Ardını oxu...
Novruz bayramı ərəfəsində İran və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvinin məlumatı təsdiqlənməyib.

Bundan öncə səfir Azərbaycan KİV-ə müsahibəsində bildirib ki, iki ölkənin prezidentləri İran-Azərbaycan sərhədində Xudafərin körpüsü ərazisində görüşəcəklər. Orada Xudafərin və Qız Qalası su-elektrik stansiyaları hidroqovşaqlarının açılış mərasimi olacaq.

Bakı və Tehran səfərin ləğvinin səbəbini açıqlamayıblar. İrandakı bəzi mənbələrə görə, Rəisinin Azərbaycana səfərinin ləğv edilməsinin səbəbi eyni vaxtda NATO baş katibi Stoltenberqin Azərbaycana səfəri ola bilər ki, bu da Tehranın “xoşuna gəlməyə bilər”.(Turan)
 
Ardını oxu...
NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlar üçüncü dünya müharibəsini yaxınlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Onun sözlərinə görə, indiki geosiyasi vəziyyətdə təkcə görülən hərəkətlər deyil, həm də sözlər önəmlidir.

"NATO üzvü olan bəzi ölkələr adından Ukraynaya qoşun yeritmək imkanından söhbət gedəndə, bu, həqiqətən də təhlükəlidir", - XİN başçısı deyib.

O bildirib ki, bu cür bəyanatlar üçüncü dünya müharibəsi riskini yaxınlaşdırır, ona görə də Macarıstan həmkarlarını və müttəfiqlərini belə təhlükəli bəyanatlardan çəkinməyə çağıracaq.
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden yeddi mühüm ştatdan altısında və ən azı ikisində Donald Trampı əhəmiyyətli dərəcədə qabaqlayır.

Qaynarinfo bu barədə “Bloomberg” “News/Morning Consult” sorğusuna istinadən xəbər verir.

Dəyişiklik, əsasən Trampın beş aylıq liderliyindən və Baydenin xalqa müraciətindən sonra baş verdi.

Dəyişiklik, Baydenin fevralda dörd bənd geridə qaldıqdan sonra Trampı bir bənd qabaqladığı Viskonsin ştatında və keçən ay Trampdan altı bənd geri qaldığı və hazırda bərabər olduğu Pensilvaniyada da əhəmiyyətli olub. Namizədlər Miçiqanda da bərabərə qalıblar.

“Bloomberg”in qeyd etdiyi kimi, yaxşılaşmanın birdəfəlik artım və ya yarışda daha uzunmüddətli dəyişikliklərin başlanğıcı olduğunu söyləmək hələ tezdir. Bayden hələ də dörd əsas ştatda Trampdan geri qalır.

Baydenin daha optimist rəqəmləri kampaniyanın dönüş nöqtəsində gəlir. Hazırda Tramp seçki kampaniyası üçün vəsait çatışmazlığından əziyyət çəkir və daha az mitinq və tədbirlər keçirir, hazırkı prezident isə yenidən seçki kampaniyasını gücləndirib və Şimali Karolinaya səfər də daxil olmaqla, qeyri-müəyyən ştatlara “hücum” edir.

Sorğu həmçinin istehlakçıların ölkə iqtisadiyyatı haqqında daha yaxşı fikirdə olduğunu göstərir.

Sorğu Baydenin Konqresdə güclü və qeyri-adi siyasi çıxışından bir gün sonra, martın 8-də keçirilib. O, Trampı xarici siyasət, abort hüquqları, sərhəd və silahlara nəzarət kimi məsələlərdə “sələfim” adlandırıb.

Seçicilərin üçdə birindən çoxu bu yaxınlarda Bayden haqqında müsbət xəbərlər gördüklərini söyləyiblər, bu, oktyabrda sorğular keçirilməyə başlayandan bəri ən yüksək rəqəmdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Proqnozlara görə, demokratlardan əsas namizəd hazırkı ABŞ lideri Co Bayden olacaq.
 
 
 
Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvana səfər edən Gürcüstan Baş naziri İrakli Kobaxidzeni qarşılayıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Kobaxidze Paşinyanla yanaşı, Ermənistan Prezidenti Vaaqn Xaçatryanla da görüşəcək.

Səfəri “Sherg.az”a dəyərləndirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, İrakli Kobaxidze Gürcüstan siyasətində yenidir:

“İrakli Kobaxidze əvvəllər o qədər də tanınan fiqur olmayıb və son dövrlər ortaya çıxan siyasətçilərdən biridir. Kobaxidzenin Azərbaycana daha sonra isə Ermənistana səfəri dövlət səfəri xarakteri daşıyır. Bununla məqsədi həmin dövlətlərlə münasibətlərin hansı formada qurulmasını yoxlamaqdır. Gürcüstan Azərbaycan əlaqələri xüsusilə inkişaf etmiş səviyyədədir. Azərbaycanın enerji və dəmir yolu xətləri Gürcüstan üzərindən çıxaraq Türkiyəyə oradan isə dünya bazarına daşınır. Bu gün isə Kobaxidzenin Ermənistana səfərində səbəb ikili münasibətlərin inkişaf etdirilməsinə hesablanıb. Eyni zamanda Kobaxidzenin səfəri regionda mövcud olan vəziyyətin tezliklə hansı formada həll edilməsini özündə əks etdirir. Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparılmasına görə vasitəçi olmaqla bağlı Gürcüstan tərəfindən dəfələrlə fikirlər səsləndirilib. Azərbaycan bu məsələyə müsbət yanaşsa da, Ermənistan tərəfindən heç bir cavab gəlməyib. Gürcüstan Baş nazirinin Ermənistan və Azərbaycana səfəri Cənubi Qazqaz regionunda baş verən münaqişənin elə Cənubi Qafqazda həllinə imkanlar yarada bilər”.
Ardını oxu...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 25-də Ermənistana səfərə gedəcək.

"Cebhe.info" verir ki, məlumatı Gürcüstan Hökuməti yayıb.

Bildirilib ki, Kobaxidze İrəvana səfəri çərçivəsində ermənistanlı həmkarı Nikol Paşinyanla təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Hökumət başçısı həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla da görüşəcək.

Baş naziri səfərdə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri İliya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani müşayiət edəcək.
 
Ardını oxu...
Ukrayna uduzsa bu, NATO və AB üçün məğlubiyyət olacaq.

TEREF axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skot Ritter bildirib.

Onun sözlərinə görə, Ukrayna məğlub olarsa, NATO və AB daxilində dərin parçalanma olacaq ki, bu da onların dağılmasına gətirib çıxaracaq.

O həmçinin qeyd edib ki, Qərb ölkələri Ukraynaya dəstək üçün öz qoşunlarını göndərsələr də, Rusiya ordusu onları məğlub edəcək".
Ardını oxu...
“Qərb nə qədər hər şeyi öz xeyrinə təhrif etməyə çalışsa da, Rusiya öz maraqlarından çıxış etməlidir”.

Bu fikri Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalında deyib.

“Hər şey həmişə yalnız Qərbin öz maraqlarına uyğun olaraq baş verir. Biz bunu nəzərə almalı və təbii ki, öz maraqlarımızdan çıxış etməliyik. Ancaq unutmayın ki, onlar istənilən vəziyyəti dəyişdirə bilərlər. Bunu öz maraqlarına uyğun şəkildə inkişaf etdirməyə çalışacaqlar. Biz elə etməliyik ki, bu, Rusiyanın maraqlarına uyğun olsun”, - deyə Rusiya prezidenti bildirib.
 
Ardını oxu...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi Vaşinqtonun Krasnoqorskda baş vermiş terror aktı ilə bağlı açıqlamasından narazı qalaraq qarşı tərəfi məlumat verməməkdə suçlayıb.

Bu barədə diplomat teleqramda yazıb.

“Vaşinqtondakı rəsmilər hansı əsasla faciənin ortasında kiminsə təqsirsizliyi ilə bağlı nəticə çıxarırlar? Əgər ABŞ-nin bununla bağlı mötəbər məlumatı varsa və ya olubsa, o zaman o, dərhal Rusiya tərəfinə ötürməlidir”, – o qeyd edib.

Qeyd edək ki, Ağ ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini açıqlayıb.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərinin “Krokus siti holl” konsert zalında baş vermiş terror aktında onlarla insan ölüb, yüzdən çox insan yaralanıb.
 
Ardını oxu...
ABŞ və Böyük Britaniya səfirliklərindən öz vətəndaşlarının Moskvadakı ticarət mərkəzlərinə getməməsi ilə bağlı çağırışlar bu ölkələrin xüsusi xidmət orqanlarının mümkün terror aktlarından xəbərdar olduğunu göstərir.

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç “Prva” telekanalının efirində deyib.

“Martın 7-də Amerika səfirliyi öz vətəndaşlarını ticarət mərkəzinə getməməyə çağırıb. Daha sonra britaniyalılar və başqaları da eyni şeyi etdilər. Bu o deməkdir ki, onların kəşfiyyat xidmətləri müəyyən danışıqlara müdaxilə edib, məlumat alıb və nəyinsə baş verəcəyini biliblər”, - siyasətçi qeyd edib.

Xatırladaq ki, bu gün Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.

Mənbə: TASS
Ardını oxu...
NATO-nun qarşısında maksimum vəzifə durur: “Zaqafqaziyada” Rusiyaya qarşı ikinci cəbhə açmaq və ümumiyyətlə “regionu yenidən alovlandırmaq”. “Anadolu” agentliyi xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bəyan edib.

“Rusiyanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar sözün əsl mənasında Qərbə qırmızı parça təsiri göstərib. Çünki bu, sülhə aparan, qarşılıqlı hörmətə və maraqların qarşılıqlı şəkildə nəzərə alınmasına əsaslanan yol idi”, – deyə XİN nümayəndəsi iddia edib.

Zaxarovanın sözlərinə görə, Rusiyanın “bölgədə sülhə yönəlmiş” siyasəti alyansın maraqlarına cavab vermir.

