Ardını oxu...
  

"Çiçək" ləqəbli aparıcı Şəhla Vakkas uzun müddət sonra efirə qayıdır.

Bu barədə o, "Rəngarəng səhər" verilişində danışıb. Şəhla deyib ki, bu gün TMB-də yeni verilişi başlayır və ilk qonağı Xalq artisti Nazpəri Dostəliyevadır.

Qeyd edək ki, Çiçəyin MTV Azərbaycan-da efirə qayıtması planlaşdırılırdı. Lakin kanalın icraçı direktoru Fariz Əliyevin erkən ayrılışı ilə bu plan baş tutmadı. (olay)


Ardını oxu...
  

Efirdə müğənnilər Aynur Dadaşova ilə Niyam Salami arasında mübahisə düşüb.

"Günaydın, Azərbaycan" verilişində Niyam yeni duet oxuyacaqlarını açıqlayıb.

Aynur isə "Onu tək oxuyacağam" sözlərini deyib.

Əsəbiləşən Niyam "Mahnını oxuyub, sənin yadına salan mən olmuşam" sözlərini bildirib.

"Kəs səsini. Ona qulaq asanda sən yox idin. Mən sənətdə olanda sən yox idin. Mən Zeynəb Xanlarovanın mahnılarını oxuyurdum" deyə, Dadaşova söyləyib.

"Elə danışırsan ki, guya yalvarıram mənimlə duet oxu" deyə, ona cavab verib. (Axşam.az)

 
 
 

 

Ardını oxu...
   

Meyxanaçı Rəşad Dağlının həbsindən sonra istər televiziyada milyonlarla tamaşaçı qarşısında, istərsə də sənət camiyası önündə həmkarı, yaxın dostu zindandan azad olmayacağı günə kimi daha meyxana deməyəcəyini bildirən Orxan Lökbatanlı vədini pozub.

Titul.az xəbər verir ki, Orxan həmkarları Ruslan, Balaəli ilə birgə İmişlidə toyda iştirak edib. O, burada həm qafiyə açıb, həm də deyişmədə iştirak edib.

Qeyd edək ki, sonuncu dəfə bir neçə gün öncə Zaur Kamalın verlişində qonaq olan O.Lökbatanlı aparıcının inadcasına təkid etməyinə baxmayaraq daha meyxana deməyəcəyini, Rəşad azadlığa çıxanda bunu edəcəyini bildirmişdi.

 
 
 
Ardını oxu...
  

Meyxanaçı Balaəli Rzayev "Gün ortası" verilişinə qatılmaqdan imtina edib.

Bu haqda proqramın aparıcısı İlqar Mikayıloğlu bildirib. O, meyxanaçı üçün ayrılan oturacağa "Burada Balaəli ola bilərdi" sözlərinin yazıldığı kağız qoyub.

"Başa düşürəm vaxtı yoxdur. Gəlmək istəmədiyini desə də, anlayaram. Amma söz verib gəlmirsə, bu, əsl hörmətsizlikdir. İstər bizə, istərsə də tamaşaçıya qarşı. Söz vermisənsə, arxasında dayanmalısan" deyə, Mikayıloğlu əlavə edib. (Axşam.az)

Ardını oxu...
Əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən həyata keçirilən tədbirlər davam edir.

“Qafqazinfo”nun məlumatına görə, bu tədbirlər çərçivəsində cinayət məsuliyyətinə cəlb edilən tiktokerlərin adları bəlli olub.

Bunlar Abdullazadə Elvin Füzuli oğlu, Həsənov Məhərrəm İlqar oğlu, Alısoy Zahid Şəmsəddin oğlu, Qasımzadə Alim Rasim oğlu, Nəbiyev Ceyhun Şakir oğlu, Məmmədov Murad Bəxtiyar oğlu, Əliyeva Günay Ağməmməd qızı, Husifov Hakan Adəm oğlu, Quliyeva Quanna Zahir qızı, Yusifova Nurdan Zəkəriyyə qızıdır.

Adıçəkilən şəxslərin hər biri barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 

Ardını oxu...
  

Mərhum müğənni Ferdi Tayfurla bağlı daha bir xəbər yayılıb.

Vəkil Hakan Tamgüç sənətçinin həyat yoldaşı Necla və qızı Tuğçenin onu xəstə yatağında tək qoyduğunu bir dəfə də olsun ziyarətinə gəlmədiyini bildirib.

Vəkill iddia edib ki, Necla Nazır son anlarında belə Ferdi Tayfurun yanında olmaqdan imtina edib:

"Necla xanım onu vəfatının son anlarında belə ziyarət etmədi. Ferdi Tayfur sağ olanda harada idilər? Sənətçi Necla Nazıra Emirganda 5 milyon dollarlıq malikanə bağışlayıb. Ona və qızına milyonlarla lirə verib. Ferdi Tayfurun Tuğçe ilə barışmaq istədiyi iddiası yalandır. Əgər belə bir şey olsaydı, birinci mən bilərdim. Tuğçe qurban rolunu oynayır, amma gözündən bir yaş belə axmır".

