Ardını oxu...
Türkiyəli məşhur aktrisa Bensu Soralın son halı hər kəsi təəccübləndirib.
Bakupost.az xəbər verir ki, ekranlara qayıtmağa hazırlaşan aktrisa "Instagram"da paylaşdığı yeni fotoları ilə diqqət çəkib.

Bensunun üzünə estetik müdaxilə etdirdiyi anlaşılıb.


31 yaşlı aktrisanın yanaq, çənə və dodaq nahiyəsindəki dəyişikliklər diqqətdən yayınmayıb.
Ardını oxu...
 

Ardını oxu...
İsmayıllıda şantaj edildiyini bildirən qadın oktyabrın 4-də polisə müraciət edib.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü S.Quliyeva bildirib ki, sevgi münasibətində olduğu M.Məcidov 2017-2022-ci illər ərzində onu dəfələrlə hədələyərək pul alıb. O, həmin şəxsin 5 il ərzində ondan fotolarını yayacağı hədəsi ilə ümumilikdə 2590 manat aldığını bildirib.

Hədələrin davam etdiyini deyən qadın həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş edib.

Müraciətlə bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ardını oxu...
Müəllimədən dəhşətli işgəncə: ögey qızının başını...
Rusiyada, Volqoqrad vilayətində 40 yaşlı yerli sakin səkkiz yaşlı ögey qızına işgəncə verməkdə təqsirli bilinir.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, bu ilin may ayından iyun ayına kimi Krasnıy Oktyabr kəndinin Komsomolskaya küçəsindəki fərdi yaşayış evində ögey anası qıza nifrət etdiyi üçün onu mütəmadi olaraq döyüb. V1.ru nəşrinin aydınlaşdırdığı kimi, qadın uzun illər informatika müəlliməsi işləyib. Bundan əlavə, o, bir dəfə isti ütü götürərək uşağın başına qoyub, bundan sonra qızı huşunu itirənə qədər döyüb.

İyun ayında təqsirləndirilən şəxs ögey qızını əvvəlcə əlləri və ayaqları ilə döyüb, sonra isə başını tualetə salaraq suyu buraxıb. Sonra isə qızı kəmərlə qamçılayıb.(milli.az)

Zərərçəkmiş zorakılığa dözə bilməyib evdən qaçaraq nənəsinin yanına gəlib və başına gələnləri danışıb. Nənəsi hüquq-mühafizə orqanlarına müraciət edib, bundan qızın ögey anası saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.
Ardını oxu...
Şahzadə Diana borşu digər yeməklərdən daha çox sevirdi.

Bu xörək onun üçün xüsusi reseptlə hazırlanırdı.

Sosial şəbəkələrdə Bukingem sarayının möhürü və məlumatı olan, ətraflı reseptin əks olunduğu sənəd dərc olunub.

Ledi Dinin reseptinə görə borşa çuğundur, qatıq, soğan, toyuq suyu, süd, xama, duz və istiot qatılıb.

Məlumata görə, bu resept ingilis aşpazları ilə birgə yaradılıb.
Ardını oxu...
 
Ardını oxu...
Erməni əsilli model Kim Kardaşyan 1.3 milyon dollar məbləğində cərimələnib.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Kardaşyan "EthereumMax" adlı kriptovalyutanı qanunsuz tanıtmaqda ittiham olunub.

Sosial şəbəkə hesablarında 250 milyondan çox abunəçisi olan Kardaşyan növbəti üç il ərzində kriptovalyutaları reklam etməyəcəyinə söz verib.

 
Ardını oxu...
Dünən axşam saatlarında İstanbulun Nişantaşı səmtində naməlum səbəbdən qadınlar arasında dava düşüb.

Musavat.com xəbər verir ki, vətəndaşların müdaxiləsi ilə dava edən qadınlar çətinliklə bir-birindən ayrılıb.

Sözügedən hadisənin görüntüləri kameralara əks olunub.

Bir-birilərinin saçını yolan qadınlar davadan sonra hadisə yerindən qaçıb. Hazırda İstanbul polisi bu qadınları axtarır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 
Ardını oxu...
Böyük Britaniyanın Baş naziri Liz Trassın şəxsi məlumatları internetə sızdırılıb.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, hakerlər Liz Trassın telefon nömrəsi ilə bərabər, hökumətin daha 25 üzvünün şəxsi məlumatını satışa çıxarıblar. Məlumat hakerlərin qapalı saytına yerləşdirilib. Orada hətta müdafiə, daxili işlər və xarici işlər nazirlərinin də telefon nömrələri var.

Hakerlər nömrələri istəyən şəxsə 6,5 funta (10 dollara) satırlar.

Böyük Britaniya hökuməti araşdırmaya başladığını elan edərək, dərc edilən məlumatların bəzilərinin köhnəldiyini qeyd edib.
 
Ardını oxu...
“Bizim danışmağımız artıq gecdir. Demək istəyirəm ki, mən iki ay əvvəl onu gördüm, amma ayaqları belə deyildi. İdman ayaqqabısı geyinmişdi, onun geyim tərzi idi. Halından şikayət etmədi. İndi başa düşürəm ki, o, xəstəliyindən heç kimə danışmayıb”.

Bu sözləri Əməkdar artist Kübra Əliyeva “Bizimləsən” verilişində dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli haqda deyib.

K.Əliyeva mərhumun xəstəliyini anasından gizlətdiyini açıqlayıb:

“Onu qoruya bilmədik, çünki o, dərdini heç kimə söyləməyib. Xəstəliyi bilinsəydi, dövlət tərəfindən də nəzarətə götürülərdi. Rəhim xəstəliyini anasından da gizlədib. Gizli-gizli dərmanlar qəbul edib. Hansı dərmanları qəbul edirsən? Bəlkə heç o preparatlar sənə olmaz? Bir iki nəfərlə məsləhətləşmək lazım idi. Kaş ki, Rəhim səhhətində yaranan problemlərdən xəbər verərdi”.
 
Ardını oxu...
"Hər kəs yazır, amma inanın ele əsəbimə toxunur ki... Bir neçə insan bilir Rəhimlə necə dost və sirdaş olmuşuq. Son zamanlar təkliyə çəkilsə də, inanın hər gün keçdiyimiz yolları xatırlayırdıq".

Demokrat.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Əlimuxtarova sosial şəbəkədə yazıb. O, bu gün vəfat edən Rəhim Rəhimli haqda paylaşım edən bəzi məşhurlara əsəbiləşib:

"Demirəm axı ki, niyə belə oldu? Allahın qədəri var, deməli, bu qədər imiş. Çox təəssüf, bir onu deyəcəm ki, yalandan statuslar paylaşıb, özünüzü artistliyə vurmayın. Ay bəzi 5 gündən sonra yaddan çıxaranlar və illərdir Rəhimin yanında olmayanlar... Onu nə məclislərinizdə, nə ad günlərinizdə, nə də əzizlərinizin toyunda gördüm. Nə olar, yığışdırın yalançı sevgilərinizi. Təbii ki, hər kəsdən söhbət getmir. Mən onun əsl dostlarını və yalançı dostlarını çox yaxşı tanıyıram".
 
Ardını oxu...
İsmayıllı rayonu Mollaisaqlı kənd sakini 1955-ci il təvəllüdlü Bağıyeva İzafət Qorxmaz qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 3 il müddətdir yaşadığım ev qəzalı vəziyyətdədir. Divarlar ovxalanıb parçam-parçadır, üst örtüyündə aşsüzən kimi dəliklər olduğuna görə yağan qar və yağış otaqlara dolur, tavan çürüyüb döşəməyə tökülür. Tez-tez ilan və digər zərərli həşəratlar otaqlara girir. Bəzən qorxudan evi tərk edərək qonşularda gecələyirəm. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirmişdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban xanım Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam. Özüm də xəstəyəm, yüksək təziqlə yaşayıram, eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Yüksək şəkər səbəbilə sağ ayağım işləmir. Həyat yoldaşım 2013-cü ildə vəfat edib. 3 qızım var, onlar da ailəlidir, tək yaşayıram. Gündəlik təlabatları və müalicəmi qocalıq pensiyası ilə qarşılamağa çalışıram. Başqa heç yerdən maddi gəlirim yoxdur.
Sizdən çox xahiş edirəm, yaşadığım evin həyətində kiçik və təhlükəsiz bir daxma tikilməsinə köməklik göstərəsiniz. Doğrusu hazırda yaşadığım və ev adlandırdığım bu yer köhnə tikilidir deyə istismar müddətini başa vurub. Ümid edirəm ki, çarəsizliyimi və kimsəsizliyimi nəzərə alaraq əlinizdən gələn yardımı edəcəksiniz. Sizə çox təşəkkürümü bildirirəm.
İmza: İ. Bağıyeva

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti