkə elə bilərsən mesajlarımız silinib. Ananla mesajlarımız da qalıb. Mən hər gün südəmər uşağımı evdə qoyub taksi ilə sənin yanına gəlirdim. Adından paylaşımlar edirdim, yarışın üçün sponsorlar axtarırdım. Necə sənin yarışını vurmağa çalışmışam? Özümə özüm kimi dost axtarıram. Sən təmiz deyilsən. Linkləri, salonunu, köhnə paltarlarını paylaşır ki, camaat alsın. Reklam istəyirdin, edərdim. Ananla mesajlarımız var. Yarışla bağlı yazmışam, "1 saata gəlirəm" yazmışam. Yazını belə göndərirəm ki, bunu səhifəsində paylaşsın. Sən mənə şər atanda yapışmır. Məndən əl çək. Hər dəfə Turalla fotosessiya etdirəndə mənə "ilişir". Atamla bağlı etdiyin əsassız paylaşıma görə 100-cü məhkəmənə hazırlaş. Ağır formada hüquqi qarşılığı gələcək. Hamı səni məhkəməyə verir. Başına bir iş gələndə halallıq istəməyə çağırırsan. Vaxtında Asya ilə mənim aramı vurdun. Onun səhifəsini bağlatdırmaq üçün yanımda Türkiyəyə pul göndərmirdin?
 
Qanun qarşısında cəzalandırılacaqsan. Ağlı öz atasına gedib. Halaldan-haramdan, dürüstlükdən danışana bax. Bir yarışda belə səhvim olsaydı, bütün Azərbaycan bilərdi. İndiyə qədər nə vermişəmsə, kimsə desin ki, yalandan mənə maşın verib və sairə. Bu dəqiqə səhifəmi bağlayaram. Adım, şərəfim öz həyatımdan da önəmlidir. Heç kəs deyə bilməz ki, əksidir. Məndən əl çək, sənə cavab vermirəm. Bir də mənim, ailəmin adını çəksən, üstü örtülü, ya da açıq paylaşım etsən, başqa qurumları tağ edəcəyəm ki, məni boğaza yığıb. Bəsdir də, məni bezdirdin. Uşaqlara yazığım gəlir. Özünü fikirləşmirsənsə, onları fikirləş. Əlində bayraq edib ki, əməliyyatla arıqlayıb. Onunla arıqlamaq olsa, sən ildə 10 əməliyyata girirsən, niyə arıqlamırsan? Kök olmaq, ya da mənim üzümdə səpki olması ayıb deyil. Dörd il əvvəl əməliyyat keçirmişəm. Bu, bədən şəkilləndirmə deyildi. Onu da çıxarıb paylaşacam. Qardaşım deyibsə ki, gəlim üz-üzə danışaq. O da mədəniyyətindən irəli gəlir. İndiyə qədər sənin haqqında heç bir yerdə heç nə danışmamışam. Deyirdin ki, guya nəsə danışmışam. Amma danışmamışdım. Sən paylaşım edəndən sonra kim soruşsa, həqiqətləri danışıram. Oktay canlı yayımda Lənkəranda nə baş verdiyini, səni nə formada gördüyünü, nələr yaşadığınızı danışmışdı.
 
Atan Türkiyədə 6 milyonluq evi necə alıb? Mənim atam isə indiyə qədər uşaqlarının boğazından haram loxma keçirməyib. Mən də həmçinin. Amma sən atanın aldığı evlərin kimlərin adına olduğunu yaxşı bilirsən. Orada ananla necə mədəni formada danışmışam. O isə mənlə necə tonda danışır. Öz mədəniyyətsizliyinizi göstərirsiniz. Həmin səslərlə özünüz biabır oldunuz. İnsan nə qədər səhv çıxar? O atasının evini satmaq əvəzinə yarışa qoydu. 40 min qabağa düşdü, atasını əməliyyat etdirdi".
 
