Ardını oxu...
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov son zamanlar Rusiya və ABŞ arasında ikitərəfli dialoqda aktivləşmənin olduğunu qeyd edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Onun sözlərinə görə, bu yaxınlarda ABŞ və Rusiya arasında strateji sabitlik, antiterrorizm, həmçinin ikitərəfli məsələlərdə kəskin problemlər üzrə məsləhətləşmələr keçirilib.

"Koreya Xalq Demokratik Respublikası və Əfqanıstan üzrə fikir mübadiləsi müvəffəqiyyətlə inkişaf edir. Bizim hərbçilərimiz Suriyada əlaqələri davam etdirirlər. Ünsiyyətin effektiv və olduqca məhsuldar vasitəsi baş qərargah rəisləri səviyyəsində yaranıb", - deyə Antonov əlavə edib.

Bu halda o qeyd edib ki, Moskva və Vaşinqton "yığılmış ikitərəfli qıcıqlandırıcıların uçqunları"nı dağıtmağa başlamalıdırlar.
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel noyabr ayının 10-da görüş keçiriləcəklər.

Trend-in məlumatına görə, görüşün səbəbi 1989-cu ilin irsi və Avropa layihəsinin mənasını dərk eləmək, eləcədə Franko-Almaniya əlaqələrin əhəmiyyətini əks etdirmək üçün bir fürsət olacaq.

Ardını oxu...

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp telefon danışığınınn gedişatında noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşü təsdiq ediblər,

“Report” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidenti Administrasiyasının xəbərində bildirilir.

Qeyd edilir ki, hər iki lider ABŞ prezidentinin dəvəti ilə noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşü təsdiq edib. Tərəflər həmçinin ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

Bir gün əvvəl Rəcəb Tayyib Ərdoğan bildirib ki, noyabrın 13-də ABŞ-a səfər edib-etməyəcəyini bilmir. O, qeyd edib ki, Trampla telefon danışığının nəticəsinə görə qərar qəbul edəcək.


Ardını oxu...

ABŞ prezidenti Donald Trampla Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçıları noyabrın 13-də Vaşinqtonda keçiriləcək görüşü müzakirə ediblər.
Ardını oxu...

Xüsusilə son günlər bəzi məmurlarla bağlı qərarlar cənab icra başçısını ciddi narahat edib və izi itirmək üçün Çexiyadakı şirkətinin təsisçiliyindən imtina edib.
Çexiya Maliyyə Nazirliyinin reyestr məlumatlarına görə bir həftə əvvəl, yəni oktyabrın 28-də Brnoda fəaliyyət göstərən AZ-SERVİCE NR SRO şirkətinin təsisçisi ilə bağlı dəyişikliklər edilib. Sənədlərə görə şirkətin 100 faizlik payına sahib olan Ziyəddin Əliyevin adı təsisçilik hüququ ləğv edilib, şirkət bütünlüklə icra başçısının oğlu Nicat Əlibəylinin adına rəsmiləşdirilib.
Son proseslərdən sonra onun Çexiyadakı şirkətlə tələm-tələsik qərar qəbul etməsi onu deməyə əsas verir ki, bu barədə cənab Əliyevə kimlərsə məsləhət verib.
Reyestrə daxil edilmiş son məlumatlara görə icra başçısının Brnodakı şirkətinin aktivləri 14 milyon 849 min krona (650 min dollar) çatlb.

Cavanşır Həsənli

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsi ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Teref.az-a verilən məlumata görə, notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib.

Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

XİN beynəlxalq birliyin mühüm və cavabdeh üzvü kimi ABŞ-ın BMT Nizamnaməsində təsbit olunmuş prinsipləri qəti dəstəkləyərək, Ermənistan-Azərbaycan münaqişəsi üzrə BMT TŞ-nin 1993-cü il tarixli məlum qətnamələrinin yerinə yetirilməsinə mühüm töhfə verəcəyini və münaqişənin həlli prosesinə mənfi təsir edəcək hər hansı addımdan çəkinəcəyini gözlədiyini ABŞ tərəfinin diqqətinə çatdırıb.

Səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın ATƏT-in Minsk Qrupu prosesini dəstəklədiyini və ABŞ-ın Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

Ardını oxu...

