Ardını oxu...
Müğənni Xatirə İslam sosial şəbəkələrdə tənqid olunub.
“Sherg.az” xəbər verir ki, buna səbəb ifaçının paylaşdığı videoda “Chanel” brendindən olan üz kremini reklam etməsi olub.
Belə ki, özünə qulluq etdiyi anları paylaşan Xatirə sözügedən markanın məhsulunu izləyicilərinə tövsiyə edib.
Lakin istifadəçilər “Həmin brendin bir kreminin qiyməti 400 manatdır. Mənim kasıb xalqımın xanımları o pulu hardan alsın?” kimi şərhlər yazıblar.
Ardını oxu...
Müğənni Şəbnəm Tovuzlunun uzun müddətdir münasibətdə olduğu Həci Ramilin ilk evliliyindən olan oğlunun görüntüsü yayılıb.
TEREF.AZ “Sherg.az”a istinadla xəbər verir ki, İlkin adlı gənc atası ilə görüntülərini TikTok-da paylaşıb.
İzləyicilər onun atasının Ş. Tovuzlunun oğlunun atası Həci Ramil olduğunu görərək “Şəbnəm Tovuzlunun həyat yoldaşıdır” kimi şərhlər yazıb.
İlkin isə bu rəylərə etiraz edərək “Əri deyil”, - deyə, bildirib.

Həmçinin Tovuzlunun ünvanına təhqiramiz ifadələr səsləndirib.
Bir müddət sonra isə o, bu paylaşımları silib.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
“Bir müddətdir ki, Bakıdayam. Qəlbim hər zaman Bakı ilə döyünüb. Moskvada olanda da bilirdim ki, müvəqqəti getmişəm. Mən vətənimi heç vaxt tərk etməmişəm. Səhər tezdən durub idman edirəm, daha sonra gitarada 1 saat məşq edirəm ki, barmaqlar öyrəşsin. Evdə studiyam var. Dostlarla görüşlərim olur. Yaradıcılıq çox ciddi bir məsələdir. Bəzən elə olur ki, illər əvvəl ifa etdiyin mahnını, baxırsan ki, başqa cür ifa etmək lazım olur. Yaradıcılığın axırı, sonu yoxdur. Mənim repertuarım çox genişdir. Təhsilimi də Moskavada almışam, ilk addımlarımı da Moskvada atmışam. Ona görə də mənim repertuarımda rus dilində mahnılar çoxdur. Hər mahnı bir obrazdır. Onu gərək səhnədə yaradasan”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən müğənni Sərxan Sərxan deyib.

“Musiqiləri özüm üçün yazıram. Hətta hamıya deyirəm ki, məni təqdim edəndə bəstəkar deyə təqdim etməyin. Özüm üçün yazıb, özüm üçün oxuyuram. Başqa bəstəkarların ifalarını da oxuyuram. Bəzən müğənnilər zəng edirlər ki, “Sərxan müəllim, olarmı mahnınızı oxuyum?”. Vallah mən etiraz etmirəm. Pis də oxumurlar. Bəzən restorana gedirəm, görürəm ki, müğənnilər oxuyurlar. İncəsənət kütləvi ola bilməz. Elə mahnılar var ki, onlar ancaq bazarlarda, küçələrdə dinlənilir. O mahnıları efirlərdə vermək düzgün deyil. Bizim xalqımız yaxşını pisdən seçəndir. Zaman-zaman öz qiymətlərini verirlər. Mən toy mahnılarının səhnəyə gətirilməsini istəməzdim. Toy başqadır, səhnə başqa. O vaxt Aztv-də qara siyahı var idi. Hansı müğənni toylara gedirdi, onları efirə çağırmırdılar. İndi tamamilə əksinə olub” deyə sənətkar bildirib.

Xalq artisti cavan qalmasından da danışıb.

“Çox tez-tez deyirlər ki, heç dəyişməmisiz, necə görmüşüksə elə də qalmısız. Səhnə insanı cavan saxlayır. Daxili aləmini gərək gözəl, saf saxlayasan. İnsan həm də öz qiymətini bilməlidir. Yaraşıqlı olduğuma görə ata və anama təşəkkür etməliyəm. O zaman pərəstişkarlarımın xoşlarına gəlirdim. Həmin xanımların sevdikləri şəxslər məni onlara qısqanırdılar. Tərs-tərs baxışlarla mənə baxırdılar” deyə sənətkar bildirib.

Sərxan Sərxan məhəbbət mövzusundan da danışıb.

“Məhəbbət arzudur. Əgər bu hiss səndə yaşamırsa, demək ki, sən də yaşamırsan. Məhəbbət təkcə kimisə sevmək demək deyil. Bu mənim üçün çox geniş bir anlamda olan sözdür” deyə müğənni bildirib.
Ardını oxu...
47 yaşlı avstraliyalı müğənni Sia ikinci dəfə evlənib.