Aysel isə Elmira ilə bağlı bu paylaşımları edib:
 
"Saxtakarlıqları tək yarışlarında yox, kolbasalarında da var imiş. Halal adı altında insanlara donuz piyi yedizdirirlərmiş. Paxıl olduğunu obyektlərimizi saymağından görə bilərsiniz. Nə qədər ki, haqqımda, arxamca yalandan danışacaqsınız, bugünkü kimi iç üzünüz ortaya çıxıb, ağlayacaqsınız. Siz evinizdə çalışan xadimənin belə yanında mən çıxan kimi arxamca danışmısınız. Xadimənin pulunu vermədiniz, işdən çıxardınız, onun qızı yazdı, səsini paylaşdım. Onu da şantaj etdiniz. Onsuz da hamının dalınca danışıb, danmaqdan biabır olmusunuz. Mənim adımı tutmağa davam etdikcə hər gün yeni məlumat paylaşacağam. Saxta həyatınızı yaşamağa davam edin. İlahi ədalət deyilən bir şey var. Hamı bilir ki, siz həmişə mənim paxıllığımı çəkib, arxamca işlər görmüsünüz.
 
Məlumdur ki, DTX-nın Hərbi lobaratoriyasında verilən analiz cavablarını dəyişmək və saxtakarlaşdırmaq mümkünsüzdür. Çünki bu analizlər ekspress test metodu ilə icra olunmur, tam avtomatlaşdırılmış xromotoqrafik analizatorlarda icra olunur. Narkotik qan analizləri beynəlxalq səviyyədə qızıl standart sayılan metod ilə icra edilir. Analiz cavabında qeyd olunan beynəlxalq koddur. Bunu axtarış platformalarında yoxlasanız, görəcəksiniz ki, dünyada hazırda istifadə olunan metodiklarla hazırlanır. Bu da onu göstərir ki, boş-boş danışıb mənə şər atmağın cavabını qanunla verəcəksiniz, Qaldı ki, qanı yuduzdurmaqla xromotoqrafik analizdən yayınmaq mümkün deyil. Özünüzə savadlı deyirsiniz, məncə, bir az düşünün, araşdırın. Sonra yazın ki, özünüzü biabır etməyəsiniz. Əvvəl dediklərini danırdılar, indi danışdığı şeyləri özləri deyirlər. Mən heç vaxt nəyimləsə öyünməmişəm. Adam kasıb da olar, varlı da. Özümü imkanlı saymıram. Bu gün var, yeyirəm, Şükür. Əsas odur, kiminsə haqqına girib şər atmamışam".
 
Bundan əlavə Aysel qanında narkotik maddə aşkarlanmadığının sübutu olan analiz cavablarını, anası ilə Elmiranın telefon danışığını, Elmiranın qardaşının ona yazdıqlarını paylaşıb.
 
Elmira isə atasının kolbasa sexi ilə bağlı yayılan xəbərin təkzib olunduğu açıqlamanı, həmçinin halal sertifikatını, Ayselin anası ilə mesajlarını izləyiciləri ilə bölüşüb. (Olay.az) 
Ardını oxu...
Azərbaycanda “TikTok” şəbəkəsinin geniş vüsət alması bəzi işbazları da hərəkətə keçirtdi. Loru dildə desək, bu platformada izləyicilərin çoxluğu müxtəlif sahələrin, o cümlədən falçı və cadu işləri ilə məşğul olanların işini asanlaşdırdı. Falçılar hətta canlı yayım açaraq “bazar qururlar”. Maraqlısı odur ki, onlara inanıb fala baxdıranlar da kifayət qədərdir.

Digər tərəfdən bu falçıların əməllərindən zərər çəkib pullarını itirənlər də az deyil.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev mövzu ilə bağlı Lent.az-a bildirib ki, həmin işbazların zərərçəkənlərin pullarını ələ keçirdikdən sonra hesablarını blok eləməsi müşahidə olunur:

“Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması ilə müşahidə olunur.

Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.
 
Ardını oxu...
Aparıcı-aktyor Elcan Rəsulov xəstəxanaya yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Instagram” səhifəsində paylaşım edib.

Rəsulov xəstəxanadan görüntüsünü izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:

“Dostlar, son iki gündə telefonlara cavab verə bilmirəm, üzrlü hesab edin. Sırf səhhətimlə əlaqədardır. Yaxın günlərdə hər şey normala dönəcək”.
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

Tədqiqatçıların sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlilləri var

Azərbaycan cəmiyyəti, özəlliklə onun azyaşlı kəsimi üçün sosial şəbəkələrin neqativ təsiri məsələsi aktual olaraq qalır. Valideynlər xüsusən də azyaşlı uşaqlarına virtual dünyanın geridönməz pozucu təsiri sarıdan ciddi narahatdırlar və bu narahatlıq get-gedə artır.  

“Ola bilər sözüm bir çoxlarına xoş gəlməsin. İnsanlar oradan qazanc əldə edirlər. Elə qazanc heç lazım deyil. İllər əvvəl TikTok-dan qazanc gəlirdi?”

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu “Xəzər axşamı” proqramında deyib. 

Sənətçi oğlu Əliyə TikTok-u qadağan etdiyini, amma bununla mübarizə apara bilmədiyini söyləyib: “TikTok bağlansa, daha gözəl olar. Uşaqlarımıza təsir edir. Əlidən eşitmədiyim sözləri eşidirəm, görmədiyim hərəkətləri görürəm. Gündə 1 saat ona telefon veririk, TikTok-u silirik. İki gün sonra baxırıq yenə TikTok-a baxır. Deyirik ki, haradan aldın bunu? Cavab verir ki, ana, özüm yüklədim”.

Şəbnəm Tovuzlu şübhəsiz ki, bu məsələdə narahat olan yeganə valideyn deyil. 

İnternetin həyatımıza daxil olması ilə sosial şəbəkələr dediyimiz tətbiqlər həyatımıza daxil oldu. İlk populyar sosial şəbəkə tətbiqi Facebook-dur. 2006-cı ildə həyatımıza daxil olan bu sosial şəbəkə ilə birlikdə Twitter, Whatsapp, İnstaqram, TikTok kimi şəbəkələr də inkişaf etdirilib. Ümumilikdə, insanların sosiallaşması üçün hazırlanmış bu tətbiqlər zamanla insanların həyatında mühüm yer tutmuşdur. Sosial şəbəkələrin də iş həyatında mühüm yeri olub. Brendlər üçün əla PR iş mühiti yaradılıb. 

Sosial şəbəkələr insanların həyatını asanlaşdırsa da, xüsusilə brendlər və şirkətlər üçün yaxşı bir vasitə olsa da , bu vasitələrin də bilinməyən gizli təhlükələri var. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə istifadə edilən sosial şəbəkələr bir çox gizli təhlükələri ehtiva edir. Bu təhlükələrdən biri uşaqların pis vərdişlərə meyl etməsi və onlara maraq göstərməsidir. Belə ki, sosial şəbəkələrdə konkret filtr olmadığından və ümumiyyətlə, yaş məhdudiyyəti olmadığından uşaqlar görməməli olduqları bir çox vəziyyətlərin şahidi olurlar. Sosial şəbəkələrdə uşaqlar tərəfindən seksual məzmun, zərərli maddələrdən istifadə, zorakılıq və hər cür qeyri-qanuni hallara asanlıqla rast gəlinir. Bu, onların yanlış inkişaf etməsinə səbəb olur. 

Avropada Uşaq və yeniyetmələr sağlamlığı qrupu 3 il ərzində İngiltərədə 16 yaşa qədər olan 12 mindən çox uşaq və yeniyetmələr arasında sorğu keçirilib. İlk mərhələdə 9 yaşlı uşaqlardan hər gün İnstagram, Facebook, Votsap və Tvitter kimi sosial media tətbiqlərindən hansı aralıqlarda istifadə etdikləri soruşulub.

Qızların 51, oğlanların 43 faizi sosial media tətbiqetmələrini gündə üç dəfədən çox istifadə etdiklərini söyləyib. Bu rəqəm 11 yaşında oğlanlar arasında 69 faiz, qızlar arasında 75 faizə qədər artıb. Eyni qrupdan 10 yaşındakı uşaqlardan zehni sağlamlıq ilə bağlı forma doldurmaları istənib və “kiber təqiblər”, yuxu, fiziki fəaliyyətlər haqqında suallar verilib. 11 yaşlarında isə onlardan xoşbəxtlikləri və həyatlarından nə dərəcədə məmnun olduqları barədə sualları cavablandırmaqları istənib.

Gün ərzində üç dəfədən çox sosial mediadan istifadə edən gənc qız və oğlanların zehni sağlamlıqlarının pozulduğu və psixoloji pozğunluqlar yaşadıqları müşahidə olunub.

Tədqiqatçıların sosial mediadan istifadənin psixi sağlamlığa təsir etdiyinə dair güclü dəlilləri var. Qızlarda daha çox yuxu problemi, “kiber təqib” və fiziki fəaliyyət əskiklikləri qeydə alınıb. Bənzər təsirlər oğlanlarda müşahidə olunsa da, qızlara nisbətən daha az olub.

Böyük Britaniyada sosial şəbəkələrdə uşaqların qorunması ilə bağlı hazırlanan qaydalar çərçivəsində 18 yaşdan aşağı olan uşaqlar və yeniyetmələr Facebook və İnstagramda bəyənmə (“Like”) imkanından məhrum olublar. İdarə tərəfindən hazırlanan yeni məcəllə sosial şəbəkələrdə yeniyetmələr üzərində nəzarətin güclənməsinə yönəlib. Cəmiyyətdə artan narahatlığı nəzərə alaraq ICO texnoloji şirkətlər üçün uşaqların məxfilik qaydalarını tənzimləyən yeni standartların siyahısını hazırlamağını tapşırıb.

Sosial şəbəkələr bir sıra tələblərə riayət etməli olublar. Onlar uşaqların internetdə daha çox vaxt keçirməsinə mane olmalı, uşaqların şəxsi məlumatlarının toplanmasını və saxlanmasını minimuma endirməli olublar. Eləcə də şirkətlər bu məlumatları bölüşmək və xüsusilə kommersiya məqsədləri üçün istifadə etmək hüququna malik olmayacaq və gənc istifadəçilərin hərəkətlərini izləyə bilməyəcəklər.

Sosial şəbəkə saytlarının iki versiyası olmalıdır: böyüklər və uşaqlar üçün. Texnoloji şirkətlər yetkinlik yaşına çatmayanları böyüklərdən fərqləndirə bilmədiyi təqdirdə onlar bütün istifadəçilərə eyni dərəcədə təhlükəsizlik və məxfilik vermək məcburiyyətində qalırlar.

Qaydalar yalnız Britaniya şirkətlərini deyil, ölkədə fəaliyyət göstərən xarici şirkətləri də əhatə edir. Qaydalara riayət etməyən şirkətlər illik dövriyyələrinin 4%-dək cərimələnirlər.

Bəs ölkəmizdə necə, çıxış yolu nədir? Qadağalarmı? Valideynlər öz övladlarını sosial şəbəkələrin neqativ təsirindən necə qorusunlar?

Ardını oxu...

Aytən Ələkbərova

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “Yeni Müsavat”a danışıb. Psixoloq qeyd edib ki, qoyulan qadağa hər zaman həmin qadağanın üzərinə doğru olan meylləri daha da artırır: “Hesab edirəm ki, bu məsələdə valideynlər qadağa ilə deyil, övladları ilə hər zaman söhbətlər aparıb, sosial şəbəkələrin, internet resuslarının mənfi təsirlərindən danışıb, bəzi məqamları da əyani şəkildə göstərdiyi halda bu problemin öhdəsindən gələ bilər. Bəzən valideynlər övladlarına telefonu, sosial şəbəkələrə, internet resuslarına girməyə qadağa qoyur, amma özü vaxtının əksər hissəsini sosial şəbəkələrə həsr edir, daim oradadır. Bu zaman övladına nə qədər qadağa qoysa da təsiri olmayacaq, ilk növbədə özü bu məsələdə nümunə göstərməlidir. 

10-11 yaşlı uşaqların gecə səhərə qədər internet oyunu oynamasına yol vermək olmaz. Bu zaman yuxu pozulması zamanı insan orqanizmində metobolin turşusunun miqdarı yuxarı qalxır. Bu zaman da insanda psixi pozuntular, aqressiya yaranır. Onsuz da yetkinlik dövründə orqanizmdə bu dəyişiklik gedir, üzərinə bir də əlavə təsirlər gəldikdə yuxu rejimində 2 saat fərq yaranır. Gec yatan uşaqlar səhər məktəbə getmək üçün erkən durur və beyin özünü toparlaya bilmir. Bu, təkcə internet oyunlarından getmir, buraya digər informasiyayönümlü sosial şəbəkələr də aiddir. Yaşlarına uyğun olmayan, uydurma sevgi hekayələri üzərindən çəkilən filmlər, seriallar da onların psixologiyasına mənfi təsir edir. Nəticədə yaranan əlavə informativ stress gərginliyə səbəb olur. Bu gün informativ streslər intiharların əsas səbəblərindəndir.

