Ardını oxu...
Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti “Bu şəhərdə” komandasının tamaşasında görüntülənib.

Musavat.com A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.

Xalq artisti bildirib ki, özünü çox yaxşı hiss edir:

“Heç gör, Məleykə Əsədovadan yazırlar ki, qəşəng oxuyur, qəşəng səsi var. Nadir istedaddır, amma bu barədə yazmırlar”.

A.Bəşirqızı səhnəyə qayıtmaq istəyindən də danışıb:

“Bəli, teatra gedirəm, sıx əlaqəm var. Bayram ərəfəsi olduğu üçün teatrda işlər çoxdur. Hazırlanan tamaşalar var. Səhnəyə qayıtmaq fikrim var. Sadəcə, Əməkdar artist Ələkbər Əliyev belindən cərrahiyyə əməliyyatı olunub. Bu vəziyyətdə rol ifa edə bilməz. İstəyirik “Toya bir gün qalmış” tamaşasını oynayaq. Yeni bir tamaşa da var. İndidən bu haqda danışmaq istəmirəm”.
 
Ardını oxu...
“Oğlumu evləndirmək üçün qız axtarıram. Bu haqda nəsə deyəndə dilimin bəlasına düşürəm. Başlayırlar ağızlarına gələni yazmağa, müzakirə etməyə. Bu şeylər məni incitmir. Yadınızda saxlayın, mənə ləzzət edir. Çünki bilirəm ki, ürəyiniz partlayır. Biz bax, bu zəmanəyə gəlib çatmışıq. Orada axı nə qəbahət var? Hansı qayınana deyər ki, çirkin gəlin axtarıram? Arzu edəndə deyirsən ki, kaş gözəl, ağıllı gəlinim olardı. Başa düşə bilmirəm ki, burada qəbahət nə var?”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova verilişlərin birində deyib. Sənətçi insanları çirkinlikdə gözəllik axtarmamağa çağırıb:

“Bu söhbətlər mənə toxunmur, gülməli bir şeydir. Yazırlar ki, “Könül özü guya gözəl olub ki?” Bəli, özüm gözəl olmamışam, ona görə də gözəl gəlin axtarıram. Heç dəxli var? Başa düşmədim kimi axtarmalıyam ki? Ay adamlar, ona görə də çirkinlikdə gözəllik axtarmağı bacarın, gözəllikdə isə çirkinlik axtarmayın. Nəyi axtararsınızsa, o da sizi gəlib tapacaq. Bunu isə əminliklə deyirəm”.

Sənətçi övladı üçün hələlik heç bir qapıya elçi düşmədiyini bildirib:

“Əlbəttə ki, oğlum Rəşad üçün döymək istədiyim bir qapı var. Amma indi o dövr deyil. Birinci oğlumun ürəyincə biri olmalıdır. Qızın ağılı, kamalı, gözəlliyi öz yerində olmalıdır. Hər zaman deyirdim ki, “Ulduz” filmində olan baş rolu canlandıran Ulduz kimi oğlum üçün qız istəyirəm. Elə qız tapa bilmirəm. Amma çox təəssüflər olsun ki, bəzən həyat çox yanlış insanlarla qovuşdurur”.
 
Ardını oxu...
Xalq artisti Röya Ayxan fərqli tərzli yeni fotosessiyası ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçi obyektiv qarşısına keçərək yeni şəkillər lentə aldırıb.

Müğənni fotosessiyası zamanı qara rəngli uzun pencəyə üstünıük verib.

Xalq artisri ağ-qara rəngli fotolarını sosial şəbəkə izləyiciləri ilə də bölüşüb.
Röya şəkillərinə "Foto seçmək məni yorur. Hamısını paylaşdım. Əsl əkizlər bürcü, şərhi də sizə buraxıram" sözlərini əlavə edib.

İzləyiciləri Xalq artistinin yeni şəkillərini bəyənərək onun ünvanına təriflər yağdırıblar.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.

Modern.az xəbər verir ki, İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı sosial şəbəkəni paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edir.

Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.
 
Ardını oxu...
Əməkdar artist Elza Seyidcahan Odlar Yurdu Universitetinin qonağı olub.

Müğənninin çıxışı zamanı etdiyi səhv zaldakıları güldürüb. Belə ki, Seyidcahan çıxışında Odlar Yurdunu universitet əvəzinə restoran kimi təqdim edib.

O, daha sonra səhvini düzəldərək - "Restoran dedim, bağışlayın. "Odlar Yurdu” restoranı da var idi”, - deyə vəziyyətdən çıxıb.

Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 
Ardını oxu...
Aparıcı İlkin Həsəninin xanımı, influenser Aysel Həsəni övladları Rain və Alisanın səhhətindən danışıb.

Bu barədə o Olay.az-a açıqlamalar verib.

Aysel bildirib ki, onların sağlamlıqları öz qaydasına düşüb:

“Yaxşıdır. Qorxutdu bizi. Uşaqların arasında yayılan virus idi. İkisinin də səhhəti yaxşıdır. Qızım dörd həftədir məktəbə getmir. Yenə də ciddi bir şey deyil”.

A.Həsəni həmçinin həyat yoldaşı ilə birgə yayımladığı videodan da söz açıb:

“Davamı ola bilər. Çox soruşurlar. Yəqin ki, nəsə edəcəyik. Sırf səhifəmi bu yöndə işlətməyəcəyəm. Çünki mənim səhifəm özümə aiddir. Gündəlik həyatımı bölüşürəm. Onun üçün deyirəm ki, mən bloqer deyiləm, inlfuenserəm. Gündəlik həyat tərzimi, makiyajımı, baxımımı və geyimlərimi paylaşıram. Belə davam edəcəyəm. Normalda da saçım qısadır. Sadəcə bu dəfə daha çox qısaltdıq. Öz rənginə qaytardıq”.
Ardını oxu...
Qeyd edək ki, bir müddət öncə cütlüyün övladı Rainin səhhətində problem yaranıb, o, xəstəxanada müalicə olunub.
 
Ardını oxu...
Tamada və şairə Nazilə Səfərli maraqlı sosial problemə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, öz sosial şəbəkə hesabında canlı yayım açan şairə, ölkədə ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsinə fikir bildirib.

“Deyirlər Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər. Bu mənim heç ağlıma batmır. Bəzi analar oğullarına öz bacısı qızlarını alırlar ki, var-dövlət kənara çıxmasın. Bir yolunu tapacaqlar, bunun üçün hətta sənəd üzərində qohumluqdan imtina belə edərlər ki, təki sərvət kənara çıxmasın. Bayquşlar”,- o bildirib.
Ardını oxu...
Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub.

Müğənninin şəffaf geyimi onu tənqid hədəfinə çevirib. Rəqsanənin paylaşımına 1000-dən çox "like" gəlib.

Açıq-saçıq geyimdə şəklini paylaşan ifaçı fotosuna Atatürkün sözlərini (Dünyada her şey qadının əsəridir) şərh kimi yazıb.(Milli.az)

Paylaşımı təqdim edirik:

 
Ardını oxu...
“Azad Azərbaycan” televiziyasının icraçı direktor müavini Fariz Əliyevin kanaldan gedəcəyi iddia olunur.

TEREF Olay.az-a istinadən xəbər verir ki, o, artıq layihə rəhbəri olduğu “7 tamam” proqramından da ayrılıb. Onun yerinə Nanə Ağamalıyeva keçib. Bu günlərdə verilən qərarla komandaya rəhbərliyi Nanə edəcək.

Diqqət çəkən digər məqam isə Fariz Əliyevin instaqramda iş yerinin ATV olduğunu göstərən mətni qaldırmasıdır.

