Ardını oxu...
Müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

DİA.AZ-ın lent.az-a istinadən xəbərinə görə, o, övladlarının şou –biznes adamları ilə evlənməsini istəməyən sənətkarlara qarşı çıxış edib:

"Məni danışmağa vadar etməyin. Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Bu sahədən yaxşı sahə yoxdur".

Müğənni həmçinin geyimlərini qınayanlara sərt cavab verib.

“Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki biz cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Verilişlərin birinə sinəaçıq libas geyinmişdim. "Instagram"da yazdılar ki, "Bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görsənir". Başıma çadra bağlayıb, gəzməliyəm? Mən müğənniyəm",- deyə o bildirib.
Ardını oxu...
Reper Syud Kaliforniyadakı Soledadda həbsxanasında bıçaqlanaraq öldürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki , bu barədə reperin vəkili məlumat yayıb.

Məlumatda bildirilir ki, Syud kimi tanınan 22 yaşlı Ceym Bruqada Valdez axşam saat 10 radələrində Soledadda həbsxanasının duş otağında bıçaqlanmış halda tapılıb. İlkin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Reperin hansı səbəbdən qətlə yetirilməsi açıqlanmayıb.

Qeyd edək ki, Valdez keçən ilin dekabrında silah saxlamaqda ittiham olunaraq iki il səkkiz ay müddətinə həbs cəzasına məhkum edilib. O, “Back to the bag”, “She gon choose”, “No love”, “Whole time” və “Rewind” kimi mahnıları ilə tanınır.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İskəndər Mehdiyevin hüquqi varisi olan qardaşı Etibar Mehdiyevin onların telefon danışıqlarna şahidlik etdiyi üzə çıxıb.
DIA/AZ-;n məlumatına görə, E. Mehdiyev deyib ki, qardaşı Rəşadla görüşməyə gedəndə onunla danışdıqlarından bəhs edib:
“Soruşdum ki, nə məsələdir, dedi ki, üzdəniraq söhbətidir və bu söhbəti edənlərin üstünə gedirlər. Sonra isə dedi ki, “Rəşad çaşsa, onu vuracağam”.

Etibar həm də söyləyib ki, ailə olaraq bir şikayətləri və tələbləri yoxdur.

Bəs açıqlanan bu detallar Rəşadın məhkəmə prosesinə necə təsir göstərəcək? İskəndərin görüşə gedəndə qardaşına dedikləri və ailənin şikayətinin olmaması Rəşadın cəzasını yüngülləşdirə bilərmi?

“Sherg.az” suallarını cavablandıran vəkil Elçin Sadıqov məsələ ilə bağlı bu şərhi verib:

“Cinayət işininin detallarını bilmirəm. Zərərçəkmiş hansısa qanuna zidd hərəkət edibsə, cinayətə əl atıbsa, şəxs özünü müdafiə həddinə düşübsə, burada zəruri müdafiə həddi və ya bunu aşmaq ola bilər. Zərərçəkmişin ailəsi şikayətçi deyilsə, cinayət məcəlləsinin 59-cu maddəsinin təsir dairəsinə düşür. Bu da Rəşad Dağlıya gələcəkdə cəza təyin olunması məsələsində xeyli yüngülləşdirə bilər”.
Ardını oxu...
“Uşaqlar öz razılıqları ilə mənim yanımdadır, onları məcbur etməmişəm”.

DİA.AZ Yenicag.az-a istinadla xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova həbsdə olan prodüser
Təranə Səmədovanın 2 övladını ondan xəbərsiz götürərək tanımadığı dayəyə verməsi barədə iddiasına cavab olaraq deyib.

Sənətçi baş verənlərə ilk dəfə olaraq aydınlıq gətirib:

“Uşaqları əvvəlcə uşaq evinə verdim. Həftədə bir dəfə evimə gətirmək üçün icazə aldım. Uşaqları evimə gətirdim. Qız geri qayıtmaq istəmədiyini dedi. Bütün rəsmi qurumlara da bu barədə məlumat verdim. Gəldilər, böyük qız ağlayaraq dedi, mən burada qalmaq istəyirəm. Yazılı şəkildə də bunu bildirdi. Mən də anayam, övladlarım var, hamı bilir ki, necə ürəyim var. O uşaqlar ortalıqda qalmışdı, mən o uşaqlara maddi, mənəvi cəhətdən sahib çıxmışam, sinəmə çəkmişəm, yanımda saxlayıram. Heç kimi də məcbur evimə gətirməmişəm”.

Rəqsanə hazırda uşaqların gələcəkdə yaşaması üçün Təranə Səmədovanın evini də təmir etdirdiyini bildirib.
Ardını oxu...
Türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi zaman lentə alınan görüntülər sosial şəbəkədə yayılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Alaçatıdakı əyləncə məkanlarından birində iki xanımla səmimi halda görüntülənib. Aras Bulut İynemli aktyoru oradan uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Xanımlardan biri ilə əl-ələ məkandan ayrılmaq istəsə də, dostları buna mane olub.
Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidir.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Əməkdar artist Rühəngiz Allahverdiyeva özünə yeni ev alıb.
DİA.AZ bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində bildirib ki, maddi vəziyyəti aşağı olduğundan aldığı yeni mənzilini təmir edə bilmir.

"Özüm, öz zəhmətimlə yeni ev almışam. Müəyyən təmir işləri qalıb, pulum olmadığından edə bilmirəm", - deyə Rühəngiz söyləyib.
Ətraflı

Qeyd edək ki, R.Allahverdiyeva bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində mənzil problemini bu sözlərlə dilə gətirmişdi:

"Mən küçədə deyiləm, evim var. Sadəcə balacadır, iki otaqlıdır, kvadratı azdır. Bir sənət adamı üçün belə darısqal evdə yaşamaq çox çətindir. Mənim çoxlu sayda geyimlərim, aksesuarlarım var. Onları da bu balaca evə sığdırmaq çox çətindir. Hansı müğənni mənim kimi belə bir evdə yaşayır? Heç kim... Məndən qat-qat gözəl evlərdə yaşayırlar. 100 qat artıq olsun. Heç kimin də nə malında, nə də ailəsində gözüm var. Aza qane olan insanam".

[Ardını oxu...
Bir neçə gün əvvəl Dubay tətilində qayıdan müğənni Xatirə İslam Moskvaya yollanıb.

DİA.AZ axşam.az-a istinadən bildirir ki, hava limanından fotolar paylaşan sənətçinin paylaşımı diqqət çəkib. Xatirənin şəkillərinə yazdığı "İ lave you Moscow" qeydi izləyicilərinin gözündən yayınmayıb.

Onlar müğənnin səhvini tənqid edərək "Lave" yox, "Love" şərhlərini yazıblar.

Ardını oxu...
Ardını oxu...




Ardını oxu...
“Aparıcılarımız müğənnilərə, efirinə dəvət etdiyi sənətkarlara qarşı diqqətli olmalıdırlar. Bəzən görürsünüz ki, səni efirə dəvət edirlər, sən mahnı oxuyursan, aparıcı öz işindədir. Ya söhbət edir, ya da ki, müğənniyə qarşı diqqətsizlik göstərir. Bu müğənninin də gözündən yayınmır. Müğənni artıq sınır. Əlbəttə ki, müğənniyə də xoş təsir bağışlamır. Sən məni evinə çağırmısan, mənə hörmətsizlik edirsən”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib.

“Efirdə pis şeyləri təbliğ edən müğənnilər dəbə minir. Kimdə nə yoxdursa, ondan danışır. Onları söysələr belə dünüşürlər ki, gündəmdə olaq. Onlar üçün antireklamın özü də reklamdır. Bunların bir evdə ağsaqqalı, ağbirçəyi, öyüd-nəsihət verəni yoxdur?! Biz istər-istəməz onları görürük, gözümüzə girirlər. Onların badına biz də gedirik. Düzdür, tamaşaçı hamını çox yaxşı tanıyır. Bəzən özüm haqda mənfi rəylərə cavab da verirəm. Götürüb o adama yazıram ki, “sən məni tanımırsan, mənim haqda nə fikir bildirə bilərsən?”. Bəzən günahı özümüzdə də axtarmalıyıq. Niyə biz hamıdan incik düşürük? Bəlkə bu problem bizim özümüzdədir? Kimisə ittiham edirik ki, günah səndədir. Bəlkə elə günah mənim özümdədir. Bizdə bu yoxdur, heç vaxt günahı, problemi özümüzdə axtarmırıq” deyə sənətçi bildirib.

Müğənni yaşı ilə bağlı da danışıb.

“Mənim üçün yaş rəqəmlə deyil, özümü hiss etdiyim qədərdir. İçimdə bir gənclik var, hələ də yaşlanmamışam. Dünyaya baxışım gözəldir. Demək olar ki, bütün ölkələrdə, hətta Afrikada belə olmuşam. Dünya ulduzlarının 70-80 yaşı var, bu günə qədər də şour göstərirlər. Biz səhnə adamıyıq, elə şeylər var ki, çərçivədən çıxa bilirik” deyə Nadir Qafarzadə deyib.
 
 
Ayan Babakişiyeva iki ay əvvəl etdirdiyi plastik əməliyyatdan sonra ilk dəfə canlı efirə çıxıb.

 

Sarkazm.az milli.az-a istinadən xəbər verir ki, xanım müğənni “Zaurla Günaydın” verlişinin qonağı olub.

