Ardını oxu...
Bir çox subay xanımlar bahalı gəlinlikdə toy etməyi arzuayırlar, lakin bəziləri üçün bunun heç bir əhəmiyyəti yoxdur, əsas sevdiyin insanla ailə qurmaqdır.

Teref.Az xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan Culiya Linç ikincilərdəndir.

13 il sevgili olduğu şəxslə münasibətlərini rəsmiləşdirən bu qız toy məclisinə cəmi 3 dollar 75 sentə (təxminən 6 manata) aldığı gəlinliklə 8 dollarlıq (təxminən 14 manatlıq) ayaqqabıda gəlib. (sonxeber.az)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
ABŞ-ın Tennessi ştatında yaşayan Phi adlı qadın 8 fərqli kişi ilə münasibətindən 11 uşaq dünyaya gətirib.
Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, qadının dedikləri hamını şok edib.
Qeyri-adi yaşayışından danışan qadın başqalarının ona damğa vurduğunu, amma vecinə almadığını bildirib. Phi əlavə edib ki, o, başqa kişilərdən uşaq sahibi olmağa davam edəcək.
Gənc qadın niyə belə etdiyini də açıqlayıb. Bildirib ki, əgər 1 əri olsaydı və ölsəydi, uşağı atasız qalacağdı. Ancaq 8 fərqli kişidən 11 uşağı olan qadın kişilərdən biri ölsə belə, uşaqlara digər kişilərin baxacağını bildirib.
Phinin növbəti açıqlaması da hamını heyrətləndirib. O, peşman olmadığını və bundan sonra fərqli kişilərdən uşaq sahibi olmağa davam edəcəyini bildirib.
Qeyd edək ki, gənc qadın sosial media hesabında da uşaqları ilə əylənir və videolar paylaşır. Diqqət çəkən məqam odur ki, Phinin bəzi uşaqlarının ataları qaradərilidir.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Rusiya-Ukrayna müharibəsi ilə bağlı etdiyi paylaşımlarla tanınan jurnalist Gülsüm Xəlilova tutulub.

32gun.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, Zaqrebdən İstanbula uçuş edərkən, saxlanılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya G.Xəlilovanın saxlanılması ilə bağlı İNTERPOL-a müraciət ünvanlamışdı.

Ardını oxu...
 
Ardını oxu...
Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki, 22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur.

"Facebook"da Lamiyə Qafarova, "İnstaqram" və "Tik-Tok" sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər...

Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc qız isə baş verənlərdən tam xəbərsiz olub.

44 günlük müharibə dönəmində xəstəxanalarda könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara tibb bacısı kimi tanıdıb və qazilər ilə olan şəkillərdən daha çox istifadə edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev "Xəzər Xəbər"ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar isə araşdırmadan sonra məlum olacaq.

Ətraflı Xəzər TV-nin süjetində:

 

         
Ardını oxu...
Litva hakimiyyəti rusiyalı jurnalist Kseniya Sobçakın ölkəyə daxil olduğunu təsdiqləyib.

“Sobçak ölkəyə daxil olmaq hüququna malikdir, çünki onun İsrail pasportu var”, - deyə Respublika Dövlət Təhlükəsizlik Departamentinin direktoru Daryus Yaunişkis bildirib.

O, əlavə edib ki, Sobçak İsrail vətəndaşı olaraq vizaya ehtiyac duymur və ölkədə 90 günə qədər qala bilər.

Yaunişkis həmçinin qeyd edib ki, Sobçakın Litvanın təhlükəsizliyinə təhdid yarada biləcəyinə dair əllərində heç bir məlumat yoxdur.

Xatırladaq ki, ötən gün Kseniya Sobçakın Rusiyadan qaçdığı, barəsində həbs qərarı olmasına baxmayaraq, digər ölkəyə keçməyə nail olduğu bildirilib.

Həmçinin Belarus kanallarında Kseniya Sobçakın Litva ilə sərhədi keçməsini əks etdirən videolar paylaşılıb.

 
 
 
Ardını oxu...
Teleaparıcı və bloger Kseniya Sobçak ötən gecə Rusiyanı tərk edərək Belarus ərazisi ilə Litvaya gedib.

APA xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“O, çərşənbə axşamı günü, gecə gec saatlarda Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. O, əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub”, – deyə hüquq mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o, qaça bilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Sobçakın Moskva vilayətindəki bağ evində axtarış aparılıb. Axtarışın Sobçakın kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə aparıldığı bildirilib.
 

Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Zərinə Məmmədova ifadə verib.

O bildirib ki, zərərçəkmiş Gülnaz Məmmədovanın qızıdır, təqsirləndirilən şəxslər onlara ümumilikdə 189 min 500 manat ziyan vurublar.

Zərinə Məmmədovanın sözlərinə görə, 2021-ci ilin əvvəlində bacısı Aygünün vasitəsi ilə Aytacı tanıyıblar: “Aytac bacıma dedi ki, qızıl alveri ilə məşğul olurlar. Bizi də bu işə cəlb etdi”.