Qeyd edək ki, F.Əliyev ATV-nin icraçı direktorunun yaradıcılıq məsələləri üzrə müavini vəzifəsinə 2022-ci ildə gətirilmişdi.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Onların auditoriyaya müraciət tərzi ikrah doğurur

Televiziyalardakı ayrı-ayrı sosial proqramlara diqqət yetirəndə elə təəssürat yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funksiyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər

Media hər bir dövlət və cəmiyyət üçün son dərəcə mühüm amildir. Müasir qloballaşma dövründə onun funksiya və vəzifələrini nə dərəcədə yerinə yetirməsi ilə dövlətlərin, o cümlədən onların fövqündə dayandığı cəmiyyətlərin inkişafı həmahəng xassəyə malikdir. Azərbaycanda da media fəaliyyətinə ciddi önəm verilməsi bundan qaynaqlanır.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il yanvarın 12-də imzaladığı Fərmanda deyildiyi kimi, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.

Əslində, Azərbaycanda media sahəsində islahatlar davamlı xarakter daşımaqdadır. Yəni, sahənin inkiafını sürətləndirmək əzmi yalnız haqqında söz açdığımız fərmanda yer alanlardan ibarət deyil. Bununla bağlı əvvəlki illərdə imzalanmış dövlət sənədlərini də vurğulamaq mümkündür. Ümumən isə ölkəmizdə informasiya siyasəti Konstitusiyamızda əksini tapmış həm fikir, söz və məlumat azadlığının, həm də vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təminatına yönəlib. Nəzərə alınıb ki, müasir informasiya və telekommunikasiya texnologiyalarının təsirinin artdığı hazırkı dövrdə media cəmiyyətin sosial-siyasi və mədəni həyatının düzgün formada təşkilində mühüm vasitədir. Bu vasitə infrastruktur baxımından yenilənməli, onun peşəkarlığı güclənməlidir. Güclənməlidir ki, medianın informasiya təhlükəsizliyimizin təminatında mühüm yeru və rolu olsun. İnformasiya təhlükəsizliyinə gəlincə, o, heç də yalnız xaricdə ölkəmiz əleyhinə olan informasiya təhdidlərinin qarşısına müdafiə sipəri çəkmək deyil. Başqa təhdidlər də var və yazımızda söz açacağımız mətləblər həm də həmin təhdidlərin aradan qaldırılması zərurətini ortaya qoyur.

Digər tərəfdən, dövlətimizin başçısı 2022-ci il iyulun 22-də Milli Mətbuat Günü ilə bağlı Azərbaycanın media nümayəndələrinə müraciətində vurğulayır ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Deməli, informasiya təhlükəsizliyinin təminatında iştirakla yanaşı, başlıca hədəf eyni zamanda budur - dünya informasiya məkanına inteqrasiya. Prezident İlham Əliyev bu baxımdan zəruri olan məsələləri müxtəlif çıxışlarında da yetərincə əhatəli formada vurğulayıb.

***

Mediamızın mühüm komponentlərindən sayılan televiziya və radio vasitələrimiz dövlətimizin islahat məntiqindən faydalanaraq, inkişaf yolu tutmaqdadırlar. Dövlət dəstəyi, diqqət və qayğısı konseptual baxışa əsaslanmaqla, onların cəmiyyət üçün prioritet əhəmiyyət daşıyan məsələlərə köklənməsinə, mövcud istiqamətdəki fəaliyyətlərinin stimullaşdırılmasına, qeyri-obyektiv rəqabət mühitinin ictimai mənafeləri ikinci plana çıxardığı şəraitdə müqavimətlərini gücləndirməyə hesablanıb. Müvafiq olaraq, son illərdə telekanallarımızda və radiolarımızda müsbət meyillərin mövcudluğunu göstərən məqamların artdığını müşahidə edirik. Bu tip media vasitələrində cəmiyyət həyatının müxtəlif sahələrini əhatə edən məsələlərlə bağlı məzmunlu və baxımlı çoxsaylı sənədli filmlərin və reportajların hazırlandığının şahidiyik. O cümlədən, mühüm əhəmiyyət daşıyan məsələlər ətrafında ekspertlərin iştirakı ilə müzakirələrin və debatların təşkil edilməsi də diqqətimizdən yayınmır. Xüsusən, radiolarının maddi-texniki bazasının güclənməsinin, əhatə dairəsinin genişlənməsinin onların fəaliyyətində əsaslı dönüş yaratdığını vurğulaya bilərik. Telekanallarımızın isə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri günlərində göstərdikləri mütəşəkkilliyi ayrıca qeyd etməyə ehtiyac var.

Bütövlükdə mediamız kimi, onun tərkib hissəsi sayılan televiziya və radio kanallarımız da Ermənistan tərəfindən həyata keçirilən təxribatların qarşının alınmasında fəal rol oynayıblar. Bu zaman milli maraqların müdafiəsini əsas götürüblər. Hazırda onlar ölkəmizdə sosial-iqtisadi inkişafı, habelə, işğaldan azad olunmuş ərazilərimizin bərpasına və yenidən qurulmasına yönələn tədbirlərin hərtərəfli təbliğatçısı kimi çıxış edir, peşəkar səviyyədə geniş materiallar, reportajlar, süjetlər, təhlillər və şərhlər hazırlayırlar.

Ümumən, teleradiolarımız ümummilli məsələlərin təqdimatında, Azərbaycanın ədalətli mövqeyinin təbliğində mühüm rol oynayıblar və eyni missiyanı davam etdirirlər. Cəmiyyətin milli və bəşəri ideyalar ətrafında səfərbərliyi kimi məsələlərdə də öz sözlərini layiqincə deyir, vətənpərvərliyi peşə prinsipləri ilə uzlaşdırırlar. Cəmiyyətimizin operativ və dolğun məlumatlandırılması istiqamətində genişmiqyaslı fəaliyyətlərinin nəticəsidir ki, canlı efir mədəniyyəti formalaşıb. Müsbət mənzərəyə xarici ölkələrdən ictimai maraq doğuran reportajların hazırlanmasını, tanınmış əcnəbilərlə müsahibələri də əlavə etmək yerinə düşər.

Həmçinin, onu da deməliyik ki, Azərbaycan telekanalları xarici media ilə fəal əməkdaşlıq əlaqələri qurur, birgə layihələr reallaşdırırlar. Məzmunlu proqram siyasətləri və maarifləndirici dəst-xəttləri nəticəsində özlərinin tamaşaçı auditoriyalarını genişləndirirlər. Bu baxımdan AZTV və İTV-ni xüsusi vurğulamaq lazımdır. Eyni zamanda, “Real TV”nin və ARB 24-ün timsalında telekanallarımızın güclü məlumatlandırma potensialının olduğunu, cəmiyyətimizdə və dünyada baş verən hadisələri daim diqqətdə saxladıqlarını, CBC-nin beynəlxalq auditoriyaya çıxışını qeyd etmək lazımdır.

***

Lakin bütün uğurlara rəğmən, televiziya və radio kanallarımızda problemlər də var. Nəzərə alsaq ki, media fəaliyyətinin özü müstəsna ictimai hadisədir, bir çox hallarda bu hadisənin gerçəkləşməsi naminə reallaşdırılan fəaliyyətin günün tələbləri çərçivəsində olmadığını görürük. Nəinki günün tələbləri çərçivəsində olmur, heç buna cəhdin göstərildiyi də nəzərə çarpmır. Nəticədə, bəzən telekanallarla cəmiyyətin tam fərqli cinahlarda dayandığına dair xoşagəlməz təsəvvür formalaşır.

Onu da nəzərə alaq ki, media fəaliyyətində başlıca peşəkarlıq meyarı həssaslıqdır. Daha doğrusu, həssaslıq ən böyük peşəkarlıq meyarıdır. Təəssüf ki, televiziya və radio kanallarımızdakı bəzi proqramlarda peşə həssaslığının reytinqlərdə üstünlüyə yiyələnmək istəklərinə qurban verildiyinin şahidiyik. Bu, üzücü mənzərə formalaşdırır. Söhbət utanc yaradan mənzərənin üzücülüyündən gedir. Bəs cəmiyyət üzvlərini telekanallara baxmaqdan utandıran hansı cəhətlər var?

Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Mətanət Əliverdiyeva, Elgiz Əkbər, Zaur Kamal. Yox, bu adamları “eybəcər” adlandırmaq niyyətindən uzağıq. Bizim üçün onlar tədqiqat predmetidirlər. Çünki aparıcısı olduqları proqramları sırf peşəkarlıq baxımından nəzərdən keçirmişik. Heç şübhə etmirik ki, bu adlar hər gün “beyin terapeyasına” məruz qoyduqları vətəndaşlara daha çox tanışdırlar.

Ardını oxu...
Bəli, zaurlar, toliklər, mətanətlər, elgizlər teleməkanımızda at oynadır, çalışdıqları media orqanlarının ictimai yükünü sıfıra endirirlər. Onların auditoriyaya müraciət tərzi ikrah doğurur. Öz aləmlərində, xalq dilində danışdıqlarını zənn edirlər. Ləhcə və şivənin istifadəsində bəsit motivlərə köklənirlər. Ümumiyyətlə, bu baxımdan heç bir artistizmləri və istedadları gözə dəymir. Bizə bu aparıcıların efir vaxtının çox hissəsini tutmaları lazımdırmı? Onların fəaliyyətlərində hansısa ictimai motiv varmı?
Ardını oxu...

Media, müəyyən mənada, tərbiyələndirici funksiya daşımalıdır. Yəni, onun maarifləndirici missiyası həm də fərdləri tərbiyə etməlidir. Ancaq adlarını çəkdiyimiz şəxslər tam fəqrli yol tuturlar. Özü də demək olar, hər gün 3-5 saat. İstər-istəməz, onların yarıtmazlıqları şüurlarda, bir növ, ictimailəşmiş hadisə kimi qəbul olunmağa başlayır.

Acınacaqlı haldır ki, gənc nəslin içərisində Zaura, Xoşqədəmə, Elgizə, Laləyə, Tolikə, Mətanətə oxşayıb jurnalist olmağı düşünənlər var. Həmin gənclərə heç cür başa salmaq olmur ki, bu adamların ortaya çıxardıqları gerçək jurnalistika deyil. Çünki gördükləri mənzərə var. Yaxşı halda, bu mənzərə qarşısında nəzakətsizlik etməyib susur, məchul nəzərlərini işə salırlar. Əslində, nəzərləri ilə təxminən bunu deyirlər: Zaurun, Xoşqədəmin, Elgizin və onlara oxşar digərlərinin gördükləri pis işdirsə, nə üçün televiziyada aparıcılıq edə bilirlər? Nə deyəsən, haqlıdırlar. Haqsız durumu formalaşdıranlar isə telekanal rəhbərləridir. Ancaq yalnız onlarmı?..
Ardını oxu...
Bəli, lalələrin, elgizlərin, xoşqədəmlərin, zaurların, toliklərin çalışdıqları telekanallarda təqdim etdikləri sosial proqramlar və şou-biznes xarakterli verilişlər son dərəcə təhlükəlidir. Adlarını çəkdiyimiz aparıcılar kimlərinsə eyiblərini o qədər qeyri-peşəkar tərzdə ortaya qoyurlar ki, istər-istəməz şəxsi həyata müdaxilə ön plana çıxır. Bu şəxslərin təqdimatları dəyərlərimizə, mental xüsusiyyətlərimizə aşkar həqarətdir. Onların “xidmətlərinin” nəticəsidir ki, telekanallar orta əsrlərdəki inkvizisiya məhkəmələrini xatırladırlar. Təsəvvür edin ki, ayrı-ayrı adamlar, televiziya ekranlarında linç olunurlar. İki-üç dar təfəkkürlü ekspert isə bu dəhşət mənzərəsində tamamlayıcı rol oynayır, onsuz da eybəcər olan durumu bir qədər də eybəcərləşdirir. Yeri gəlmişkən, telekanalların həmin ekspertlərdən onları efirə çıxarmaq üçün “haqq” aldıqlarına dair məlumatlar da yayılmaqdadır. Müasir media menecmenti budurmu?
Ardını oxu...
Deyəsən, əsas məsələ həm də “haqq” dediyimiz nəsnədədir. Yəqin, elə buna görədir ki, efir mədəniyyətini heçə sayan aparıcıların kultlaşdırıldığını görürük. Ola bilər, düşüncə budur: pul gətirirlərsə, deməli, hər sözü deyə, hər mövzudan söz aça, hər cür cəfəngiyyatı dilə gətirə bilərlər.

