Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Səidov Elmar Çingiz oğlu adlı şəxsdir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi barədə məlumat yoxdur.

Elmar Səidov "Fireland Vineyards” MMC-nin qanuni təmsilçisidir. Bu şirkət şərab istehsalçısıdır.

Mediada yayılan məlumatlara görə, "Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edir. Novxanı qəsəbəsində Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus böyük torpaq sahəsi var. Kənd Təsərrüfatı Nazirliyinin açıqladığı məlumatda göstərilir ki, Qalina Mehdiyeva və oğlu Timur Mehdiyev dəfələrlə kənd təsərrüfatı üçün subsidiya alıblar.

Maraqlıdır ki, Elmar Səidov Qalina Mehdiyeva ilə birgə "Fireland Vineyards” MMC-ni də məhkəməyə verib. Bu da qanuni təmsilçisi olmasına baxmayaraq, şirkətin əslində ona məxsus olmadığına şübhələr yaradıb. Araşdırmalarımız zamanı bəlli olub ki, əslində "Fireland Vineyards” MMC-nin sahibi də Qalina Mehdiyevadır.
Yeri gəlmişkən, 2019-cu ildə Elmar Səidovun "Fireland Vineyards” MMC-də milyonlarla manat vəsaiti mənimsədiyi barədə məlumat yayılıb. Bu fakt də şirkətin Elmar Sədiova məxsus olmadığını göstərir.

İş üzrə maraqlı tərəflərdən biri də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsidir. Bu da təsadüfi deyil. "Fireland Vineyards” MMC-nin külli miqdarda vergi borcu var. Şirkətin bu günə olan vergi borcu 128 691.94 AZN təşkil edir.
 
 

Ardını oxu...
"Nəvəm atasının vəfat etdiyini hələ də bilmir".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Space maqazin" proqramında deyib. Müğənni oğlu Əlinin vəfatından və onun övladından danışıb. Dostəliyeva bildirib ki, nəvəsi hələ də atasının dünyasını dəyişdiyini bilmir:

"Çox pis oluram. Onunla bir neçə dəfə danışdım. O, hər dəfə məndən atasını soruşdu. Çünki ona heç nə deməmişik".

Qeyd edək ki, N.Dostəliyevanın oğlu Əli ötən il 41 yaşında ürəkçatışmazlığından vəfat edib.
 
Ardını oxu...
Qaxda 17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 18 radələrində şəhərin Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib.
Həmin evdə kirayə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Meyit müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
 
Ardını oxu...
Ötən gün İranın Urmiya, Təbriz, Tehran, Kərəc, Ekbatan, Rəşt, Qəzvin, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində), Məşhəd və digər şəhərlərində növbəti etiraz aksiyaları keçirilib.
Bunu İran mətbuatı yazıb.
Bildirilib ki, nümayişlər zamanı “Xamenei İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birliyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” kimi şüarlar səsləndirilib.
Məlumata görə, İranda etirazçılar divarlara hökumət əleyhinə şüarlar yazır, dövlət işçiləri isə bunları silir. Bunu görən etirazçılar daha da qəzəblənir, küçələrə yeni şüarlar yazırlar. Onlar bildiriblər ki, hökumət şüarları silməklə heç nəyə nail ola bilməyəcək, küçələrə yeni şüarlar yazacaqlar.
Həmçinin Tehran Universitetinin Texniki fakültəsinin 100-dən çox professoru hökumət qoşunlarının ali məktəbə hücumunu pisləyib. Eyni zamanda, professorlar saxlanılan bütün tələbələrin azadlığa buraxılmasını xahiş ediblər.
Bundan başqa, güney azərbaycanlı qızlar İran əsgərlərinə çağırış ediblər: “Əsgər! Bu azad qadın sənin bacındır. Ona güllə atma, onu qoru! Heç olmasa, görməzdən gəl! Silahını bacına yox, zalıma tuşla!”.
///Report
 
 
 
Ardını oxu...
“Əgər burunda əyrilik varsa, yaxud da vücudunuzda hər hansı qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma dəb xatirinə insanlıqdan çıxaraq və əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.

DİA.AZ xəbər verir ki, bunu plastik əməliyyat etdirən xanımlarla bağlı fikirlərini bölüşərkən aktrisa Zülfiyyə Eldarqızı Yenicag.az-a açıqlamasında deyib.

O, xüsusilə atkrisaların plastik əməliyyat etdirməsinə qarşı çıxıb:

“Türk seriallarına baxıram, aktrisaların simalarında bir təbiilik var. Amma bizim sənət adamlarının estetik posedurları aşırı dərəcədədir. Yanaqlarını şişirdirlər, dodaqlarına o qədər dolğu vurdururlar ki, danışıqlarını da itirirlər. Bunu qəbul edə bilmirəm. Aktrisalara bunu yaraşdırmıram. Çünki səhnədə bədən dili, jestlər, mimikadan daha çox istifadə edirlər. Amma o qədər estetik əməliyyat etdirirlər ki, sifətləri donuq halda olur. Nə ağlaya, nə gülə bilirlər. Aktyor və aktrisa onun üçün önəmli olan bədən dilindən istifadə edə bilməyəndə də obraz süni alınır. Rejissorların yerinə olsam, elə aktrisaları filmimə çəkmərəm. Özümə gəlincə, bir dəfə burun əməliyyatı etdirmişəm. Çünki burnumda böyük qüsur var idi, bunu estetik əməliyyatla aradan qaldırdım”.

Z.Eldarqızı yalnız bir şərtlə plastik əməliyyatların tərəfdarı olduğunu bildirib:

“Söz yox ki, mən də xanım olaraq baxımın tərəfdarıyam. Hamı gözəl görünmək istəyir, amma bunun üçün təbii yollar var. Estetik prosedurlara əndazə aşılmamaq şərti ilə yaxşıdır. Əgər burunda əyrilik varsa, yaxud da hər hansı bir qüsurunuza görə narahatlıq keçirirsinizsə, bu qüsuru estetik, ya plastik yolla aradan qaldırmaq olar. Amma insanlıqdan çıxaraq, əndazəni aşaraq tanınmaz hala düşməyin əleyhinəyəm”.
Ardını oxu...
Malayziyanın Cohor əyalətində yaşayan 18 yaşlı qız mübahisə zamanı 16 yaşlı qardaşına bıçaq ataraq öldürüb.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Asia One" xəbər verir.

Məktəbdən qayıdan qohumlar maşında yer üstündə mübahisə edib. Yeniyetmələrin anasının sözlərinə görə, evə qayıdan qardaş bacısını ələ salıb və ona gülüb. Qız əsəbiləşərək bıçağı götürüb yeniyetməyə atıb. Zərərçəkən hadisə yerində ölüb.

Polis qızı həbs edib və o, qardaşını öldürdüyünü etiraf edib. Qeyd olunur ki, qardaş və bacı mehriban ailədə böyüyüb, məktəbdə yaxşı oxuyublar.(milli.az)

Yeniyetmələrin valideynləri evdən bayıra çıxmırlar və hələ də şok vəziyyətindədirlər. Müstəntiqlər hadisənin bütün şəraitini müəyyənləşdirirlər.
 
 

Ardını oxu...
1984-cü ilin 31 oktyabrında dünyanın gündəmini dəyişən hadisə baş verdi. Yeni Dehlidəki Səfdərcunq küçəsində yerləşən Baş nazir iqamətgahında İrlandiya televiziyası adından ondan müsahibə götürməyə gələn jurnalisti qəbul eləməyə hazırlaşırdı. Baş nazir onu burada gözləyirdi. Onu qarşılamaq üçün ayağa duranda, avtomatların tətiyi basıldı. Ona 33 güllə dəymişdi.
Səhəri ölkədə aləm qarışdı. Ölkənin bir çox yerində meydana gələn münaqişələrdə 20 mindən çox siqh həyatını itirdi, onlarla ibadətxanaları yandırıldı. Oğlundan ölkədə nə baş verdiyini soruşanda, o, belə cavab vermişdi: “Böyük ağac yıxılanda, yer titrəyər”.
Ardını oxu...
Lent.az “Onu tanı”da İndira Qandidən bəhs edəcək

İndira Qandi 1917-ci il 19 noyabrda Hindistanın şimalındakı Uttar Pradeş əyalətinin Allahabad şəhərində görkəmli siyasətçi, azadlıq mübarizi Cəvahirləl və Kamalanın ailəsində dünyaya gəlmişdi. Bu ailənin siyasi yaşamının əsası baba, tanınmış vəkil Motilal Nehru tərəfindən qoyulmuşdu. Baba Nehru ingilis müstəmləkəçiliyinə qarşı çıxan millətçi Ümumhindistan Milli Konqresinin aparıcı liderlərindən biri idi. İndiranın atası Cəvahirləl Nehru da öz atasının yolu ilə gedərək, Hindistan müstəqillik hərəkatının liderinə çevrilmişdi. İndira anadan olanda atası Cəvahirləl Nehru Mahatma Qandinin rəhbərliyi ilə başlanan müstəqillik hərəkatına qoşulmuş və tezliklə əfsanəvi liderin ən yaxın silahdaşlarından birinə çevrilmişdi.
Ardını oxu...
Uşaq ikən evlərində keçirilən siyasi toplantıların şahidi olan İndira o zamanın ən məşhur simalarından olan Mahatma Qandi ilə yaxından tanış olmuş və onun təsiri altına düşərək siyasətə qatılmışdı. Bir az yaşa dolandan sonra o, gənclər arasında “Vanara Sena” hərəkatını qurdu. Hərəkat üzvləri ölkədə müstəqillik çağırışı ilə siyasi aksiyalar keçirir və bununla da ictimaiyyətin diqqətini özlərinə cəlb edirdilər. Eyni zamanda onlari Ümumhindistan Milli Konqresi fəallarının polisin təqiblərindən xilas olmalarına yardım edirdilər. İndira 18 yaşında olanda anası vərəm xəstəliyindən dünyasını dəyişdi. Həmin dövrdə o, təhsilini davam etdirmək üçün İngiltərəyə getdi. Elə orada da Ümumhindistan Milli Konqresinin üzvlərindən olan Feroz Qandi ilə tanış oldu. Bir çoxlarının hesab etdikləri kimi, İndira Qandi Mahatma Qandi ilə qohum deyildi. Bu soyad ona əslən fars (oda sitayiş edənlər) icmasından olan həyat yoldaşı Feroz Qandidən miras qalmışdı. Yeri gəlmişkən, fərqli dini təriqətlərə məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi.
Ardını oxu...
Amma bütün bunlara baxmayaraq, burada da İndira Qandi özünün sərt və dönməz xarakterini göstərdi. Cütlük 1942-ci ilin martında evləndi. 1944-də ilk oğlu Raciv, bir il sonra da Sancay dünyaya gəldi.

Hindistan müstəqilliyini əldə etdikdən sonra baş nazir olan atasına yardım etmək üçün İndira Dehliyə getdi. Feroz isə Allahabadda qaldı. Dehlidə İndira atasının həm katibi, həm də məsləhətçisi olaraq çalışmağa başladı. O, atası ilə birgə xarici ölkələrə səfərlərdə olur və bu səfərlər onun siyasi lider kimi püxtələşməsində önəmli rol oynadı.

1951-ci ildə müstəqil Hindistanda ilk azad seçkilər keçirildi. O, bu seçkilərdə həm atasına, həm də ayrı yaşamalarına baxmayaraq, əri Feroza yardım etdi. Feroz hökumətdəki korrupsiyaya qarşı mübarizəyə başladı və sığorta şirkətlərindən birində bununla bağlı ciddi nöqsanları üzə çıxardı. Onun bu mübarizəsi İndiranın atasının qurduğu hökumətdə maliyyə naziri vəzifəsini tutan şəxsi vəzifəsindən istefa verməyə məcbur etdi. Bu, İndira ilə Feroz arasında münasibətləri gərginləşdirdi və sonda onlar boşanmalı oldular. Az sonra Feroz infarkt keçirərək yatağa düşdü. Boşanmalarına baxmayaraq, İndira Kəşmirdə yaşayan keçmiş ərinin yanına gedərək bir müddət onun qayğısını çəkdi. Ərinin ölümündən sonra isə bütün həyatını siyasətə həsr etdi.

1964-cü ildə atası vəfat etdi və bu vaxt o, baş nazir Şastrinin təklifini qəbul edərək informasiya və mətbuat naziri oldu.
Ardını oxu...

Bu zaman ölkənin cənubunda hind dilində danışmayan əyalətlərdə üsyanlar baş verdi. Qandi bu səbəbdən də üsyan edən əyalətlərin ən iri şəhərlərindən olan Mədrəsə getdi və hökumət əleyhinə çıxışların yatırılmasına başçılıq etdi. Bu onu daha da şöhrətləndirdi. Artıq onun hakimiyyət zirvəsinə gedən yolu açılmışdı.
1966-cı ildə keçirilən parlament seçkilərində Qandi rəqibi Morarji Desaini qabaqlayaraq qələbə çaldı. Bununla da o, ölkənin müstəqilliyi tarixində 4-cü və ilk qadın baş nazir oldu.

İndira Hindistanı nüvə dövlətinə çevirdi. SSRİ-yə yaxınlaşdı, Moskva Dehliyə xeyli hərbi yardım etdi.

Ardını oxu...
Parlamentdə böyük səs çoxluğuna malik olan İndira ölkənin Konstitusiyasına dəyişikliklər etdi və daxili siyasətdə inqilabi təsir bağışlayan islahatlar həyata keçirdi. 1979-ci ildə keçirilən seçkilərdə Qandi yenidən qələbə çaldı. Hakimiyyətə qayıdan Qandi bu dəfə Pəncab əyalətində yaşayan əhalinin əksəriyyətini təşkil edən siqhlərin mərkəzdən ayrılma cəhdlərinin qarşısını almalı oldu. 5 il sonra, bu gün özü siqhlərin qurbanı oldu.

Ardını oxu...
Yeri gəlmişkən, anasından sonra Baş nazir olan Raciv də onun aqibəti ilə üzləşdi. 1991-ci ildə “Tamil qaplanları”nın təşkil etdikləri sui-qəsd nəticəsində öldürüldü.
İndira Qandi dəfələrlə SSRİ-yə səfər etmişdi. 1970-ci illərin əvvəlində Moskvaya növbəti səfərlərinin birində Qandi SSRİ-nin o vaxtkı rəhbəri Leonid Berejnevə Azərbaycana da getmək istədiyini bildirəndə Sov.İKP MK-nın Baş katibi təəccüblənir.

İndira Qandini Azərbaycana aparan səbəb isə Bakıdakı “Atəşgah”ı məbədini ziyarət imiş. Sən demə, hələ 1950-ci ildə də atası ilə SSRİ-yə səfər edəndə Cəvahirləl Nehru onu Bakıdakı “Atəşgah”a aparıbmış.
Ardını oxu...
İndira Qandinin Azərbaycandakı tarixi məkana ziyarəti təşkil olunur.

O, Moskvadan Bakıya gələrək, Suraxanıya gedir və “Atəşgah” ziyarətini gerçəkləşdirir...
 
 
 
Ardını oxu...
Bir çox subay xanımlar bahalı gəlinlikdə toy etməyi arzuayırlar, lakin bəziləri üçün bunun heç bir əhəmiyyəti yoxdur, əsas sevdiyin insanla ailə qurmaqdır.

Teref.Az xəbər verir ki, ABŞ-ın Ohayo ştatından olan Culiya Linç ikincilərdəndir.

13 il sevgili olduğu şəxslə münasibətlərini rəsmiləşdirən bu qız toy məclisinə cəmi 3 dollar 75 sentə (təxminən 6 manata) aldığı gəlinliklə 8 dollarlıq (təxminən 14 manatlıq) ayaqqabıda gəlib. (sonxeber.az)
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti