![]() |
![]() ![]() ![]() |
|
Xatun "Aygün Kazımovaya oxşayan" nəvəsinin fotosunu göstərdiXatun Əliyeva ilk dəfə nəvəsini göstərib.
Musavat.com olay-a istinadla xəbər verir ki, müğənni nəvəsinin fotosunu "Qonaqcanlı" verilişində nümayiş etdirib.
Nəvəsinə Adel adını qoyduğunu açıqlayan Xatun "Nəvəm Aygün Kazımovaya oxşayır. Adil (oğlu - red.) məni evə buraxmayacaq".
Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Yekaterina Mazalkovanın başına iş gəlib.
Musavat.com olay-a istinadən xəbər verir ki, sözügedən kanalda yayımlanan "Vesti Krasnoyarsk" xəbərlər proqramının aparıcısı efirdə olduğunu bir anlıq unudub.
Həmin anda isə onun başı telefonda "TikTok" video platformasında gülməli videoların birinə qarışıb.
Telefonu qaldırıb həmin videonu kadrarxasında əyləşən operatorlara göstərdiyi an Mazalkova canlı efirdə olduğunun fərqinə varıb.
Özünü bir anlıq itirən Yekaterina dərhal telefonu yanına qoyub və tamaşaçılarla salamlaşıb.
Həmin görüntülər isə efirdə anbaan nümayiş olunub.
Əməkdar artist Nigar Şabanova ATV-nin efirində həssas notlara toxunub.
Xanım müğənni efirdə qızının hər axşam yatmazdan öncə ona zəng vurub "Ana, mən yatıram. Ana, mən səni çox sevirəm" dediyini bildirərək kövrəlib.
Nigar təkcə onun sevgisinə inandığını da sözlərinə əlavə edib.
Ətraflı videoda:
Titul.az
"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra bir araya gəliblər.
Musavat.com axşam.az-a istinadən bildirir ki, illərdir küsülü olan sənətçilər süfrə arxasında əyləşərək səmimi fotolar çəkdiriblər. Onlar şəkilləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.
Qeyd edək ki, "W-trio" 2006-cı ildə fəaliyyətini dayandırıb. Buna səbəb isə qrup üzvlərinin solo karyeraya başlaması olub. Bir müddət əvvəl Natavan birlikdə mahnı oxuyacaqlarını, Yeni ildə təqdim edəcəklərini açıqlayıb. Onların bir araya gəlmə səbəbi də bu olub. Natavanla Röya bir müddət əvvəl barışsa da, Elnarə hər iki ifaçı ilə danışmırdı.