Ardını oxu...
Azyaşlı oğlunun qida çatışmazlığından ölümündə təqsirli bilinən vegetarian qadın ömürlük həbs cəzasına məhkum edilib.

39 yaşlı Şeyla Oliri oğlu Ezra Olirini təkcə meyvə, tərəvəz və ana südü ilə qidalandırmaqla ölümünə səbəb olmasında ittiham olunurdu.

O, birinci dərəcəli qətl, həmçinin uşaqlara qarşı zorakılıq və qəsdən adam öldürmədə günahlandırılıb.

Onun əri, hazırda həbsdə olan və mühakimə edilən Rayan Patrik Olirinin də eyni ittihamla mühakimə olunacağı gözlənilir.

Polis bölmələrinin məlumatına görə, 2019-cu ilin sentyabrında ölən zaman 18 aylıq oğlanın çəkisi 8 kiloqram olub və 7 aylıq körpənin çəkisi ilə eyni olub.

Olirinin 3 və 5 yaşlarında daha iki az qidalanan uşağı var.
Ardını oxu...
Ardını oxu...
Mənbə: Daily Mail
Ardını oxu...
Azərbaycanlı Melisa Rauf "Miss England" gözəllik müsabiqəsinin finalına çıxıb.

Teref.az "Hüriyyet"ə istinadla xəbər verir ki, o, müsabiqənin mövcud olduğu 94 illik tarixi ərzində yarışa makiyajsız qatılan və finala yüksələn ilk iştirakçı olub.

20 yaşlı Melisa açıqlamasında daxili gözəlliyini ön plana çıxarmaq və sosial mediada yaradılan gözəllik anlayışına meydan oxumaq istədiyini bildirib.

O, oktyabrda keçiriləcək "Miss England" müsabiqəsinin finalında 40 namizədlə yarışacaq. Jüri azərbaycanlı xanımın bu cəsarətli addımından təsirlənərək ona yüksək bal veriblər.

Finala makiyajsız qatılmağı planlaşdırdığını bildirən Melisa Rauf yarımfinalın həyəcanlı, eyni zamanda möhtəşəm təcrübə olduğunu deyib.(baku.ws)

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Gəncədə 2021-ci ilin dekabrında “Lukoil” yanacaqdolurdurma mənqətəsində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

TEREF.AZ-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən Nigar Qafarovaya (ad-soyad şərtidir) 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Hadisənin baş verməsinə gəlincə, Nigar Gəncədə yerləşən “Lukoil”da xadimə işləyib. O, hadisədən bir müddət əvvəl həyat yoldaşından ayrılıb və övladının biri onunla qalıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nigar Qafarova ifadəsində bildirib ki, işdən evə və azyaşlı uşağını baxçadan iş yerinə gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarına çıxaraq təsadüfən həmin istiqamətə gedən tanımadığı avtomobillərə əl edib, həmin avtomobillərdən saxlayan olanda maşına minib uşağını bağçadan götürüb yaşadığı evə gedib. 2021-ci ilin dekabrın 4-də işə getmək üçün “Mercedes” markalı avtomobilə əl edərək onu iş yerinə aparmasını xahiş edib.

Yolda özünü hərbçi kimi təqdim edən Vüsal Məmmədov (soyad şərtidir) qadına nömrəsini verərək hər gün bu yolu gedib-gəldiyini bildirib və lazım olsa, onu apara biləcəyini deyib.

Vüsal bu zaman Nigara bacı deyə müraciət edib. Ancaq günorta saatlarında Vüsal Nigara zəng edərək ona əxalqsız təkliflər edib və onu otelə çağırıb. Vüsal evli olsa da, özünü boşanmış kimi təqdim edib.

Vüsalın ona əxlaqsız təkliflər etməyindən təsirlənən qadın, ondan qisas almaq niyyətinə düşüb. Vüsalın otelə getməklə bağlı təklifinə “hə” deyən Nigar onu orada bıçaqlamağı düşünüb.

Bunun üçün Nigar evdən bıçaq götürərək çantasına qoyub və Vüsalı görüşə çağırıb. Bu zaman Nigar fikrini dəyişərək ona əxalqsız təkliflər edən şəxsi “Lukoil” YDM-də bıçaqlamaq qərarına gəlib. O, bu səbəbdən uşağın sənədlərinin iş yerində qaldığını deyib. “Lukoil”ə çatan zaman Nigar əvvəlcə Vüsalın sağ bədən nahiyyəsindən iki, daha sonra isə sağ bud nahiyyəsindən 4-5 bıçaq zərbəsi vurub. Bu zaman Vüsal maşından düşərək qaçıb. Nigar isə əsəbini maşına zərər vurmaqla soyutmağa çalışıb.

Nigar hadisədən sonra oğlunu bağçaya qoyub, daha sonra iş yerinə gələrək təmizlik işləri aparıb. Bundan sonra Gəncə şəhər Nizami rayon polis bölməsinə gedərək tanımadığı bir nəfəri şəxsi ona əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğunu bildirib.

Qeyd edək ki, N saylı hərbi hospitalda stomatoloq vəzifəsində işləyən Vüsal Məmmədov məhkəmədə Nigarın iddialarını yalanlayıb.
 
Ardını oxu...
“Çalıquşu” filmində Fəridə obrazı ilə yaddaşlara həkk olan türkiyəli aktrisa Aydan Şener şəxsi həyatı ilə bağlı bilinməyən məqamları səmimi şəkildə bölüşüb.

59 yaşlı məşhur necə gözəl qalmasından danışıb:

“Özünüzə diqqət yetirmək və çəkiyə diqqət yetirmək çox vacibdir. Yediklərimə çox diqqət edirəm. Üzə xaricdən vurulan şeylərə inanmıram, dəri daxildən qidalanır. Yuxuya fikir verirəm. sas odur, insanın içində fitnə-fəsad olmasın. Pozitiv olmaq çox vacibdir”.

Çəkisini formada saxlamasında bəhs edən aktrisa bunun heç də asan olmadığını deyir:

“Səhər südlü böyük qəhvə içirəm, günortalar zeytun yağı ilə bir dilim çörək yeyirəm. Axşam yeməyimi daha çox salatla keçirirəm. Daha çox balıq və salat yeyirəm. Diqqət etməsəm, olmur. Bir az yesəm, dərhal çəkim üç-beş kilo artır”.

Şener plastik əməliyyatlara müsbət baxmadığını da bildirib. Yanaqlarına dolğu etdirən aktrisa bunu bir daha etməyəcəyini deyib.
Ardını oxu...
Mənbə: Posta
 
 
 
Ardını oxu...
“Çöpçü”... Azərbaycanda bu adla fəaliyyət göstərən türkəçarəçilər var. Uzun illdərdir ki, valideynlər də öz körpə uşaqlarının hərarəti qalxan kimi, qusan kimi bu el “həkim”lərinin yanına aparırlar.
Bakıda “çöpçülük” edən qadınlar var. Onlardan biri də Maştağa da yaşayan Nargilə xanımdır. Hamı çöpçülüyün onda bir vergi olduğunu hesab edir. Əvvəl üzünü uşağın burun nahiyəsinə yaxınlaşıdırb üfürür. Bu prosedurdan sonra uşağın ağından və ya burnundan onun boğazında qalan, hərarətini qaldırıb, xəstəliyə salan “çöp” düşür. Nə kəramətdirsə, çöpçüdən gələn uşaqlar bir neçə saat sonra sağalıb, özünə gəlir.

Tibb aləmində çöpçülərə inanc yoxdur və onlar bir növ insanların inamından istifadə edənlər kimi qəbul edilir.

Çöpçü Nargilə xanım isə deyir ki, 30 ildir bu işlə məşğuldur. Bu 30 ildə on minlərlə uşağın çöpünü çıxarıb. Hətta 30 ildən çöpünü çıxardığı uşaqlar da öz uşaqlarının çöpçü qadının yanına gətirir.

Çöpçünün sözlərinə görə, bu, xüsusi bacarıqdır. Yəni bunu sıradan heç kim bacara bilməz. Proses zamanı çöpçü xəstənin burnundan bir neçə dəfə üfürür. Hər üfürmə zamanı isə, uşağın boğazaında ilişib qalan hər nə varsa, çıxır.

“Çox zaman bizim bu işimizi gözdən salmağa çalışanlar olur. Bəzən bizim insanları aldatdığımız da qeyd edilir. Əgər biz aldadırıqsa, bu qədər insan niyə gəlir? Uzun illərdir ki, hamı bu qapını çöpçü qapısı kimi tanıyır. Biz insanlarla pulla xidmət etmirik. Qiymət danışmırıq, sadəcə xidmət edirik. Bu xidmətə görə, qapıya gələn nəsə məbləğ verməyi düşünürsə, bu da artıq onun işidir. Biz kimsəni aldatmırıq”,- deyə qadın bildirir. Onun sözlərinə görə, hər gün qapısına ən az 10 uşaq gətirilir. Bəzən böyüklər də çöpçüyə müraciət edirlər.

“Bəzən 30-40 yaşında adamlar da çöp çıxarmaq üçün gəlir. Bu da mümkündür. Bəzən yemək yediyin zaman sanki tikən boğazında haradasa ilişir, keçmir. Nə yesən də onun yerini hiss edirsən, boğazın yara kimi olur, uqduna bilmirsən. Buna görə, daxilən həmin yer iltihablanır və bu sənə qızdırma verir. O zaman xəstə həkimə müraciət edib, müayinə olunur, müalicəyə başlayır. Amma müalicə təsir etmədiyi zaman gəldiyi son qapı çöpçü qapısı olur” - deyə çöpçü Nargilə xanım əlavə edib.

Biz də bu qapıda olduğumuz zaman bir neçə körpə uşağın gətirilməsinə şahid oluq. Baxmyaraq ki, bizə çəkiliş aparmağa icazə verilmədi. Amma biz gördüklərimizi sizinlə paylaşdıq.

Bəs siz çöpçüyə inanısınızmı?
Bizimyol.info
Ardını oxu...
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi çərçivəsində “Şöhrət” ördenli, “Tərəqqi” medallı Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Jalə Əliyeva, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, iş xanımı Ruhi Əliyeva, gənc iş adamı Nihat Can və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışına bu günün önəminə diqqət çəkərək başlayan Tənzilə Rüstəmxanlı Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin xalqı Laçın xəbərilə müjdələməsinin ona xüsusi əhval-ruhiyyə bəxş etdiyini bildirib, ölkə başçısının verdiyi bu sevincli xəbərlə dinləyicilərin qarşısına çıxdığını vurğulayıb.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü olduğunu diqqətə çatdıran ATEV sədri onun gördüyü işlərlə bütün azərbaycanlıların qəlbində xüsusi yer tutduğunu qeyd edib.

Azərbaycan müstəqillik tarixinə nəzər salan Tənzilə Rüstəmxanlı ötən 30 ildə aparılan mübarizənin Vətən müharibəsində əldə edilmiş zəfərlə nəticələndiyini, yeni reallıqda Azərbaycanın qarşısında mühüm məsələlərin durduğunu bildirib.

Ömrünün böyük hissəsini türk dünyasının bütünləşməsinə, türk respublikaları arasında əlaqələrin möhkəmlənməsinə sərf etdiyini bildirən ATEV sədri Qarabağ zəfərinin türk cümhuriyyətlərini bir-birinə daha da yaxınlaşdırdığını bildirib.

Tənzilə Rüstəmxanlı gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinin önəmindən danışaraq əldə edilən zəfərlərin gələcəyə daşınmasının yalnız bu yolla mümkün olduğunu deyib.

Tənzilə Rüstəmxanlı iştirakçıları maraqlandıran suallara cavab verib, səmimi söhbət aparılıb.

 
Ardını oxu...
Florida ştatının iki sakini ABŞ Prezidenti Co Baydenin kiçik qızı Eşli Baydenin gündəliyini oğurlayaraq satmaqda təqsirli biliniblər.

Teref.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.

Bildirilib ki, onlar gündəliyi 40 000 dollara ABŞ fəallarına satıblar. Həmçinin cütlük fəalları başqa əmlakla təmin etmək üçün 100 min dollar da istəyib. Onları 5 ilə qədər həbs cəzası gözləyir.
 
Ardını oxu...
Bu gün Azərbaycan dövlətinin, xalqımızın rifahı və inkişafı naminə yorulmadan çalışan, bütün fəaliyyəti boyu humanizm və bəşəri dəyərləri özünə rəhbər tutmaqla, mənsub olduğu xalqın kiçikdən-böyüyə hər bir fərdinin sevimlisinə çevrilən ölkəmizin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür...

Bu əlamətdar gündə Mehriban xanımı xalqımızın sevimlisinə çevirən məqamlarla bağlı hər bir azərbaycanlının səmimi düşüncələrinin səsi olmağı özümüzə borc bildik...

Çünki təkcə bir xalqın mənəvi dəyərlərini, onun varlığının əsaslarını, təmsil etdiyi yüksək keyfiyyətləri özündə birləşdirə bilən şəxslər həmin xalqın ən dəyərli nümayəndələrinə çevrilə bilər. Xalqın arasından çıxıb onun mədəniyyət və tarixinə sahib çıxan, bu dəyərləri layiqincə təmsil edən və onları öz fəaliyyətində rəhbər tutanlar məhz bir gün xalqı təmsil etmək hüququ qazanır. Xalq bu hüququ yalnız ona xidmət yolunda yorulmadan çalışan, atdığı hər addımı, hər şəxsi uğuru xalqın sevgisinə, uğuruna çevrilən insanlara verir.

Belə olan halda Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycan xalqının layiqli təmsilçisi, onun milli-mənəvi dəyərlərinin, tarixinin təbliğatçısı, gələcək nəsillərə qüdrətli Azərbaycan ideallarının ötürülməsində müstəsna xidmətləri olan tamhüquqlu bir fərdi adlandırmaq olar.

Bir xalqın qəlbində özünə yer tapmaq, onun həm qürur duyduğu bir fərdi, həm gələcəyini təmin edəcək siyasi fikirlərin tətbiqində yer alan siyasətçisi, həm də keçmişinə və gələcəyinə işıq tutan ziyalısı olmaq artıq tarixin şanlı səhifələrində o xalqla birgə yer almaq deməkdir.

Bəli, tarixdə yer ala bilmək, bəlkə də bəzi hallarda çox asandır, ancaq həmin tarixdə öz xalqını layiqincə təmsil etmək, varlığını xalqın tarixinə çevirmək, xalqla birgə tarix yazanlardan olmaq çox çətindir.

Ancaq bu gün Mehriban Əliyevanın şəxsində biz xalqla birgə tarix yazmağın nə qədər çətin olsa da, mümkün olduğunu görə bilirik. Məhz bu səbəbdəndir ki, Mehriban Əliyevanın heç vaxt xüsusi təqdimata ehtiyacı olmayıb. Uzun illərdir davam edən çoxşaxəli fəaliyyətinə nəzər salsaq, Mehriban Əliyevanı bir çox titullarla, bir çox fəxri və elmi adlarla, rəhbərlik etdiyi layihələrlə, təmsil etdiyi təşkilatlarla, Azərbaycan, onun gələcəyi, varlığı və beynəlxalq arenada təqdimatı üçün çiyinlərinə götürdüyü öhdəliklərlə tanımaq olar. Ancaq Azərbaycan xalqının bütün nəcib xüsusiyyətlərini daşıyan, sadəliyini xalqın sevgisindən alan biri kimi o, məhz başqa bir təqdimatı özü üçün məqbul sayıb, böyük təvazökarlıqla “sizin Mehriban” olaraq təqdim edilməyi seçib.

Təkcə bu təqdimat belə Azərbaycanın əxlaqi dəyərlərində böyük önəmə sahib təvazökarlığın əyani mənzərəsi kimi önə çıxır, qazanılmış, əldə olunmuş istənilən titulun xalqdan biri olmaqdan, onun fərdi kimi qürur duymaqdan üstün olmadığını göstərir. Azərbaycan ziyalısı, siyasətçisi, onun görkəmli nümayəndəsi üçün ən ideal tanıtım məhz onun xalqın – sizin, bizim, hər birimizin ailəsinin – müqəddəs birliyinin bir üzvü olması, bizlərin arasından çıxaraq bizləri təmsil etdiyi üçün yaşadığı böyük fəxarət hissinin vurğulanması ola bilərdi.

Bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətin, dövlətin, xalqın həyatında, təfəkküründə özünə layiq yer tutması üçün ilk növbədə böyüyüb, formalaşdığı mühit, ailə və ona aşılanan keyfiyyətlər ön plana çıxır. Bu baxımdan çox şanslı olan Mehriban xanım Azərbaycan ziyalısının formalaşması üçün ideal mühitdə dünyaya göz açıb.

O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, anası Aida İmamquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva həmçinin Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.

Göründüyü kimi Mehriban xanımın böyüdüyü mühitdə ziyalı kimi formalaşması, yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, Azərbaycan xalqının daşıdığı bütün nəcib xüsusiyyətləri mənimsəməsi qaçılmaz hal idi. Təkcə babaları - məşhur yazıçımız Mir Cəlal Paşayev və görkəmli jurnalistimiz Nəsir İmamquliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyat və publisistikasının inkişafı üçün gördüyü işləri yada salsaq, Mehriban xanımın hansı mühitdə tərbiyə alması barədə aydın təsəvvürlər formalaşar. Üstəlik valideynlərin də övladın həyatında, onun gələcək uğurlarının bünövrəsi üçün sağlam zəmin hazırlanmasında, ona həyatın məqsəd və məramlarının dərk etdirilməsindəki yeri və önəmi danılmazdır.

Azərbaycanın gələcəyinə işıq saçan, xalqın maariflənməsində, ölkədə mədəni mühitin, dəyərlərin formalaşmasında rol oynayan, hətta öndərlik edən bu cür ziyalıların ocağında yetişmək hər insana qismət olmayacaq bir xoşbəxtlik idi. Bu xoşbəxtlik isə sözün əsl mənasında gələcək şəxsiyyətin formalaşmasında əvəzsiz bir məktəbə çevrilmişdi.

Həmin məktəbin təlqin etdiyi böyük dəyərlər, müqəddəs ideallar və fikirlər sonradan həyatın bütün mərhələlərində rəhbər tutularaq, Mehriban Əliyevanın şəxsiyyət kimi tarix səhnəsində özünəməxsus yer almasını təmin edib.

Heç şübhəsiz gələcək həyatın uğurlu təməli həm də təhsildən asılıdır. Bu təməlin sarsılmaz dayaqlar üzərində inşası üçün var gücü ilə çalışan Mehriban Əliyeva ali təhsil üçün N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini seçib. 1988-ci ildə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Mehriban Əliyevanın müsahibələrində dediyi kimi onun ixtisas seçimində həm anasının xəyalları, həm də 1983-cü ildə ailə həyatı qurduğu İlham Əliyevin anası Zərifə Əliyevanın məsləhəti önəmli rol oynamışdı. Çünki büründüyü və layiqincə təmsil etdiyi Azərbaycan xanımı obrazı, şübhəsiz ki, böyüklərin təcrübə və dəyərli məsləhətlərinə dərin hörmət və ehtiram tələb edirdi.

Azərbaycan naminə bir çox sahələrdə uğurla çalışan Mehriban xanımın fəaliyyətində böyük önəm kəsb edən qurumlardan biri 1995-ci ildə öz təşəbbüsü ilə təsis etdiyi, hazırda da rəhbəri olduğu Azərbaycan Mədəniyyət Fondudur. Bir il sonra Azərbaycan mədəniyyətinin geniş auditoriyaya təbliğ olunması, bu misilsiz mədəniyyətin layiqincə təqdimatının həyata keçirilməsi məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan “Azərbaycan – İrs” jurnalı təsis edilir. Xarici aləmin Azərbaycan mədəniyyətindən demək olar ki, bixəbər olduğu bir vaxtda, fond və jurnal, onların hər ikisinə rəhbərlik edən Mehriban Əliyeva öz çiyinlərinə kifayət qədər mürəkkəb bir missiyanı götürmüşdü. Bu missiyanı layiqincə yerinə yetirə bilməyin yeganə şərti – Azərbaycan sevgisi, uğura aparan yolun açarı xalqın tarix və mədəniyyətinə vurğunluq idi.

Mehriban Əliyevanın fəaliyyətində mühüm yerlərdən birini Heydər Əliyev Fondu təşkil edir. 2004-cü il may ayının 10-da Heydər Əliyev Fondunun rəsmi açılışı olub. Fond ümummilli liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin dövlətçiliyimizin formalaşmasında zəmin rolunu oynayan ideyalarının təbliği, gələcək nəsillərə öyrədilməsi və yaşadılması kimi önəmli vəzifələrin icrasını öhdəsinə götürüb.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyində həm də uzun illərdir Azərbaycanın qəhrəman övladlarının himayədarı kimi çıxış edir. İstər 90-cı illərin Qarabağ döyüşlərində, istərsə də Vətən müharibəsində iştirak edən və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin qayğısına qalmaq deyəndə ilk olaraq onun adı ağıllara gəlir. Şəhid ailələri ilə mütəmadi görüşlər, onların sosial-məişət problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması, qazilərimizin səhhəti ilə bağlı problemlərin həlli, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və s. görülən işlərin sadəcə kiçik bir qismidir.

Fond həm də Azərbaycan ədəbiyyatı və musiqisi üçün misilsiz işlər görür. 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. O, həm də 2006-cı ilin 24 noyabrından etibarən ISESCO-nun xoşməramlı səfiri kimi ölkəmizi təmsil edir.

2005-ci ilin noyabrın 6-da Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak edən Mehriban Əliyeva seçicilərin böyük etimadı fonunda (92,12 faiz) parlamentdə Azərbaycan xalqını təmsil etmək hüququ qazanıb. Fəaliyyəti boyu xalqa xidməti qarşısına daim prioritet məsələ kimi qoyan Mehriban Əliyeva 2010 (94,49 faiz) və 2015-ci (96,7 faiz) illərdəki parlament seçkilərində də xalqın ona olan sevgisinin günü-gündən artdığını hər kəsə sübut edib.

2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradılıb və onun sədri Mehriban Əliyeva təyin olunub. Bütün hallarda olduğu kimi bu çətin və məsuliyyəti tapşırığın da öhdəsindən layiqincə gəlinib, Azərbaycan Mehriban Əliyevanın səyləri nəticəsində bu nüfuzlu və bir o qədər də əhəmiyyətli işi uğurla yerinə yetirib.

Elə məhz bu xalq sevgisi, dövlətçiliyin inkişafında oynadığı əvəzsiz rol və aparılan gərgin mübarizənin məntiqi nəticəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 29 iyun tarixli sərəncamı ilə Mehriban Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Bu tarixi hadisə onun dövlətçilik tariximizdə daşıdığı vəzifələrin önəmini ön plana çıxarmaqla bərabər, xalqın iradəsinin təcəssümü kimi yadda qalıb.

Mehriban Əliyeva hər zaman olduğu kimi 44 günlük Vətən müharibəsinin getdiyi şərəfli və eyni zamanda çətin dövrdə xalqın qayğısına qalmaqla milli qələbəmizə böyük töhfə verdi. İşğaldan azad edilən torpaqlarımıza ilk səfərlərdə heç bir təhlükədən çəkinməyərək, hər zaman dövlət başçısı, Müzəffər ordunun Ali Baş komandanı İlham Əliyevin yanında yer alan Mehriban Əliyeva bir daha Azərbaycan xalqının Vətən sevgisinin, Vətən həsrətinin böyüklüyünü göstərdi, uzun illər öz doğma yurd-yuvalarından didərgin düşən, öz doğma torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidin, Qarabağı görmədən onun xəyalı ilə böyümüş hər bir gəncin simasında orada öz xalqını təmsil etdi.

Hər zaman öz sadəliyi ilə seçilən ölkənin Birinci vitse-prezidenti şəxsən çəkdiyi kadrlarla azərbaycanlıların Vətən həsrəti ilə alovlanan qəlblərinə su səpdi. Səfərin çətinliyi, bölgənin işğaldan yenicə azad olunmasından heç zaman çəkinməyən Mehriban Əliyeva öz xalqı naminə üzərinə götürdüyü bu missiyanı da layiqincə yerinə yetirdi.

2022-ci il də Mehriban Əliyevanın fəaliyyətində hər zaman olduğu kimi gərgin qrafiklə keçdi. Birinci vitse-prezident dövlət başçısı İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərdəki quruculuq-bərpa işlərinin gedişi ilə tanış oldu. Xüsusi ilə Qarabağ və Şərqi Zəngəzurda vandalizmin qurbanı olmuş mədəniyyət abidələrimizin bərpası, həmin mədəniyyət nümunələrinə tarixi kimliyinin qaytarılması istiqamətində görülən və nəzərdə tutulan işlərə diqqət ayrıldı.

Bundan əlavə ölkənin digər regionları da bu qayğı və diqqətdən kənarda qalmadı.

Son olaraq Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarını canlı izləmək üçün qardaş Türkiyəyə yollanan Mehriban Əliyeva Azərbaycan idmanının da gələcəyinin daim dövlət qayğısı ilə əhatələndiyini bir daha göstərdi. Dövlət başçısının və Birinci vitse-prezidentin Konya səfəri Azərbaycan idmançılarının da mübarizə əzmini artırdı və yekunda böyük uğur qazanılmasına öz töhfəsini verdi.

Bu gün Azərbaycan qadınının bütün milli xüsusiyyətlərini özündə daşımaqla bərabər, çağdaş mədəniyyətin də çağırışlarını da cavabsız qoymayan Mehriban Əliyeva göstərdiyi əzm, iradə, qərarlılıq və həssaslıqla gənc nəsillər üçün örnək təşkil edir. Həyatı boyu sahib olduğu dəyərləri özünə rəhbər tutaraq, bu gün özünü xalq qarşısında böyük təvazökarlıqla “sizin Mehriban” adlandıran birinci vitse-prezident, heç şübhəsiz ki, bundan sonra həmin dəyərlərin təcəssümü kimi Azərbaycan qadınına, onun cəmiyyətdə, dövlət idarəetməsində, mədəniyyət, idman və bütün digər sahələrdə layiqli yer tutmasına da nümunə olacaq, öz təcrübələri ilə bu yola işıq tutacaq.

Sonda Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik! (oxu.az)
 
 
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz dövlətlərimiz arasında bu il müttəfiqliyin yeni səviyyəsinə çıxan münasibətlərin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Əminəm ki, bir çox istiqamətlər üzrə ikitərəfli konstruktiv əlaqələr, xalqlarımızın dostluğu bundan sonra da möhkəmlənəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və uğurlar arzulayıram. Səmimi salamlarımı İlham Heydər oğluna və bütün ailənizə çatdırmağınızı xahiş edirəm".
 
 
 
Ardını oxu...
Əməkdar artist Kübra Əliyeva ailəsi ilə bağlı ilk dəfə etiraf edib.

Aktrisa beş qardaşının vəfat etdiyini açıqlayıb. O bu barədə “Elgizlə izlə” verilişində bildirib:

“4 qardaşımı itirmişəm. Hələ biri də lap balaca vaxtı vəfat edib. Çox ağır gəlir mənə. Onların heç biri yoxdur bu həyatda. Torpaqlarına qurban olum. Qardaş keçir bacıdan, amma bacı keçmir qardaşdan. El qızı gəlib qardaşı çöndərir, bacılara kəm baxır”.

 

Dünyapress TV

Xəbər lenti