Ardını oxu...
ABŞ prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki əl-Tanf bölgəsindəki hərbi bazaya edilən hücuma cavab vermək qərarına gəldiyini bildirib.

O, jurnalistlərlə söhbətində üç ABŞ hərbçisinin ölümü və 25-nin yaralanması ilə nəticələnən hücuma necə cavab verəcəyinə qərar verdiyini bildirib. Bununla belə, Bayden ABŞ-nin hansı cavab tədbirləri görə biləcəyini açıqlamayıb.

O vurğulayıb ki, Vaşinqton Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmır.

Mənbə: TASS
 
Ardını oxu...
Avropanın Donald Trampın ABŞ-da keçirilən seçkilərdə qalib gəlməsi və Vladimir Putinlə anlaşmaya getməsi ehtimalını nəzərə alması məqsədəuyğundur

Qaynarinfo TVN24-yə istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel danışıb.

"Bu, transatlantik əlaqələri pozmaqdan, ABŞ-ı müttəfiq kimi şübhə altına almaqdan getmir, lakin biz real olaraq qəbul etməliyik ki, Donald Tramp çox şeyə fərqli baxır”, deyə Pavel bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyadan fərqli olaraq indi döyüş meydanında məhdud imkanlara malikdir. Buna görə də müttəfiqlər hücum hərəkətlərini məhdudlaşdırmağı və müdafiəni gücləndirməyi tövsiyə edir.

Pavel bildirib ki, bunun üçün Kiyevə təkcə sırf müdafiə silahları deyil, həm də Rusiya ordusunun təchizat marşrutlarını pozacaq silahlar, məsələn, artilleriya və ya daha uzun mənzilli qanadlı raketlər, həmçinin F-16 təyyarələri lazımdır.
 
Ardını oxu...
İsrailin Xarici İşlər Nazirliyi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib.

TASS xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Kats bildirib.

Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb. İsrael Kats baş komissarın istefasını tələb edib: “Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”.

Bildirilib ki, bir müddət əvvəl Avstriya, Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da daxil olmaqla bir neçə ölkə təşkilatın bəzi əməkdaşlarının HƏMAS-la əlaqələrinin olduğuna dair şübhələr fonunda UNRWA-ya maliyyə ayrılmasını dayandırdıqlarını elan ediblər.

Məlumata görə, baş komissar Lazzarini keçən il HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəli olduğu iddia edilən bir neçə əməkdaşının işdən çıxarılmasına göstəriş verib.
 
Ardını oxu...
Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxmaq qərarına gəlib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub.

Ölkələrin birgə bəyanatına görə, Burkina Faso, Mali və Niger ECOWAS-ın öz ideallarından uzaq və Qərbin təsirində olmasından məyusdur. ECOWAS terrorla mübarizədə Sahel ölkələrinə kömək etməyib və tətbiq edilən sanksiyalar vəziyyəti daha da çətinləşdirib.
 
 
 
Ardını oxu...
2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan dövlətin atributlarını bəyənmədiyini hər vəchlə büruzə verib. İlk olaraq ölkənin konstitusiyasına “əl gəzdirməyin” vacib olduğunu bildirən baş nazir sonradan Ermənistan gerbinin də dəyişdirilməsinin zəruriliyindən danışıb. O bildirib ki, gerbin müasir respublika ilə heç bir əlaqəsi yoxdur. Bu yaxınlarda hay ölkəsinin ədliyyə nazirliyində keçirilən görüşdə baş nazir bildirib ki, təmsil etdiyi dövlətin konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var.

“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:

Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Məqsəd hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Heç bir halda bu dəyişiklik ölkədəki problemləri həll etmək, sadə erməninin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu səbəbdən, Nikol Paşinyanın “yeni konstitusiyaya ehtiyac var” fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək mümkündür.

Yeni Konstitusiyanın qəbulu ilə bağlı Paşinyan komandasının ilk cəhdi 2020-ci ilin 6 fevral tarixində qeydə alınıb. Onun təşəbbüsü ilə “Mənim addımım” bloku tərəfindən parlamentdə Ermənistan n Konstitusiyasına dəyişiklik təklifi ilk oxunuşda qəbul edilib. 9 fevralda isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salıb.

Təbii ki, baş naziri “yeni konstitusiyaya ehtiyac var” fikrini səsləndirməyə məcbur edən digər səbəblər də var. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası Dağlıq Qarabağla birləşmə haqqında 1 dekabr 1989-cu il tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin intensivləşdiyi, erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi lazımdır. Baş nazir anlayır ki, sülh müqaviləsini imzalamaq üçün qondarma “miatsum” fikrini erməni cəmiyyətinin təfəkküründən silmək lazımdır. Belə bir maddənin ölkənin əsas qanununda qalması ciddi problemlərə səbəb ola bilər.

İki ilə yaxındır ki, erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Amma Türkiyə tərəfi hər dəfə də Azərbaycanla münasibətlərin əsas şərt olduğunu dilə gətirir. Eyni zamanda, Ermənistan qondarma erməni soyqırımı iddiasından da əl çəkməlidir. Bu səbəbdən, konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Çünki Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan erməni dövləti nə inkişaf edə, nə də daxili sosial problemləri həll edə bilər.

Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya ilə Kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. Uzun müddətdir “Vətəndaş müqaviləsi”nin Eçmiədzinlə də arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və onu müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin, erməni kilsəsinin müxtəlif iri ranqlı ruhaniləri müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyiblər. Heç nəyi unutmayan və məqamı yetişəndə qisas almağı üstün tutan Paşinyan təbii ki, yeni konstitusiya ilə kilsədən də intiqamını alacaq. Ehtimallara əsasən, kilsə ilə bağlı maddə yeni konstitusiyadan çıxarıla və ya onun əsas səlahiyyətlərinə xitam verilə bilər.

Erməni siyasi dairələrindəki müzakirələrə görə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra baş nazir siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra həll edilməmiş məsələ kimi qalan əvvəlki hakimiyyətin hərəkətlərinə hüquqi qiymət verilməsinə də nail olmaq mümkündür.

Həmçinin, konstitusiyada məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan rəhbərləri Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb.

Göründüyü kimi, Ermənistanın baş naziri yeni konstitusiya ilə bir sıra hədəflərinə çatmağı təmin etməyi düşünür. Əsas hədəfi təbii ki, hakimiyyəti möhkəmlətməkdir.
 
Ardını oxu...
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko ikitərəfli görüş keçirəcək.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli. Həm bu gün, həm də sabah görüş olacaq”, – Peskov dövlət başçılarının qeyri-rəsmi görüşlərinin davam edib-etməyəcəyi sualına cavab verərkən deyib.

Kreml sözçüsü əlavə edib ki, sabah ikitərəfli görüşün keçirilməsi planlaşdırılır.
 
Ardını oxu...
"Genişlənən siyasi təsir dairəsi, miqyası və sayca artan iqtisadi əlaqələr, dərinləşən ictimai münasibətlər, tarixi-mədəni irsin canlanması, başqa sözlə, güclənən Türkiyə reallığı sayəsində gözümüzü yummaq və ya dünyada baş verən demək olar ki, hər hansı problemdən üz döndərmək lüksümüz yoxdur".

"TRT Haber"ə istinadla xəbər verilir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir rayon bələdiyyə sədrliyinə namizədlərin irəli sürülməsi ilə bağlı keçirilən iclasda çıxışı zamanı deyib.

"Rusiya-Ukrayna müharibəsini sülh yolu ilə sona çatdırmaq cəhdlərimizdə həqiqət var. Balkanlarda və Qafqazda hər bir inkişafa diqqət yetirməyimizin və bu proseslərdə fəal iştirakımızın əsasında bu həqiqət dayanır. Bu həqiqət bizim Mərkəzi Asiyadan Cənubi Asiyaya, Avropadan Afrikaya qədər geniş bir ərazidə qurduğumuz geniş əlaqələr şəbəkəsinin əsasını təşkil edir. Qəzza zolağında fələstinlilərə qarşı törədilən zülmə, qırğınlara və qeyri-insani vəhşiliklərə verdiyimiz ən sərt cavabın əsasında da eyni həqiqət dayanır", - deyə Ərdoğan bildirib.
 
