Ardını oxu...
 

Elza Seyidcahan "Hacılar"ı ilə gündəmə gəlib.

Əməkdar artist Elza Seyidcahan sosial media paylaşımı ilə izləyicilərinin diqqətini çəkib. Tanınmış sənətçi aparıcı Hacı Nuran Hüseynov və iş adamı Hacı Quliyev ilə birlikdə çəkilmiş fotolarını yayımlayıb.

Seyidcahan paylaşımına maraqlı bir şərh əlavə edərək yazıb: "Mənim Həcılarım məni qoruyur".

Qeyd edək ki, Elza Seyidcahan həm sənəti, həm də şəxsi üslubu ilə ölkə mədəniyyətində fərqliliyi ilə seçilən sənətkarlardandır.



Ardını oxu...
BAKU.WS 
Ardını oxu...
REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu verilişin növbəti buraxılışında azərbaycanlı iş adamı İlqar Hacıyevdən söhbət açıb.

“Qafqazinfo” xəbər verir ki, telejurnalist “Akkord”un keçmiş rəhbərini “vətən xaini” adlandırıb.

Mirşahin Ağayev bunun üçün əsaslarını sözügedən verilişdə təqdim edib.

Qeyd edək ki, bir müddət əvvəl “Akkord”un keçmiş rəhbəri İlqar Hacıyevin ABŞ-yə köçməsi və orada xristianlığı qəbul etməsi ilə bağlı məlumatlar yayılıb. İ. Hacıyev 2005-2009-cu illərdə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbəri olub, bir müddət Moskvada yaşadıqdan sonra Amerikaya köçüb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu toyda qarşılaşdığı vəziyyəti izləyiciləri ilə bölüşüb.

Lent.az xəbər verir ki, o, musiqiçilər üçün açdığı stola görə toy sahibini tənqid edib.

Həmin görüntüləri yayımlayan Hüseyn yazıb: "Bu qədər pulun, imkanın ola və sən musiqiçilərin yeməyini belə qısasan. Ayıbdır...

Şükür Allaha, evdə yeməyim var, çöldə istədiyimi ala bilirəm. Biz toy sahibinin qonaqlarıyıq, şadlıq evinin yox. Vaxtın olanda toyun diskinə baxarsan. Verdiyin yemək kimi də ifa etmişəm. Əgər kasıb olsaydı, bir stəkan çaya da təşəkkür bildirərədim".
 
Ardını oxu...
Aşıq Zülfiyyə İbadova qalmaqal yaşadığı həmkarı Telli Borçalıdan danışıb.

Axşam.az xəbər verir ki, bu haqda aşıq "Bir gün" verilişində deyib. O bildirib ki, həmin qalmaqaldan sonra Telli ilə münasibəti kəsib:

"Həmin hadisədən sonra münasibətə son qoydum. Nə görüşmədik, nə qarşılaşmadıq. Mənim günahım olarsa, balaca uşaqdan da üzr istəyərəm. Ətrafındakı adamlar onu başa salmalı idi. Amma kimlərinsə xoşuna gəlib onu qızışdırmağa. Mən də bir söz eşitdim, ona zəng vurub soruşdum ki, belə şey demisən? Qayıtdı ki, yox. Amma indi düşünürəm ki, bəlkə də elə deyib".

Qeyd edək ki, Zülfiyyə daha əvvəl açıqlamasında sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" deyə, bildirib. Bu söz Tellinin xoşuna gəlməmiş və onlar arasında mübahisə düşmüşdü.
 
 
 
Ardını oxu...
Müğənni Elnarə Xəlilova Yeni ilə özəl fotosessiya etdirib.

Bizim.Media xəbər verir ki, Elnarə “Santa girl” (“Santa qız”) obrazında obyektiv qarşısına keçib.

Elnarə əyləncəli videoçarxı sosial şəbəkə hesabında paylaşıb.

 
Ardını oxu...
Tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramarın bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi.

Bunu Zaurun zarafatı kimi qəbul edənlər də oldu.

Yenisabah.az məsələnin təfərrüatını öyrənə bilib. ATV-də məsul vəzifə tutan şəxslərdən biri saytımıza açıqlamasında bu xəbəri təsdiq edib.

Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.

ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil.

Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır.

Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.
 
Ardını oxu...
  

İllər sonra üzə çıxan bir fotoşəkil isə məşhur müğənni Cennifer Lopezin də Diddi qalmaqalında adının hallanmasına səbəb olub.

Son dövrlərdə haqqında cinsi zorakılıq iddiaları səsləndirilən Sean "Diddy" Combs-un bir qadına hücum etdiyi iddiaları qalmaqala səbəb olub. Həmin qadın, MTV Video Musiqi Mükafatlarından sonra təşkil edilən bir partiyada həm Diddy, həm də reper və iş adamı Shawn Carter, yəni Jay-Z tərəfindən zorakılığa məruz qaldığını iddia edir.

Daily Mail-in xəbərinə görə, məhkəmə sənədlərində Diddy və Jay-Z ilə birgə həmin gecə otaqda daha bir məşhur qadının olduğu qeyd edilib. İllər əvvəl çəkilmiş bir fotoda Jennifer Lopezin həmin gecə Sean "Diddy" Combs ilə mübahisə etdiyi görünür.

Lopezin həmin otaqda üçüncü məşhur şəxs olduğuna dair hələlik birbaşa iddia irəli sürülməyib və müğənninin adı rəsmi sənədlərdə keçmir. Lakin Jay-Z-nin adının açıqlanması ilə Diddy ilə Lopez arasında baş verənlər yenidən diqqət mərkəzinə düşüb. Jennifer Lopez və Diddy 1999-2001-ci illər arasında sevgili olublar.

Jay-Z, bu iddiaları "iyrənc və əsassız" adlandırıb. O, verdiyi bəyanatda bunları deyib: "Vəkilim bir şantaj mesajı alıb. Düşündülər ki, uzlaşa bilərik. Sizə bir qəpik belə verməyəcəyəm!"//Milli.Az 

Ardını oxu...
"Hər kəsə "sənətkar" demək olmaz. "Dahi sənətkar", "sənətkar" sözünü o qədər ucuzlaşdırıblar ki...".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Bayramova "Qonaqcanlı" verilişində deyib. Müğənni aparıcıların sənət adamlarını təqdim etməsindən şikayətlənib:

"Hamıya "dahi, sənətkar" deyirlər. Yaxşı səslənmir. Dahilərimiz var: Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov. "Gözəl ifaçı, müğənni" demək olar. Bunu da yaxşılara demək lazımdır. Biz bunu eşidəndə məyus oluruq. Konsertdə, verilişdə soruşanda ki, sizi necə təqdim edək? Cavab veriri ki, "Aygün Bayramova" kimi. Gözəl ifaçılar yetişəcək, özlərini təsdiq edəndən sonra "sənətkar" deyin".
 
 
 
Ardını oxu...
Efirdə aparıcı Elgiz Əkbərlə Əməkdar artist Qorxmaz Əlili arasında mübahisə düşüb.
Onlar “xəngəl” sözü üzərində mübahisə ediblər. Belə ki, Q.Əlili “xəngəl” yox, yeməyin adının “xingal” olduğunu iddia edib. O bildirib ki, yeməyin.

“Rayon camaatı gəlib buna “xəngəl” deyir. Bakılılar buna “xingal” deyib”.

Elgiz isə buna etiraz edərək, xörəyin adının rəsmi olaraq “xəngəl” kimi qeydiyyata alındığını bildirib.

Aparıcı ilə aktyor buna görə efirdə mübahisə edib.

 

Ardını oxu...
 

Lalə Azərtaşın aparıcısı olduğu "Təsir dairəsi" proqramında gərgin anlar yaşanıb.

Sığınacağa yerləşdirilmək istəyən qızı üçün studiyaya gələn ana övladının rəfiqəsi ilə dava edib.

Ekspertlərdən biri olan vəkil Şəfiqə Nağıyeva da davaya müdaxilə edib./olay

Sözügedən anları təqdim edirik:

 
 
 

Dünyapress TV

Xəbər lenti