Qadın 13-cü mərtəbədən yıxıldı - VİDEO
Rusiyada Krasnoyarskda, Karaulnaya küçəsində qadın mübahisədən sonra 13-cü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Milli.Az bildirir ki, hadisənin videosunu "Kras Mash" Telegram kanalı yayıb.

Kadrlarda qadının çoxmərtəbəli binanın yuxarı mərtəbələrinin birindən necə yıxıldığı görünüb. Başqa bir videoda qadının yıxıldığı yer göstərilib.

Qonşuların sözlərinə görə, qadın səhər saat 7 radələrində pəncərədən yıxılıb, ondan əvvəl mənzildən qışqırıq və söyüş səsləri eşidilib. Rus qadının olduğu mənzil gündəlik kirayə verilib.

Bildirilib ki, qonşular zibil qutusunda butulkaların cingiltisini eşidiblər. Hadisənin şahidləri bildirib ki, qadın mənzildən qaçmağa çalışıb, ancaq onu geriyə sürükləyiblər.

 

Dünyapress TV

Xəbər lenti