Ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.

“Tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. Hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər”.

Ardını oxu...

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Almaniya, Belçika və Küveytin Suriyaya sərhəddən humanitar yardımın göstərilməsinin daha bir il müddətinə uzadılması ilə bağlı qətnamə layihəsinə veto qoyub.

"Report" “TASS”a istinadən xəbər verir ki, 13 ölkə Qərbin tərtib etdiyi sənədinin lehinə səs verib. Lakin, Təhlükəsizlik Şurasının daimi üzvləri - Rusiya və Çin isə sənədin əleyhinə səs verdiyinə görə veto qoyulub.

Söhbət əhaliyə yardım göstərmək istəyən BMT-nin humanitar qurumlarının rahat keçə biləcəyi üç keçid məntəqəsindən (İraq və Türkiyə ilə sərhəddə) gedir. Bu keçid məntəqlərindən humanitar qurumlar Suriya hökumətindən razılıq almadan keçə bilirdi.

Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir. 


Ardını oxu...

Dekabrın 20-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident Vladimir Putin görüşdə çıxış edib.

Sonra Prezident İlham Əliyev görüş iştirakçıları ilə birgə “1939-cu il II Dünya müharibəsinin başlanması” mövzusunda tarixi-sənədli sərgi ilə tanış olub.

Ardını oxu...

Sərgidə toplanan arxiv sənədlərinin əsilləri, kinoxronika, fotolar, muzey əşyaları və digər çoxsaylı eksponat irimiqyaslı dünya müharibəsinə gətirib çıxaran hadisələr haqqında məlumat verir.

Həm tarixçilər, həm də ən geniş auditoriya üçün nəzərdə tutulan sərgi Rusiyanın Federal Arxiv Agentliyi, Dövlət Hərbi Tarix Arxivi, Xarici İşlər Nazirliyinin tarixi sənədlər departamenti və Prezident Qrantları Fondunun dəstəyi ilə təşkil edilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Turkey's Prime Minister Recep Tayyip Erdogan addresses MPs at the parliament in Ankara, on February 12, 2013. AFP PHOTO/ADEM ALTAN (Photo credit should read ADEM ALTAN/AFP/Getty Images)
Türkiyə Prezidenti Tayyib Rəcəb Ərdoğan Osmanlı imperiyasının yenidən qurulması üçün gizli siyasət yürüdür.

Teref.az xəbər verir ki, bu barədə Fransada nəşr olunan “Le Figaro” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə vurğulanıb ki, 2003-cü ildən bəri Ərdoğan tərəfindən idarə olunan Türkiyə 1974-cü ildə Kiprin nəzarətə keçirdiyi ərazilərini həmişəlik əlində saxlamaq istəyir:

“Adanın səthinin 38% -i heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipr Türk Respublikasına çevrilib. Üstəgəl Kiprin dənizdəki qaz yataqlarını inhisara almaq və Levantdan Yunanıstana gedən qaz boru kəmərinin yaradılmasının qarşısını almaq üçün Şərqi Aralıq dənizinə nəzarət etmək istəyir.

Geosiyasətdə tarixi uzunmüddətli perspektivdə başa düşmək vacibdir. 2011-ci ildən bu yana Rəcəb Ərdoğan Osmanlı imperiyasının bərpası üçün gizli siyasət yürütməyə başlayıb. Bu məqsədlə Türkiyə Bosniya, Tunis, Liviya, Misir və Suriyadakı təsir dairəsini bərpa etməyə çalışdı. Lakin işlər yaxşı getmədi. Qahirə, Dəməşq və Benqazi onunla bütün münasibətləri kəsdilər”. /Teleqraf.com/
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş Naziri İmran Xanla görüşüb.

Görüş BMT-nin Cenevrə ofisində baş tutub.

Mətbuata qapalı olan görüş 1 saat 40 dəqiqə davam edib.

Qeyd edək ki, Türkiyə Prezidenti və Pakistanın Baş Naziri Cenevrədə Qaçqınlar üzrə ilk Qlobal Forumda iştirak ediblər.
Ardını oxu...

İran prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya səfər edəcək. “Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə iki ölkə arasında ticarət əlaqələrinin inkişafına dair keçirilən tədbirdə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı məlumat verib.

O, bu səfərin Yaponiyanın baş naziri Şinzo Abenin bu ilin iyun ayında Tehrana səfərinə cavab olaraq həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ş.Abe son 41 ildə İrana səfər etmiş ilk Yaponiya hökumət başçısıdır. Yaponiya baş naziri İranla ABŞ arasında Körfəzdəki gərginliyi səngitməyə səy göstərib. AFP xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Rəbii də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələlərinə, həmçinin Qərbi Asiya regionundakı proseslərə həsr olunacaq bu səfərin ABŞ ilə apardıqları danışıqlar kimi məsələlərə heç bir dəxli olmadığını vurğulayıb: “Yaponiyalı dostlarımızın çox vaxt irəli sürdükləri ismarıc və ya təşəbbüsləri biz alqışlayır və ciddi təhlil edirik”.

Qeyd edək ki, qarşıdakı səfər İran prezidentinin Yaponiyaya 2000-ci ildən etibarən ilk səfəri olacaq.


Ardını oxu...

Donbasdakı müharibəni dayandırmaq məqsədilə bu həftə Ukrayna, Fransa, Almaniya və Rusiya liderlərinin Parisdə bir araya gəlib. Baş tutan görüşdə heç bir irəliləyiş əldə olunmayıb. Təcavüzkar Rusiya 2014-cü ildə işğal etdiyi Ukrayna ərazilərini nəzarətdə saxlamağa davam edir. Ukraynanın yeni prezidenti Vladimir Zelenski göstərib ki, ona təzyiq etmək və təslim olmağa məcbur etmək olmaz. Bu barədə “New York Times” yazır. Ona görə Ukraynada davamlı sülh şəraitinə bir addım da olsa yaxınlaşmaq mümkün olmayıb. Zelenskinin mətanəti, əyilməzliyi milyonlarla ukraynalının rahat nəfəs almasına səbəb olsa da, Vladimir Putinin güzəştə getmək istəməməsi uzun müddətli perspektivdə Qərbə yaxşı heç nə vəd etmir.

Görüşdən əvvəl Putin xəbərdarlıq edib ki, qondarma Donetsk və Luqansk “xalq respublikalarının” razılığı olmadan Ukrayna ilə heç bir razılaşma olmayacaq. Belə ki, 50 min kvadrat metrlik sahəyə malik, Ukraynaya məxsus bu regionda Rusiyanın səhnələşdirdiyi “seçkilər” nəticəsində əhali Moskvadan asılı quldurların nəzarətində qalmağa məhkum olacaqdı.

Ukraynanın Qərbə meyli isə Kremlin nəzarətində olan regionlardan Ali Radaya seçilən yeni deputatlar tərəfindən sərt kəşildə təhrif ediləcək, ya da tamamilə bloklanacaqdı. Onlar parlamentdə məğlubiyyətə uğrasaydılar və Ukrayna yenidən AB/NATO-ya inteqrasiya etmək fikrinə düşsəydi, Moskva asanlıqla müharibəni bərpa edə və onu “rusyönlü üsyan” adlandıra biləcəkdi.

Ukrayna “normand görüşünə” ev sahibliyi edən prezident Emmanuel Makronun (Emmanuel Macron) mövqeyini də yolverilməz hesab edir. Fransa lideri Avropanın Rusiya ilə strateji münasibətlərini yenidən nəzərdən keçirmək istəyir. Makron əmindir ki, Moskvanın “təhlükəsizlik zonası” hesab etdiyi keçmiş SSRİ məkanında NATO və AB-nin genişlənməsi Putini narahat edir və prezident bu prosesi dayandırmağa çalışır. Onun gözləntiləri başa düşüləndir: danışıqlarda postsovet məkanında genişlənmənin olmayacağına dair Rusiyaya təminat verilsə, Rusiya Avropanın məsuliyyətli, loyal bir hissəsinə çevriləcək. Avropa münasibətlərində lazımsız qıcıqlandırıcı kimi Ukraynanı aradan qaldırmaq isə bu istiqamətdə ilk addım olacaq.

“Bütün bunlar Putinin NATO-ya görə narahat olmasına görədir? Putin “təhlükəsizlik zonasına” görə narahat olduğu üçün Stalinin plakatları və heykəlləri geri qayıdıb? Rusiyanın “gənclər ordusu” səkkiz yaşlı uşaqları cəlb edir. Hazırda onun sıralarında yüz minlərlə insan var. Bütün ölkə ərazisində “vətənpərvərlik parklarında” uşaqlar tank simulyatorlarını sürə, gənclər isə nəzarət altında Kalaşnikov avtomatlarından güllə ata bilərlər. 10 yaşdan yuxarı uşaqlar boş güllə, 18 yaşdan yuxarılar isə döyüş güllələri ilə. Bu cür hərbi vətənpərvərlikdə NATO və AB günahkardır?”, - “New York Times” qeyd edir.

“Yəqin, vicdanlı, davamlı sülh yolunda ən böyük maneə o olacaq ki, Putin sabit, çiçəklənən, demokratik və Qərbə meyl edən Ukraynaya dözməyəcək. Milyonlarla rus bu sualı verməyə başlasa, Putin rejimi sağ çıxmaya bilər. Ona görə Putin bunun qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcək. Paris görüşü bu istəyi bir daha təsdiqləyib”, - məqalədə deyilir.

Uilyam Şekspir deyirdi ki, ümidsiz, nəcib müharibədənsə, kiçik və iyrənc sülh yaxşıdır. Gəlin, özümüzü aldatmayacaq. Parisdəki görüş göstərdi ki, Ukrayna çox güman məhz belə bir sülh əldə edəcək. Tarixi presedentlər isə açıq-aşkar uzunmüddətli nəticələrin olacağını göstərir: təcavüzkarların nazı ilə oynamaq onlarda həmişə təcavüzə iştah oyadır.(Xarici pressa)

Ardını oxu...

Latviyaya rəsmi səfəri çərçivəsində nazir Elmar Məmmədyarov Latviya Respublikasının Baş nazirinin müavini, Müdafiə naziri Artis Pabriks ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər hər iki ölkə arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə mövcud əməkdaşlıq və gələcək perspektivlər barəsində fikir mübadiləsi aparıblar.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Tərəflər iki ölkənin hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı məsələsini müzakirə ediblər.

Görüş zamanı, həmçinin qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı və səfər mübadiləsinin reallaşdırılması müzakirə edilib. Görüşdən sonra nazir Elmar Məmmədyarov Latviyanın İşğal Muzeyinə baş çəkib və muzeydəki material və eksponatlarla tanış olub.

Ardını oxu...

Müasir Avropa liderlik böhranı yaşayır və Avropada siyasi xadimlərin arasında elə birisi yoxdur ki, onu nümunəvi lider adlandırasan. 

Bu barədə dekabrın 10-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan Bilkənd Universitetində Beynəlxalq insan haqları gününə həsr olunmuş konfransdakı çıxışı zamanı bəyan edib.

Türkiyə lideri həm də ölkəsinin Avropa İttifaqına qəbulu mövzusuna da toxunub. Dövlət başçısının sözlərinə görə, Ankaranın Avropa İttifaqına (Aİ) üzv olmasının əleyhdarları öz mövqelərini Türkiyə Respublikası əhalisinin sayı ilə əsaslandırmağa çalışırlar.

«Bizə deyirlər ki, Türkiyənin əhalisi çoxdur. Ancaq bu etirazın gerçək səbəbi başqadır. Gerçək səbəb ondan ibarətdir ki, biz - müsəlmanıq» - Ərdoğan bildirib.

AzPolitika.info


Ardını oxu...

ABŞ-da səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu ölkənin dövlət katibi Mayk Pompeo ilə görüşündə bir sıra beynəlxalq məsələlər müzakirə edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, hər iki dövlətin xarici siyasət idarələrinin rəhbərləri Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi ilə bağlı iddiaları, Əfqanıstan, Ukrayna, İran, KXDR-ə qarşı sanksiyalar məsələlərini, strateji hücum silahlarının ixtisarı, habelə digər məsələləri müzakirə ediblər. Lavrov və Pompeonun görüşündə xüsusən iki ölkə arasındakı əməkdaşlıq diqqət mərkəzində olub.

Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində ABŞ dövlət katibi dəvətə görə Rusiyanın XİN rəhbərinə təşəkkür edib. 

***

Vaşinqtonda ABŞ Dövlət katibi Mayk Pompeo ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun görüşü başlayıb.

RİA Novosti xəbər verir ki, görüşün protokol hissəsi 1 dəqiqədən az çəkib.

Görüşdən sonra rəsmilərin mətbuata açıqlamalar verəcəkləri bildirilib.

Sergey Lavrovu ABŞ Prezidenti Donald Trampın da qəbul edəcəyi gözlənilir.

Dünyapress TV

Xəbər lenti