Lent.az-ın xəbərinə görə, məşhur müğənni sevgilisi Den Bernard ilə ailə qurub.

Medianın gözündən uzaqda baş tutmuş toy İtaliyanın Portofino şəhərində keçirilib.

Sia birinci əri Erik Andersdən 2014-cü ildə boşanıb.
Ardını oxu...
 
 
 

Ardını oxu...
“Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı dəyişdirilib.

DİA.AZ “Qafqazinfo”ya istijnadla xəbər verir ki, proqramın aparıcısı Günel Həsənzadə layihədən ayrılıb.

Verilişə aparıcılıq etmək isə şair Nazilə Səfərliyə həvalə olunub.
Bu barədə paylaşım edən N. Səfərli G. Həsənzadənin xarici ölkəyə köçdüyünü bildirib: ““Space TV”nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. “Banu” izləyicilərinin könlünü almaq mənə də asan olmayacaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü. Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
“Restoranımızın bağlanması orada baş verən dava ilə əlaqədar deyil. Restoran qapalı məkan idi, soyuq aylar üçün nəzərdə tutulmuşdu. Biz özümüz də yay aylarında dağda-dərədə, açıq havada oluruq. Ona görə də restoranı müvəqqəti olaraq bağlamışıq. Hər il iyun-iyul aylarından bağlayırdıq, bu il istilər tez düşdüyü üçün may ayından bağladıq. Yay aylarında o cür bağlı məkanlar ziyana işləyir. Biz də bağlamağa məcbur idik. Yoxsa vergi, işçilərin maaşını çatdırmaq olmazdı. Ayda elə 4-5 min işçilərin maaşıdır. Restoranı bağlayıb, rayona gəlmişəm. Müəyyən çəkilişlər, toylar olandan-olana Bakıya gedirəm”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Zülfiyyə İbadova deyib. O, restoranlarında baş verən davaya da aydınlıq gətirib.

“Restorandır, hər şey baş verə bilər. Bu bizim iki tanışlarımız arasıdan baş verən bir mübahisə idi. Elə də böyük bir dava deyildi. Təbii ki, o insanlar da tanınmış şəxslər idi. Buna da oğlum Babək sərt reaksiya verdi ki, bu kimi hallar restoranda baş verməsin. Gündüz vaxtı idi, xoşbəxtlikdən müştəri də yox idi. Axşam vaxtı olsaydı bəlkə də söhbətləri hamı eşidərdi” deyə aşıq bildirib.

Aşıq Zülfiyyə toyların azalmasından da şikayətlənib.

“Toyun qazancı tam başqadır, biznesin qazancı tamam başqa. İndi sözün düzü, əvvəlki toylar da yoxdur. Biznes sahəsində də əvvəlki gəlir yoxdur. İndi problemlər daha çoxdur. Ümumi millətin də problemi çoxdur. Bir dəfə efirə çıxan kimi 4-5 dənə kart atırlar sənə. Elə bilirlər ki, efirə çıxanda bizə pul verirlər. Bizim də çevrəmizdə o qədər imkanı olmayan adamlar var ki, heç onlara çatdırıb kömək edə bilmirik. Yenə də əlimdən gələni edirəm” deyə aşıq bildirib.

“Niyə qadın aşıqlar bir-biri ilə yola getmir?” sualına isə Zülfiyyə xanım belə cavab verib.

“Xahiş edirəm məni onların içinə qatmayın. Neçə illərdir məni tanıyırsınız, üzdə necəyəmsə, içdə də eləyəm. Mən olduğum kimi görünən insanlardanam. Üzdə başqa, içdə başqa olanlardan deyiləm. Heç kimə də yaltaqlıq edib, donda-dona girməyi sevmirəm. Nə sözüm varsa deyərəm, cavabım varsa verərəm. Heç kimlə işim yoxdur, yəqin ki, heç kimin də mənimlə işi yoxdur. Hər birinə can sağlığı arzulayıram. Heç kimin nə pisliyini istəmərəm, nə də uğursuzluğunu. Məsəl var, deyirlər ki, “qonşun üçün iki inək istə ki, birini də sənə versin”. Şükür Allahın verib və vermədiklərinə” deyə aşıq bildirib.
 
Ardını oxu...
Müğənni Əli Mirəliyev və şair Anar Vəziroğlunun arasında canlı efirdə qalmaqal yaşanıb.
TEREF.AZ bizim.media-ya istinadən bildirir ki, "Bizimləsən" ictimai-sosial verilişində espert qismində iştirak edən tərəflərin mübahisəsinə səbəb müğənnin şairə söylədiyi "Başını bilmədiyin yerə soxursan" sözləri olub.

Əli Mirəliyevin bu sözlərinə Anar Vəziroğlu "od püskürüb": "Mən eşitməmişəm, amma mənə söylədilər ki, siz mənə "Anar başını bilmədiyi yerə soxur" sözlərini demisiniz. Yadında saxla, Əli müəllim sənə böyük hörmətim var. Amma kimsə, mənə qarşı hörmətsizlik edəndə, dayanmıram, düz də edirəm. Mən başımı girmədiyi yerə soxan kişilərdən deyiləm. Sən Faiq Ağayev, Müslim Maqomayev, Polad Bülbüloğlunu bəyənmirsən. Əgər sən dediyim kimi, bu sözlərinin musiqiyə aid olduğunu deyirsənsə, mən musiqiçi ailəsində böyümüşəm. Niyə mənim musiqidən xəbərim yoxdur? Əli müəllim siz məndən yaşca böyük, peşəkar müğənni ola bilərsiniz, amma mənim üçün peşəkar musiqiçi Alim Qasımov, Faiq Ağayevdir. Siz isə yox! Əli müəllim cızığından çıxdı. Əgər mənimlə bir verilişdə iştirak etmək istəmirsənsə, xoş getdin. Oturduğum yerdə bostanıma niyə daş atırsınız?".

A.Vəziroğlunun bu ifadələrindən sonra Ə.Mirəliyev qarşı tərəfdən üzr istəyib:

"Mənim sənin bostanında nə işim var? Mənim sənin qardaşın Baba Vəziroğluya böyük hörnətim var. Sənə də hörmətim var. Dedim ki, musiqi məsələlərinə qarışma. Anar, sən düz danışmırsan. Bu sahə mənə aid olduğuna görə belə dedim ki, "Başını bilmədiyin yerə soxursan". Ola bilər ki, biraz ağır səsləndi sözlərim. Bu sözlərimə görə də səndən üzr istəyirəm. Əgər ürəyinə toxundusa, üzr istəyirəm. Çünki bu musiqi sahəsini təkcə səndən yox, elə qardaşın Baba Vəziroğludan da yaxşı bilirəm. Alim Qasımovu isə 1992-ci ildə bəyənmişəm. Onun oxuduğu "Bayatı Şiraza" ağlamışam. Ondan sonra istiqamətini dəyişdirdi, mən də fikrimi ona qarşı dəyişdirdim".

 
 
 
Ardını oxu...
Mübariz Tağıyev "Avroviziya" təmsilçilərimizin geyimindən danışdı: "Məgər bu günə qədər..."

Ötən gün "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimində Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşlarının geyim tərzi sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Həmçinin təmsilçilərimizin saç düzümü, makiyajı da bəyənilməyib.

Hurriyyet.Az xəbər verir ki, musavat.com Xalq artisti Mübariz Tağıyevin fikirlərini öyrənib. Xalq artisti əkiz qardaşların geyim və ifa tərzinə bu cür mövqe bildirib:

"Məgər indiyə qədər "Avroviziya" təmsilçilərimizin geyimi Azərbaycana uyğun olub? Bəs niyə bu günə qədər bu haqda danışılmırdı? Bəli, Turan və Turan qardaşlarının ötən gün açılış mərasimində geyindikləri geyimdən xəbərdaram. Təbii ki, onlar özləri bu seçimi etməyiblər, bu işə baxanlar seçib. Ola bilsin ki, geyimləri səhnə, dekorasiya ilə uyğunlaşdırılıb Ona görə də tənqid etməyə tələsmək lazım deyil. Hələ bilmirik axırda nə olacaq. Hər halda geyim səhnəyə uyğunlaşdırılıb. Turan və Turan qardaşları bu böyük səhnədə ilk addımlarını atırlar. Onlar indi uğur qazanmağa çalışmalıdırlar və fikirləşməlidirlər ki, Azərbaycanı təmsil edirlər. Geyimlə bağlı bizim deməyimizlə heç nə həll olunmur. Lakin mən hiss edirəm ki, bu gənclərdə nəsə var. Çünki çox sərbəst və kompleksizdirlər. O ki qaldı ifa etdikləri mahnıya, deyə bilərəm ki, babatdır. Gəlin, hamımız tənqidlərdənsə bu gənclərə uğurlar arzulayaq".

Qeyd edək ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşlarının görünüşü üzərində Fuad Hacıyev və Niko Lab çalışıb. Geyimin müəllifi isə dizayner Aysel Sadıqovadır.

"Avroviziya"da Azərbaycan nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova axşam.az-a açıqlamasında Tural və Turanın səhnə geyimlərinin fərqli olduğunu deyib. O qeyd edib ki, həmin geyimlər səhnə deyil, firuzəyi xalıya, yəni müsabiqənin açılış mərasiminə geyinilib:

"Mahnımızı və səhnə obrazını tamamlayan, birinci rəsmi məşqdən sonra ictimaiyyətə təqdim olnunan səhnə paltarları isə dəyişilməz olaraq qalıb. "Avroviziya" incəsənət tədbiri olduğundan, burada geyinilən geyim də özünə görə incəsənətdir və obraz kimi qəbul olunmalıdır (olunur da). Təmsilçilərimizin həm səhnə geyimi, həm xalıdakı geyimləri bizim Azərbaycanlı dizayner tərəfindən yaradılıb, bunu biz burada fəxrlə qeyd edirik.

"Avroviziya"da bu il Azərbaycan təmsilçilərini qeyri-rəsmi olaraq ən zövqlü iştirakçılar adlandırırlar. Təbii ki, hər kəsin şəxsi fikrini deməyə haqqı var, amma diqqət yetirsəniz, geyim açıq-saçıq deyil. Müsabiqə çərçivəsində, beynəlxalq ictimaiyyət tərəfindən bizim builki obrazlar böyük maraq və müsbət şərhlərlə qarşılanır. Əlavə edim ki, təmsilçilərimiz öz geyimlərindən razıdırlar. Bildiyiniz kimi, bu günlərdə müsabiqənin ən vacib anlarını yaşayırıq, təmsilçilərimizə geyimə görə tənqid yox, hərtərəfli dəstək və müsbət enerji lazımdır. Ümid edirəm ki, həmvətənlərimiz "Avroviziya"nın incəsənət tədbiri olduğunu yaddan çıxarmayacaqlar".

Xatırladaq ki, Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə Liverpul şəhərində çıxış edəcəklər. Əkizlər mayın 9-da 1-ci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxacaqlar. Müsabiqə İctimai Televiziyanın canlı yayımında təqdim olunacaq.
 
 
 
Ardını oxu...
"Atamın və anamın qorxusundan müsahibələrimdə hər zaman deyirdim ki, ailə quracağam. Həmçinin hansı yaşda ailə quracağımla bağlı sualları mənə verildi. Ailə qurmaq, övladlarımın olmasına hər zaman marağım, istəyim olub. Amma səhnəni, sənətimi qoyub gedim kimi məsələlər haqda heç zaman düşünməmişəm".

Bizim.Media xəbər verir ki, bu sözləri uzun müddətdən sonra yenidən Vətəninə qayıdan müğənni İradə İbrahimova qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda deyib.

Həyat yoldaşı, iş adamı Ceyhun İzerdən söz açan sənətçi bildirib ki, əri köklü azərbaycanlıdır:

"Həyat yoldaşım Ceyhunla 20 yaşımız olanda tanış olmuşuq. 2013-cü ildə başladıq bir-birimizlə sevgili olaraq danışmağa. Altı il sevgili olaraq qaldıq. Sonunda isə mən fədakarlıq etdim. Sənətimin ən pik zamanında ailə qurdum və səhnədən getdim. O zamanlar ard-arda hitlər təqdim edirdim. O da İstanbulda çalışırdı, oradan ayrılmaq istəmirdi.

Hərdən Ceyhuna hirslənirəm, deyirəm ki, bilsəydim səninlə ailə quracağam zamanında qurardıq, artıq uşaqlarımız da böyümüşdü. Qoca vaxtımda ana oldum. 35 yaşında ikinci övladıma ana oldum. Qadın 30 yaşına kimi ana olmaq məsələlərini bitirməlidir. Ərim Ceyhun köklü azərbaycanlıdır. Seyid Həmzə Nigarının kötücəsidir. Onların seyid yox, qarabağlı olduqlarını ailə qurduqdan sonra öyrəndim".

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzerlə ailə həyatı qurub.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlunu dünyaya gətirib.

Hazırda İradə İbrahimova ailəsi ilə birlikdə İstanbul şəhərində yaşayır.

 
Ardını oxu...
Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb.

DİA.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, ötən gün olan açılış mərasiminə Azərbaycan təmsilçiləri qadın geyimi ilə qatılıblar. Qardaşların bu “imici” ölkə vətəndaşları tərəfindən birmənalı qəbul olunmayıb. Onların bu görüntüsü haqda çoxsaylı tənqidlər sosial şəbəkələrdə öz əksini tapıb.

İstifadəçilər Azərbaycanı təmsil edən kişi cinsinə məxsus şəxslərin qadın geyimindən istifadə etməsini biabırçılıq adlandırıblar.

Politoloq Əziz Əlibəyli isə Facebook hesabında yazıb:

“Uşaqlar, bu, ayıb deyil? Hansı ölkəni təmsil etdiyinizdən, hansı ildə və hansı proseslərdə yaşadığımızdan xəbəriniz yoxdur?

Dünya Azərbaycanı onun övladlarını vətən müharibəsi və müstəsna qalibiyyəti ilə tanıdır.

Bu nə simadır? Bu nə biabırçılıqdır?”
 

Dünyapress TV

Xəbər lenti