ABŞ prezidenti Donald Tramp Suriyadan qoşunların çəkilməsini elan edəndən sonra, Nümayəndələr Palatası demək olar ki, yekdilliklə bu cür addımı qınayan qətnaməni qəbul etdi. Konqresmenlər bunu ABŞ-ın düşmənləri olan Suriya, İran və Rusiya kimi dövlətlərin xeyrinə atılmış ziyanlı addım sayırlar. Vaşinqtondakı partiyalar arasındakı bu cür razılaşma bizim günlərdə nadir rastlanan hadisədir. Lakin bu qətnamələrdə Yaxın Şərqdə amerikan maraqları üçün Trampın qərarındakı müdriklik və Vladimir Putinlə oynanılan acı zarafat dəyərləndirilməyib.

Tramp Suriyanı “qanlı qumluq” adlandırır. O, bu məsələdə haqlıdır. Bura bir-biriylə döyüşən tayfalar və sektaların düyün mərkəzidir və onların ədavəti izaholunmaz qədim ziddiyyətlərə və barışmaz fikir ayrılıqlarına bağlanır.

ABŞ prezidenti bu mürəkkəb ölkə üçün cavabdehlik daşımaq və orada ilişib qalmaq istəmir. Əgər amerikanların Suriyadan çıxıb getməsi Rusiyanın yaranacaq vakkumu doldurmasına imkan verirsə, onda Tramp məmnuniyyətlə onlara bu imkanı verər. Rusiya lideri dünya arenasında qürurla cövlan edir, amma onun əldə etdiyini qələbə saymaq olmaz.

Hər necə olsa da, “Əl-Qaidə”, ”İŞİD” Suriyada azadlığa çıxacaq və yeni cihad başlayacaq. Belə olan təqdirdə regionda cihadçıların yeni düşməni Rusiya olacaq. Rusiyanın Dəməşqdəki diplomatları və həmçinin rus hərbçiləri hücuma məruz qalacaqlar. Deməli, belə olan halda hərbi hissələrin gücləndirilməsi üçün əlavə qoşunlar göndərmək lazım gələcək. Digər tərəfdən isə Putinin Aralıq dənizindəki tərifli hərbi-dəniz obyektlərini möhkəmləndirməyə ehtiyac duyulacaq. Sonrakı mərhələdə cihad hərəkatı kifayət qədər müsəlman əhalisi olan Rusiyanın özünü bürüyəcək və Moskva terrorçuların hədəfinə çevriləcək.

Onda Suriyanın şimalında Putin və Ərdoğan arasında yaradılmış “təhlükəsizlik zonası” dağılacaq. Bəşər Əsəd bildirir ki, təhlükəsizlik zolağı ölkənin suverenliyini pozur. Əgər Əsəd bu zonanın bağlanmasının vacib olduğunu öz rus himayədarına inandıra bilsə, onda Ərdoğan yeni hərbi müdaxilə ilə xəbərdarlıq edəcək. Putin Türkiyənin tərəfini tutarsa, Əsəd nəzarəti öz əlinə almağa çalışacaq. Amma Suriya ordusu Türkiyə kimi rəqiblə mübarizə aparmaq gücündə deyil, onda kürdər Əsədin köməyinə gələcəklər. Əgər sərhəddə döyüşlər başlayarsa, Putin Əsəd və Ərdoğanın arasında qalacaq. Onun nə etməsindən asılı olmayaraq, Rusiyanın mövqeyi kövrəkləşəcək. Çünki o, kiminləsə dost, kiminləsə düşmən vəziyyətində olacaq.

Əsədin himayədarı və böyük ölkə olan Rusiya vətəndaş müharibəsindən ziyan görmüş öz vassalı Suriyaya kömək etməlidir. Ancaq bu ölkənin bərpası üçün 400-500 milyard dollar gərəkdir. Trampın bu hesabları ödəmək fikri yoxdur və elə bu səbəbdən də o, böyük məmnuniyyətlə Suriyanın şimalını Putinə verər.

Bu cür iri miqyaslı layihənin həyata keçirilməsi Rusiyanın cibinə görə deyil. Ola bilər ki, Putin məsrəflərin Avropa Birliyi ölkələri tərəfindən ödəniləcəyinə ümid bəsləyir. Yəni Putin düşünür ki, humanitar nöqteyi-nəzərdən və mühacirlərin yeni dalğasının qarşısını almaq baxımından Avropa bunu edə bilər. Lakin o, yanılır. Suriya qaçqınlarının axınının qarşısını almaq üçün Avropa cənub sərhədlərində baryerlər qurmağı Hələb və Homs şəhərlərinin xarabalıqlarında yeni mənzillər tikməkdən üstün tutacaq.