Daha bir məsələ, hər bir valideyn öz övladının xüsusi xüsusiyyətlərini yaxşı bilməli, onu yaxından tanımalıdır. Bəzən valideynlər övladlarını yaxşı tanıdığını deyirlər, amma müşahidə edəndə bunun doğru olmadığını görürük. 

Məktəblərdə apardığımız müşahidələr zamanı dərhal anlayırıq ki, hansı uşaq valideyni ilə daha çox təmasdadır, ailədə onunla daha çox söhbət aparılır. 

Sosial problemlər səbəbindən valideynlər işləyir, yorğun olur. Hər şey başa düşülür, amma uşaqları diqqətdənkənar qoysaq, nəticəsi belə acınacaqlı sonluğa aparır. Onlarla danışın, suallarını dinləyin, onlara cavab tapmaqlarına kömək edin. Uşaq özünü pis hiss etdiyini deyirsə, valideyn onun fikrini qatacaq bir şey etməlidir. Birlikdə hava almağa çıxa, qısa söhbət edə bilərlər və s. Bu zaman uşaq özünə qarşı diqqət və qayğı hiss edəcək, cəmiyyət üçün gərəkli olduğunu düşünəcək. Əks hallarda isə faciələrin qarşısını almaq günbəgün çətinləşə bilər

Hər ötən gün xərçəng xəstəliyindən, sonsuzluqdan əziyyət çəkənlərin sayı artır. Bütün bunlar telefon və digər elektron cihazlardakı şüalanmanın nəticəsidir. Sosial şəbəkə insanları özünə o qədər bağlayıb ki, camaat təmiz hava almağa, gəzməyə belə getmək istəmir. Eyni zamanda qurulan ailələr belə uzun müddət davam edə bilmir. Çünki hər kəsi məşğul edən, həyatdakı problemlərdən uzaq tutan sosial şəbəkə var. Artıq insanlar narkomanlaşır. Hər kəs sosial media narkomanına çevrilir. Bu cür davam edən yolun, əlbəttə ki, sonlanacağı nöqtə yaxşı olmayacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
  

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub.

Musavat.com xəbər verir ki, Sevinc Telmanqızı uşaqlara öyrədilən qəribə rəqslərdən danışıb. O qeyd edib ki, sosial şəbəkələri uşaqların tərbiyəsinə mənfi təsir etdiyi üçün tənqid etsək də, bəzən özümüz öz əlimizlə uşaqlarımızı az qala məhv edirik. 

Ətraflı videoda:

 
 
 

 
Ardını oxu...
     

Bir neçə gün əvvəl 2 azyaşlıya ağır xəsarət yetirən müğənni Ziba Osmanlı bu dəfə səhnədə ağır söyüş söydü
 
Xalqxeber.az xəbər verir ki, bir neçə ay bundan öncə 2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan amma bu günə kimi də heç bir məsuliyyətə cəlb olunmayan müğənni Ziba Osmanlı heç nə olmamış kimi dünən "BY SAHBAZOV" deyilən restoranda səhnə alıb. O, səhnə performansı zamanı söyüş söyərək  "mən indi mikrafonu belə tuturam, bundan yazacaqlar. Nə "pox" yeyirəm onu da yeyirlər." deməklə ondan yazan xəbər saytlarına eyham ataraq İnzibati Xətallar Məcəlləsinə uyğun olaraq ictimai qaydanı kobud sürətdə pozub 
 
Qeyd edək müğənniyə bir neçə restoranlar ; "Star Baku" , "Olqarx Baku", "Alliance Garden" , "Çətir", "Qədir Xum" və digər restoranlar  hər gün səhnə proqramı verərək onun bu tərbiyəsiz səhnə performasının inkişafına şərait yaradır. Belə danışıq kodeksin bilməyən müğənniyə nəinki səhnə vermək, onu bütün restoranlar boykot etməsi daha məqsədə uyğun olardı.(Moderator.az)

Dünyapress TV

Xəbər lenti