O, Avropa İttifaqının Ermənistan ərazisindəki müşahidə missiyasından danışaraq, bu missiyanın Rusiya, İran və Azərbaycan qarşı “casusluq” etdiyinə əmin olduğunu bildirib.

“Avropa İttifaqının Ermənistan ərazisindəki missiyası ölkəmizə, İrana, Azərbaycan qarşı casusluq edir. Bunun da faktiki sübutları var. Bu cür dağıdıcı fəaliyyət regionda gərginliyin artmasına gətirib çıxarır və hətta geri dönməz nəticələrə səbəb ola bilər”, – diplomat qeyd edib.

Zaxarova hesab edir ki, Bakı və İrəvan arasında münasibətlərin həlli yolu Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı razılaşmalara əməl etməkdən keçir. “Bu üçtərəfli sazişin unikallığı ondan ibarətdir ki, onlar hərtərəfli xarakter daşıyır və bütün ölkələrin maraqlarını nəzərə alan kompleks kompromis həlləri nəzərdə tutur. Çox çətin iş görülüb. Qərbin nöqteyi-nəzərinə görə, onların regionun gələcəyinə öz baxışları olması səbəbindən, bu sazişin nəticələri ən kobud şəkildə pozulmalıdır”, – o, bəyan edib.

Qeyd edək ki, bütün bunları artıq iki ildir ən yaxın qonşusuna qarşı işğalçı müharibə aparan, hər gün Ukraynanın dinc əhalisini məhv edən işğalçı ölkənin rəsmi nümayəndəsi deyir.

Zaxarova soyadlı bu diplomata nə cavab vermək olar? Görünür, o, Qafqazda ərazi və millətlərarası çəkişmələri və mübahisələri səylə hazırlayan və qızışdıran ölkənin məhz Rusiya olduğu ilə bağlı tarixi tamamilə unudub. O, NATO-ya qarşı ittihamlarını hansı sübutlarla əsaslandırır? Bəs Aİ missiyası Ermənistan ərazisindən Rusiyanı necə izləyə bilər? Axı bu ölkələrin sərhədləri nəinki heç bir yerdə bir-biri ilə kəsişmir, hətta onları yüzlərlə kilometr Gürcüstan ərazisi ayırır. Burada Zaxarovanın dediyi faktlar hanı? Heç bir fakt yoxdur. Bəs bu boş bəyanatların məqsədi nədir?

Rusiyalı siyasi ekspert Yeqor Kuroptev (Tbilisi) fikirlərini Pressklub.az-la bölüşüb.

“Düzünü desəm, Mariya Zaxarovanın sözlərini ciddi şərh etmək çoxdan məntiqini itirib. Xüsusən də, bir qədər əvvəl Rusiyada keçirilən qondarma prezident seçkilərinin nəticələrinin necə həyasızcasına saxtalaşdırıldığı nəzərə alınsa. İşğalçı müharibə aparan, analarının və həyat yoldaşlarının məcburən səfərbər edilən qohumlarının taleyi ilə bağlı heç bir məlumat ala bilmədiyi, istənilən sorğuda çoxluğun “müharibəni dayandırın” dediyi ölkədə 87% səs yığılması fantastika deyil, artıq açıq-aşkar həyasızlıqdır. Ona görə də qeyri-legitim prezidentin təyin etdiyi qeyri-legitim Xarici İşlər Nazirliyinin nə deməsi ümumiyyətlə önəmli deyil”, – politoloq hesab edir.

O qeyd edir ki, əslində “ikinci cəbhə” ilə bağlı dezinformasiya uzun müddətdir davam edir. “Təəssüf ki, bu dezinformasiyanın məqsədi həm rusları “Qərbin nə qədər dəhşətli olduğu” ilə qorxutmaq, həm də artıq iki ildir Ukraynanın Rusiyanı zəiflətməsindən istifadə edərək bu közərməkdə olan konflikti ölü nöqtədən tərpətməyə çalışan qonşu dövlətlərə təzyiqlərin artırılması zərurəti yaranarsa, əlinin altında hazır iddia olmasıdır. Əslində Cənubi Qafqaz regionunu bu ölü nöqtəyə ilk növbədə Kreml gətirib çatdırıb.

“İkinci Cəbhə” ilə bağlı yalandan Rusiya ilə niyə iqtisadi sahədə əməkdaşlıq etməli olduğu və müharibə zamanı niyə pul qazandığını izah etməli olan Gürcüstan hakimiyyəti də aktiv istifadə edir.

Putin açıq şəkildə yalan danışırdı ki, onun məqsədi NATO-nun genişlənməməsidir. Axı məhz onun qanlı müharibəsi bu genişlənməyə səbəb oldu. Çünki ölkələr qeyri-legitim hakimiyyəti olan belə gözlənilməz və aqressiv qonşu ilə həmsərhəd olmaqdan qorxurlar”, – Kuroptev qeyd edib.

Rauf Orucov

Dünyapress TV

Xəbər lenti