Read more...
Ermənistan Xarici İşlər Nazirliyi 2 ölkə arasında media kommunikasiyaları sahəsində sazişin pozulması hallarının davam etməsi ilə bağlı Rusiyaya nota verib.

APA xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
 
Read more...
Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, o, uzun müddətdir ki, KTMT-nin yüksək və yüksək səviyyəli tədbirlərində iştirak etmir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkəsinin KTMT-də iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərinə aydınlıq gətirərkən deyib.

"Biz təşkilatda çox aydın və birmənalı şəkildə, xüsusən də strukturun məsuliyyət zonasının Ermənistanda yerləşməsi ilə bağlı suallar qaldırırıq. Hələ də cavab almamışıq", - Baş nazir əlavə edib.

Onun sözlərinə görə, KTMT təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan Respublikasının təhlükəsizliyinə problemləri yaradır və bu mövqe, Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdiddir.

“Əgər biz indi faktiki olaraq fəaliyyətimizi dondurmuşuqsa, məsələlər həllini tapmasa, de-yure də bunu edəcəyik”, - Ermənistan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.//APA//
 
Read more...
Prezident İlham Əliyev "Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etməli və ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir" - mesajını bir daha xatırlatdı. Azərbaycan Prezidentinin Xocalı şəhərində bu mövzuya toxunması qarşı tərəfə açıq xəbərdarlıq idi. Əslində, bu prinsipial mövqeni dövlət başçısı dəfələrlə təkrar edib.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Xocalıda ölkə başçısının bir daha bu mesajı verməsinin anlamı odur ki, Ermənistan tərəfinin törətdiyi faciə, soyqırımı göz qabağındadır. Azərbaycan bunun üzərindən keçib sülh şəraitində, normal, yanaşı yaşamaq təklif edir”, - deyə o qeyd edib.

Millət vəkili hesab edir ki, Ermənistan ilk növbədə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir:

“Erməni tərəfi Azərbaycana qarşı düşmənçilik niyyətini öz daxilində boğmalıdır. Bundan sonra nəhayət bölgədə dinc yaşamaq mümkün ola bilər. Çünki hər bir xalqa şübhə ilə yanaşan, haqqını tapdalayan “anlayış"la erməni toplumu heç nəyə nail ola bilməyəcək”.

Partiya sədri sülhlə bağlı Azərbaycanın 5 şərti irəli sürdüyünü bildirib:

“Erməni tərəfi bu şərtlər üzərində düşünüb, başqa ölkənin ərazisinə göz dikmək kimi yanlış “anlayış"lardan uzaq durmağı qəbul etməlidir. Əslində Ermənistan bununla ən ağıılı qərarlarını vermiş olar”.

Fazil Mustafaya görə, Ermənistan Azərbaycanın şərtləri əsasında normal münasibət sərgiləsə, düşdüyü durumdan xilas olacaq:

“Çünki bölgədə təhlükə mənbəyi kimi qalanda başqaları ayıq-sayıqlığını qoruyur. Nəticədə təhlükəyə qarşı birlik yaranır. Beləliklə müqavimət daha güclü olur. Ermənistan nəhayət kimi bu reallığın əsasında düşüncəsini formalaşdırmalıdır. Özünü təhlükəli dövlət, xalq kimi göstərmək “ənənəsindən” uzaqlaşmaq lazımdır. Bu normal gələcək üçün ən başlıca şərtlərdən biridir”.
 
Read more...
Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib.

"Report" xəbər verir ki, Macarıstan parlamenti bundan əvvəl Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaşa Şuyoku ölkənin yeni prezidenti seçib.

Yaz sessiyasının ilk günündə yeni prezidentin seçilməsi baş tutub. Belə ki, 67 yaşlı Şuyok namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.
 
Read more...
Donald Tramp Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib.

Qaynarinfo ABŞ mətbuatına istinadən xəbər verir ki, bülletenlərin 99%-ni hesabladıqdan sonra o, səslərin təxminən 60%-ni, Nikki Heyli isə təxminən 40%-ni toplayıb.

Nikki Heyli 2017-ci ilə qədər Cənubi Karolinanın qubernatoru olub. "Associated Press" qeyd edir ki, bu, onilliklər ərzində prezidentliyə namizəd olmaq istəyən bir siyasətçinin öz ştatında ilkin səsverməni uduzması halıdır.

Qələbə nitqində Donald Tramp "Respublikaçılar partiyasını heç vaxt bu qədər birləşmiş görmədiyini” söyləyib. Xarici media siyasətçinin son uğurunun mübarizəni daha da gücləndirdiyini yazır.

CNN-in məlumatına görə, ştatlar arasında erkən səsvermə demək olar ki, başa çatıb. Əsas mübarizə Super Çərşənbə axşamı günü keçiriləcək, o zaman nümayəndə heyətinin 36%-nin taleyi müəyyən olunacaq. Prezidentliyə namizədliyini irəli sürmək üçün Trampa 1215 partiya üzvünün dəstəyi lazımdır. O, bu məqsədə cəmi bir neçə həftə ərzində nail ola bilər. Belə ki, Cənubi Karolinada o, bütün səsləri əldə edib.

Belə uğuru təəccüblü adlandırmaq çətindir: bu ştat ölkənin ən mühafizəkarlarından biridir. Ancaq bu praymerizdəki qələbə on ildən az müddətdə nə qədər dəyişikliyinin olduğunu göstərdi. Tramp rəqiblərinə nə qədər düşmən olsa da, respublikaçı seçicilərin əksəriyyəti onu tam dəstəkləyir.
Ətraflı

"The New York Times" qeyd edir ki, Nikki Heyli vətənində Trampa uduzubsa, o zaman onun ölkə miqyasında dəstəyi daha da zəif olmalıdır. Lakin Cənubi Karolinanın keçmiş qubernatorunun tərəfdarları onun adının geniş şəkildə tanınmasının bu geriliyi kompensasiya edəcəyinə inanırdılar. İndi isə ümid öldü.

Digər ştatlarda səsvermə qaydaları da Trampın lehinədir: məsələn, Kaliforniyada 169 nümayəndənin hamısının dəstəyini təmin etmək üçün 50% səs toplamaq kifayət edəcək. Lakin bütün ölkə üzrə siyasətçiyə dəstək səviyyəsi artıq 70%-dən yuxarıdır, Heylidə bu rəqəm 20%-dən azdır.

Beləliklə, Tramp Nyu-Yorkda ona qarşı cinayət işi başlamazdan əvvəl rəsmən prezidentliyə namizəd ola bilər.

Heyliyə gəlincə, bu məğlubiyyət onun namizəd olmaq şansını azaldıb. Bubu "The Guardian" yazır.

Bununla belə, o, yarışda iştirak etməyə davam edəcək: onun seçki qərargahı televiziya reklamına artıq 7 rəqəmli pul xərcləyib və Super Çərşənbə axşamı ərəfəsində siyasətçi bir neçə ştata səfər edəcək. Tramp seçki qərarganı artıq Heylini yalnız qaçılmaz olanı gecikdirməyə çalışmaqda və respublikaçıların praymerizlərində "Co Baydenin surroqatı” rolunu oynamaqda ittiham edib.
 
Read more...
“Macarıstan Rusiyanın Ukraynada müharibəyə başlamasının iki ili münasibətilə Avropa İttifaqına üzv ölkələrin birgə bəyanat imzalamasına veto qoyub”.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, belə bir bəyanatın fevralın 23-də açıqlanacağı gözlənilirdi, lakin Macarıstanın veto qoyması səbəbindən bu baş vermədi:

“Bu səbəbdən Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin prezidentləri Ursula fon der Lyayen, Şarl Mişel və Roberta Metsola birgə bəyanat dərc ediblər”.

Qeyd edilir ki, Macarıstanın vetoya əl atmasının səbəbləri hələ də aydın deyil. Bloomberg-in mənbəsi həmçinin NATO üzvü olmayan Aİ üzvünün də bəyanatın bəzi hissələrinə şübhə etdiyini bildirib.

Xatırladaq ki, Macarıstan Ukraynadakı münaqişə ilə bağlı Avropa İttifaqında xüsusi mövqe tutur. O, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, eyni zamanda rusdilli əhalinin hüquqlarının müdafiəsini müdafiə edir. Budapeşt Rusiya Federasiyasına qarşı sanksiyalardan iqtisadi itkilərini minimuma endirməyə çalışır və münaqişənin diplomatik yolla həllini müdafiə edərək Moskva ilə dialoqu davam etdirir.
 
Read more...
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə deyib. Almatı Bəyannaməsinə diqqət çəkən Qriqoryanın sözlərinə görə, bu sənəddə qeyd olunur ki, SSRİ-nin dağılması zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınır:

“Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Almatı Bəyannaməsinə əsaslanan beynəlxalq sərhəd olmalıdır, SSRİ dövrünün ən son xəritələrinə əsaslanaraq bu sərhədlər bərpa edilməlidir. Bu problemdir və biz bu barədə Azərbaycanla razılığa gəlmək istəyirik. Əminik ki, bu, hüquqi yanaşmadır, heç bir beynəlxalq prinsipi pozmur və münasibətlərin tənzimlənməsinə uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, yekunda razılığa gələcəyik”.

Qeyd edək ki, Ermənistanın son vaxtlara qədər sərhədlərin 1974-1978-ci illərin xəritələri əsasında müəyyənləşməsini təklif edirdisə artıq bu məsələ ilə bağlı mövqeyinə dəyişiklik edib. Artıq Ermənistan rəsmiləri delimitasiya və demarkasiya prosesinin SSRİ dövlət orqanlarının təsdiq etdiyi sonuncu xəritələr əsasında aparılmasını təklif edir.

Eyni zamanda, rəsmi İrəvan Almatı Bəyannaməsinin imzalandığı dövrə aid sərhədlərin bərpası üzərində dayanır. Yəni söhbət 1991-ci ilə aid xəritələrdən gedir. Bununla da Ermənistan Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin dövlət sərhəddi kimi tanınmasını vacib hesab edir. Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan da səırhədlərin 1991-ci ilə uyğun çəkilməsini vacib hesab edib:

“Praqada və Soçidə Almatı Bəyannaməsinə açıq-aydın istinad edilən razılaşmalar var və bu o deməkdir ki, biz sərhəd xəttinin 1991-ci ilin dekabr vəziyyətinə uyğun olaraq təkrar müəyyənləşdirilməsi ilə məşğul olmalıyıq”.

Lakin Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi həyata keçirməklə Almatı Bəyannaməsindən və Sovet dövrünə aid adminstrativ sərhədlərdən imtina edib. Qarabağda separatçı hərəkatın və Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanmasından sonra Ermənistan heç vaxt Sovet dörü sərhədlərinin mövcudluğunu qəbul etməyib.

İndi Ermənistan SSRİ dövründə Azərbaycandan qanunsuz aldığı torpaqların geri qaytarılmasından ehtiyat edərək 1991-ci il xəritələrini hüquqi sənəd kimi təqdim etməyə çalışır. İkincisi, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi ilə bağlı hüquqi öhdəlik yaradan müqavilə olmadığı üçün rəsmi İrəvan Sovet dövrünə aid sərhədlərin bərpasını tələb edə bilməz.

Ona görə də iki ölkə arasında sərhədlər yenidən tərtib olunmalıdır. Üstəlik, Ancaq sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Almatı Bəyannaməsinin, yaxud 1991-ci il xəritələrinin əsas götürülməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhlükə yarada bilər. Çünki qeyd edilən sənədin imzalanmasından əvvəl, yəni 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası Qarabağın Ermənistana birləşməsinə dair qərar çıxarıb. 1990-cı ilin yanvar ayında Kərki kəndi, 1990-cı ilin avqust ayında isə Qazax rayonunun Bağanıs Ayrım kəndi Ermənistan tərəfindən işğal olunub.

