Ardını oxu...
Şəmkirdə qadın özünə bıçaqla xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Şəfa Xəlilova qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadının psixoloji problemi olub.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Türkiyəli aktyor Əli Sürməlinin anası intihar edib. Kocaeli vilayətinin Derince şəhərində yaşayan 82 yaşlı Akçe Sürməli yaşadığı evin həyətində özünü ağacdan asıb.

82 yaşlı qadın baxıcısı ilə yaşayırmış. Onun ölümü barədə polisə elə baxıcısı xəbər verib.

Faktla bağlı araşdırma aparılır.
“Kurtlar Vadisi Pusu” serialında yaratdığı “Zaza dayı” obrazı ilə də yaddaşlarda qalan Əli Sürməli iki il əvvəl beyninə qan sızdığından əməliyyat keçirmişdi.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bir neçə gün bundan əvvəl Daşkəsən rayonunun Astaf kəndində 15 yaşlı qız özünü güllələyərək intihar edib.

APA TV-nin yerli bürosu xəbər verir ki, intihar hadisəsindən bir neçə gün keçməsinə baxmayaraq bəzi məqamlar ortaya çıxıb. Günel Həsənovanın valideynləri iddia edir ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünür.

Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.

Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.

Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək qızın səsinə oxşamır. Həmin səs yazısını sizə təqdim edirik.

Qeyd edək ki, Günel Həsənova babası ilə mövsümlə əlaqədar Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 
Ardını oxu...
NBC televiziyasının xəbər aparıcısı Julie Çin canlı yayımda insult keçirib.

32gun.az xarici mediaya istinadən bildirir ki, teleaparıcı NASA-nın buraxılışı ləğv edilmiş kosmik raketi barədə xəbəri oxuyarkən özünü pis hiss edib .

Yayım zamanı aparıcı anidən teleprompterdən sözləri tələffüz edə bilməyib. O, özündən biixtiyar, “Bbğışlayın, bu səhər mənə bir şey oldu, üzr istəyirəm”, deyərək kəkələyib.

Teleaparıcı özünə gələndən sonra baş verənlərin təfərrüatlarını sosial şəbəkələrdə paylaşıb:

“Bu birdən baş verdi. Verilişdən əvvəl özümü əla hiss edirdim. Ancaq xəbərin yayılmasından bir neçə dəqiqə sonra qəribə şeylər baş verməyə başladı. Birincisi, bir gözümün görmə qabiliyyətini qismən itirdim. Sonra bir qolum uyuşdu. Sonra sadəcə, teleprompterdəki sözləri deyə bilmədim. Sonra başa düşdüm ki, mənim böyük problemim var. Çağırışa gələn həkimlər dedi ki, insultun ilk əlamətlərini keçirmişəm. Bütün testlərimin əla nəticələr verdiyini bölüşməkdən məmnunam. Hələ çox suallar və müzakirə ediləcək çox şey var. Amma nəticə odur ki, hər şey yaxşı olacaq.

 
Ardını oxu...
Masallıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində baş verib.

Belə ki, yaşayış evində baş verən hadisə nəticəsində ana və iki övladı yanaraq ölüb. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
36 yaşlı qız ad günündə öldü
Böyük Britaniyada turist qız ad günü şənliyi zamanı qəfil dünyasını dəyişib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Manchester Evening News" yazır.

Nəşrin məlumatına görə, Mançester şəhərətrafı qəsəbələrindən birində yaşayan Heyli Tompson ailəsi ilə birlikdə 36 yaşını qeyd etmək üçün Devonşirə gedib. Səfər çoxdan gözlənilən idi - qadın qraflığı "dünyanın ən yaxşı yeri" hesab edib və səfəri bir neçə həftəyə planlaşdırıb.

İstirahətin ikinci günündə, Tompson hədiyyələri açanda, səhhəti kəskin şəkildə pisləşib. O, vanna otağına gedib və orada yerə yıxılıb. Qızın bir neçə konvulsiv tutması olub, sonra isə o dünyasını dəyişib.

Daha sonra həkimlər britaniyalının dalağın yırtılması və daxili qanaxma səbəbindən öldüyünü öyrəniblər. Hazırda Tompsonun qohumları qadının cəsədini Mançesterə daşımaq üçün ianə aksiyası elan ediblər.(milli.az)
 
Ardını oxu...
Acun İlıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı misirli sevgilisi Mohammed Alsalussi ilə birlikdə Nevada səhrasında keçirilən “Burning Man” festivalına qatılıb.

Bu barədə Şeyma Subaşı sosial şəbəkə hesabında məlumat verib.

Subaşının sevgilisi ilə festivaldan səmimi görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Şeyma sözügedən festival üçün imicində dəyişiklik edərək saçlarına rəngli afro hörüklər etdirib.

Həmin görüntüləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Supermodel Adriana Lima üçüncü dəfə övlad dünyaya gətirib.

41 yaşlı məşhur və əri, film prodüseri Andre Lemmers yeni doğulan oğlana Sian adı veriblər.

Qeyd edək ki, rejissor supermodellə 2021-ci ildə görüşməyə başlayıb.

Xatıradaq ki, supermodelin daha iki qız övladı var: 12 yaşlı Valentina və 9 yaşlı Sienna. Onların hər ikisi Limanın basketbolçu Marko Yariçlə nikahından doğulub. Cütlük 2014-cü ildə münasibətlərinə son qoyub və bir il sonra boşanıb.

Bundan sonra Lima türk yazıçısı Metin Hara ilə yaxın münasibətdə olub, lakin 2019-cu ilin qışında onlar ayrılmaq qərarına gəliblər.

Mənbə: starhit.ru
 
Ardını oxu...
Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar.

Teref.az modern.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib.
O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır.

“İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.
 
 
 
Ardını oxu...
Sərxoş qadın Moskva-Antalya reysi ilə uçan təyyarədə dava salıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, təyyarədəki digər sərnişinlər onu sakitləşdirməyə çalışsalar da, bu, alınmayıb.

Ekipaj üzvüləri hadisə barədə Türkiyənin hüquq-mühafizə orqanlarına məlumat veriblər. Sözügedən qadın hava limanında həbs edilib.
 

Dünyapress TV

Xəbər lenti