Aparıcı Günay dərhal müğənnin əməliyyatdan sonrakı dəyişikliyinə diqqəti yönəldib: “Verlişdən sonra məni birtəhər edəcəksən. Amma sənə deyim ki, çox gözəl olmusan. Gözlərin çox qəşəng olub”.

Ayan aparıcıya “Amma çox dəyişməmişəm, hə?” sualı ilə qarşılıq verib.

Günay cavabında əməliyyatın çox əla alındığını qeyd edib: “Yüngül toxunuş edib. Özünsən, əsas odur özünsən. Amma gözlərinin iriliyi itməyib də, yuxarı doğru qalxıb. Çox qəşəngdir, çox bəyəndim”.

Qeyd edək ki, Ayan məliyyatdan sonra yerli sayrtlardan birinə açıqlamasında bildirmişdi ki, “Çox cüzi, yəni hiss edilməyəcək dərəcədə kiçik toxunuşlarla korreksiya olunub. Göz nahiyyəmi dartdırdım (endoskopik üz gərmə – red.), buxağımda və bədənimdə liposaksiya əməliyyatı keçirdim”.


Ardını oxu...
“Müğənni qısqanclığı hər zaman olub və olacaq da. Vallah, mən heç kimi qısqanmıram. Heç kimin uğuru məni narahat etmir. Bunu edənlər uğursuz insanlardır. Bəzən elə hallar olub ki, toya getmişəm ki, oxuyum. Həmkarlarım mikrofonu masanın altında gizlədiblər. Mikrofonu verməyiblər ki, bir ağız oxuyub gedim. Bu nə deməkdir? Hələ mikrofonu çantaya qoyanlar da olub. Toya gəlirsən səsi alırlar, gedəndən sonra səs normal işləyir. Bu paxıllıq nə deməkdir? Toya gəlmişəm ki, oxuyub gedim də. Mən heç vaxt hansısa müğənninin səsini aldırmamışam. Bəzən də olur ki, toylarda aparıcılar təqdim etmir. Bu zaman ondan tələb edirəm ki, məni təqdim et, sonra oxuyum”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Mənzurə Musayeva deyib.

“Sosial şəbəkələrdə yazılan rəylərin çoxunu demək olar ki, oxumuram. Bilirəm ki, qərəz var. Elə həmkarlarım var ki, onu araşdırır, onu yazanın kim olduğunu üzə çıxarır. Reaksiya vermirəm. Məni hamı sevə, pərəstiş edə bilməz. Nə istəyirlərsə yazsınlar. Amma o qədər də mənfi rəylər yazan yoxdur. Bilirəm ki, onları tamaşaçılar yox, bəzi dırnaqarası həmkarlarımız yazır” deyə müğənni bildirib.

Müğənni toylarda başına gələn maraqlı əhvalatları da bizimlə bölüşüb.

“Tez-tələsik toya getmişəm, ayaqqabı yadımdan çıxıb. Həmişə maşında ayaqqabılarım olub, arxayın olmuşam ki, maşında dəyişəcəm. Musiqiçiyə zəng edib demişəm ki, sən Allah mənim üçün ayaqqabı tapın. Hər dəfə uzun paltar geyinirəm, bu dəfə tərslikdən qısa geyinmişəm. Bir əcaib ayaqqabı tapıb gətirdilər. Bütün toyu ayağıma baxa-baxa oxudum. Əslində heç kim ayağıma baxmırdı, amma mənə elə gəlirdi ki, hamı ayağıma baxır” deyə müğənni bildirib.

Mənzurə Musayeva bildirib ki, bəzi efirlərdə ona qeyri-etik suallar ünvanlanır. Buna görə də anası bəzən əsəbləşir.

“Verilişlərdə bəzən verilən suallardan bezirəm. Elə suallar ünvanlayırlar ki, bəzən çox narahat oluram. Məni həmin verilişlər çox yorur. Çevir tatı, vur tatıdır. Elə mövzulara toxunurlar ki, həm özümün, həm də evdəkilərin acığına gəlir. Tamaşaçılar da elə bilərlər ki, bunu efir vasitəsilə özüm edirəm, özüm aparıcılara tapşırıram ki, mənimlə belə danışsınlar. Anam ən böyük tənqidçimdir. “Mənzurə açıq-saçıq geyinmə, qısa geyinmə deyir”. Bəzən olur ki, verilişlərdə bir az sevgidən, məhəbbətdən danışıram. Anam baxıb əsəbləşir. Evə gizlin gəlib, qapını sakitcə açıb, girirəm içəri. İstəmirəm ki, o anda məni görüb danlasın. Fikirləşirəm ki, səhər nə deyər-deyər” deyə sənətçi bildirib.

Dünyapress TV

Xəbər lenti