Aparıcılar krallar, şahlar kimi qeyri-məhdud səlahiyyətə malikdirlər. Onlar auditoriya ilə məzələnir, təvazökarlıqdan uzaq hərəkətləri ilə gözə girirlər. Yekunda media dəyərləri, ictimai motivlər, cəmiyyətin normaları kultlaşdırılmış obrazların arxasınca sürünür. Beləmi olmalıdır? Budurmu jurnalistikanın mahiyyəti? Əlbəttə ki, yox!
Ardını oxu...
Digər yandan, ayrı-ayrı sosial proqramlara diqqət yetirəndə elə təəssürat yaranır ki, sanki Azərbaycanda dövlət hakimiyyəti yoxdur, dövlətin bütün funksiyalarını telekanallar, daha doğrusu, həmin kultlaşdırılmış aparıcılar yerinə yetirirlər. Onlar detektivdirlər, ağır cinayətin üstünü açırlar, təhqiqat aparırlar, günahkar və məsumları müəyyənləşdirirlər, saxta insanpərvərliyə bürünüb, guya mərhəmətli davranırmış kimi görüntü yaradırlar. Şübhəsiz, bu kimi hallar vətəndaşla dövlət arasında inamsızlıq toxumları səpir. İstər-istəməz, sual yaranır: bir halda ki, aparıcılar hər bir işin öhdəsindən gəlirlər, dövlətə nə ehtiyac var?

Ümumən, bəzi televiziya və radio kanallarındakı proqramlara nəzər salanda küçə söyüşlərini, jarqonları, ədəbsiz sözləri, tərbiyəsizlik assosiasiyası verən deyimləri, eyhamları eşidirik. Belə hallar Azərbaycan ədəbi dilinin norma və qanunlarının aşkar şəkildə pozulmasıdır. Nəzərə alsaq ki, media həm də dil hadisəsidir, tam əminliklə demək olar ki, hazırda bəzi televiziya və radio kanallarımız ana dilimizi korlamaqla, ona həqarətli münasibət göstərməklə məşğuldurlar.

Daha bir xarakterik tendensiya odur ki, sosial şəbəkələrin informasiya yükünün artdığı hazırkı şəraitdə bu müstəvidə yayılmış bilgilər, ayrı-ayrı fikirlər media tərəfindən xəbərə çevrilir. Birmənalı qaydada bunun neqativ hal olduğunu söyləmək olmaz. Hansısa vətəndaşın öz sosial şəbəkə profilində qaldırdığı məsələdə ictimai motivin olması mümkündür. Media orqanı, indiki halda telekanal və radio həmin məqamı işıqlandırmaqda sərbəstdir. Amma bu zaman peşəkarlıq öndə olmalı, mövzu daha da dolğunlaşdırılmalıdır. Hiss olunmalıdır ki, ona jurnalist yanaşması var.

Təəssüf ki, bunun əksini görürük. Bir qayda olaraq, sosial şəbəkələrdə yayılmış eybəcərlik, kimlərinsə ostap bendersayağı məşhurlaşma niyyəti ilə ortaya atdığı görüntülər telekanallarda son dərəcə düşük şərhlərlə işıqlandırılır. Bu zaman da peşə prinsiplərinə aşkar həqarət yolu tutulur. Belə təəssürat yaranır ki, televiziya və radio kanallarımız ancaq ucuz reytinq yarışmasında geri qalmamağı düşünürlər. İctimai maraq və mənafeləri tam arxa plana atırlar. Ancaq vurğuladıqlarımız hələ son deyil. Yəni, sosial şəbəkələrdəki dedi-qoduların televiziya ekranlarına çıxdığının, hətta dəfələrlə yayımlandığının şahidi oluruq, bu, öz yerində. Aparıcıların əl-qolla, ucuz populizm tonu, yersiz mimika və jestikulyasiyalarla duruma “rəng qatmaları” həmin vəziyyəti tragikomik hala gətirir.

