Şəhərin mərkəzində qadınlar “saçyoldu”ya çıxdılar – ANBAAN VİDEO
Dünən axşam saatlarında İstanbulun Nişantaşı səmtində naməlum səbəbdən qadınlar arasında dava düşüb.

Musavat.com xəbər verir ki, vətəndaşların müdaxiləsi ilə dava edən qadınlar çətinliklə bir-birindən ayrılıb.

Sözügedən hadisənin görüntüləri kameralara əks olunub.

Bir-birilərinin saçını yolan qadınlar davadan sonra hadisə yerindən qaçıb. Hazırda İstanbul polisi bu qadınları axtarır. Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
 

Dünyapress TV

Xəbər lenti