Ardını oxu...
Bakıda intihar hadisəsi olub.

Teref.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən 15 saylı Birləşmiş şəhər Xəstəxanasında qeydə alınıb.

Orada xadimə işləyən 49 yaşlı Novruzova Aidə Cəlal qızı xəstəxananın həyətindəki tikilidə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən canına qəsd etdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Britaniya kraliçası II Elizabetin ölümünün səbəbi açıqlanıb.
Bakupost.az xəbər verir ki, Şotlandiyanın Rekordlar Bürosu tərəfindən dərc edilən arayışda kraliçanın ölüm səbəbinin yaşlılıq olduğu bildirilib.
Sənədə görə, kraliça sentyabrın 8-də yerli vaxtla saat 15.10-da yaşlılıq səbəbindən vəfat edib.
70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib.
 
Ardını oxu...
Boyu 2 metr 15 santimetr olan türkiyəli Rumeysa Gelgi artıq xeyli müddətdir ki, dünyanın ən hündür qadını kimi Ginnesin Rekordlar Kitabına düşüb.

İstanbul Hava Limanına gələn 25 yaşlı Rumeysa digər sərnişinlərin foto çəkdirmək istəyini də rədd etməyib.

Xəstəlikdən əziyyət çəkən xanım həyatında ilk dəfə təyyarəyə minərək ABŞ-a yola düşüb. Onun San Fransiskoya ilk uçuşu 13 saat çəkəcək.

Mənbə: Haber Global
 
Ardını oxu...
ABŞ və Böyük Britaniyada sperma donoru olaraq fəaliyyət göstərən Kayl Qordi adlı şəxsin etirafları sosial şəbəkələrin ən çox müzakirə edilən mövzusuna çevrilib.
Bakupost.az xarici mediaya istinadən bildirir ki, Qordi bəzi hallarda sperma donorluğu etmədiyini, qarşılıqlı olaraq razılaşdığı qadınlarla cinsi əlaqəyə girərək onları hamilə qoyduğunu etiraf edib.
Sperma donoru indiyə kimi 51 qadının ondan hamilə qaldığını açıqlayıb. O, bu işə lezbiyan bir cütlüklə başladığını bildirib. Qordinin sözlərinə görə, hazırda 15 qadın onun körpəsini daşıyır.
 
Ardını oxu...
Britaniyanın Baş naziri və İngiltərənin “Norviç Siti” futbol klubunun tanınmış pərəstişkarı Liz Tras qalmaqalın əsas fiquruna çevrilib.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, baş prokuror Emili Thornberri Böyük Britaniya Xarici İşlər Nazirliyinə 2021-ci ilin sentyabrından 2022-ci ilin iyuluna qədər 45% artan xərcləri ilə bağlı məktub göndərib.

O, müraciətdə yüksək səviyyəli şəxsi yeməklərə, sağlamlıq və gözəllik müalicələrinə, külli miqdarda ingilis şərabına və interyer əşyalarına, habelə “Norviç” fan-şopunda 1,841 funtun xərclənməsini şübhə altına aldığını qeyd edib.

Baş nazir Liz Trasın Xarici İşlər Nazirliyinə rəhbərlik edərkən qeyd olunan məbləği “Norwich City” klub mağazasında xərclədiyi deyilir. Bu vəsaitlər dövlət büdcəsinin bir hissəsidir.

Qeyd edək ki, Britaniya Xarici İşlər Nazirliyinin nümayəndələri hesabatla bağlı ilkin sorğuya cavab vermədiyi üçün ölkənin baş prokuroru öz müraciətini tviter hesabında dərc edib.
 
Ardını oxu...
İtaliya və “Milan” futbol klubunun əfsanəsi Paolo Maldini “Instagram”da post paylaşaraq ötən həftə İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini, bütün İran qadınları və bu ölkədəki etiraz hərəkatına dəstəyini bildirib.

O, öz səhifəsində Məhsa və saçlarını kəsərək etiraz edən qadınların görüntülərini dərc edib.

“Mən İran qadınlarının, onların əsas hüquq və azadlıqlarının yanındayam”, - futbolçu yazıb.
Ardını oxu...
Sumqayıtda 8 aylıq hamilə kimyəvi maddə içərək özünü öldürübSumqayıtda 8 aylıq hamilə intihar edib.
Teref.az APA-ya istinadən xəbər verir ki, şəhər sakini Qarayeva Raya Elşən qızı kimyəvi maddə içərək özünü öldürüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
CNN-in aparıcısı başını örtmədiyi üçün İran Prezidenti İbrahim Rəisi müsahibə verməkdən imtina edib.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə CNN-in tanınmış jurnalisti Kristien Amanpur "Twitter"də bildirib.

"Ötən həftə Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbsindən sonra öldürülməsinin ardınca İranda etirazlar genişlənir və qadınlar hicablarını yandırırlar. İnsan haqları müdafiəçiləri azı 8 nəfərin öldüyünü bildirir. Dünən gecə mən prezident Rəisidən bütün bu və başqa məsələlər haqqında soruşmağı planlaşdırırdım. Bu, Prezident Rəisinin Nyu-Yorka səfəri zamanı ABŞ ərazisində ilk müsahibəsi olacaqdı. Həftəlik planlaşdırmadan və səkkiz saat çəkən tərcümə avadanlığı, işıqlar və kameraların qurulmasından sonra biz hazır idik. Amma prezident Rəisidən əsər-əlamət yox idi. Müsahibə başlamazdan 40 dəqiqə əvvəl onun köməkçisi gəldi. Onun sözlərinə görə, prezident mənə hicab taxmağı təklif edirdi, çünki müqəddəs Məhərrəm və Səfər aylarıdır. Mən nəzakətlə bundan imtina etdim və dedim ki, biz hicabla bağlı heç bir qanun və ənənənin olmadığı Nyu-Yorkdayıq", - Amanpur qeyd edib.

O bildirib ki, daha əvvəl də İran prezidentləri ilə İrandan kənarda müsahibə edərkən heç kim ona bu təklifi etməyib.

"Prezidentin köməkçisi bildirdi ki, mən hicab bağlamasam müsahibə olmayacaq. O, bunun "hörmət məsələsi" olduğunu söylədi və "İrandakı vəziyyətə" istinad etdi - ölkəni bürüyən etirazlara işarə etdi. Yenə dedim ki, bu görünməmiş və gözlənilməz vəziyyətlə razılaşa bilmərəm və beləcə biz oradan uzaqlaşdıq. Müsahibə baş tutmadı. İranda etirazlar davam etdiyi və insanların öldürüldüyü bir vaxtda prezident Rəisi ilə danışmaq vacib məqam olardı", - CNN-in aparıcısı vurğulayıb.
 
Ardını oxu...
Meqan Markl şahzadə Harri ilə İngiltərəni tərk etməzdən əvvəl yeni kral III Çarlzla şəxsən görüşərək münasibətlərini aydınlaşdırmaq istəyir.

İddiaya görə, 41 yaşlı Sasseks hersoginyası əlahəzrət ilə əri olmadan təklikdə görüşmək istəyir.

Bildirilir ki, Markl II Elizabetin ölümündən sonra övladlarının titullarını III Çarlzla müzakirə etmək niyyətindədir. Lakin Sasseks hersoqları kral ailəsi üzvlüyündən rəsmi olaraq istefa verdikləri üçün Arçi və Lilibet hələ ki, müvafiq titullardan istifadə edə bilmirlər.

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkədə kütləvi etirazlar davam edir. Bu məqamda İran polisi Məhsa Əmininin olduğu iddia edilən görüntüləri yayıb.

Məlumata görə, polis qadının döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.

Ölən qadının olduğu iddia edilən sözügedən videoda isə polislə danışan qadının qəfil stula yıxıldığı görünür.

Xatırladaq ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər.

 
 
 

Dünyapress TV

Xəbər lenti