Ardını oxu...
Kolumbiya hökuməti Argentinadakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb Argentina prezidenti Xavyer Mileyin kolumbiyalı həmkarı Qustavo Petro ilə bağlı açıqlamalarıdır:

“Xarici işlər naziri Kolumbiya hökuməti adından Argentinanın prezidenti Xavyer Mileyin yanvarın 25-də yayımlanan müsahibəsi zamanı Prezident Qustavo Petroya qarşı hörmətsiz və məsuliyyətsiz bəyanatlarına qarşı ən kəskin etirazını bildirir. Argentina Prezidentinin bəyanatlarının yaratdığı şərait nəticəsində hökumət dərhal Kolumbiyanın bu ölkədəki nümayəndəsi səfir Kamilo Romeronu məsləhətləşmələr üçün çağırır”, - XİN-in bəyanatında deyilir.
Ardını oxu...
“Bir neçə gün əvvəl Moskva Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana İrəvan və Bakı arasında sülh müqaviləsini müzakirə etmək üçün Rusiya Federasiyasına səfər etmək üçün növbəti dəvət göndərib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

“Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Samveloviç Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib, digər məsələlərlə yanaşı, müxtəlif səviyyələrdə ikitərəfli təmaslar zamanı da müzakirə olunub”, – Zaxarova bildirib.

Sözcü qeyd edib ki, İrəvana sonuncu siqnal bir neçə gün əvvəl göndərilib.
 
 
 
Ardını oxu...
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək.
Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Məlumata görə, Paşinyan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşəcək.
Səfər çərçivəsində Ermənistan-Gürcüstan hökumətlərarası iqtisadi komissiyasının iclası da baş tutacaq.

Paşinyanın Gürcüstana getməsini sıradan səfər kimi dəyərləndirən politoloq Turab Rzayev "Sherg.az"a söyləyib ki, Ermənistan rəhbərliyinin səfər edəcəyi bir neçə ölkə var:

"Fransa, Gürcüstan və İran bu ölkələrə nümunədir. Rusiya ilə münasibətləri gərgin olduğuna görə Paşinyan uzun müddət oraya səfər etmir. Gürcüstan və Ermənistan qonşu dövlətlərdir. Eyni zamanda xeyli siyasi cəhətdən əlaqələri mövcuddur. Ermənistana gedən bütün magistral yollar Gürcüstan ərazisindən keçir. İstər limanlara, istərsə də, Rusiyaya gedən yollar Gürcüstan ərazisindən keçir. Ona görə də Gürcüstan, Ermənistan arasında bu cür məsləhətləşmələrin olması normaldır. Eyni zamanda son dönəmlər Qərb tərəfindən Gürcüstana qarşı təzyiqlər var. Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu vermək məsələsi də var idi. Ermənistanda Gürcüstan ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Ermənistan bu şəkildə çalışır ki, gələcəkdə Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alsın. Digər tərəfdən Ermənistanın silahlandırması sahəsində də Gürcüstana qarşı təzyiqlər yaranıb. Qərbin daimi planı İrandan keçməklə Ermənistan və Gürcüstan üzərindən Qara dənizə yol məsələsi idi. İstənilən halda Gürcüstanla müzakirələr Ermənistanın geosiyasi vəziyyətində xususi dəyişikliklər yaratmayacaq. Çünki Ermənistan hazırda Qərb və Şərqin toqquşduğu nöqtədədir. Yəni, Qərb ilə Ermənistan arasında təzyiqlərin yumşalması istiqamətində Gürcüstanın önəmli rolu olmayacaq. Həmçinin, Rusiya təzyiqlərinə qarşı da Gürcüstan Ermənistanı müdafiə edə bilməz".
 
 
 

Dünyapress TV

Xəbər lenti