Əgər Azərbaycan 1991-ci il xəritələrinə razılıq verərsə, Ermənistan hakimiyyəti bu qərarın Almatı Bəyannaməsindən əvvəlki dövrə aid edilmədiyini, yəni razılaşmanın geriyə qüvvəsinin olmadığını əsas gətirərək Qarabağa yenidən ərazi iddiası ortaya qoya bilər. Bu halda Qarabağın Ermənistana birləşməsini nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Ermənistan Konstitusiyasından çıxarılacağına dair vədlər yerinə yetirilməyəcək.

Eləcə də, ermənilərin kütləvi şəkildə Qarabağa qaytarılması məsələsi gündəmə gətirilə bilər. Azərbaycan 1991-ci il xəritələrinə razılaşarsa, Ermənistan Kərki və Bağanıs Ayrım kəndlərini qaytarmaqdan imtina edəcək. Halbuki, həmin kəndlər işğal altındadır və Azərbaycanınm suveren ərazisi olduğuna görə qeyd-şərtsiz azad edilməlidir.

Ermənişünas alim Qafar Çaxmaqlı “Cümhuriyət”-ə- bildirib ki, Armen Qriqoryanın iddialarının siyasi və hüquqi əsasları yoxdur. Azərbaycan Konstitusiyası delimitasiya və demarkasiya prosesinin 1991-ci ilin deyil, 1918-1920-ci illərə dair xəritələrin əsasında aparılmasına əsas yaradır:

“Armen Qriqoryan belə bir ifadə işlətdi ki, sərhədlərin müəyyənləşməsi zamanı Roma imperiyası dövrünün deyil, Sovet dövrünə aid sonuncu xəritələr əsas götürüləcək. O bildirdi ki, bu istiqamətdə delimitasiya və demarkasiya üzrə komissiyalar iş aparır. Halbuki, Sovet dövrünün son dönəmlərinin xəritələrinin nəzərə alınması qəbul edilə bilməz. Nəyə görə SSRİ-nin yarandığı ilk dövrlərin deyil, son illərinin xəritələri əsas götürülməlidir?

Fikrimcə, Azərbaycan Ermənistanın bu şərtini qəbul edə bilməz. Çünki müasir Azərbaycan dövləti Konstitusiya ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kvadrat kilometr təşkil edib. Ermənistan isə Sovet Rusiyasının tərkibinə daxil olanda 9 min kv.km əraziyə malik idi. Batum Bəyannaməsindən bir neçə gün sonra 1000 kv.km də artırılmışdı. Nəyə görə, həmin xəritələr deyil, SSRİ-nin dağılmasından sonra Azərbaycanın 86,6 min kv.km ərazisini əhatə edən xəritələri əsas götürülməlidir?

Azərbaycan bildirir ki, demarkasiya zamanı xəritələrdən istifadə olunmadan, yəni proses yerində həyata keçirilə bilər. Paşinyan hakimiyyəti Azərbaycana məxsus tarixi ərazilərin Ermənistanda qalmasına nail olmaq istəyir. Bu da mümkün deyil. Çünki Azərbaycanın həm Göyçə istiqamətində, həm Zəngəzur istiqamətində qanunsuz olaraq Ermənistana verilmiş torpaqları var. Delimitasiya və demarkasiya prosesi çərçivəsində bu məsələyə yenidən baxılmalıdır.

Eyni zamanda, Qazax rayonunun 7 kəndi və Sədərək rayonunun Kərki kəndi Ermənistanın işğalı altındadır. Həmin kəndlər qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Yaşayış məntəqələrinin işğalına son qoyulmadan delimitasiya və demarkasiya işləri yekunlaşa bilməz. Əslində, delimitasioya və demarkasiya prosesi uzun müddət davam edən çətin prosesdir. Azərbaycan sülh müqaviləsinin mətni üzrə təklifləri Ermənistana göndərib. Ermənistan da yanvar ayında həmin təklifləri gerti qaytarmışdı.

Sonra Azərbaycan təklifləri yeni redaktə ilə Ermənistana təqdim edib. Xarici işlər nazirlərinin qarşıdan gələn görüşündə bu məsələnin müzakirəsi davam etdiriləcək. Məncə, sülhün əldə olunması üçün aparılan danışıqlar nəticə verə bilər. Çünki sülhün əldə olunması daha çox Ermənistana lazımdır”.

Qeyd edək ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanla siyasi “bazarlığa” getməyə çalışır. Belə ki, rəsmi İrəvan işğal altındakı kəndlərin qaytarılması müqabilində Azərbaycana ərazi mübadiləsi təklif edir. Paşinyan hakimiyyəti Gədəbəy rayonunun Başkənd kəndini anklav ərazi kimi Ermənistana qaytarmaq iddiası ilə çıxış edir.

Halbuki, Ermənistan Azərbaycanla sərhədlərdən imtina etməklə Başkəndin də daxil olduğu adminstrativ sərhədləri ləğv edib. Bundan başqa, Ermənistan yeddi kəndin qaytarılması müqabilində Azərbaycanı 1991-ci il xəritələrinə razı salmaq istəyir. Hətta Ermənistan hakimiyyəti Azərbaycandan Kəlbəcər istiqamətindəki Buğdadağ yüksəkliyi, Bala Göyçə gölü, Qaragöl gölü, Laçın rayonu istiqamətindəki Böyük İşıqlı və Kişik İşıqlı yüksəklikləri, İstisu (Cermuk) əraziləri, Zəngilan rayonunun Şurnux kəndini qoparmaq, Kərki kəndinin ilhaqına nail olmaq niyyəti güdür. 1991-ci ilin xəritələrinin təklif edilməsi əslində, Azərbaycana qarşı növbəti dəfə ərazi iddiasının irəli sürülməsidir.

Qafar Çaxmaqlının sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Sovet dövründə mövcud olmuş və hazırda qalmaqda olan sərhədlər şərti xarakter daşıyır:

“Əsl sərhədlərdən yalnız tərəflər arasında müqavilənin olmasından sonra danışmaq olar. Armen Qriqoryan bildirdi ki, Ermənistan Azərbaycana öz qoşunlarını sərhəddən geri çəkməyi təklif edir.

Qarşılıqlı olaraq, Ermənistan da öz qoşunlarını geri çəkəcək. Lakin bu Azərbaycanın Ermənistana güzəştə getməsi demək olar. Ona görə də Azərbaycan qoşunlarını sərhəddən geri çəkməyəcək. Biz Ermənistana niyə güzəşt etməliyik? Ermənistan işal altında saxladığı səkkiz kəndi qeyd-şərtsiz geri qaytarmalıdır. Bu şərt yerinə yetirilmədən sülh sazişi imzalana bilməz.

İkincisi, Ermənistanın konstitusiyası dəyişməlidir. Çünki Ermənistan konstitusiyasında 1991-ci ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsinə istinad edilir. Müstəqillik Bəyannaməsinin 11-ci bəndində isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirlməsinə dair qanunsuz qərar öz əksini tapıb. Ona görə də həmin qərara istinad həm Ermənistan konstitusiyasından, həm də Müstəqllik Bəyannaməsindən çıxarılmalıdır.

Eyni zamanda, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddilarını, qondarma erməni soyqırımı məsələsini nəzərədə tutan iddialar həm konstitusiyadan, həm də digər qanunvericilik aktlarından çıxarılmasa münasibətlər normallaşmayacaq. Çünki Ermənistan Konstitusiya Məhkəməsi imzalanacaq sülh müqaviləsi konstitusiyaya və qanunvericiliyə zidd olduğuna görə, onu təsdiqləməyəcək. Ona görə də Ermənistan sülh prosesi çərçivəsində bu məsələləri həll etməlidir. Fikrimcə, Ermənistan yeni konstitusiyanın qəbulu ilə bağlı rəsmi qərar qəbul etməsə də, bu il referendumun keçiriləcək”.
 
Read more...
Hazırda qeyd edə bilərik ki, prinsipial məsələlər ətrafında razılıq yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan XİN rəhbərinin müavini Vaan Kostanyan parlamentdə jurnalistlərlə söhbətində Azərbaycandan sülh müqaviləsi ilə bağlı qəbul edilən növbəti təkliflər haqda danışarkən deyib.

“Ümid edirik ki, bütün məsələlərin müzakirə olunacağı xarici işlər nazirlərinin görüşü baş tutacaq. Hazırda tərəflər arasında fundamental məsələlərdə razılıq əldə olunmayıb. İndi sülh müqaviləsinin mətni ətrafında növbəti görüşlə bağlı müzakirələr gedir”, - Kostanyan bildirib.

Xarici işlər nazirinin müavini danışıqların uğurlu gedişinə nəyin mane olduğunu soruşduqda belə cavab verib:

“Mən Azərbaycana nəyin mane olduğunu qiymətləndirə bilmərəm, lakin təsdiq edə bilərəm ki, Ermənistan tərəfi Azərbaycanla münasibətləri tənzimləməkdə maraqlıdır və hazırdır. Münhen görüşü faktını müsbət hesab etmək olar, lakin biz görüşlərdən və müzakirələrdən daha çox əməli fəaliyyətə, son 2-3 ildə əldə edilmiş razılaşmalara, xüsusən də üç prinsip ətrafında son nəticəyə keçməliyik”.

Danışıqlar üçün Qərb platformasının üstünlük təşkil etməsinə gəlincə, nazir müavini deyib:

“Qərb platforması” ifadəsi mənim üçün bir az anlaşılmazdır, hazırda vaxt və məkanla bağlı müzakirələr gedir. Yekun razılaşma olanda təbii ki, ictimaiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən Azərbaycandan sülh sazişi ilə bağlı yeni təkliflər paketi aldıqlarını təsdiqləyib.

Mənbə: axar.az
 
 

 


Read more...
Türkiyə xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroya gedib.

Bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, nazir G20 Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.

Xarici işlər naziri Fidan iki gün davam edəcək görüşlər çərçivəsində həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.

Braziliyanın ev sahibliyi etdiyi toplantının bugünkü iclasında xarici işlər naziri Fidanın Ukrayna və Qəzzadakı müharibələrə dair çıxışı gözlənilir.
 
Read more...
Ukrayna Prezidenti Volodimir Zelenski blokada problemini həll etmək üçün Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə görüşməyə dəvət edib.

“Cebhe.info” xəbər verir ki, o, bu barədə teleqramda bildirib.

“Və sizdən, Donald, cənab Baş nazir, sərhədə gəlməyinizi xahiş edirəm. Andjey Duda, cənab Prezident, sizdən bu dialoqa dəstək verməyinizi xahiş edirəm. Bu milli təhlükəsizlikdir. Biz bunu gecikdirməməliyik. Yaxın günlər bizə bunu etmək şansı verir”, - deyə Ukrayna lideri qeyd edib.

Zelenski hökumətə fevralın 24-dək Ukrayna-Polşa sərhədində olmağı tapşırıb. O, orada olmağa hazır olduğunu da bildirib. Bundan əlavə, dövlət başçısı Avropa Komissiyasına (AK) Avropada birliyin qorunması ilə bağlı müraciət edib. Ukrayna Prezidenti iclasda AK nümayəndəsinin də iştirakını xahiş edib.
 

Dünyapress TV

Xəbər lenti