"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
“Sosial şəbəkələrdə elə şeylər paylaşan bir insanın dəfnində mənim görünməyim nə dərəcədə düzgündür? Mənim evdə iki övladım böyüyür”.

Bu sözləri Manset.az-a açıqlamasında tanınmış rejissor Rövşən İsax bildirib.

Rejissor əlavə edib ki, onun mərhum aktrisa ilə hər hansi bir problemi olmayıb, sadəcə davranışlarına görə ona münasibəti yaxşı deyil:

“Allah rəhmət eləsin, mənim onunla bir prinsipim olmayıb, problemim, davam olmayıb. Sadəcə olaraq, fikirləşmişəm ki, mən ora gedərəm, onun haqqında məndən nəsə soruşarlar, gərək nəsə deyim. Ölən adam haqqında pis nəsə demək mədəniyyətsizlikdir. Yaxşı da nə deyim? Mən onu dəvət edəndə, çəkiliş müddətində o adamdan əksik heç bir hərəkət görməmişəm. O məşhurlaşandan sonra yaşına yaraşmayan hərəkətlər eləməyə başladı. Mən də əlaqəni tamamilə kəsdim. Mən kiməm ki, onun həyatına müdaxilə edim? Deyim, belə eləmə ayıbdır, belə eləmə ayıbdır. "Vicdan Haqqı" serialı bitib və mənim o adamla heç bir vaxt əlaqəm olmayıb. Nə nömrəsi var məndə, nə onun yaxın adamlarıyla heç bir əlaqəm olmayıb. Nə işlə məşğul olub qətiyyən xəbərim olmayıb”.

Rövşən İsax Çimnaz Sultanova haqqında vaxtilə ATV kanalının efirində səsləndirdiyi " Onunla salamlaşmağı özümə ayıb bilirəm" çıxışına da aydınlıq gətirib:

“Allaha and olsun efirimdəki çıxışımdan sonra Çimnaz mənə zəng etməyib. Mən onun haqqında axı əskik bir şey demədim. Dedim ki, mən ona salam verməyi utanıram. Bitdi”.

Tanınmış rejissor sosial şəbəkələrdə Çimnazı məşhurlaşdırdığı üçün onu qınayanlara da münasibət bildirib:

“Təsəvvür edin ki, çəkildiyi filmə görə aktyor və aktrisaya böyük məbləğdə qonarar verirəm. Həmin şəxslər əldə etdiyi qazancla sonradan gedib hər hansı pis vərdişlə məşğul olurlar. Bu o deməkdir ki, onları pis yola mən çəkmişəm? Bu nə yanaşmadır?”.

Qeyd edək ki, 43 yaşında dünyasını dəyişən aktrisanın dəfninə vaxtilə çəkildiyi “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax və yaradıcı heyətin əksəriyyəti getməyib. Bu da sosial şəbəkədə müzakirələrə səbəb olub.
 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti