Ardını oxu...
Türkiyəli məşhur sənətçi İbrahim Tatlısəs 5 ildir evində razılığı olmadan yaşadığını iddia etdiyi nəvəsi Mert Tatlısəsi məhkəməyə verib.

İbrahim Tatlısəs, həmçinin Mert Tatlısəsin atası Ahmet Tatlısəslə də məhkəməlik olub.

Oğlu Ahmet Tatlısəslə əvvəllər miras məsələsinə görə məhkəmədə qarşılaşan sənətçi indi də nəvəsi ilə problemlər yaşayır.

İbrahim Tatlısəs nəvəsinin 5 ildir Sarıyer Oyak Sitesi məhləsindəki mənzilində icazəsiz yaşadığını iddia edərək onu məhkəməyə verib.
Ardını oxu...
Mənbə: Haber Global
 
Ardını oxu...
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın həyat yoldaşından boşanması bir neçə gündür gündəmi alt-üst edib.

Eşqin Cəlilovla Aysun İsmayılova may ayının 3-dən rəsmən boşansalar da bir neçə gündür tərəflər ayrılıqlarının səbəblərini açıqlayır və bu məsələ müzakirələrə səbəb olub.

Bəziləri isə məşhurların evliliklərinin saxta olduğunu iddia edir və onları tənqid atəşinə tuturlar.

Məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu cür məsələlərin gündəmə çevrilməsində yeganə günahkarın Rəqsanə İsmayılova və ailəsi olmadığını bildirib:

"Burada günah 50/50-dir. İnsanların yarısı onların boşanmasından gündəm tutur. Amma bəzən insanlar şantaja, qeybətə məruz qalırlar. Bu da yolverilməzdir. Mən şou-biznes mühitinin adamı olmadığım üçün Rəqsanə xanımı tanımıram, heç üzünü də görməmişəm.

Bu məsələdə məişətlə, əxlaqla bağlı bir çox problemlər var, ona görə tək bir nəfəri ittiham etmək haqsızlıq olar. Son vaxtlar eybəcər, təsadüfi, səsi olmayan xanımlar gündəmi zəb ediblər. Onlar ətəyini, balağını qaldırmaqla, sinəsini açmaq gündəmdə qalmağa çalışırlar, nə səsləri, nə də musiqi təhsilləri var. Kiminsə yazdığı şeirlərə əndrabadi mahnılar oxuyurlar, rəqs edib yanlarını atırlar. Mən bunun günahını xalqda və televiziyalarda görürəm".

Kinorejissor yerli telekanalları da sərt tənqid edib:

"Televiziyalar bu cür mənasız, mahiyyətsiz, bizim əxlaqımıza, milli-mentalitetimizə uyğun olmayan adamları haradan tapıb efirə çıxarırlar?! Bir də görürsən azyaşlı uşaq da çıxıb edirdə oynayır, ədəbaz-ədəbaz hərəkətlər edir. Bunlar bizi hara aparırlar? Efirə çıxarmağa namuslu, əxlaqlı, ziyalı ailədən gələnlər yoxdurmu? Onlar kimi təbliğ edirlər? Məni yandıran, odur ki, mənim gözəl xalqım da onları televiziyada görür, gedib borca pul tapır, bir kisə pul verib toyuna o "manıs"ları dəvət edir.

Bu məsələ günah tək Rəqsanə xanımda olmasa da, bu, kütləvi şoumenliyin, nəzarətsizliyin bir nümunəsi də yəqin ki, o xanım və ailəsidir. Təəsüflər olsun ki, onu şəxsən tanımıram və nə mənfi, nə də müsbət fikir bildirməyəcəyəm. Mən belə halların gündəm mövzusuna çevrilməsinin, hər kəs tərəfindən müzakirə olunmasının ümumi səbəblərini sadalayıram". \\Milli.Az
 
Ardını oxu...
Rusiyanın Solneçnoqorsk şəhər dairəsinin Əmlakın İdarə Edilməsi Komitəsi müğənni Alla Puqaçovaya qarşı iddia qaldırıb.

Buna səbəb 2021-ci ilin aprelindən bəri sənətçinin Berejki kəndindəki torpaq sahəsinin icarə haqqını ödəməməsidir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə şəhər rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

“7 aprel 2023-cü il tarixində Əmlakın İdarə Edilməsi Komitəsi 2021-ci ilin aprel ayından yaranmış borcun ödənilməsi üçün Moskvanın Tverskoy rayonunun 367 saylı Sülh Məhkəməsinə iddia ərizəsi göndərib”, - məlumatda deyilir.
Ardını oxu...
 

Ardını oxu...
    

Müğənni Aysel Əlizadə Turanə Nəcəfova adlı qadının ailəsini dağıtması, onun həyat yoldaşı Elçini əlindən alması ilə bağlı ittihamlara cavab verib.
Müğənni “Instagram”da bu hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini yazıb:
“Son vaxtlar barəmdə səslənən əsassız, həqiqətə uyğun olmayan və yalan fikirlərlə əlaqədar hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etməkdəyəm. Şərəf və ləyaqətimin alçalmasına yönələn əsassız fikir formalaşdıran, yəni məlumat mənbələri olan şəxslər qanun və məhkəmə qarşısında cavab verəcəklər”.
“Dərhal televiziyada və yayımlanan verilişdə barəmdə əsassız fikirlər səsləndirilməsinin dayandırılmasını, həmçinin, təkzib verilməsini, üzr istənilməsini tələb edirəm. Bu məsələ hüquq müstəvisində öz həllini tapacaq.
Məndən açıqlama istəyən dəyərli izləyicilərim, dostlarım, həmkarlarım, susmağıma səbəb bu idi. Bu olanlar məni ruhdan sala bilməz, əksinə, daha da güclü oluram. Və sona qədər haqqımı tələb edəcəyəm”.

oxu.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
Ardını oxu...
“Efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə”.

DİA.AZ yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev efirdə deyib.

Adının qalmaqallarda hallanmasının hər zaman əleyhinə olduğunu deyən sənətçi çox vaxt özündən asılı olmayaraq buna təhrik olunduğunu bildirib:

“İndi mənim o yaşım deyil ki, kiminləsə qalmaqal edim. Tanınmamış müğənniyə ola bilsin ki, kiminləsə qalmaqal yaratmaq lazımdır. Hərdən məni görənlər deyir, səni belə tanımazdım. Deyirəm, nə mənada. Deyir, sən çox sadə, çox fərqlisən, amma efirdə başqa cür görünürsən. Deyirəm, efirdə elə hallarla qarşılaşırsan, o məqamda sadəlik gözə görünmür, sözünü yeritmək istəyirsən ki, belə yox, belədir. Amma burada oturub qardaşyana çay içirik.

Məni çox ciddi adam kimi tanıyırlar. Amma yumoru sevən, deyib-gülən adamam. Amma efirdə adamı sürüklüyüb salırlar o ciddiliyə. Əsəbi insan kimi görünürəm. Əslində, mən çox səmimiyəm, deyib-gülməyi, zarafat etməyi bacarıram”.
 
Ardını oxu...
Aktyor Ostin Batler sevgilisi Kaye Qerber ilə evlənmək istəmir

Publika.az xəbər verir ki, bu barədə "Radar Onlin" nəşri mənbəyə istinadla məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, 31 yaşlı Ostin Batler işlə məşğul olduğu üçün 21 yaşlı Kaye Qerberə ürək açmağa tələsmir.

“Kaye yaxın gələcəkdə Ostinlə evlənmək istəyir, lakin o, evliliyin hazırda onun radarında olmadığını açıqlayır. O görür ki, onun karyerası birinci yerdədir və bu, çətin ki, dəyişsin", - deyə jurnalistlər insayderin sözlərindən sitat gətiriblər.

Onların arasında olan münasibət ilk dəfə 2021-ci ilin dekabrında üzə çıxıb. Model daha əvvəl "Euphoria"nın ulduzu Ceykob Elordi ilə görüşmüşdü.

Batler "Ən yaxşı kişi rolu" nominasiyasında "Oskar" mükafatına namizəd olub ( "Elvis" filmindəki Elvis Presli roluna görə ), lakin Brendan Freyzerə uduzub. Qerber onu "Vanity Fair" şənliyində müşayiət edib.

Qeyd edək ki, Kaye Qerber supermodel Sindi Kroufordun qızıdır.
 
Ardını oxu...
Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan biri olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların qiymətlərinə təsir edib.

Referans.az şoubiznes ulduzlarının son toy qiymətlərini araşdırıb. Bu qiymətlər toyda iştirak şərtlərinə görə dəyişir.

Məsələn yarım saatlıq çıxış üçün qiymət, bütöv toy qiymətlərindən azı 3-5 dəfə az olur. Amma toyu əvvəldən-axıra qədər idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramı xərclərini də xidmət haqqına əlavə edir.

Müğənnilərin yarım saatlıq və limitsiz (toy başlayandan qurtarana qədər) toy qiymətlərini təqdim edirik:

Müğənnilərin həm yarım saatlıq, həm də bütöv toy qiymətləri:

Nuri Sərinləndirici – 8500 AZN, 23800 AZN
Abbas Bağırov – 5000 AZN, 18000 AZN
Xatirə İslam – 4000 AZN, 11000 AZN
Nadir Qafarzadə – 3000 AZN, 10000 AZN
Damla Məmmədova – 3000 AZN, 5000 AZN
Talıb Taleh – 3000 AZN, 6000 AZN
Şəbnəm Tovuzlu – 3000 AZN, 5000 AZN
Tərlan Novaxnılı – 1500, 5000 AZN
Aqşin Fateh – 1500 AZN, 2500-3500 AZN
Türkan Vəlizadə – 2000 AZN, 4000 AZN
 

 

 
Ardını oxu...
 
Türkiyəli aktrisa Alara Bozbeyin yeni layihəsi bəlli olub.
Aktrisa "Dönence" serialında rol alacaq. O, layihədə "Ufuk" obrazına həyat verəcək.
Qeyd edək ki, Alara hazırda "Kızılcık şerbeti" serialında rol alır.
  • Ardını oxu...
Ardını oxu...
 
Dünya şöhrətli pop müğənni Britni Spirs 1 ildən çoxdur oğlanlarından ayrı yaşayır.
Xarici mətbuat xəbərinə görə, uşaqları analarının telefon zənglərinə cavab vermirlər. Bu barədə müğənni özü müsahibəsində danışıb.
Spirsin 17 yaşlı oğlu Şon Preston və 16 yaşlı oğlu Ceyden Ceyms il yarımdır onunla küsülüdürlər.
Britni Spirs idmançı Sem Asqari ilə evləndikdən sonra oğulları ondan üz döndəriblər.
 
Ardını oxu...
“Rəhman mənimlə ailə həyatı qurmaq istəyəndə bilirdim ki, ailəsi, 4 uşağı var. Öz-özümə dedim ki, bu izdivac baş tutmaz, ona ərə getmək istəmirəm. Anam da bildi, nə o, nə də ki, qardaşlarım razı oldu. Mənə bir kəlmə dedilər ki, ailə dağıtmaq yaxşı şey deyil. Sən demə o çoxdan ayrılmışdı, biz amma bilmirdik. Sonra anama da, qardaşlarıma da dedilər ki, ayrılıb. Məni yolda gördü, yenidən təklif etdi. Dedim ki, “sənə ərə gəlməyə qorxuram”, çünki yoldaşını da, uşaqlarını da tanıyırdım. Çox fikirləşdim, o dəqiqə “hə” demədim. Yeznəmə dedilər ki, “Rəhman Gülbikəni istəyir, o necə oğlandır?” Dedi ki, “Rəhman çox yaxşı insandır”. Yeznəm razılıq verəndən sonra mən də, anam da razılıq verdik”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanovun həyat yoldaşı Gülbikə Rəhmanova deyib.

“30 ilə yaxındır ki, ailə həyatı qurmuşuq. Hələ bir dəfə də Rəhman xətrimə dəyməyib. Xətrimə dəysə belə heç vaxt üzünə vurmaram, danışmaram. Onu özümdən də çox istəyirəm. O mənim həm anamdır, həm atamdır, həm də həyat yoldaşım. Mənim övladım olmayıb, onu həm də özümə bir övlad bilirəm. Ona balam kimi baxıram. Təki hamının sevgisi, həyatı bizim kimi olsun. İstəmərəm ki, onun ayağına bir daş dəysin” deyə həyat yoldaşı Gülbikə xanım deyib. O, aktyor həyat yoldaşını heç vaxt qısqanmadığını bildirib.

“Əvvəllər tamada gedirdi, toy saat 12-də qurtarırdı, bu gəlirdi saat 3-də. Kişi xeylağıdır, axşam evinə gəlirdi də. Mən ondan soruşmaram ki, niyə gecə gəldin? Heç vaxt da soruşmamışam. Soruşsaydım, bəlkə də indiyə qədər soyuq olardı münasibətimiz, ayrılardıq. Özü bilər. Qısqanclıq məndə yoxdur. Aktyordur, aktrisalarla öpüşüb-görüşür. Bu onun işidir. Durub deyim ki, niyə görüşürsən?! Mən bilirdim ki, kiminlə evlənirəm. Bilirdim ki, 4 uşaq üstünə gedirəm. Bilirdimsə demək ki, bunu da öhdəmə götürməli idim. Övladları ilə münasibətim çox yaxşıdır. Onlara elə şərait yaratmışam ki, məni öz analarından ayırmayıblar. Hamısı balalarımdır. Heç vaxt oturub fikirləşməmişəm ki, mən niyə 4 uşaq üstünə getdim?! Onlardan bir pislik görməmişəm, peşman deyiləm” deyə sənətkarın xanımı bildirib.

Dünyapress TV

Xəbər lenti