Şahid deyib ki, həmin ilin yanvar-mart aylarında Aytac və İlknura pul veriblər: “Martın 8-də bizə gəlir verilməli idi, amma verilmədi. Dedilər ki, martın 21-ə kimi ödəniş olacaq. Amma ödəniş olmadı”.

Şahid deyib ki, sonradan İlknur onların evində şikayət etməmələri üçün hədə-qorxu gəlib: “Dedi ki, Dövlət Təhlükəsizliyi Xidmətində adamı var, şikayət etsək də, nəticəsi olmayacaq. Aprel ayında şikayət etdik. Bizə dəymiş ziyan bu günə kimi də ödənilməyib”.

 

Şahid deyib ki, sonradan Aytac onlara ziyanın ödənilməsi üçün torpaq sənədi verib: “Biz həmin sənədi yoxlatdıq. Sənədin saxta olduğu üzə çıxdı”.

Prokuror Vüqar Quliyevin suallarını cavablandıran şahid deyib ki, anasının adına olan özünə məxsus evini, avtomobilini satıb, həmin pulu da Aytac və İlknura verib. Anası, bacısı və özü tərəfindən verilən pulların ümumi dəyəri 189 min 500 manat olub: ‘Həmin puldan biz heç bir qazanc əldə etmədik”.

Şahid deyib ki, 50 min manatlıq qızılın gəliri üçün 25 min manat qazanc əldə edəcəkdilər. Şahid əlavə edib ki, İlknurun onlardan pul almasını danışığı ilə video çəkiliş ediblər: “İlknur həmin videoda bizdən nə qədər pul aldığını etiraf edib. Aytac həmin vaxt Azərbaycanda olmadığı üçün onu çağıran bilməmişdik”.

İlknur Turkut isə onun videoya çəkilməsini belə izah edib: “Həmin çəkilişdən xəbərim olmayıb. Onlara getmişəm. Mənə dedilər ki, anam xəstədir, nə desək təsdiq elə. Mən də onların dediyi kimi danışmışam. Çəkiliş aparılmasından xəbərim olmayıb. Ümumiyyətlə, onlara DTX söhbbətini etməmişəm”.

Daha sonra zərərçəkmiş Gülnaz Məmmədovanın vəkili vəsatətlə çıxış edib. O deyib ki, həbsdə olan təqsirləndirilən İlknur Əliyeva zamindədir. Zamində olan təqsirləndirilən şəxs şahidlər təzyiq göstərir: “Sonuncu iclasda da müdafiə etdiyim Gülnaz Məmmədovaya və onun qızlarına söz atıb, təzyiq göstəriblər. Bu səbəbdən İlknur Əliyevanın barəsində olan ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilməsini, onun barəsində həbs qətinkan tədbirini seçilməsini istəyirik”.

Vəkil həmçinin cinayət işi üzrə məhkəmənin sürətləndirilməsini istəyib. Məhkəmə vəsarəti təmin etməyib.

Növbəti proses noyabrın 1-də davam edəcək.

İttihama görə, Aytac Əliyeva və bacısı tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər.

Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl-zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmişlərə vəd veriblər.

Cinayət işi üzrə 9 nəfər zərərçəkmiş qismində tanınıb.

Onlar zərərçkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vurublar.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Teleqraf.com

Ardını oxu...
RT telekanalının baş redaktoru Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulub.

DİA.AZ trend-ə istinadla xəbər verir ki, bu barədə çərşənbə günü M/Simonyan özünün "Telegram" kanalında yazıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə qarşı da analoji qadağa barədə məlumat verilmişdi.
Ardını oxu...
Bakıda fəaliyyət göstərən "Milana Medical" MMC barəsində məhkəmə iddiası qaldırılıb.

TEREF.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.

Belə ki, tibb mərkəzində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.

Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Xalidə Əlisoyun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Qeyd edək ki, "Milana Medical"ın sahibi iş qadını və yazar kimi tanınan Xuraman Muradovadır. O, əvvəllər "Laçın" Klinikasının rəhbəri olub. 2014-cü ildən isə "Milan Hospital"ın baş direktorudur. Bir müddət əvvəl isə Xuraman Muradovanın ölkədən çıxışı məhdudlaşdırılmışdı. Buna onun dövlət büdcəsinə olan vergi və sosial ödənişləri ödəməməsi səbəb olmuşdu.
 
Ardını oxu...
Rusiyada, Tuvada 24 yaşlı yerli sakin 10 aylıq bacısı oğlunu qətlə yetirdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Teref.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin respublika şöbəsindən məlumat verilib.

İstintaqın məlumatına görə, ötən il iyulun 29-da Kızılda fərdi evdə rus qadın keçmiş birgə yaşadığı şəxslə spirtli içki qəbul edərkən bacısının xahişi ilə kiçik oğluna baxıb. Böyüklərin arasında mübahisə yaranıb və sərxoş qadın həmin an qucağında körpə saxlayan kişiyə bıçaqla hücum etmək qərarına gəlib.

"Eyni zamanda bıçaq kişinin çiyninə, sonra isə uşağın kürəyinə dəyib", - deyə Komitə bildirib.

Nəticədə oğlan aldığı xəsarətlərdən yerindəcə keçinib. //milli.az
 

Dünyapress TV

Xəbər lenti