Mövcud xüsusda başqa bir məqama diqqət yetirək. Bəzən qənaət formalaşır ki, sosial şəbəkələrlə televiziya və radio kanallarının belə demək mümkünsə, tandemi var. Birincilər ikincilər üçün “material” olduqları kimi, ikincilər də birincilər üçün istinad nöqtəsinə çevrilirlər. Televiziyaların və radioların bəsit verilişlərinin ayrı-ayrı hissələri sosial şəbəkə seqmentini “bəzəyir”. Beləliklə, birincilərin təqdimatlarındakı sərsəm motivlər sosial şəbəkələrdəki müzakirələr fonunda daha da "dramatikləşir". Nəzərə alsaq ki, media həm də cəmiyyətə mənəvi zövq aşılamalıdır, qeyd etdiyimiz xüsus fonunda həmin zövqün kirləndirilməsi prosesi gedir. Bundan itirən isə bütövlükdə cəmiyyətdir.

***

Bəs nə edək? Yaxud nə etməliyik ki, itirməyək? Əlbəttə, sadaladıqlarımız fonunda, bilavasitə, günahkar axtarışına çıxmaq məntiqindən uzağıq. Ancaq bu duruma görə məsuliyyət daşıyanlar barədə söz açmağımıza əsas yaradır. Yuxarıda telekanal rəhbərlərinin bu sayaq aparıcılara meydan verməklə, onların proqramlarının yayımına şərait yaratmaqla, yumşaq desək, düzgün yol tutmadıqlarını vurğuladıq. Lap əvvəldə isə Azərbaycanda media siyasətinin fundamental istiqamətlərindən söz açdıq. Bu siyasətin hədəflərini açıqlamağımız heç də təsadüf deyildi.

Qeyd edək ki, “Media haqqında” Qanunda ölkəmizdə audiovizual media sahəsini tənzimləyən orqan kimi Audiovizual Şura müəyyənləşib. 2002-ci ildə yaradılmış Milli Televiziya və Radio Şurasının varisi olan bu qurum fəaliyyətində mövcud sahədə tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək, dövlət siyasətinin formalaşmasında iştirak, bu siyasətin reallaşdırılmasını təmin etmək səlahiyyətinə malikdir.

Konkretliyə gəlsək, Audiovizual Şuranın televiziya və radio məkanımızda nizam-intizam yaratdığını söyləmək mümkündür. Qurum mövcud istiqamətdə təsnifatlandırma aparıb və bu cəhət yayım məsələlərinə müasir dövrün tələbləri baxımıdan yanaşıldığının, televiziya və radio yayımının ən müxtəlif parametrlərinin nəzərə alındığının bariz təsdiqidir.

Onu da bildirməliyik ki, audiovizual media subyektləri üçün icrası məcburi olan qərarların qəbulu səlahiyyətinə malik Audiovizual Şura inzibati xəta əlamətləri aşkar etdikdə “Media haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görməyə, habelə qanunvericilikdən irəli gələn digər vəzifələri yerinə yetirməyə mükəlləfdir.

Əlbəttə, Audiovizul Şuraya yol göstərmək kimi məqsədimiz yoxdur. Ona görə ki, həm yol müəyyəndir, həm də qurumun reallaşdırdığı siyasət həmin yolda gedildiyinin təsdiqidir. Ancaq sadaladığımız neqativ halları da bir kənara qoya bilmərik. Deməli, Audiovizual Şuranın bundan sonra öz işinə daha ciddi yanaşması şərtdir. Güman edirik ki, belə də olacaq və nəhayət, televiziya və radio ənənələrimizə, müasir teleradio məkanımızdakı müsbət meyillərə, inkişafa xələl gətirən “ictimai gilyotin” səhnələri tarixin arxivinə gömüləcək, cəmiyyətin norma və prinsiplərini təhdid edən zay proqramların yerini sağlam düşüncə aşılayan efir və ekran nümunələri tutacaq.

“Xalq qəzeti”nin Analitik qrupu
 

Dünyapress TV

Xəbər lenti