Bundan başqa, Suriyanın mənzildən daha böyük şeylərə ehtiyacı var. Suriyanın normal iqtisadiyyata ehtiyacı var. Vaxtilə ölkəyə yaxşı gəlir verən turizm indi artıq yoxdur. Heç də böyük olmayan neft yataqları ya yararsız haldadır, ya da onlar kiçik saylı ABŞ hərbi kontingentinin nəzarəti altındadır.

Putinin daha bir başağrısı – Suriya ərazisində gedən və bitmək bilməyən İran-İsrail müharibəsidir. Hələlik, Rusiya tam neytrallığı saxlayır. İsrail liderləri deyirlər ki, onlar ölkəni strateji təhlükələrdən qoruyurlar. Kürdlərdən fərqli olaraq, İsrail ABŞ üçün imtina olunacaq müttəfiq deyil. Putin bunu bilir və ona görə də, İranın Suriyadakı mərmi anbarlarını İsrailin nə qədər bombalamasına baxmayaraq, o, hərbi qarşıdurma riskinə getməyəcək.

ABŞ-ın çıxıb getməsini zəiflik, amerikan nüfuzuna zərbə və Yaxın Şərqdə təsir imkanlarının itirilməsi kimi anlayan tənqidçilər yanılırlar. Ərəb dünyası praqmatik siyasətin nə demək olduğunu anlayır və Trampın Suriyanın taleyinə biganə yanaşmasına isə, güclü oyunçunun tamahkar gedişi kimi baxır. ABŞ məhz bu cür oyunçulardandır. Onların daha çox gəmiləri, aviasiyası, strateji silahları və həmçinin də güclü kəşfiyyat vasitələri var. Amerikanın müttəfiqləri Yaxın Şərqin ən varlı, uğurlu mövqe tumuş və hərbi baxımdan güclü ölkələridir.

Onların heç biri Moskva ilə alyans naminə Vaşinqtonla münasibətlərini korlamazlar. Tamp bunu yaxşı bilir və elə ona görə də, o, Putinin Suriyanın qanlı səhralarında batmasının əleyhinə deyil.

(“Bloomberg”-ABŞ)
Təcümə “AzPolitika”nındır


Ardını oxu...

Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycana gəlib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Səfərin məqsədi Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etməkdir.

Qeyd edək ki, sabah Bakıda MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyi oktyabrın 25-26-da Bakıda keçirilən Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının XVIII Zirvə görüşü barədə məlumat yayıb.
Teref.az xəbər verir ki, məlumatda Bakıda keçirilən Zirvə görüşündə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Verşininin rəhbərlik etdiyi bildirilib.

“Zirvə görüşündə beynəlxalq gündəmdə olan aktural məsələlər diqqət mərkəzində olub. BMT Nizamnaməsinə ciddi şəkildə əməl edilməsinin və daxili işlərə qarışmamaq, güc tətbiq etməmək, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn əsas normalarına riayət olunmasının vacibliyi vurğulanıb. Qoşulmama Hərəkatının potensialının gücləndirilməsinə, dövrümüzün çağırış və təhdidlərinə kollektiv cavab axtarmağın vacibliyinə xüsusi diqqət yetirilib. Müzakirələrin yekunu olaraq Qoşulmama Hərəkatının Bakı deklarasiyası qəbul olunub. Deklarasiyada Hərəkatın qarşıdakı üç ildə prioritet fəaliyyət istiqamətləri müəyyən olunub. Bundan başqa, Fələstinlə bağlı, eləcə də Boliviyadakı prezident seçkiləri- E.Moralesə dəstəklə bağlı birgə deklarasiyalar qəbul olunub.

S.Verşinin öz çıxışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyub, Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa və dünya siyasətinin beynəlxalq hüquqi əsasının möhkəmləndirilməsinə Rusiyanın yanaşmasını açıqlayıb.

Forum çərçivəsində S. Verşinin bir sıra ikitərəfli görüşlər də keçirib”-deyə Rusiya XİN-in məlumatında qeyd olunub. /APA

Dünyapress TV

Xəbər lenti