![]() |
![]() ![]() ![]() |
|
Müğənni və aktrisa Mina illər öncə saçının keçəl qırxıldığını bildirib.
Musavat.com yenicag.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə "İncə səhər" verilişində danışıb.
O, saçlarını bir serial çəkilişi üçün qurban verdiyini deyib:
"Ağabəyovlar" serialı üçün bunu etdim. Dörd dəfə saçımı "maşinka" ilə keçəl qırxdılar. Başıma şal atıb gəzirdim. Dərhal məni çəkilişdən çıxarırdılar, deyirdilər, sən aktrisasan, müğənnisən, belə etmə, sən komplekssiz gəzməlisən. Bu günə qədər bu barədə heç yerdə danışmamışam".
Müğənni Niyam Salami bir nəfəri aldadaraq 21 800 manat dəyərində malını mənimsəmədə ittiham olunur.
Sumqayıt şəhər sakini E.Abbəkirov 2023-cü ilin avqust ayında Novxanı qəsəbəsində yerləşən restoranın icarədarı Niyaməddin Səfərovun (müğənni Niyam Salami - red.) ondan 21 800 manat dəyərində kömür alıb pulunu verməməsini bildirilib.
Faktla bağlı araşdırma aparılır. (Oxu.Az)
Dələduzlar növbəti dəfə aktrisa Pərvin Abıyevanı hədəf alıblar.
Aktrisa sosial şəbəkədə paylaşım edərək yenidən onun adından pul yığıldığını bildirib:
"Bu dilənçi yenə mənim adımdan pul dilənir. Heç kim aldanmasın".
Qeyd edək ki, ötən ilin dekabrında da dələduzlar Pərvinin adından istifadə edərək votsapda pul istəyirdilər. (Axşam.az)
Rəqqasə Fatimə Fətəliyeva bahalı avtomobilini nümayiş etdirib.
Maşının "77 FF 777" nömrəsi diqqət çəkib.
Sənətçi paylaşımında "Qadın gücdür, qüvvədir. Hər zaman özünüzün fərqində olun, özünüzü daim sevin. Bu dünyada qadının ən gözəl dostu özüdür. Ona görə də özünüzü sevin, mükafatlandırın, mənim kimi, əziz xanımlar. Hər birinizi sevirəm, hamınız dəyərlisiniz" sözlərini yazıb. (Axşam.az)
"Aparıcıyamsa, səhnədəyəmsə, küsülü olduğum adamı tərifləyib, təqdim edəcəyəm".
Bu sözləri Əməkdar artist Qorxmaz Əlili "Elgizlə izlə" verilişində deyib.
Şoumen küsülü olduğu məşhurlardan danışıb.
Q.Əlili aparıcı Elgiz Əkbərin "İzzət Bağırov gəlsə, efirdə oturmayacaqsan" sualına belə cavab verib:
"Deyəcəyəm, başım ağrıyır, gedəcəyəm. Borcum deyil İzzətlə eyni verilişdə oturum. İncəsənət aləmində 10 nəfərlə danışmıram. Amma eyni məkanda otumuşam, bildirməmişəm. Yeganə adamdır ki, onunla oturmaram. 30 ilin söhbətini açıb tökməyim. Bu məsələyə Allah nöqtə qoyub. Yaxşılığı itirən adam mənim üçün dəyərsizdir".
Qeyd edək ki, Q.Əlili illərdir İzzətlə küsülüdür. O bildirib ki, İzzəti efirə o çıxardıb. Amma ifaçı sonra onun etdiklərini unudub. Aktyor bildirib ki, Bağırov onun övladının toyuna belə gəlməyib.
"Vaxtilə müğənninin özünə zəng edirdim. İndi onunla əlaqə saxlamaq üçün üçüncü adama yığmalıyam. İndi məni saymırlar" deyə, Q.Əlili açıqlamasında deyib. (Axşam.az)