Xatırladaq ki, Ferdi Tayfur bu il yanvarın 2-də 79 yaşında müalicə aldığı xəstəxanada vəfat edib. Onun 5 övladına 3 milyard lirə sərvəti qalıb. (baku.ws) 

Ardını oxu...

 
 
 
Ardını oxu...
Sosial şəbəkələrdə və bəzi media resurslarında mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruzun yol hərəkəti qaydalarını kobud şəkildə pozan videosu yayılıb. Qəribədir ki, videonu stilist özünün sosial şəbəkə səhifəsində paylaşıb.

Videodan aydın görünür ki, Şəfəq Novruz avtomobili yüksək sürətlə idarə edərkən anası ilə birgə mahnı oxuyaraq rəqs edir. Videodan da göründüyü kimi, o, sükan arxasında rəqs edir və diqqəti sükanda yox, rəqsdədir.

Bundan əlavə, aktyorun qızı avtomobili idarə edərkən əllərini sükandan çəkir ki, bu da ciddi qayda pozuntusu hesab edilir.

Bəs Şəfəq Novruzu hansı cəza gözləyir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsəd deyib ki, tanınmış adamların bu cür hərəkətləri istənilən halda qəbuledilməzdir:

“Çünki tanınmış adamlar hər vasitə ilə cəmiyyətə nümunə olmalıdırlar və onlar digərlərinə nümunəvi davranış təlqin etməlidirlər. Bu mənada bu görüntülər qəbuledilməzdir. Üstəlik, belə halların ictimailəşdirilməsi də doğru deyil. Bu digərlərinə pis nümunə ola bilər”.

Bəs, belə hallara görə sürücünü hansı cəza gözləyir?

Müsahibimizin sözlərinə görə, videodan aydın görünür ki, xanım sürücü avtomobili yüksək sürətlə idarə edərkən rəqs eləyir, hətta əlini sükandan çəkir:

“Bu da qəzaya şərait yaradır. Çünki, yüksək sürətlə gedən avtomobildə ani diqqətsizlik böyük faciəyə yol aça bilər. Bütün hallarda burada inzibati xəta var. Bunun təsdiqi üçün ilk növbədə həmin video DYP tərəfindən araşdırılmalıdır. Əgər sürücü ayıq olubsa və bu hərəkətə görə sürət həddini aşmaya və qəza şəraiti yaratmağa görə 150 manata qədər cərimə oluna bilər.

Əgər sürücü spirtli içki qəbul edibsə, onda cəza xeyli ağırlaşır. Çünki içkili vəziyyətdə avtomobil idarə etmək cəzanı sürücülük vəsiqəsindən məhrumetməyə qədər ağırlaşdırır”.

VİDEO BURADA:

 

Ardını oxu...
  

Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.

O, aparıcısı olduğu verilişdə böyük oğlu Zaur Qocayevə 3 gün 3 gecə mağar toyu edəcəyini bildirib:

"Oğlumun toyunda öz arzum olacaq. Onun arzusu varsa, getsin başqa yerdə toy etsin. Böyük oğluma 3 gün, 3 gecə toy edəcəyəm. Mağar quracağam, pambıqla "Xoş gəlmisiniz" yazacağam. Bəy, gəlin tərifi olacaq. Şadlıq evində nə işim var? Hamı bilir ki, gedib pul verib şadlıq evi tuta bilərəm".

Ətraflı videoda:

BAKU.WS

 
 
 

Ardını oxu...
  

Müğənni Vəfa Şərifova maraqlı açıqlamalar verib.

Musavat.com xəbər verir ki, "Qonaqcanlı"nın efirində sənətçi həyat yoldaşından danışıb. 

Onun romantikadan uzaq biri olduğunu deyən Vəfa bahalı hədiyyələrinin necə aldığını etiraf edib:

"Mənə deyirlər ki, özüm-özümə hədiyyə edirəm. Əslində elədir. Mən seçirəm, şəkilini atıram ki, bunu istəyirəm. O da pulunu kartıma göndərir. Həyat yoldaşım köhnə kişilərdəndir. Bizdə romantika yoxdur. Gözləmədiyim halda sürpriz olmayıb. Küsəndə hədiyyə aldığı olub".

 
 
 
Ardını oxu...
  

Türkiyədə qeyri-qanuni mərc oyunları və virtual qumarın təşviqi ilə bağlı araşdırmalar davam edir.

Sosial media fenomeni Kerimcan Durmaz və aktyor Atakan Yılmaz qanunsuz mərc oynamağı təşviq etmək ittihamı ilə saxlanılıb.

Eyni zamanda, iş adamı Sadettin Saranın xaricə çıxışı qadağan edilib.

Sosial media fenomeni Kerimcan Durmaz Beykozda yerləşən evindən sağlamlıq müayinəsi üçün xəstəxanaya aparılıb və daha sonra polis şöbəsinə yönləndirilib.

Qeyd edək ki, bu araşdırma daha əvvəl məcburi ifadəsi alınan məşhur şəxslər, o cümlədən Mehmet Ali Erbil və Serdar Ortaç kimi adların iştirakını da əhatə edir.

Araşdırmalar davam edir.

Milli.Az

Ardını oxu...

Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti